Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə27/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   23   24   25   26   27   28   29   30   ...   135

 

80 


sırtıq  niyyəti  Gülnaz  və  Sənəmin  son  dərəcə 

şaşırmasının  səbəbidir.  Bu  şaşqınlıq  Məşədinin 

üstünə  birbaşa  hücum  çəkib  “şığımaq”la  və  aşkar 

təhqirlə  (“qoca  kaftar,  sənə  on  beş  yaşında  qız  nə 

gərək?”)  bildirilir.  İbad  kişisə  müdafiə  olunmur. 

Daha 


doğrusu, 

onun 


müdafiəsi, 

sadəcə, 


məzələnməkdir, 

əylənməkdir, 

zənən 

tayfasının 



həşirini  ciddi  qəbul  etməməkdir.  Məşədi  İbad  gözəl 

Gülnazdan  və  qulluqçu  Sənəmdən  heç  incimir  də, 

əksinə,  onların  aqressiv  davranışından  bir  az  da 

xoşhallanır,  kefi  durulur  və  könlündən  hər  iki 

qadını birdən özünə arvad eləmək istəyi keçir. 

     “O  olmasın,  bu  olsun”  məsxərəsində  Sənəm 

qulluqçudan  daha  çox  Gülnazın  yaş  etibarı  ilə  iki 

dəfə  böyük  ədəbi  ƏKİZİDİR.  Gülnaz  və  Sənəm  pyesin 

kontekstində  cüt  bacı  təəssüratı  oyadırlar.  Sənəm 

məsxərədə  Gülnaz  əvəzidir.  Üzeyir  bəy  Sənəmi  İbad 

kişini  incitməməkdən,  pərt  və  peşman  etməməkdən 

ötrü 


yaradıb. 

Sənəmsiz 

Sərvərin 

də 


kələyi 

gerçəkləşməzdi.  Lakin  insafən  qeyd  etmək  lazımdır 

ki, sonucda Sənəm heç bir etiraz-filan bildirmədən, 

cınqırını 

çıxartmadan 

birinci 


məclisdə 

“qoca 


kaftar”  adlandırdığı  Məşədi  İbada  kəbinli  arvad 

olmağa 


razılıq 

verir. 


Deməli, 

Məşədi 


Sənəmə 

söyləyəndə 

ki, 

“görürəm 



kim, 

mənə 


sən 

çox 


yetirirsən  gözünü”  haqlı  imiş...  Bu  dəfə  də 

soruşacaqsınız  ki,  Sənəmin  burada  nə  günahı  var, 

kələyi  ki  Sərvər  qurub?    Elədir,  amma,  gəlin, 

məntiqdən  aralı  düşməyək.  Birincisi:  Sənəm  Məşədiyə 

övrət  olmaqla  özünü  heç  də  Gülnazın  yolunda  fəda 

eləmir,  əksinə,  qazancda  qalır.  İkincisi:  əgər 

Məşədi  gerçəkdən  idbar  kişi,  kaftar  qoca  olsaydı, 

Sənəm  kimi  diribaş  və  zirək  bir  qadın,  yəqin  ki, 

ona  zorla  da  ərə  getməzdi.  Uzağı  Sərvər  axtarıb  bu 

işə bir əncam çəkəcəkdi, bir çarə bulacaqdı. Bu bir 

daha  ona  sübutdur  ki,  pyesin  qadınları  elə  ilk 

səhnədən  Məşədiyə  münasibətdə  laqeyd  qalmamışlar, 




 

81 


Məşədiyə  seksual  maraq  göstərmişlər.  Niyə?  Burada 

patologiya  əlaməti  və  ya  psixoloji  qüsur  varmı? 

Yoxsa  milli  oyun  mədəniyyətində  mövcud  gələnəklərlə 

bağlıdır? 

     Əvvəla  ondan  başlayaq  ki,  Məşədi  İbad  xalqın 

meydan  mədəniyyətinin  bədii-estetik  və  mənəvi-

əxlaqi  dəyərlər  sistemində,  xalqın  folklorunda 

təsdiqlənmiş  və  yaşamaq  hüququ  qazanmış  KEÇƏLİN 

yazılı 

ədəbiyyata 



köçmüş 

variantıdır. 

Meydan 

mədəniyyətinin  varolma  prinsiplərinə  əsasən  Keçəl 



yüksək  erkəklik  (buğalıq,  öcüllük)  potensialına 

malik  bir  kişidir.  Məşədi  İbad  da  keçəldir. 

Təsadüf, 

yoxsa 


qanunauyğunluq? 

Bəlkə 


folklor 

ənənəsinin  diktəsi?  Rəsmi  mədəniyyət  keçəlliyi 

neqativdə 

yozur: 


keçəllik 

qocalıq, 

heysizlik, 

çirkinlik 

əlamətidir, 

ölüm 


nişanəsidir. 

Mifik 


təfəkkür 

isə 


keçəlliyin 

pozitivdə 

götürülən 

mənalarını  vurğulayır.  Qeyri-rəsmi  mədəniyyət  də  bu 

aspektdə 

mifik 


təfəkkürün 

ardınca 


gedir. 

Bu 


müstəvinin  dəyərləri  içində  GÜNƏŞLƏ  UŞAQ  DA  KEÇƏL

2

 



sayılır.  Onların  hər  ikisi  dünyada  görünəndə  keçəl 

olurlar.  Xalqın  meydan  mədəniyyətinin  kontekstində 

keçəllik,  ilk  növbədə,  fiziki  gücün,  buğalığın, 

erkəkliyin  bildiricisi  kimi  qəbul  edilir.  Keçəl 

fallik  kultun  atributudur.  Meydan  teatrında  isə 

Keçəl  ampluadır.  Xalqın  Keçələ  münasibəti  həmişə 

ikilidir,  ambivalentdir.  Bu  ikilik  də  onunla 

bağlıdır  ki,  Keçəl  həyat  və  ölümü  eyhamlaşdıran 

personajdır.  Ona  görə  də  xalq  bir  tərəfdən  Keçələ 

gülür,  digər  tərəfdən  isə  onu  əzizləyir.  Keçəl 

sanki  meydan  teatrının  dəcəl,  ərköyün,  lakin 

qartımış  uşağıdır.  Meydan  oyunlarının  personajı 

kimi  Keçəl  bir  qayda  olaraq  çalışır  ki,  tamaşaçı 

onun  başının  dazlığını  görməsin.  Amma  bu  heç  vaxt 

ona  nəsib  olmur  və  meydan  əhli  onun  dazlığına  lağ 

eləyib  gülür.  Mərhum  teatrşünas  Novruz  Təhməzov 

yazırdı  ki,  “papağın  götürülməsi  Keçəlin  ifşa 



 

82 


olunması, gülünc vəziyyətə düşməsi deməkdir”.

3

  Türk 



kölgə  teatrının  qəhrəmanı  QARAGÖZ  də  mayallaq  aşıb 

xəyal 


pərdəsinin, 

yəni 


təsəvvürlər 

ekranının 

üzərinə  düşdüyü  zaman  birinci  papağını  itirir  və 

onun  keçəlliyi  aşkarlanır.  Farsların  “Pənc”  kukla 

teatrının  bir  nömrəli  personajı  Keçəl  Pəhləvan  da 

tamaşa  vaxtı  öncə  papağından  məhrum  edilir.  BURADA 



PAPAQ 

ELƏ 

BİL 

Kİ 

GÜLÜŞ 

QAZANININ 

QAPAĞI 

FUNKSİYASINI 

YERİNƏ 

YETİRİR. 

Papağı 


ağızlara 

vurulmuş  MÖHÜR  kimi  də  təsəvvür  etmək  mümkündür. 

Papaq  düşür  (möhür  qırılır)  və  camaat  gülür.  Rəsmi 

mədəniyyətin  kontekstində  namus,  qeyrət,  kişilik 

simvolu  sayılan  PAPAQ  xalqın  meydan  mədəniyyəti 

çərçivəsində 

oyuncağa, 

oyun 


predmetinə, 

gülüş 


qapağına çevrilir. PAPAQ və QAPAQ: biri başı örtür, 

biri  qazanı.  Türk-müsəlman  aləmində  papağı  başından 

getmiş 

kişinin 


aqibəti 

faciəvidir. 

Meydan 

mədəniyyətində  isə  papağını  itirmiş  Keçəlin  aqibəti 



gülməli  olur.  MEYDAN  KEÇƏLİ  VƏ  ONUN  PAPAĞINI  CİDDİ 

QƏBUL ELƏMİR. 

     Tamaşaçıların  Məşədi  İbadla  birbaşa  tanışlığı 

da  təqribən  Qaragözün  (Keçəl  Pəhləvanın)  papağını 

itirdiyi  səhnəni  xatırladır.  Məşədi  İbad  qızı 

görməyə  Rüstəm  bəyin  evinə  gəlib.  Hələlik  qonaq 

otağına keçməyə rüsxət yoxdur. Odur ki, Məşədi ayna 

qabağında  dayanıb  Gülnazın  qarşısına  çıxmaq  üçün 

son  hazırlıq  işlərini  görür:  əslində,  isə  o, 

seyrçilərə  özünün  evlənmək  hüququnu  və  imkanlarını 

nümayiş  etdirir.  Güzgü  qənşərində  Məşədi  hamıya 

bəyan  eləyir  ki,  saqqalı  qapqara  şəvə  kimidir, 

dişləri 


yerindədir, 

qulaqları 

eşidir, 

gözləri 


görür,  yəni  o,  bilmərrə  qoca-zad  deyil.  Faktiki 

olaraq  bununla  da  kifayətlənmək  mümkün  idi.  Lakin 

Məşədi  dəcəl  uşaqlar  kimi  dinc  oturmur,  başlayır 

papağı  ilə  oynamağa,  min  cür  hoqqa  çıxartmağa: 

papağını  gah  belə  qoyur,  gah  elə.  Bir  şey  alınmır 

və  qərara  gəlir  ki,  Gülnaz  xanımı  başıaçıq 




Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə