Aydın Paşayev



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə44/138
tarix21.03.2018
ölçüsü2,8 Mb.
#32716
1   ...   40   41   42   43   44   45   46   47   ...   138

132 

Firidun, Keyqubad (qoĢa məc. an.) – Girdibadın(tufan, qa-

sırğa deməkdir) gətirdiyi zərrə Firidun və Keyqubada bənzədilir. 

Bir zərrə gətirsə əgər girdibad

O, bir Firidundur, ya da Keyqubad (Xġ-209). 



Firidun,  Sultan,  CəmĢid  (qrup  məc.  an.)  –  Eyni  zamanda 

Məhin  Banunun  təxti  Firidun  təxtinə,  Xosrov  Sultana,  ġirin  isə 

CəmĢidə bənzədilir. 

Firidun təxtinə əyləĢdi Sultan

CəmĢid qəbiləsinə bağladı iman (Xġ-127). 

Firidun,  Zöhhak  (qoĢa  an.)  –  Zöhhak  adı  “Xəmsə”də  ən 

çox  CəmĢid  və  Firidun  adları  yanaĢı  iĢlədilir.  Çünki  Firidun 

CəmĢidin oğludur. Zöhhak CəmĢidi öldürmüĢ, onun yerində Ģah 

olmuĢ, Firidun isə Gavənin köməyi ilə Zöhhaka qalib gəlmiĢ və 

taxta çıxmıĢdır. 

Gəlsə səninlə iĢrət Firudinin arına, 

BaĢı, beyni yem olsun Zöhhak ilanlarına (SX-43). 

Firidun,  Zöhhak,  CəmĢid(qrup  xat.  an.)  –  ġair  bu  hökm-

darları xatırlamaqla bütün insanların ölümə məhkum olduqlarına 

iĢarə etmiĢdir. 

Nə oldu Firidun, Zöhhak və CəmĢid? 

Hamı torpaqdadır, ey aqil, eĢit! (Xġ-347). 

Firiduni-Fərhəng  (xat.  an.)  –  Firiduna  iĢarədir.  Görünür, 

“Fərhəng” Firidunun ləqəbi olmuĢdur. “Fərhəng” adı iki sözdən 

ibarətdir: “Fər” – sarı, sar sözü ilə bağlı olan “par”(bax: Fəğfur) 

deməkdir. “Həng” isə fars sözü olub qədr, qədr-qiymət; miqdar; 

zor, güc, qüvvət; ağıl, dərrakə kimi mənaları vardır. “Fərhəng” – 

“ağıllı, qüvvətli hökmdar” mənasını verir. 

Hanı Rüstəmi-Zal, Simürğ ilə Sam, 

Firiduni-Fərhəng, o CəmĢid və cam? (Ġ-168). 

ġair burada Rüstəmi-Zal, Simurq, Sam, Firidun, CəmĢid ad-

larını xatırlamaqla dünyanın faniliyinə iĢarə edir. 

Firon (an.) – Qədim Misir padĢahlarına verilən ümumi addır. 

Bəzən  bu  ad  yəhudi  peyğəmbərlərini  təqib  edən  və  allahlıq 

iddiasına düĢən qədim Misir hökmdarlarına verilir. Mənbələrdə 

Firon, Firovn, Faraon kimi qeyd olunan bu ad, adətən, ərəb sözü 




133 

kimi  izah  olunur.  Bizcə,  bu  ad  da  “fir”(Bax:  Fəğfur)  sözündən 

və çoxluq və cəmlik mənası bildirən “an, on” hissəciyindən iba-

rət olub, Furlar deməkdir. 

Endi fil belindən, durdu Nil kimi, 

Çağladı Firona döğru Nil kimi (Ġ-297). 

ġair  burada  Ġskəndəri(bax)  Firona,  Çin  xaqanını  (bax)  isə 

Nilə bənzətmiĢdir. 



Firuzə rəngli günbəd (top.) – Qədim astroloji anlayıĢa əsa-

sən  Firuzə  rəngli  və  çərĢənbə  gününü  ifadə  edən  Ütarid  (Mer-

kuri)  planetinin  adı  ilə  əlaqədar  belə  adlandırılmıĢdır.  Bu  gün-

bəddə beĢinci iqlim padĢahının qızı yaĢayırdı. 

Ona ki Ütarid vermiĢdi nemət, 

Firuzə rəngindən yetmiĢdi zinət (YG-133). 

Fitnə (an.) – “Yeddi gözəl” poemasında obraz adı. Fitnəkar, 

hiyləgər,  bic  mənasında  olan  bu  adın  poetik  yükü  ilə  həmin 

obrazın  fəaliyyət  və  səciyyəsi  bir-birinə  uyğun  gəlir.  ġair  bu 

adın mənasını belə açır: 

SoruĢsanız onun siz: nədir adı? 

Bu Ģən fitnəkarın Fitnədir adı  (YG-102). 

Dövlət sarayında o bir fitnədir  (YG-104). 

Fitnə milliyyətcə türkdür. ġair onu “çinli kəniz” də adlandırır. 

“Xəmsə”də  isə  Çin  türk  xalqlarının  dövləti  kimi  təsvir  olun-

muĢdur. 


Fövr (an.) – Bax: Fur. Bizə elə gəlir ki, bu ad “Fur” sözünün 

fonetik cəhətdən dəyiĢikliyə uğramıĢ formasıdır. 

Ordumu çəkərəm uzaq səfərə

Bir qılınc vuraram Fövrə bir kərə (Ġ-260). 



Fum (an.) – Ġskəndərin(bax) pəhləvanlarından birinin adı. 

Sipənd Xorasandan, Fum da Ġraqdan... (Ġ-324). 



Fur  (an.)  –  Hindistan(bax)  vilayətlərindən  biri  olan  Qən-

nuc(bax) padĢahının adıdır. 

Ġskəndər azacıq dincəlib durdu

Furun torpağında xeyməni qurdu (Ġ-269). 

Zənnimizcə, “Fur” adı “Fəğfur”(bax) adındakı “fur”la əlaqə-

dardır. 



134 

Furək  (an.)  –  “Yeddi  gözəl”  poemasında  Xəvərnəq  sara-

yında Ģəkli çəkilən gözəllərdən biri. Hind Ģahının qızı. “Furək” 

adı  Hindistanda  (bax)  Qənnuc  (bax)  padĢahlarının  titulu  olan 

fur(furlar, furan) ilə əlaqədardır. Bax: Fur. 

Hind Ģahının qızı sevimli Furək, 

On dördlük ay kimi dilbər bir mələk (YG-74). 



Furlar  (məc.  an.)  –  ġair  burada  “Furlar”  dedikdə  bir  çox 

hökmdarları nəzərdə tutmuĢdur. Bax: Fur. 

Söylə döyüĢlərdə böyük Ġskəndər 

Furların baĢına gətirdi nələr? (Ġ-270). 

 

 

- G - 

Gavə  bayrağı  (məc.  ktem.)  –  Gavə  Ġranın  qədim  tarixində 

əfsanəvi bir dəmirçinin adıdır. Gavəyi-Ahəngər –  Dəmirçi Gavə 

adı  ilə  məĢhurdur.  “ġahnamə”nin  “Gavə  və  Zöhhak”  dastanına 

görə, əfsanəvi padĢah CəmĢiddən sonra taxta əyləĢən Zöhhak son 

dərəcə qəddar və qaniçən olduğuna, ölkəni böyük qorxu və iztirab 

içində  saxladığı  üĢün,  inək  südü  ilə  böyüyən  Gavə  bu  zülmə 

dözməyib öz inək dərisindən olan döĢlüyünü bayraq edərək(Bu da 

böyük  bir  rəmzi  məna  kəsb  edir)  xalqı  zalım  ərəb  Zöhhakın 

əleyhinə  qaldırmıĢ,  onu  taxtdan  salaraq,  CəmĢidin  nəvəsi  olan 

Firidunu  onun  yerinə  oturtmuĢdur.  Gavənin  bayrağı    qurtuluĢ 

rəmzi kimi məĢhur olub, iranlılar tərəfindən müqəddəs sayılır. 

Hanı o dünyagir, ağzı qan qılınc? 



Gavə bayrağına qan saçan qılınc? (Xġ-164). 

ġair  burada  “Gavə  bayrağı”  dedikdə  Ġran  taxt-tacını,  “dün-

yagir  və  ağzı  qan  qilinc”  dedikdə  isə  Bəhram  Çubini  nəzərdə 

tutur. 


Gaviyan  bayrağı  (ktem.)  –  “DərəfĢi-Gaviyan”ın  Azərbay-

can dilində səsləndirilməsi. Bax: Gavə bayrağı. 



Gaviyan bayrağı çox ucalmıĢdı, 

ġahın ay üzünə kölgə salmıĢdı (Xġ-239). 

Yəni Xosrovun bayrağı ucalaraq, onun üzünə kölgə saldı. 



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə