Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə46/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   42   43   44   45   46   47   48   49   ...   135

 

137 


bir 3-dür, bir 0; yəni birbaşa həmin 3-dür ki, var. 

«3»  isə  özündə  həmişə  «1»  və  «2»-ni  ehtiva  edir. 

“Kaf”,  “pe”,  “nun”,  “kaf”,  yəni  “kəpənək”  sözünü 

təşkil  edən  hərflərinin  böyük  əbcəddən  məlum  rəqəm 

ekvivalentlərinin  cəmi  «330»-dur.  «330»  isə  artıq 

iki  3  və  bir  0-dan  ibarətdir.  Bu,  bir  növ  fəlsəfi 

təkrirdir,  “KƏPƏNƏYƏ”  pərçim  məna  və  ideyaların 

gücləndirilmiş  variantda  təqdimidir.  İki  3-ümüz  6-

dır.  Mistik  rəqəmlər  cərgəsində  «6»  dörd  cəhətin, 

göyün 


və 

yerin 


işarəsidir. 

KƏPƏNƏK 

də 


iki 

qanadlıdır:  hər  qanadı  bir  3-dürsə,  iki  qanadı  6 

eləyir.  Deməli,  kəpənəyin  qanadlarına  dünyanın 

coğrafi  məkanı  bütövlükdə  sığır.  Keçək  sonrasına. 

«330»-un  MənaziL,  Bürcət,  Səyyarat  və  Çaharatını 

toplayanda  «31»  alınır.  Kəbənin  hər  bir  divarının 

özülünə  31  daş  qoyulub,  qalan  iki  daş  göylə  yer 

hesabınadır.  Ona  görə  də  daşların  ümumi  sayı  33 

(yenə  iki  3)  götürülür.  «31»  həm  də  bərabərdir  «1» 

üstəgəl  «30».  Kiçik  əbcəddə  bu,  bir  daha  “əlif”  və 

“lam” deməkdir; «1» əlifdir, «30» isə lam. Aydındır 

ki,  «31»  zikrin  kiçik  əbcəddə  olan  nömrəsidir. 

«102» 

ilə 


«330»-un 

cəmi 


müsavidir 

«432»-yə. 

Mahiyyətcə  «432»  elə  həmin  «1»  və  «2»-dir.  Çünki 

dörddən  üçü,  üçdən  ikini  çıxdıqda  yerdə  yenə  «1» 

qalır.  «4»,  «3»  və  «2»-nin  cəmi  isə  «9»  eləyir. 

Hürufi 

mistikasında 



«9» 

ərəb 


hərfi 

“ta”nı 


simvollaşdıran  rəqəmdir.  “Ta”  kəlamın  paroludur; 

mənası  da  budur  ki,  hərf  və  nöqtələrin  qiymətinin, 

Kəlamın,  “Lövhi-məhfuz”un  bərabər  gəlməsi  “tanrı–

insan” eyniyyətinə dəlalət edir. Digər tərəfdən «9» 

üç  dəfə  «3»-dür  və  Nəsimi  ideyasının,  Nəsimi 

fikrinin artan silsilə üzrə təsdiqinə bir eyhamdır. 

«432»-nin  MənaziL,  Bürcət,  Səyyarat  və  Çaharatının 

cəmindən  «17»  alınır.  Bu  da  hürufilərdə  çox  məşhur 

bir  rəmzdir  ki,  onun  mənası  Nəsimi  şeirindən  bəlli 

olur:  “əhli  beyt  ilə  özü  on  yeddidir”.  Belə  ki, 

Muhammədin  ailəsi,  mələklər  və  Allah  «17»  rəqəmilə 




 

138 


bildirilir.  Rəqəmlərin  simvolika  cədvəlində  «17» 

fars 


əlifbasının 

“je” 


hərfi 

ilə 


işarələnir.  

Hürufilər  “je”  hərfinə  insan  ruhunun  parolu  kimi 

baxırlar.  Bu  da  o  deməkdir  ki,  kainatın  əbədi 

sirlərini  insanın  ruhunda  axtarmaq  lazımdır.  Ancaq 

bu  hələ  harasıdır?  Onu  da  qeyd  edim  ki,  “KƏPƏNƏK” 

sözünün  kiçik  və  böyük  əbcədlərdən  çıxarılmış 

qiymətlərinin  və  onların  cəminin  bütün  MənaziL, 

Bürcət, Səyyarat və Çaharatlarını bir yerə toplayıb 

(«30»  əlavə  olunsun  «31»  və  əlavə  olunsun  «17» 

bərabərdir «78») üstünə kiçik və böyük əbcədə uyğun 

11  nöqtəni  gəldikdə  cavab  eləyəcək  «89».  «8»-lə 

«9»-un  cəmi  isə  bir  daha  «17»-ni  verir.  Amma  mən 

burada da qərar tutmadım, bir az da dərinə vardıM.: 

öyrəndim  ki,  bütün  əbcədlər  üzrə  “kəpənək”də 

bulunan hərf və nöqtələrin yekun qiyməti  «2607»-dir. 

Onun Mənazili də «3»-dür, Bürcəti də, Səyyaratı da, 

Çaharatı  da.  Nəticə  4  dəfə  «3»-dür  ki,  bu  da  «12»-

yə  müsavidir.  Rəqəmlərin  simvolika  cədvəlində  12-

nin  qarşısında  əbcədə  fars  əlifbasından  daxil 

edilmiş  “pe”  hərfi  dayanır.  Hürufilər  “pe”  hərfini 

əbədiyyətin,  sevgi  və  ölümsüzlüyün  parolu  bilirlər. 

Parolun  mənası  bu  cür  açıqlanır:  sevgi  və  dostluq, 

cavanlıq və gözəllik əbədidir; insan yalnız ağlı və 

yaradıcılığı ilə özünə ölümsüzlük qazanır. Bundan o 

yanası  artıq  final  və  məqalənin  ən  dadlı  məqamı. 

Öncə  «30»-u  (102  –  M.,  B.,  S.,  Ç.),  «31»-i  (330  – 

M.,  B.,  S.,  Ç.,),  «17»  (432  –  M.,  B.,  S.,  Ç.)  və 

«12»-ni  (2607  –  M.,  B.,  S.,  Ç.)  toplayaq.  Cəmi 

«90»-dır.  Hürufilərin  mistik  rəqəmlər  sırasında 



«90» “sad” ərəb hərfi ilə işarələnir. “Sad” hərfini 

hürufilər  “Ənəlhəq”  deyimi  ilə  qabaq-qənşər  qoyub 

ikincini  birincinin  parolu  sayırlar.  Bu  parolun 

məxfiləşdirdiyi  məna  belədir  ki,  insan,  kamil 

şəxsiyyət  FƏZL  olacaq  və  sonradan  aydıracaq: 

«ƏNƏLHƏQ».  İdeyanın,  fikrin  cövhəri,  mənası  isə 

ondan  ibarətdir  ki,  insanlıqdan  kənarda  idraka 




 

139 


malik varlıq yoxdur. «90» kiçik əbcəddə həm də «40» 

üstəgəl  «50»-dir,  “mim”  və  “nun”dur,  yəni  “MƏN” 

sözünün  rəqəmi  ifadəsidir.  Əhməd  Elbrusun  mürəkkəb 

araşdırmalarında  (“Поетика  и  Математика”,  s.  102) 

isə  “Mən”,  “Əlif”,  “Allah”,  “Ənəlhəq”  sözlərinin 

əbcədi  ekvivalentlərinin  bərabər  olduğu  sübuta 

yetirilir. Tamam. Bütün bunlar nə demək ola yahu? O 

deməkdir  ki,  mən  Nəsiminin  istəklərini  birbəbir 



KƏPƏNƏKDƏN  tapdım.  Tapdığımı  çözələdim.  Qalanı 

qaldı.  Çünki  hürufi  hesablamaları  zorxana  bir  iş, 

mənsə adi bir teatrşünas. Ancaq indi artıq məlumdur 

ki,  hürufilərin  mistik  bilgilər  paradiqmasında 



KƏPƏNƏK  ALLAHDIR,  ƏNƏLHƏQDİR,  MƏNDİR,  FƏZLDİR, 

NƏSİMİDİR,  LEYLİDİR,  KAİNATDIR,  KOSMOSDUR,  MÜTLƏQ 

HARMONİYADIR,  huri  və  qılmanın  bulunduğu  CƏNNƏTDİR

maddi  və  ruhi  aləmin  birgəliyinə  görkdür,  ilahi, 

sakral, müqəddəs bir şifrədir.  

       Bütün  bunlar  mənə  əyan  olduqdan  sonra  öz 

filoloji  fantaziyalarıma  qapılıb  Nəsimi  taleyinin 

son  hadisəsini  tam  subyektiv  şəkildə  belə  yozuram 

ki,  onun  dərisinin  soyul-ması  faktı  təkcə  mülhid 

bir  şəxs  üçün  seçilən  cəza  tədbiri  deyil,  həm  də 

Nəsimi 

ideyasının, 



Nəsimi 

fikrinin, 

Nəsiminin 

hürufi  fəlsəfəsinin  təftişidir,  ruhun  oyunlarının 

kobud 

materiya 



ilə 

yoxlanılmasıdır, 

sınağa 

çəkilməsidir.  Nəsiminin  ona  görə  soymadılar  ki, 



şairə  əzab,  işgəncə  verib  incitsinlər.  Nəsimi 

bundan heç incimədi də və dedi ki, “həqq bilir, bir 



zərrə neştərdən damarlar ağrımaz”.  Bu müdhiş cəzanı 

ol  səbəbə  Nəsimiyə  rəva  bildilər  ki,  onu  soyub  da 

camaata 

KƏPƏNƏK 

içindən 


heç 

nə 


çıxmadığını 

göstərsinlər,  hürufi  şairini  ələ  salsınlar  və  onun 

insan,  filosof,  şair  magiyasından  qurtulsunlar. 

Lakin  bilmədilər  ki,  Nəsimi  KƏPƏNƏK  içrə  əbədiliyi 

artıq 

çoxdan 


bulub. 

Annemari 

Şimmel 

İslamda 


mistisizm  mövzusunu  çözərkən  yazır  ki,  “bu  xüsusda 

hürufi 


şiə 

icmasına 

mənsub 

şair 


Nəsimini 


Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə