Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə43/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   39   40   41   42   43   44   45   46   ...   135

 

128 


bucağını 

təsəvvüfün 

və 

hürufiliyin 



rəmzi 

bildirmələrindən  azacıq  yana  çöndərib  Nəsiminin 

deyimlərinin  məntiq  müstəvisinə  tuşladıqda  onun 

dərisinin 

soyulması 

“tilsimi-pünhan”ın 

aşkar 

edilməsi, “əzəli sirr”in məkan içrə, konkret olaraq 



meydanda,  bəyana  gətirilməsi  kimi  görükür.  “Başını 

top  eyləgil,  gir  vəhdətin  meydanına”  və  ya  “Başını 

top  eyləgil,  meydanə  gir  mərdanə  sən”  deyən 

Nəsiminin  ifadə  tərzindən,  misrasının  arxitektonik 

və  ritmik  quruluşundan  gizli  bir  üsyan,  azman  güc, 

qaytansız 

ehtiras, 

saymazyana 

dəliqanlılıq 

fışqırır.  O,  sanki  hamını  özü  əleyhinə  qaldırıb 

tufan 

qoparmaq, 



mübarizə, 

qarşıdurum, 

dünyəvi 

mübahisə  təhrik  etmək  istəyi  ilə  söz  PÜSKÜRÜR

hətta yeri gəldikcə fələyə də, taleyə də öcəşir ki, 

bəlkə onlardan bir tutarlı cavab eşidə: 

 

«Bu dərin məani gör ki, bəyan qılır Nəsimi, 

        Fələyin dili tutuldu bu ulu bəyan içində». 

  

     Lakin fələyin lallığı qənşərində “anəstunarən”

5

 

deyib  də  hayqıran,  coşan  Nəsiminin  emosional 



durumu,  ovqatı  və  yaşantılarının  təbiəti,  məncə, 

onunla 


izah 

edilir 


ki, 

çox 


böyük 

enerji 


potensialına  malik  bu  adam  heç  cür  bir  yerdə  qərar 

tutub  aram  ola  bilmirdi,  gəzərgi  həyat  sürdüyündən 

köç havasını heç vədə beynindən çıxarmırdı: 

 

      «Dünya duracaq yer deyil, ey can, ondan səfər eylə» 

 

    Və ya: 

 

      



 «Bu nə bərgüzidə

6

 candır ki, gəzər bu can içində» 

 

    Yaxud: 

 

       «Bu canı tərk edib keçdim cahandan» 



 


 

129 


    Və hətta: 

 

       



«Məkansız oldu Nəsimi, məkanı yoxdur anın, 

        Məkana sığmayan ol biməkan məkanı nedər!». 

 

 

    Yəni məkandan bilmərrə imtina və hər cür köçün, 

səfərin  sonu.  Təbii  ki,  burada  qəribə,  təəccüblü, 

gözlənilməz  heç  nə  yox.  Çünki  orta  əsrlər  müsəlman 

Şərqinin  poeziya  dünyası  sufi  ideyalarına  ürcah. 

Ötəri  bir  paralel.  Məgər  Sənai  də  Nəsimi  deyəni 

demirdi  ki,  “cism  və  canda  mənzil  tutma  gəl,  biri 

ikrah  doğurur,  o  biri  sevgi,  hər  ikisini  tərk  elə, 

nə  onda  ol,  nə  bunda”

7

.  Beytdə  laməkan  ideyasının 



dominantlığı  şəksizdir.  Bəs  belə  olan  surətdə  bu 

məsələni  Nəsimi  ilə  bağlı  məxsusi  qabartmağına 

dəyərmi?  Elə  bilirəm  ki,  dəyər.  Çünki  bu,  Sənaidən 

ötrü  yalnız  mənəvi  imperativdir,  ruhla  ilişikli 

oyundur,  intellektual  macəradır.  Nəsimi  isə  buna 

həqiqət,  reallıq,  həyat  məqsədi  kimi  baxır,  bütün 

varlığı 

ilə 


məkansızlığa 

can 


atır 

və 


öz 

məkansızlığından  az  qala  bir  ayin  yaradır,  onu 

kulta  çevirir.  Məkansız  olduğuna  Nəsimi  bir  şair 

kimi  yox,  bir  insan  kimi  inanır...  və  hətta  bunun 

sübutuna  çalışır.  Mənim  fikrim  budur  ki,  Nəsiminin 

laməkan  kulturoloji  ideyasına  münasibəti  də  onun 

karması  ilə  diktə  edilir.  Hətta  şairin  təxəllüs 

seçimi  də,  mən  elə  düşünürəm  ki,  onun  karmasının 

birbaşa  təsiri  ilə  gerçəkləşmişdir.  Çünki  “Nəsimi” 

təxəllüsünün  mənası  ilə  şairin  ideyaları  və  tale 

yazısı 

arasında 



qəribə 

bir 


əlaqə, 

bağlantı 

aşkarlanır.  Azərbaycan  ədəbiyyatşünaslığında  qəbul 

edilmiş  rəsmi  bilgi  ondan  ibarətdir  ki,  «Nəsimi» 

təxəllüsü  «Nəimi»  sözünə  həmahəng  səsləndiyinə 

görə,    şair  Seyid  Əli  tərəfindən  bəyənilib.  Seyid 

Əli,  yəni  İmadəddin  Nəsimi,  Şərq  mədəniyyəti 

ənənələrinə  uyğun  Ustadına  kəc  baxmayıb  və  Nəimiyə 

bəslədiyi 

sevgisini, 

öz 

sədaqəti 



ilə 

birgə 


təxəllüsündə də rəmzləşdirib. Şübhəm yoxdur ki, bu, 


 

130 


bir  həqiqətdir.  Ancaq  mən  onda  da  bir  “əmma” 

buldum. 


“Nəimi” 

«cənnət 


adamı», 

«cənnətməkan» 

deməkdir.  Quranda  zikr  edilən  iki  cənnət  bağından 

birinin  adı  Nəimdir.  Hürufiliyin  pərvərdigarı, 

ustad  Fəzlullahın  təxəllüsü  də  buradan  gəlir. 

«Nəsimi»  təxəllüsü  isə  «nəsim»  sözündən  alınmadır. 

Ərəb  dilində  «nəsim»  kəlməsi  ilə  səba  yeli,  səhər 

mehi  bildirilir.  «Nəsimi»  deyəndə  səhər  mehi  içrə 

yaşayan,  kökü,  şəcərəsi  səhər  mehinə  bağlı  olan 

adam başa düşülür. Və bundan əlavə önəmli sayılacaq 

başqa  bir  çalar:  müsəlman  mədəniyyəti  şəbəkəsində 

insan  ruhunun  təbiəti  meh  kimi,  hava  axını  kimi 

təsəvvürə 

gətirilir. 



«Nəimi» 

və 

«Nəsimi» 

təxəllüsləri  bir-birinə  həmqafiyə,  lakin  onlar 

arasındakı 

məna 

fərqi 

böyük, 

haradasa 

lap 

ziddiyyətli:  biri  konkret  təsvirə  malik  məkanla 

bağlı,  digərinin  isə  məkanı  bulunmaz.  Nəsimi  məhz 

bu  məqamda  Nəimi  ilə  qütbləşir  və  hətta  onu 

“üstələyir”:  “nəsimi”  “nəimi”  konkretliyindən  daha 

geniş,  uca  və  əlçatmazdır.  Həqiqətən,  o,  yalnız 

yeldir  ki,  nə  məkana  sığar,  nə  bəyana  gələr,  nə 

yeri  məlum  olar,  nə  də  görkəmi.  Qısası,  problemin 

məğzı 

ondan 


ibarətdir 

ki, 


Nəsimi 

timsalında 

şəxsiyyət  ilə  təxəllüs  eyniləşib,  qəribə  şəkildə 

bir-birinə  nüfuz  edib  psixoloji  fenomen  yaradır: 

təxəllüs  “böyüyüb”  nəsimiliyə  çevrilir  və  şairi  öz 

içində  “əridir”.  Nəsimi  ömrünün  dolanbaclarından 

boylandıqda  görürsən  ki,  şair  sanki  bilərəkdən 

həyatını  öz  təxəllüsünün  bəraətinə  həsr  eləyir. 

Bəlkə  elə  buna  görədir  ki,  Nəsimi  bir  yerdə  lövbər 

salıb  uzun  müddət  qalmağı  heç  cür  bacarmayıb, 

məkana,  bəyana  sığmadığını  söyləyə-söyləyə  səba 

yeli,  sübh  mehi  kimi  cümlə  cahanı  dolaşır.  Yəni 

belə  şey  olurmu  heç?  Möcüzəmi,  ilahi?  Doğrudan  da 

təəccüblənməyə  bilmirsən:  TƏXƏLLÜS  hürufi  şairinin 

ideyalarının, 

poeziyasının 

və 

HƏYATININ 

paradiqmasıdır,  CƏDVƏLİDİR,  bir  növ  onun  şəxsi 



Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə