Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə30/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   26   27   28   29   30   31   32   33   ...   135

 

89 


BƏDƏN VƏ RUH 

KULTUROLOJİ PROBLEM KİMİ 

(fəlsəfi eskizlər) 

 

                    

“Anlamaq münasibət obyektivliyi deməkdir”. 

                                   Katsuki Syökida

1

 

                                                                                                                                        

 

       Mədəniyyət 



bədən 

və 

ruhun 

oyunlarının 

müstəvisidir:  hər  bir  hadisədə,  hər  bir  hadisənin 

mənasında,  mahiyyətində  və  formasında  təzahür  edər. 



“Pənbeyi-daği  cünun  içrə  nihandır  bədənim,  diri 

olduqca  libasım  budur,  ölsəm,  kəfənim”.    Bədən 

cünun 


dağının 

pənbələri 

arasında 

gizlədilib: 

görünmür.  Bu  pambıq  tayası  (yəni  libas,  geyim) 

bədən  üçün  həmişə  potensial  örtükdür  (niqabdır, 

hicabdır, 

cilbabdır, 

pərəncədir, 

çarşabdır, 

maskadır)  və  kəfəndir.  Mən  söyləmədim,  Füzuli  belə 

dedi:  diri  libası  ilə  ölü  kəfənini  bir-birinə 

müsavi  götürdü.  İnsan  geyinib  insan  olur,  geyinib 

təbiət  içindən  mədəniyyətə  adlayır.  Libas  təbiətlə 

mədəniyyət  arasında  bir  ötürücü,  mediator.  Adəm  və 

Həvva  qadınla  kişi  bədənlərinin  fərqlərinə  varanda, 

özlərini  tanıyanda  utandılar,  həya  elədilər,  əncir 

yarpağından  ilk  geyim  variantı  kimi  yararlandılar. 

Əcəba, 

bədəni 


libas 

içrə, 


pənbə 

içrə 


məxfiləşdirmək, nihan etmək, gizlətmək nə demək? Bu 

da bir oyunmu, yahu? Şübhəsiz, bu insanın psixoloji 

tarazlığı,  birgəyaşayış  qanunlarının  tənzimlənməsi 

üçün  labüd  bir  oyun.  Amma  bir  fikir  verin: 

mədəniyyət  öz  mövcudluq  tarixi  boyunca  ruhu  həmişə 

bədəndən  üstün  tutub,  bədəni  ruh  qarşısında  daim 

kiçildib, 

miskinləşdirib. 

Hərçənd 

mədəniyyət 

tarixindən  bədənin  ruhu  üstələdiyi  dövrlər  də 

məlum.  Di  gəl  ki,  hətta  bu  çağlarda  belə  bədən 

ruhun 

gözəlliyini 



gözəl 

fizioloji 

formada 

güzgüləyən  təzahürdən  başqa  bir  şey  olmayıb. 




 

90 


Bədənin  yerini  və  statusunu  mədəniyyət  şəbəkəsində 

necə  müəyyənləşdirmək  mümkün?  Bədən  və  varlıq, 

bədən və cəmiyyət, bədən və mədəniyyət refleksiyası 

hansı 


ontoloji, 

psixoloji 

və 

sosioloji 



paradiqmalara  (sxem-cədvəllərə)  söykənir?  Təbiət 

bədəni  “sifariş”  eləyir,  bədən  -  cəmiyyəti,  ruh  - 

mədəniyyəti.  Varlıq,  toplum  və  mədəniyyət  bədəndə 

bir  ortama  gəlir:  bədəndən  onların  üçünə  də  qapı 

var. 

Bədən 


və 

ruh 


əbədi 

bir 


tapmaca 

kimi 


kulturoloji  problemdir.  Çünki  ruh  mifdir,  fikir 

işçilərinin 

qeyri-səlis 

məntiqinin 

yaradıcı 

imperatividir. 

Ruh 

insanın 


sübuta 

yetirmədiyi 

kəşfidir. Mən elə hesab edirəm ki, kulturologiyanın 

prerdmeti bədənlə ruhun zaman və məkan çərçivəsində 

qurduğu, 

düzənlədiyi 

oyunlardır, 

bu 


oyunların 

tipidir,  janrıdır,  üslubudur.  Məhz  bu  oyunlar 



“mədəniyyət” adlanır. Onda başlayaq: 

 

BƏDƏN  OLUMDUR, 



 

öldü,  meyit  olur:  yəni  ki,  bədən  vücuddur,  mövcud 

olandır,  təpədən  dırnağadək  materiyadır,  varlığın 

təzahür  formalarının  zəncirində  sonuncu  həlqədir. 

Allah 

Adəm 


və 

Həvvanın 

torpaqdan 

yapılmış 

bədənlərinə  can  verdiyi  gündən  üzü  bəri  artıq  heç 

nə  yaratmır.  Hər  şey  təkrar  istehsaldadır.  İnsanın 

bədəni  sanki  varlığın  ən  axırıncı  divarıdır, 

təbiətin  möhürüdür.  Bədənlə  təbiət  qurtarır.  Tanrı 

öz  yaradıcılığına  insanla  (onun  bədənilə)  yekun 

vurur.  İnsan  bədəni  tanrı  heykəltəraşlığının  ideal 

təcəssümüdür.  Təbiət  bədənə  çatıb  dayanır:  çünki 

ondan 


yanası 


mədəniyyətdir, 

mədəniyyətin 

formalaşdırdığı, 

idarə 


etdiyi 

cəmiyyətdir. 

Öz 

ontoloji  statusu  etibarı  ilə  bədən  sosial  dünyaya, 



topluma,  mədəniyyətə  yad  elementdir.  Əgər  insan 

sürüdən  çıxıbsa,  və  əgər  sürü  primitiv  cəmiyyət 

variantıdırsa,  bəs  onda  necə  olsun?  Məsələ  bu  ki, 

bədən  varlığın  özüdür,  sürü  isə  tələbat,  zor  və 




 

91 


qanun  zəminində  primitiv  təşkilatlanmadır.  Başqa 

sözlə,  bədən  “mən”  olub  sosial  dünyada  yaşamağa 

məhkum  təbiətdir.  Cəmiyyət  (sürü)  bədənlərin  yox, 

işarələrin 

cəmiyyətidir. 

Toplum 


içrə 

bədən 


işarələrin  köməyilə  öz  mövcudluğunu  tənzimləyir  və 

birgəyaşayışın    şərtlərini  açıqlayır.  Elə  ki, 

işarələr 

adekvat 


qavranılmadı, 

anlaşılmadı 

və 

onların  yozum  variantları  çoxaldı,  cəmiyyət  (sürü 



toplumun  primitiv  modeli  kimi)  dağılır.  Odur  ki, 

cəmiyyəti 

işarələr 

sistemi, 

yəni 

mədəniyyət 



formalaşdırır.  İndən  sonrasına  bədən  simvolların, 

eyhamların səltənətindədir, onların tabeliyindədir.  

   Bədənlə  varlığın  kündəsi  eynidir.  Lakin  bədən 

“mən” 


kimi 

topluma 


inteqrasiya 

olanda 


özünü 

təbiətdən  ayırıb  bildirici  olur.  Fizioloji  bədən 

instinktlər 

bədənidir: 

bütün 

canlılarla 



eyni 

hücrəni  bölüşür.  İnsan  instinktlərinə  sahib  çıxmağa 

başlayanda  mədəniyyət  yaranır,  “mən”  yaranır  və 

bədən  sosiallaşır.  “Mən”  artıq  sosial  bədəndir  və 

bu  statusda  o  özünü  təbiətə  qarşıdurum  bilir. 

İnstinktlər 

bədəni 

“dəyişkənliyin 



daimiliyini”

2

 



eyhamlaşdırır.  Bu  bədən  özünə  zamandan  oyuncaq  və 

əyləncə 


düzəltmir. 

Ona 


görə 

ki, 


instinktlər 

bədənində  “mən”  olmadığından  o,  heç  nədən  ötrü 

darıxmır.  Sosial  bədənsə  özünü  ZAMAN  ölçüsü  kimi 

aparır.  Çünki  “mən”  dəyişkənliyi  aradan  götürüb 

yalnız  daimiliyi  saxlamaq,  əbədiyyətin  mövcudluğuna 

inanmaq istəyir. Məsələ bu ki, əgər zaman yoxdursa, 

əbədiyyət  də  yoxdur,  yalnız  permanent  dəyişmələr 

var. Sosial bədən zaman formasıdır: ol səbəbdən ki, 

“mən”  öz  ömrünün,  bədən  enerjisinin  aktivlik 

müddətini  hesablamağı  bacarır;  yəni  zaman  sosial 

anlayışdır. 

Zaman 


təbiət 

üçün 


cəfəngiyyatdır. 

Sosial  bədənin  dışında  isə  mütləq  bir  dəyişmələr 

zamansızlığı  yaşanılır.  Zamanın  rəsmini  insanın 

sosial  bədəni  cızır.  SOSİAL  BƏDƏN  VARLIĞIN  ZAMAN 



BORUSUDUR.  Biz  məhz  “mən”ləşmiş  bədəni  insan 


Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə