186
Aləm deyir: “Övladsan sən dünyaya, Nizami,
SığıĢmazsan Gəncədə gen dünyaya, Nizami” (SX-153).
Yəni mən Ġraqa atabəylər yanına və Ġraqi-Ərəbə xəlifənin
yanina getsəm, mənə xəzinələr bağıĢlarlar. Lakin vətənim olan
Gəncənin məhəbbəti məni buraxmır. Hamı mənə deyir ki, sən
Gəncədə ömr etməməlisən. Onsuz da sən dünyanın övladısan,
Ģöhrətin Gəncənin dünyasına sığmayacaq, yəni səni bütün dünya
tanıyacaqdır.
Ġraq, Xorasan (qoĢa məc. top.) – Bir-birinə əks olan topo-
nim mənasında iĢlənmiĢdir.
Gizli çox yalvardım, dinmədi mehman,
Mən Ġraqdan oldum, o, Xorasandan (YG-138).
Yəni mən ərəb oldum, o, fars. O, məni baĢa düĢmədi. Yaxud
“Mən bir Ģey soruĢdum, o, baĢqa Ģey danıĢdı” kimi də baĢa dü-
Ģülə bilər.
Ġraq nəğməsi (id.) – Ġraq xalq mahnısı mənasında iĢlənmiĢdir.
Ġraqlılar kimi yüksəldi səsi,
Axıtdı tellərdən Ġraq nəğməsi (Xġ-294).
Beytdə Ġraq sözü iki dəfə iĢlənmiĢdir. Birincidə məcazi,
ikincidə isə həqiqi mənada iĢlənmiĢdir. “Ġraqlılar” sözü etnonim-
dir. Barbəd Ġraqlılara bənzədilmiĢdir.
Ġraq sikkəsi (məc. ktem.) – ġairin dostu “Ġraq sikkəsi”
dedikdə Nizaminin Ģairlik qüdrətini nəzərdə tutur və onun
əsərlərinin xilafət dövründə hər yerdə iĢlənən qiymətli Ġraq sik-
kəsinə bənzədir. O, eyni zamanda Ģairə məsləhət görür ki, Ġraqa
get, sən orada daha çox Ģöhrətlənərsən.
Bu Ġraq sikkəsi əlində vardır;
Ayaqlarındakı o nə çidardır?
Gəncə Ģəhərindən atını çıxar!
Sən Ģir pəncəlisən, səndədir vüqar (Xġ-52).
Ġran (top.) – Asiyanın qərbində yerləĢən Ġran ġərqin ən qədim
ölkələrindən biridir. Müxtəlif dövrlərdə onun ərazisi müxtəlif
olmuĢdur. Paytaxtı Tehran Ģəhəridir. Qədim fars dilində “arya”,
“araya” və “arxiya” sözlərinin dəyiĢdirilmiĢ forması olub, “nəcib”,
187
“əsil nəcabətli” deməkdir. Əvvəllər yüksək təbəqəyə verilmiĢ bu
ad sonralar bütün ölkəyə Ģamil edilmiĢdir (19-93).
Bir də ki, ġirvanĢah – o baĢ hökmüdar
ġirvana, Ġrana olmuĢ Ģəhriyar (LM-43).
XoĢ baxdı Ġranın igidlərinə,
Hazırlıq baĢladı Ġran fəthinə (Ġ-103).
Birinci beytdə ġirvanĢah Axsitandan, ikinci beytdə isə Ma-
kedoniyalı Ġskəndərdən söhbət gedir.
Nizami “Ġran” adından məcazi ad kimi də geniĢ istifadə et-
miĢdir.
Çünki ürəyidir bu yerin Ġran,
Ürək yaxĢı olar bədəndən, inan!
Bir sənədir dəxli dediyin sözün,
Ölkələr ürəyi yurdundur: özün... (YG-39,40).
Burada Ġran Yerin, Körpə Arslan Ģahın vətəni isə ölkələrin ürə-
yinə bənzədilmiĢdir. AĢağıdakı beytdə isə Ģair “Ġran” sözünü həm
ĢəxsləndirmiĢ, həm də “bütün Ġran xalqı” mənasında iĢlətmiĢdir.
Ġrana əmr etdi böyük Ġskəndər:
AtəĢpərəstlikdən etsinlər həzər (Ġ-171).
Ġran, Ərəbistan (ep. top.) – Ġran Bəhram Gurun vətəni, Ərə-
bistan isə (Burada Yəmən nəzərdə tutulur) onun tərbiyə olun-
duğu ölkədir.
Dedilər: - ġahzadə gərək Ġrana
Vida edib getsin Ərəbistana (YG-67).
Xəznələr mənimkən mülki-Ġranda,
Ailəm qalmıĢdır Ərəbistanda (YG-88).
Ġran, Turan (ep. top.) – Son hecaları eyni səslənən topo-
nimlərdən istifadə etməklə Ģair beyti daha da axıcı etmiĢdir.
Dənizdən dənizə atıldın: sənin
Ġrana, Turana uzandı əlin (Ġ-264).
Ġrəc (məc. an.) – Qədim Ġran Ģahlarından Firidunun üç
oğlundan birinin adıdır. Atasının vəsiyyətinə görə, ölkənin ən
yaxĢı ərazisi Ġrəcə çatdığı üçün qardaĢları Tur və Səlm birləĢərək
onu öldürürlər. Bundan sonra Ġrəcin qanını almaq məsələsi mey-
188
dana çıxır və beləliklə arasıkəsilməz Ġran – Turan müharibələri
baĢ vermiĢdir.
Bəhram Gurun əmirlərinin bəzisi özünü Ġrəc nəsəbli adlandırır.
“Ġrəc nəsəbliyəm” söyləyir biri,.. (YG-120).
Ġrəm (məc. mif.) – Rəvayətə görə, Ġrəm Yəməndə qədim Ad
qəbiləsinin paytaxtı olmuĢ bir Ģəhərdir. ġərq əsatirində isə əfsa-
nəvi gözəlliyə malik olan bir bağ kimi təsvir edilir. Bəzən məca-
zi olaraq BehiĢt mənasında da iĢlədilir. ġərq poeziyasında füsun-
karlıq və təbiət gözəlliyinin rəmzi kimi tərənnüm olunur.
Dini rəvayətlərə görə, Babil hökmdarlarından ġəddad saldır-
dığı gözəl bağı Cənnətə oxĢatmaq istəmiĢ, lakin bağı gəzməyə
gələrkən özü də bağda yoxa çıxmıĢdır (10-85).
Ġrəmə açardır sənin camalın,
Ġrəmtək görünmür, odur vüsalın (Xġ-256).
Xosrov ġirinin camalını Ġrəm bağının açarına, onun vüsalını
isə gözə görünməyən Ġrəmə bənzətmiĢdir. AĢağıdakı misrada isə
Ġrəm bağı metaforik Ģəkildə insana bənzədilmiĢdir.
Ġrəm “Arami-dil” söyləyir ona (YG-145).
O bağ o qədər gözəl idi ki, hətta əfsanəvi Cənnət bağı – Ġrəm
ona “Arami-dil”, yəni “ürək rahatlığı” deyirdi. Yəqin ki, “Ara-
mi-dil” o dövrdə məĢhur mahnı adı olmuĢdur.
Ġrəm bağçası (mif.) – Memar Simnarın Bəhram üçün tikdiyi
saray – Xəvərnəq əfsanəvi Ġrəm bağçasına bənzədilir.
Xəvərnəqlə Yəmən Ģöhrətli oldu,
Ġrəm bağçasıtək əziz tutuldu (YG-62).
Ġrəm bağı (məc. mif.) – Bax: Ġrəm.
Gül-çiçəyə can verər dərgahının torpağı,
Gülzarının yanında yalandır Ġrəm bağı (SX-24).
Təbiətdəki gül-çiçək, gülzar əfsanəvi Ġrəm bağı ilə müqayisə
olunur. ġair həyatı, təbiət gözəlliklərini Ġrəmdən üstün tutur.
Ey bəĢər! ġadlanmadı, büsat qurmadı sənsiz,
Qəlbi Ġrəm bağında bir an vurmadı sənsiz (SX-70)
Yəni Adəm peyğəmbər bu həyata görə Ġrəm bağında (Burada
Cənnət mənasında iĢlənmiĢdir) qala bilmədi, qəlbi sevinmədi...
Xacənin bağı əfsanəvi Ġrəm bağına bənzədilir.
Dostları ilə paylaş: |