113
görə də qədim yunan üçün bədən taledir. Yunan
mifologiyasının bütün personajlarının məqsədi öz
bədənlərilə talelərinin əksinə, əleyhinə getməkdir;
yəni bədənlə verilmiş taleni inkar etməkdir; sanki
öz bədənlərindən “sıçrayıb” kənara tullanmaqdır,
tanrılaşmaq istəyidir, tanrı bədəninə sahib olmaq
niyyətidir. Qədim yunan üçün onun öz bədəni ideal
alətdir, vasitədir, güc və gözəllik “maşını”dır.
Lakin yunan bilir ki, bu “maşın” nə vaxtsa sınacaq,
korlanacaq. Ona görə də çalışır ki, qəhrəmanlıq
yolu ilə tanrılara məxsus əbədiyyəti alsın və bu
əbədiyyəti öz bədəninə paltar kimi geydirsin. Dünya
mədəniyyətində
dirilik
suyu
(abi-zəmzəm)
axtarışının kökü, şəcərəsi buradan gəlir.
Antik
yunan
mədəniyyətinin
əbədiyyət
və
ilahilik
sorağında
bulunan
bədəni
Roma
imperiyasının küçələrində kobud erotikaya qoşulub
murdarlaşır, heyvaniləşir, sırtıq şəhvani oyunların
abırsız təhrikçisinə çevrilir və hörmətdən düşür.
Elə bu zaman insan öz bədənindən utanmağa başlayır.
Halbuki bu bədən Zevsin (Yupiterin) öz bədəni idi.
Situasiyanın dəyişməsinin əsas səbəbi nədir? Məsələ
bundadır ki, qədim Roma mədəniyyəti kontekstində
bədən emosiyalarla dolu bir qabdır və bu qab hər an
daşmaq ərəfəsini yaşayır. Burada artıq bədən
taleyin və həzzlərin köləsidir və onun əbədiyyətlə,
tanrılaşmaqla heç bir işi yoxdur. Odur ki, antik
mədəniyyət öz sonuna vardığı məqamda bədənlər
“büzüşür”, kifirləşir, skeletə oxşayır, meyitləşir
və üst-üstdən paltarlara bürünür. Çünki artıq bu
zaman qapıda xristianlıq dayanmışdı. Xaçpərəstlik
bədənə
münasibətdə
yeni
qavrama
modusu
formalaşdırdı.
Ortaçağ
Avvropa
mədəniyyəti
kontekstində bədən “mən” üçün bir özgəsidir və bu
qarşıdurumda “mən” hökmən bədənə qalib gəlməlidir,
təbiəti
özündən
kənarlaşdırmalıdır.
Nədən
ki,
təbiət instinktlərdir, ehtiraslardır, istəklərdir.
114
Elə
bu
səbəbdən
xaçpərəstliyin
mübarizəsi
bədənlədir, cəhdi isə bu bədəni diri-diri monastr
divarlarına hörməkdir, onu soyuq, daş hücrələrdə
çürütməkdir və ruhu imtahana çəkməkdir. Lakin
bununla yanaşı xristianlıq öyrədirdi ki, insanın
bədəni “tanrı məbədgahı”
22
kimidir. Hətta Kuzalı
Nikolay Allahı “kəlisa bədəninin başçısı”
23
hesab
edirdi. Di gəl ki, bunların heç biri Orta əsrlər
Avropasında dini kontekstə ciddi təsir göstərmirdi:
bədən hər bir vaxt sadomazoxist hücumlar obyekti
olaraq
qalırdı.
Məqsəd
bədəni
ram
etmək,
ehtirasları bədən proqramından silmək, onu tanrıya
itaət dolu bir lampaya və ya müti ipli kuklaya
çevirmək idi.
Əhya
(İntibah)
dövrü
Avropa
mədəniyyəti
calışacaq ki, antik yunan mədəniyyətində olduğu
kimi
bədəni
yenidən
tanrılaşdırsdın,
onun
gözəlliyini
özünə
qaytarsın,
“mən”in
ximerik
iddialarının puçluğunu göstərsin. Amma bu istək tam
gerçəkləşməyəcək, alayarımçıq baş tutacaq. İntibah
rəssamlarının tabloları çılpaq qadın və kişi
fiqurları ilə dolacaq, tişə ustaları ara vermədən
çılpaq heykəllər yapacaqlar. Hərçənd bu bədənlər
son dərəcə süst və ləms görünəcəklər, sanki meyit
bənzərində olacaqlar: onların içində heç bir
emosiya qışqırmayacaq. Sən bu bədənlərə baxacaqsan
və orada İsa Məsihin çarmıxdakı inert bədənini seyr
edəcəksən. “Kəlisa bədəni” bütün instinktləri,
refleksiyaları öldürülmüş bədən kimi mənalanmırmı,
yahu? Və ya... Ortaçağ Avropasında rahib cübbəsinə
“bükülmüş”
bədən
Əhya
dövründə
pırpızlaşıb
qırçınlı, bahalı donların içinə girəcək, kukla kimi
bəzənib düzənəcək və teatral bir görkəm alacaq.
Bədən maksimal şəkildə qrimlənəcək, maskalanacaq,
çılpaqlıq minimuma endiriləcək. Bu o demək idi ki,
İntibah xaçpərəstliyin bədənlə bağlı ideyalarını
iki əks qütbdə gəlişdirirdi. Bir qütbdə çılpaqlıq
115
aparıcı mövqedədir, digər qütbdə isə masakalanmaq.
Qəribə
bir
paradoks.
Xristianlıq
tablolardan
seyrçiyə baxan çılpaq bədənlərə necə dözürdü?
Potensial meyitə necə dözərsən ha, bax, eləcə
dözürdü. Bəs maskalanmağın izahı nə ilə bağlı? Bu
da elə birinci məqamla ilişikli: yəni heç bir
paradoks-filan yoxdur. Xaçpərəstlik öz üslubuna
xəyanət eləmir. Müsəlman miniatür müsəvvirlərinə də
insan şəkli çəkmək birbaşa qadağan olunmur, amma
rəssam qarşısında şərt qoyulur: çəkdiyini candan
məhrum elə! Ona görə də miniatürdəki insan
fiqurları çox vaxt maskada olub sənə iki gözlə
tamaşa edirlər. Müsəlman rəssamı canlı məxluqun
həqiqi üzünü verdikdə isə onları seyrçiyə ya
profildən göstərir, ya da boğazlarının üstündə düz
qara xəttlər (ərəb-mesopatam məktəbi) çəkir. Yəni
mənim rəsm etdiyim canlı deyil, ölüdür, meyitdir və
tanrı yaradıcılığına heç bir iddiam yoxdur. Bunun
da şəcərəsi uzaq-uzaq keçmişlərdədir. Tarixdən
bəllidir ki, insanlar öz üz və bədənlərini
“bəzəməyi” öyrənməmişdən öncə meyitləri qrimləməyi,
maskalamağı
bacarırdılar.
Bəşər
mədəniyyəti
tarixində ilk bəzənən nəsnə TOTEM oldu: totem ölmüş
(öldürülmüş) Atanın maskası idi. Bəzənmək, yəni
olduğu kimi görünməmək, öz həqiqi üzünü faş etməmək
ölümün xüsusiyyətidir. Dünyanın bir çox aborigen
tayfaları meyitlərini bəzəndirib ölüm səltənətinə
yola salardılar, ayrı cür desəm, ölü bədəndən
potensial kukla düzəldərdilər. İnsanı maska, qrim,
geyim, bəzəklər vasitəsilə kuklalaşdırmar (və ya
meyitləşdirmək) mədəniyyətlərdə mövcud dəblərin ən
sürəklisidir.
Bəyəm
lələklərlə
və
rənglərlə
bəzədilmiş aborigenlər avropalılarda həməncə kukla
təəssüratı oyatmır? Məgər Misir fironları qrimlənib
taxt-taca çıxanda meyitə, kuklaya oxşamırlarmı?
Onlar özlərini Günəş elçiləri sanırdılar. Uşaqların
çəkdikləri şəkillərdə, düzəltdikləri kuklalarda hər
Dostları ilə paylaş: |