Aydın Paşayev



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə64/138
tarix21.03.2018
ölçüsü2,8 Mb.
#32716
1   ...   60   61   62   63   64   65   66   67   ...   138

192 

Dini  əfsanəyə  görə,  Ġsanın  peyğəmbərliyinə  inanan  ilk  dəfə 

on  iki  boyaqçı  olmuĢdur.  Bunlar  Ġsadan  möcüzə  istəmiĢlər.  Ġsa 

da  guya  boyaqçılara  boyamaq  üçün  verilmiĢ  bütün  ipləri  bir 

küpə  tökmüĢ  və  bunları  eyni  küpdən  hər  kəsin  istədiyi  rəngdə 

çıxarmıĢdır.  Bu  beytdə  lacivərd  küp  –  göy,  səma;  rəngbərəng 

iplər  isə  müxtəlif  surətlər  və  müxtəlif  mənalar  ifadə  edən  mis-

ralar, beytlər deməkdir.  AĢağıdakı beytdə  Ģair alim  Bəlinası  Ġsa 

peyğəmbərə bənzətmiĢdir. 

Ġsa nəfəsli ustalardan da 

Bircə Bəlinasdı onun yanında (Ġ-557). 

Ġsa,  Məhəmməd (müq. ag.) – Ġsa peyğəmbərlə Məhəmməd 

peyğəmbər müqayisə olunur.  



Ġsanın beĢiyi göyə qovuĢdu, 

Məhəmmədsə özü göylərə uçdu (Ġ-414). 

Dini  əfsanəyə  görə,  guya  Ġsa  hələ  beĢikdə  ikən  peyğəmbər-

liyə  çatmıĢdır.  Bəni-Ġsrailin  adamları  ərsiz  uĢaq  doğduğu  üçün 

Ġsanın anası Məryəmə qəsd etmək istərkən təzəcə doğulmuĢ Ġsa 

guya  beĢikdən  dilə  gəlib  onlara  demiĢdir  ki,  mən  Allahın  əmrı 

ilə doğulmuĢam. 

Yenə  dini  əfsanəyə  görə,  guya  Ġsa  peyğəmbər  göyün  yalnız 

dördüncü  təbəqəsnə  qədər  çıxmıĢ,  Məhəmməd  peyğəmbər  isə 

göyün doqquzuncu təbəqəsinə qalxmıĢdır. Lakin yeddinci təbə-

qədən(fələkdən)  yuxarı  heç  bir  cismani  varlıq  çıxa  bilmədiyi 

üçün  Nizami  demək  istəyir  ki,  Məhəmməd  peyğəmbər  meraca 

beĢiksiz,  yəni  cisimsiz,  ruhən  çıxmıĢdır.  “BeĢik”  burda  maddi 

aləm mənasındadır. 

Ġsa,  Musa  (ep.  məc.  ag.)  –  ġair  eyni  zamanda  özünü  həm 

Ġsaya, həm də Musaya bənzədir. 

Ruhlara dərs öyrət sən Ġsa kimi, 

EĢqdən Ģam yandır bir Musa kimi (Xġ-32). 

ġair bu epiforik agionimləri iĢlətməklə göstərmək istəyir ki, 

Ġsa  peyğəmbərin  ölü  diriltmək  məharəti  həyatda  olmayan  Mu-

saya təsir etməz. 

Ġsa ki Musaya eləməz əsər (Xġ-52). 



193 

Burada  Ġsa  adının  yeri  sabitdir,  onu  baĢqa  adla  əvəz  etmək 

olmaz. Musa adının yeri isə çox sərbəstdir. Çünki onu Süleyman, 

Ġskəndər və baĢqa adlarla da  əvəz etmək olar. Bu da ölü  dirilt-

məklə  əlaqədar  olan  dini  rəvayətin  ancaq  Ġsa  peyğəmbərin  adı 

ilə yaranmasından irəli gəlir. 



Ġsa nəfəsi (məc. on. birləĢmə) – Torpağın məlhəmə dönməsi 

Ġsanın nəfəsinə bənzədilir. 

Gecə - dəli-divanə, aman vermir qəm ona

Hazırladı torpaqdan dayəsi məlhəm ona. 



Ġsanın nəfəsitək torpaq məlhəmə döndü

Dəliliyin atəĢi onun suyuyla söndü (SX-52). 

Yəni gecənin cağasını qarasövda (qaranlıq) xəstəliyindən qo-

rumaq üçün torpaqdan bir Ģəfa bəxĢ edən məcun düzəltdi, sonra 

torpaq  öz  məsihvari  nəfəsindən  gecənin  qarasövdalı  atəĢinə  su 

çilədi və xəstə ilə Ģərbət bir-biri ilə düz gəlib qarasövdanın evini 

tərk etdi. 

Könül Ġsanın nəfəsinə bənzədilir. 



Ġsanın nəfəsitək bağıĢlayır can könül

Dirilik suyu çilər torpaq ağzından könül (SX-65). 

Tanrının həyatda hər Ģeyin, hətta Ġsa nəfəsinin də özü olma-

sına, həyata özünün baxmasına iĢarə olunur. 

Sənsən könül quĢu da, Ġsanın nəfəsi də, 

BəĢərin öz hüsnü də, eĢqi də, həvəsi də (SX-74). 



Ġsa,  Yusif  (qoĢa  məc.  ag.)  –  ġair  “Hekayə”də(“Yeddi  gö-

zəl”) Xacəni ağılda Ġsaya, gözəllikdə isə Yusifə bənzədir. 



Ġsaya bənzərdi əqli, kamalı, 

Yusifli məclisdə yalnız misalı (YG-255). 

Ġsadilli (məc. ag.) – Dini rəvayətə görə, Ġsa peyğəmbər ana-

dan olan kimi birinci gün dil açıbdır. 



Ġsadilli, birgünlük süsən necə nəĢəli (SX-59). 

Süsən gülü bircə gün yaĢayır. Burada süsən anadan olan ki-

mi danıĢan birgünlük Ġsaya bənzədilir. 

Ġsanın  bəzmi  (on.  birləĢmə)  –  Dini  rəvayətə  görə,  Ġsa 

peyğəmbərə qonaq gələndə heç nəyi olmadığı üçün onlara yalnız 

çırağının iĢığını təklif edərmiĢ. “Bəzm” fars sözüdür və məclis, 



194 

yığıncaq,  eyĢ-iĢrət,  kef  məclisi  deməkdir.  “Ġsanın  bəzmi”  isə 

“Ġsanın qonaqlığı” mənasında iĢlənir.  

Ġsanın bəzmidir, Ġbrahim bağı (YG-127). 

Ġsanın  eĢĢəyi  (məc.  zo.)  –  Dini  rəvayətlərə  görə,  Ġsa  pey-

ğəmbər  həmiĢə  eĢĢək  üstündə  səyahət  edərmiĢ.  Odur  ki,  ġərq 

ədəbiyyatında “Ġsa eĢĢəyi” ifadəsinə tez-tez təsadüf olunur. 

Hər bir eĢĢək Ġsanın eĢĢəyinə taydımı? 

Hər baĢa kölgə salan bəxt quĢu humaydımı? (SX-83). 

Burada  Ġsanın  eĢĢəyi  bütün eĢĢəklərdən fərqləndirilir və üs-

tün tutulur. 

ġair minnətli çörək yeyənləri Ġsanın eĢĢəyi ilə müqayisə edir. 

Minnətli çörək ilə kef, damaqmı yaxĢıdır? 

Ġsanın eĢĢəyitək otlamaqmı yaxĢıdır? (SX-89). 

Ġsəvi (et.) –  Ġsa  peyğəmbərin  yaratdığı  xristian dininə mən-

sub olan. 



Ġsəvi sevindi bundan o qədər, 

Verdi ona qızı Məryəmi Qeysər (Xġ-146). 

Burada “Ġsəvi” dedikdə, Rum qeysəri nəzərdə tutulur. 

Ġsfahan  (top.)  –  Ġranın  ən  qədim  Ģəhərlərindəndir.  Bəsrə 

körfəzinin Ģimalında Zindərud çayı  üzərində  yerləĢir. “Ġsfahan” 

sözünün  mənası ordugah – hərbi düĢərgə deməkdir. Çünki qə-

dimdə Ġranın ən böyük hərbi düĢərgəsi olmuĢdur. Rəvayətə görə, 

Zöhhaka qarĢı üsyan edən Dəmirçi Gavə orada yaĢamıĢdır. Ġra-

nın muzey Ģəhəri sayılır. 

Sasanilər  dövründən  baĢlayaraq  Ģəhər  Yaxın  və  Orta  ġərqin 

ən  böyük  sənaye,  ticarət  və  mədəniyyət  mərkəzlərindən  biri 

olmuĢdur.  1598-ci  ildən  Səfəvilərin  paytaxtı  olmuĢ  və  daha  da 

böyüyərək əhalisi 600 mindən çox olmuĢdur. 1722-ci ildə Ģəhə-

rin  əfqanlar  tərəfindən  iĢğal  olunması,  XYIII  əsrin  sonunda  isə 

paytaxtın  Tehrana  köçürülməsi  nəticəsində  Ġsfahan  öz  əvvəlki 

mövqeyini itirir. Hazırda Ģəhərin 300 min əhalisi vardır(10). 

ġahzadə qadındı orda hökmüran, 

YayılmıĢ qoĢunu Ġsfahanacan (Xġ-63). 



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə