Aydın Paşayev



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə41/138
tarix21.03.2018
ölçüsü2,8 Mb.
#32716
1   ...   37   38   39   40   41   42   43   44   ...   138

123 

Rasidlər deyir ki, qeyd etmiĢ fələk, 



Fələkəddin Əhməd adlansın gərək (YG-37). 

Fələknaz  (an.)  –  “Xosrov  və  ġirin”  poemasında  obraz  adı. 

Fələk  (göy,  asiman;  bəxt,  tale  deməkdir)  və  azərbaycanca  naz 

sözlərindən düzəlmiĢdir. 

Fələknaz dedi bir gözəl əfsanə... (Xġ-129). 

Fələstin  (top.)  –  Qərbi  Asiyada  tarixi  vilayət.  E.ə.  XI  əsrdə 

Fələstinin müəyyən hissəsini təĢkil edən yəhudi tayfaları Ġsrail – 

Yəhudi  padĢahlığının  əsasını  qoymuĢdur.  E.ə.  928-ci  ildə  Ġsrail 

padĢahlığına  və  Yəhudi  padĢahlığına  parçalanmıĢdır.  Fələstin 

e.ə.  VI  əsrdən  Əhmənilər  dövlətinin,  e.ə.  III-II  əsrlərdə  Ptolo-

meylər və Suriya Selevkilərinin, e.ə. 63-cü ildən Romanın, 395-

ci  ildən  Bizansın,  VII  əsrdən  ərəblərin,  XI  əsrdən  səlibçilərin, 

XII əsrdən Misir sultanlığının, XVI  əsrdən Osmanlı imperiyası-

nın  tərkibində  idi.  1917-ci  ilə  qədər  Ġngilislərin  əsarətində  ol-

muĢdur.  1948-49-cu  illərdə  Fələstinin  böyük  hissəsini  Ġsrail 

hərbçiləri zəbt etdi, qalan hissəsi isə Misir, Ġordaniya, Suriya və 

b. dövlətlər arasında bölüĢdürülmüĢdür. 

Firənglə Fələstin, Rum keĢiĢləri 

Verdiyi buyruqdan durmazlar geri (Ġ-296). 



Fələyin Cövzası (kos.) – Cövza bürcü. Bax: Cövza. 

Bağlayaraq fələyin Cövzasına baxtını, 

Qoz sındırıb cevizdə, qozda sına baxtını (SX-133). 

Qədim astroloji təsəvvürə görə, Cövza bürcü taleyində (22 may 

– 22 iyun) anadan olmuĢ adamlar xoĢbəxt olurlar. Cövz – qoz səs 

və  tələffüzə  görə  cövza  sözünə  həmahəng  olduğuna  görə  qədim 

zamanlarda  çoxuĢaqlı  Ģahlar  qozla  fala  baxarmıĢlar.  Bundan  ötrü 

bir kisə qoz yığıb hər Ģahzadəyə eyni ədəd qoz verərmiĢlər, kimin 

qozlarının hamısı saf çıxsa, onu varis və vəliəhd edərmiĢlər. 

Beytin məzmunu: xoĢbəxt və bəxtəvər adamlarla dur, otur ki, 

xoĢbəxt olasan(SX-189). 

Fəramərz  (xat.  an.)  –  “ġahnamə”  qəhrəmanlarından  biri. 

Qədim  Ġran  Ģahlarından  Bəhmən(bax)  tərəfindən  günahsız  yerə 

öldürülmüĢdür. 

 



124 

Zal oğlu söyləmiĢ mərd Fəramərzə: 

“Könlünü qırma, sal Əlbürzə lərzə (Ġ-166). 

Fəramərz,  Bəhmən  (qoĢa  xat.  an.)  –  Ġskəndərin  Fəribərzə 

(bax)  verdiyi  suallarda  Bəhmənin(bax)  Fəramərzi  öldürməsini 

xatırladır. 

Bu sirri aç mənə, qoca pəhləvan

Neçin Fəramərzi öldürdü Bəhmən? (Ġ-167). 

Fərat  (məc.  top.)  –  Qərbi  Asiyanın  ən  böyük  və  mühüm 

çaylarından  biridir.  Türkiyə  dağlarından  axıb  Mesopotamiyanı 

keçir, burada Dəclə ilə birləĢərək Bəsrə(Fars) körfəzinə tökülür.  

N.Nəbiyevin  fikrincə,  Fərat  Aramey  dilində  “Ģirin  su”, 

“möhtəĢəm çay”, “çaylar atası” kimi izah olunsa da, onun “sel” 

mənasında  olması  haqqında  fikirlər  də  söylənilir.  Zənnimizcə, 

“Fərat”  –  “fər”  və  “od”(Bax:  Fəğfur)  sözlərindən  düzəlmiĢ  və 

Fərhad adı ilə əlaqədardır, hər ikisı eyni mənaya malikdir. 

MəhĢərdə oxunanda guya cəza fərmanı, 

Sorğu-sual etməyə gətirirlər səhranı. 

Deyirlər: - Sən qanını içmisən heyvanların, 

TəĢnəsisən tökülən, axan nahaq qanların. 

Yoxsa, dirilik suyu həyat verməz quĢuna, 

Səhrasan, Fərat nəhri axıb-gəlməz Ģumuna (SX-81). 

Qiyamət  günü  səhranı  ortaya  çıxarıb  ondan  hesabat  tələb 

edərək  soruĢacaqlar:  “Ay  cani,  sən  sinəndə  çağlayan  çeĢmələr 

ürəyi  yaralı biçarələrin ciyər qanını sormusan,  yoxsa bu qumlu 

səhra hara və dirilik suyuna bənzər bulaqlar hara? 

Ərzincan hakimi Bəhram Ģahın tökdüyü qanlar Fərat çayına 

bənzədilir. 



Fərat nəhri yaratdı qanlar tökən qılıncın (SX-42). 

Xosrov metaforik Ģəkildə ġirini Fərat çayına bənzədir. 

Bahar tapdım, bir bar dərmədi əlim

Fərat gördüm, suya dəymədi dilim (Xġ-93). 

ġirvanĢah Axsitan Fərat çayına bənzədilir. 

ġahımız dənizdir, Fəratdır, lakin 

Dəryası axandır, Fəratı sakin (LM-55). 




125 

ġair  “Fərat”  adını  təkrar  etməklə  onu  müxtəlif  vəziyyətdə 

göstərmiĢdir. 

Fərat,  Nil  (qoĢa  məc.  top.)  –  ġair  eyni  vaxtda  Nüsrətəddin 

Əbubəkrin səmimiyyət və dostluğunu Fərat, kinini, qəzəbini isə 

Nil  çaylarına  bənzədir.  Burada  Fərat  və  Nil  toponimləri  ifadə 

etdikləri mənalara görə antonim qütblər yaradır. 



Fərattək səmimi bir dostluğu var

Nil kimi düĢməni gizlində boğar (Ġ-48). 

Yəni Nüsrətəddinin dostluğu Fərat çayının suyu kimi Ģirin və 

aĢkardır. DüĢmənini də, guya tanrı düĢmənlərini boğub gizlədən 

Nil çayı kimi xəbərsiz məhv edəndir. 



Fərd  (kos.)  –  Yalqızaq  ulduzunun  ərəbcə  adı.  Hərfi  mənası 

“cüt olmayan; tək, yalqız” deməkdir. 

Yalqız adam kimi Fərd adlı ulduz 

Cənubun üstündə parlayır yalqız (LM-186). 

Fərəs”, “Rüx”, “Fil” (məc. on.) – ġahmat fiqurlarının adları. 

“Fərəsi” “Rüx” ilə ayaqdan salır, 

“Fərəs”lə “Fil!”i də cəbhədən alır (Ġ-306). 

Yəni  (Ģahmat  oyununda  olan  kimi)  düĢmənin  atını  (ərəbcə 

Fərəs) topla vurur, Filini də atla aradan çıxarır. 

Fərfuryus (an.) – Obraz adı. Ġskəndərlə xəlvətə çəkilən yed-

di alimdən biri. 

Alim Fərfuryus da təzim eylədi, 

Torpağı öpərək belə söylədi... (Ġ-497). 

Fərfuryus, yaxud Porfir (233-304) məĢhur alim və filosofdur. 

Suriyalıdır.  Əsl  adı  Məlikdir.  Təhsilini  yunanca  almıĢ,  əsərlərini 

də yunanca yazmıĢdır. Ərəstunun “Məntiq”inə  yazdığı “Mədxəl” 

məĢhurdur.  Bu  əsər  məntiq  haqqında  ən  mühüm  kitab  kimi  orta 

əsrlərdə  çox  öyrənilirdi.  1937-ci  ildə  ruscaya  da  tərcümə  edil-

miĢdir. Onun “Xristianlar əleyhinə on beĢ kitab”ı da məĢhurdur. 

“Porfir” və ya “Fərfuryus” – “Fərfur” adının fonetik dəyiĢik-

liyə  uğramıĢ,  yunanlaĢdırılmıĢ  variantıdır.  “Fərfur”  isə  “fər” 

(Azərbaycan dilindəki parlaq, parıltı, parlamaq və s. sözlərindəki 

“par”  olub,  iĢıqla,  odla,  əlaqədardır),  “fur”  (“par”ın  cəmidir) 

sözlərindən düzəlmiĢdir(Bax:  Fəğfur). 



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə