Aydın Paşayev



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə37/138
tarix21.03.2018
ölçüsü2,8 Mb.
#32716
1   ...   33   34   35   36   37   38   39   40   ...   138

111 

“Yeddi gözəl” poemasında “Əjdər” Əjdahanın sinonimi kimi 

iĢlədilmiĢdir. Mahanın mindiyi at sonradan Əjdərə çevrilir. 

Gördü altındakı dərddir, xətərdir, 

Mindiyi at deyil, qızğın  əjdərdir. 

Dörd ayağı vardı, iki qanadı, 

Yeddi baĢı görcək ağlı oynadı. 

Halqa kimi bizi bürüyən fələk 

Yeddi baĢ əjdərdir, heyrət nə demək? (YG-216). 

Əjdər  deyərkən  Ģair  cismani  həyatı,  təbiəti  nəzərdə  tutur. 

Bizim  dövrəmizi  kəmər  kimi  qurĢaqlamıĢ  göyün  yeddi  baĢ 

Əjdaha(Əjdər) olması heç də təəccüblü deyil. Onun iki qanadı – 

gecə və  gündüz, dörd ayağı – dörd ünsür və  yeddi baĢı –  yeddi 

qatdan ibarət olan göydür. 



Əkinçi (an.) – “Ġqbalnamə” əsərində obraz adı. 

Ağıllı əkinçi eyləyib xitab, 

Verdi padĢaha ədəblə cavab (Ġ-548). 

Əklil (kos.) – Ġyirmi səkkiz Ay mənzillərindən biridir. 

Əklil bağıĢlamıĢ Qəlbəyə bir tac (LM-185). 

Əqrəb  (kos.)  –  On  iki  bürcdən  səkkizincisi.  Guya  Mə-

həmməd  peyğəmbər  merac  zamanı  qədim  astrologiyada  nəhs 

hesab edilən Əqrəb bürcünü pisləmiĢdir.  

Fələk Əqrəbinin bağrını sökdü (Xġ-357). 

Nizami Əqrəbdən məcazi ad kimi də geniĢ istifadə etmiĢdir. 

Zanbaqtək quyruğuna zəhər dolub Əqrəbin, 

Süsənbər zəhərini kəsən olub Əqrəbin (SX-30). 

Burada Əqrəb həm də zoonim əqrəbi – Əqrəb kosmoniminin 

apelyativ, ilkin mənasını ifadə edir. 

Süsənbər  çiçəyinin  Ģirəsi  qədim  təbabətdə  əqrəb  zəhərini 

məhv  edən  padzəhr  kimi  iĢlənərdi.  Yəni  Məhəmməd  peyğəm-

bərin  süsənbəri  –  nəfəsi  Əqrəb  bürcünün  quyruğuna  padzəhr 

töküb onu xətərsiz etdi. 

ġair Əqrəb bürcünü metaforik Ģəkildə əqrəbə bənzədir. 

GünəĢi göylərdə dolanan zaman 

Sancıb saraltmadı əqrəbtək xəzan (Ġ-568). 




112 

Əqrəb  sözü  burada  Əqrəb  bürcü  mənasındadır.  Astrologi-

yaya görə, GünəĢ Əqrəb bürcünə girəndə havalar soyumağa, qıĢ 

yaxınlaĢmağa  baĢlayır.  “Sancıb  saraltmadı  əqrəbtək  xəzan”  – 

yəni hələ payız girməmiĢdi. 

Əqrəb,  Qövs  (ant.  məc.  kos.)  –  ġair  eyni  zamanda  Sultan 

Mahmud  Qəznəvini(bax)  Əqrəbə,  Firdovsini(bax)  isə  Qövsə 

bənzədir.  Astrologiya  elminə  görə  Əqrəb  və  Qövs(göy  qurĢağı) 

bürcləri həmiĢə bir-biri ilə vuruĢurlar. 

Soltan Mahmud ilə Ģair Firdovsi 

Andırır nisbətdə Əqrəblə Qövsi (YG-32). 



Əqsa məscidi  (mif. top.) – Məhəmməd peyğəmbərin merac 

zamanı yüksəldiyi əfsanəvi yer. Guya göyün yeddinci qatındadır 

və Allahın taxtı da burada  yerləĢir. ”Əqsa” ərəbcə uzaqda olan, 

iraq, ucqar deməkdir. 

Mədinədən quĢtək uçdu peyğəmbər 

Əqsa məscidinin sonuna qədər (Xġ-357). 

Əlaəddin (an.) – Körpə Arslan Ģahın(bax) dini fəxri adı. 

O Ģahın ləqəbi Əlaəddindir (YG-34). 

Ərəb  ad  sistemində  titul(fəxri  ad)  termini  olmadığından, 

fəxri  ad,  fəxri  ləqəb,  ləqəb,  titul  kimi  köməkçi  adlar  təkcə  bir 

“ləqəb” termini ilə ifadə olunurdu. Çox vaxt Ģah, xan, bəy kimi 

titullar və hətta Ģairlərin ədəbi-bədii təxəllüsləri də(Buna indi də 

təsadüf  olunmaqdadır)  ləqəb  hesab  edilirdi.  Nizami  də  “Əla-

əddin” dini fəxri adını ləqəb hesab etmiĢdir. 



Əlbürz (top.) – Bax: Elbrus. 

Könlünü qırma, sal Əlbürzə lərzə (Ġ-166). 

O qoca Əlbürzə kəsmə yol açmaq (Ġ-228). 

ġair metaforik Ģəkildə Ġskəndəri Elbrusa bənzədir. 

Meydanda baĢlasam qılınc oyunu, 

Bağlaram Əlbürzün uca qolunu (Ġ-324). 



Əlbürz, CəmĢid (qoĢa on.) – Elburus dağ, CəmĢid isə əfsa-

nəvi Ġran padĢahıdır. Bu adların yanaĢı iĢlənməsinin əsas səbəbi 

CəmĢidin bu dağın baĢında taxta çıxması, onun qızıl taxt-tacı və 

paltarı GünəĢ altında parlaması, CəmĢidin yeni Gün kimi adlan-




113 

ması ilə əlaqədardır. ġair “CəmĢid xələti” dedikdə GünəĢli dün-

ya nəzərdə tutulur. 

Əlbürzün baĢında günəĢ göründü, 

CəmĢid xələtinə dünya büründü (Xġ-70). 

Əli  (ag.)  –  “RaĢidi  xəlifələri”n  dördüncüsü  və  axırıncısı. 

Məhəmməd  peyğəmbərin  əmisi  oğlu  və  kürəkəni,  onun  qızı 

Fatimənin əridir. Əli ibn Əbu Talib(bax) 656-cı ildə Osman(bax) 

öldürüldükdən sonra xəlifə elan edilmiĢdir. Osmanın yıxılmasın-

da mühüm rol oynayan Misir nümayəndələri əvvəlcə onun tərə-

fini saxlamıĢ, az sonra iki müqəddəs Ģəhər – Məkkə və Mədinə, 

onlarla  birlikdə  Ġraq  Əlinin  tərəfinə  keçmiĢdir.  Lakin  həlak 

olmuĢ Osmanın əmisi oğlu, Suriya hakimi Müaviyə, Məhəmmə-

din bir çox silahdaĢları, hörmətli və nüfuzlu AyiĢə və baĢqaları 

Əlinin  namizədliyinə  tərəfdar  çıxmadılar.  Hakimiyyət  uğrunda 

gedən Ģiddətli mübarizə müsəlmanların Əli tərəfdarları olan Ģiə-

lərə və onun əleyhidarları olan sünnilərə parçalanmasının təmə-

lini qoydu. 

661-ci ildə Müaviyəyə qarĢı silahlı mübarizədə təĢəbbüsü əl-

dən  vermiĢ  Əli  Kufə  məscidinə  daxil  olarkən  bir  xarici  tərəfin-

dən ölümcül yaralandı və tezliklə vəfat etdi(Ġslam. Bakı, 1985). 

Ya meydana Əlini - ər oğlu əri göndər (SX-37). 

Əli, Ömər (xat. ag.) – ġair ilk ərəb xəlifələrinə münasibətini 

bildirmək üçün onların adlarını xatırlayır. 



Əlinin eĢqində sabitqədəməm, 

Ömər sevgisindən uzaq deyiləm (Ġ-28). 

Əmr  (məc.  an.)  –  Əmr  ilə  Zeyd  haqqında  olan  əfsanənin 

qəhrəmanlarından biri. ġair Məcnunu Əmrə bənzədir. 

Məcnunun qəlbində ayrılıq dərdi, 

Əmrtək Zeyd ilə ömür sürərdi (LM-247). 

Əmr, Zeyd (qoĢa məc. an.) – ġair “Leyli və Məcnun” poe-

masında obraz olan Zeydi eyni vaxtda Əmr ilə Zeydə bənzədir. 

Öz adı Zeyd idi, sevda gəzərdi

Xisləti Əmr ilə Zeydə bənzərdi (LM-233). 

Əsərdə Əmr və Zeyd (Burada obraz olan Zeyd yox, bənzətmə 

ad  olan  hər  hansı  baĢqa  bir  Zeyd  nəzərdə  tutulur)  haqqında  əlavə 




Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə