Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə51/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   47   48   49   50   51   52   53   54   ...   135

 

152 


metafizik xislətimiz də yoxdur, “ego”muz da. Hərçənd 

fəlsəfələrin  çoxusu  bunu  bizim  adımıza  çıxır.  Hər 

şeydən  əvvəl  biz  yaşayırıq  və  məcburuq  ki,  nəyisə 

nədənsə 


ayıraq, 

fərqləndirək, 

seçək. 

Bu 


eqzistensional  seçimi  başa  düşmək,  ya  da  ona  təsir 

göstərmək  niyyətində  olan  insanlar  hər  hansı  bir 

xisləti bizə damğa kimi yapışdırmaq istəyirlər. Amma 

bu xislət sözdən və yarlıqdan savayı digər bir nəsnə 

ola bilməz”. 

     Cavid 

personajlari 

da 


hər 

an 


seçim   

qarşısında, 

egzistensional 

problemlə 

üzbəüz: 

Allah,yoxsa  İblis;  ibadət,  yainki  üsyan;  zöhd  yoxsa 

kef?  Biri  uçuş  vəd  edir,  o  biri  uçurum.  Onların 

xislətini  müəyyənləşdirən  mühitdir,  cəmiyyətdir, 

secdikləri yoldur. 

     “UÇURUM” 

və 

“UÇMAQ” 

sözləri 


arasındakı 

rabitənin  mövcudluğunu  xüsusi  vurğulamağına  heç 

dəyməz: onların hər ikisinin kökündə “UÇ” imperativi 

dayanır;  biri  sökülmək,  dağılmaq,  digərisə  göyə 

qalxıb  pərvaz  eləmək  əmri  kimi  qavranılır.  Uçmaq 

torpaqdan  səmaya  yük-  səlməkdir,  aşağıdan  yuxarı 

doğru  müsbət  işarəli  hərəkətdir,  mahiyyətinə  görə 

qutludur,  urvat-  lıdır,  sakral  mənası  var.  Uçurum 

isə  yuxarıdan  aşağıya  aşmaqdır,  kainatın  dibinə 

yumbalanıb  kosmosun  ən  qorxunc,  qaranlıq  nöqtəsində 

əbədi  olaraq  izsiz-tozsuz  itməkdir.  “Talmud”  dini 

kitabəsində 

yəhudilər 

İom-Kippurim 

bayramının 

adətlərini 

təsvirləyərək 

yazırlar 

ki, 

İsrəhil 


övladları 

bu 


məgamda 

iki 


keçini 

qurban 


gətirməlidirlər: keçilərdən biri tanrı Yahvedən ötrü 

kəsilməlidir; 

digərisə 

şərin, 


qara 

enerjinin 

təmsilçisi,  nifrinlənmiş  mələk,  odun,  atəşin  sahibi 

Azazel 


(İblisin 

ilkin 


variantı) 

üçün 


UÇURUMA 

atılmalıdır İsrəhil övladlarının ilboyu işlətdikləri 

günahların  rəmzi  kimi.  Bu  mənada  uçurum  Yerin  azon 

örtüyünün  gara  dəliyinə  bənzər  bir  məkan  gismində 

obrazlaşdırıla 

bilər. 


Mənfi 

işarəli 


urvatsız 


 

153 


hərəkəti 

özündə 


ehtiva 

edən 


UÇURUM 

aşağıya 


qayıdışsız  “uçuş”dur,  “uçub”  yenidən  yüksəlməyin 

mümkünsüzlüyünü  eyhamlaşdıran  yıxılmaqdır.  Oradan 

geri  dönmürlər.  Uçmağın  sıfır  koordinatından  sonra 

başlanır  uçurum.  Əbəs  deyil  ki,  azəri  türkcəsində 

“uç  burdan!”  kinayəli  ifadəsi  “uçmaq”  felinin 

neqativ  mənalarını  aşkarlayır:  yəni  “yox  ol”, 

“gözdən  it”.  SIFIR  koordinatını  insanlar  “torpaq” 

adlandırıblar:  torpaqsa  iki  boşluğu  bir-birindən 

ayıran  sərhəddir.  Yuxarıda  Allahdır,  aşağıda  İblis. 

Ol  səbəbdən  insan  tanrı  sorağında  üzünü  göylərə 

tutur,  Allahı  səmanın    gizlinlərində  axtarır; 

İblislə 


bağlıysa 

təsəvvürünə 

həməncə 

uçurumu 


gətirir. 

     “HEÇDƏN GƏLƏRƏK HEÇLİYƏ OLMAQDAYIM AZİM”.  

     Hər  iki  “qütb”  heçlikdir:  yəni  uçurumdur. 

İnsanın nəsibi “Allah” və “İblis” nişanəli boşluqlar 

arasında 

bulunub 


özünü 

seçim 


azadlığında 

qerçəkləşdirməkdir. 

Uçurumsa 

ÜSYAN 


təhrikçisi. 

ÜSYANLAR  UÇURUMLARDAN  PÜSKÜRƏR.  İlk  etirazın,  ilk 

qiyamın  müəllifidir  İblis:  yeri-yurdu,  məskəni 

UÇURUM. 

Bu 


mələk 

üsyankar 

bir 

mələk: 


oddan 

yarandığına  güvənib,  öz  od  şəcərəsilə  öyünüb  insana 

səcdə  etməkdən  vaz  keçər,  Allah  əmrindən  cıxar, 

kinli bir qiyama qalxar. Və hətta insanların düşüncə 

müstəvisində özünə bəraət qazandırmağa çalışar: 

 

      



      “Zərdüştü düşün, fəlsəfəsi, fikri, dəhası 

             Həp atəşə tapdırmaq idi zümreyi-nası. 

             Yalnız bunu dərk etdi o əllameyi-məşhur

             Yalnız o böyük baş, bu böyük kəşflə məğrur”. 

 

     Müsəlman  mədəniyyətində  OD  İblisin  simvolu. 

Allah  da  deyir  ki,  mənim  oddan,  odun    fəsadlarından 

xəbərim  yox:  yəni  onunla  bacarmaram,  ondan  qorumağa 

zəmanət  verə  bilmərəm.  Beləliklə,  tanrı  zəifliyini 

və nisbi məğlubiyyətini boynuna alır və cıxış yolunu 

alovun xislətini iblisanəlik ayağına yozmaqda görür. 



 

154 


Bu,  onun  “bicliyidir”,  intellektual  fəndgirliyidir, 

bütpərəstliyə  qarşı  gizli  qiyamı,  mübarizəsidir: 

Allah  sadə  bir  üsulla,  odun  xislətini  ləkələməklə 

onu  insanların  gözündən  “salır”.  Halbuki  veda 

ədəbiyyatında  dünyanın,  insanın  odla  təmizləndiyi, 

odla dirçəldiyi, əhya elədiyi söylənilir. Və ya, heç 

uzağa  getmə,    Zərdüştü  düşün!  Günəş  enerjisi  də 

alovdur, oddur, atəşdir; yandırıb-yaxır. Ancaq insan 

onu  tanrıdan  bilib  “NUR”  adlandırır.  Niyə  Allah 

alovu 


sevmir? 

Çünki 


aşağıdan 

yuxarıya 

“dil” 

çıxardır,  şölələnib  “kəkələnir”,  qiyamçıya  dönür, 



göylərə  “meydan  oxuyur”.  Yəqin  ki,  kimsə  nə  vaxtsa 

“İblis” ideyasını məhz alova baxıb fikirləşib. Odda, 

alovda,  atəşdə  qiyamçını,  bəlkə  də  İblisi,  görüb 

tanımaqdan  ötrü  xüsusi  bir  istedad  da  gərəkməz. 

Cavid  personajlarının  hamisı  bir  üsyan  təşnəsi. 

Xəyyamı 


görürsən, 

da 



Cavid 

dünyasının 

parametrlərində  üsyankar  olar,  “Üsyan!  Üsyan!” 

deyərək titrər: 

 

               “Elmimdəki nöqsan ilə cəhlimdəki ürfan

                Hər an doğurur məndə bir üsyan. 

                Həp varlığa üsyan edərəm mən

                Üsyan... Ölü adət və təriqətlərə üsyan!  

              

Yalqızlı həqiqətlərə üsyan!” 

 

     Cavid  qəhrəmanlarının  fikri-zikri  sanki  öz 

bədənlərindən,  öz  qafalarından,  öz  mühitlərindən 

qopub  göylərə  sıçramaqdır.  Bu  insanların  heç  biri 

yaşadığı  gerçəkliklə  barışmaz:  hərəsi  özünəməxsus 

bir  üslubda,  bir  tərzdə  “ÜSYAN”  deyib  hayqirar. 

Əslində  isə  “üsyan”  deyib  hayqıran  Cavidin  özüdür, 

ruhudur, 

yaşam, 

olum 


tərzidir. 

Cavid 


fikir 

uçurumlarında  gəzən  üsyan  dahisidir.  Üsyan  Cavid 

fikrinin  üsyanıdır,  onun  düşüncələrinin  ən  mühüm 

impulsudur.  Bunu  bilmək  üçün  “Azər”  poemasına  ötəri 

nəzər atmaq kifayət. Bu əsər cəmi dünya üsyanlarının 



Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə