Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə44/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   40   41   42   43   44   45   46   47   ...   135

 

131 


lövhi-məhfuzudur.  Qəribədir,  təxəllüs  şairdə  yox, 

şair  təxəllüsündə  yaşayır.  Belə  bir  təxəllüsün 

seçilməsi  adi  təsadüfdür,  zərurətdur,  şairin  özü 

ilə  intellektual  oyunudur,  sonucda  Nəsimidən  öc 

alacaq  fələyin  qurduğu  tələdir,  ya  nədir?  Bəlkə 

karma  dedikləri  elə  bu?  Dəqiq  söyləmək  çətindir. 

Hər  halda  bir  məsələ  gün  kimi  aydındır:  təxəllüs 

şair  Seyid  Əlinin  sakral  həyatının  nişanəsidir, 

verbal bildiricisidir, onun ilahi dünya ilə birbaşa 

əlaqəsinin  təminatçısı  və  mənəvi,  ruhi  ömrünün 

simvoludur: 

 

   



«Meraca çıxdı ruhi Nəsimi Buraq ilən» 

 

     Həqqən  ki,  Nəsimi  bütün  ömrü  boyu  özünü  səhər 

nəsimi, səba yeli, yaranış mehi bilib: heçdən zühur 

edib, qəfil gəlib, qəfildən də heç olub gedib. Onun 

üçün  merac  bəyana  gəlməyən  şəffaf  çılpaqlığa  ürcah 

formasız  və  çəkisiz  ruhun  meracıdır.  Bu  baxımdan 

həyatda  «nəsimi»  olmaq  elə  meracda  zamansız  və 

fasiləsiz  bulunmaq  de-məkdir.  Məhz  buradaca  yazı-

fantaziyanın tamam yeni və haradasa gözlənilməz bir 

dönümü.  Əcəba,  Nəsiminin  “kəpənəkliyi”  də  bu  səbəb 

üzünə  yozulmazmı?  Nədən  “Fəzl  ilə  həqqə  çatmış 

olan”  Nəsimi  özünü  “pərvaneyi-nicat”,  yəni  “nicat 

pərvanəsi, 

nicat 


kəpənəyi” 

adlandıra? 



KƏPƏNƏK 

nəsimin,  mehin  vizual  dəlaləti  ola  bilməzmi?  Bəlkə 

kəpənək səhər nəsiminin, sübhdəm mehinin məkan içrə 

zühur  formasıdır,  bəyanda  görükmək  tərzidir?  Yenə 

birbaşa  cavabı  olmayan  suallar.  Təbii  ki,  əsas 

məsələ  nə  sualdır,  nə  cavab:  əsas  məsələ  suala 

qədər  cızılan  yoldur  ki,  müəyyən  intellektual 

cəhdin 


və 

mürəkkəb 

əqli 

prosesin 



dolanbac 

gərdişinin  qrafik  siluetini  aşkarlayır.  Bu  suallar, 

filoloji  fantaziyanın  ideyası  ilə  birgə,  məndə  o 

zaman  yarandı  ki,  təsadüfən  İmadəddin  Nəsiminin 



“KƏPƏNƏK” və “TAPDIM” rədifli iki  şeirini oxudum... 

və  məlumum  oldu  ki,  söhbət  burada  da  GEYİMDƏN 




 

132 


gedir.  Sən  demə,  “kəpənək”  farslarda  yapıncı  kimi 

mənalandırılır.  Nəsimi  şeirlərinin  kontekstində  də 

“kəpənək”  sözü  məhz  “yapıncı”  anlamında  işlədilir 

və ona bir xüsusi xirqə statusu verilir: 

 

 

«Kəpənək geymişəm, əndişədən

8

 azad olubam,  

         Üşümək müşkülünü eylədi asan kəpənək». 

 

     Heç 

şübhəsiz 

ki, 


kəpənək 

burada 


çoban 

həyatının, 

dağlı 

güzəranının 



rəmz 

səviyyəsinə 

yüksəldilmiş 

fakturasıdır, 

gerçək 

yaşantıların 



suggestiv  ifadəçisidir,  özünəməxsus  bildiricidir, 

eyhamdır.  Lakin  soruşmağa  yeri  var  ki,  Nəsiminin 

yapıncı  geyməsindən  xeyir  ola?  Bu  məqamın  da  öz 

tarixi 


sübut-dəlili 

mövcuddur. 

Nəsiminin 

belə 


qiyafəyə 

düşməsinin 

səbəbi 

ustadı 


Fəzlullah 

Nəiminin  müridlərinə,  yəni  xələflərinə,  başqa  sözlə 

desəm, 

şagirdlərinə 



ithafən 

yazıb 


göndərdiyi 

“Vəsiyyətnamə”  əsərindən  bəlli  olan  bir  xəbərdarlıq 

ucbatına 

aşkarlanır: 



«Öz 

geyiminizi, 

xarici 


ğörünüşünüzü  dəyişin,  şirvanlı  və    d  a  ğ  l  ı  

camaatının  şəklinə  salın.    Möhkəm  və  əlçatmaz  



ucqarlara  gedin.  Bu  işi  olduqca  tez  edin  ki,  hələ 

ordudan  arxanızca  heç  kim  gəlməmiş  və  tələfata 

uğramamış 

getmiş 


olasınız. 

Əlbəttə, 

əlbəttə, 

getməkdə  tələsin.  Uzaq  dağlıq  yerlərə  (saçmalar 

mənimdir 

– 

A.T.) 



çəkilin». 

“Vəsiyyətnamə”nin 

yazılma  tarixi  1394-cü  ildir  ki,  həmin  ili  də 

Nəsimi 


çox 

güman, 


Bakıda 

keçirib. 

Görünür, 

“Vəsiyyətnamə”nin 

həyəcanlı 

bildirişi, 

müdhiş 

xəbərdarlığı  Nəsimini  hələ  Bakıda  ikən  haqlayır  və 



o,  Ustad  sözünə  asi  olmadan  səfər  əziyyətinə 

qatlaşıb  ucqar  bir  dağ  kəndinə  pənah  aparır. 

Nəsiminin 

«qeyri 

bir 

tayfadanam, 

bu 

kəpənək 

fəxrimdir»  misrasına  istinadən  mümkündür  deyəsən  ki, 

o,  Bakıdan  Gürcüstana,  daha  başqa  yerə  yox,  gedib 

məhz oranın dağ bölgələrində müəyyən müddət yaşayır. 

Hürufi  şairinin  sonradan  Türkiyəyə,  Anadolu  və 




 

133 


Bursaya  səfər  etməsi  üçün  bu,  ən  əlverişli  variant 

idi.  Gərçi  belə  olmasaydı,  Nəsimi  əndişədən, 

dərddən,  qəmdən  qurtulub  da  qeyri  bir  tayfa  içində 

kəpənək  geyməzdi  ki?  Üşümək  müşkülü  də  soyuq  dağ 

yerinin  müşkülüdür,  şəksiz.  Mən  onu  da  güman 

etmirəm ki, Nəsimi müsəlmanlar arasında özünün özgə 

bir  tayfadan  olduğunu    məxsusi  vurğulayaydı. 

Ehtimalım  budur  ki,  Nəsimi  bu  ifadəni  gürcü 

xaçpərəstlərini nəzərdə tutaraq işlədib. Hər nə isə, 

KƏPƏNƏK  tarixinə  müvafiq  düşmüş  bir  fakt.  Öylə  bir 

fakt  ki,  təfsiri-şərhi-hali  Nəsimi  üçün  olduqca 

önəmli. Çünki bəzi gizli mətləblərin də üstünə işıq 

salmağa  qabil.  Məsələn,  Nəsimi  niyə  yazmalıydı  ki, 



“kəpənək  geydiyimə  kimsələr  eyb  eyləməsin”  və  ya 

“kəpənək  geydiyimi,  xacə,  eyib  tutma  mənə?”  Ola 

bilsin  Fəzlullahın  müridləri  cərgəsində  elələri 

tapılıb  ki,  Nəsiminin  ucqarlara  çəkilməsinə  pis 

baxıblar,  yapıncı  geyinib  dağlarda  qaçağa  dönməsini 

qorxaqlıq,  xəyanət  əlaməti  kimi  qiymətləndiriblər, 

onu  bu  fərari  hərəkətinə  görə  suçlandırıblar, 

məzəmmət  ediblər.  Sözsüz  ki,  bunu  mən  belə  duydum. 

Bir başqasının ayrı bir nəticəyə gəlməsi də mümkün. 

Hər  halda  XIV  yüzilin  gündəlik  həyat  və  ya  olay 

gerçəklərini  bütün  xırda-para  cizgiləriylə  birgə 

dəqiqləşdirib,  diskret  kadrları  bir  yerə  yığıb  tam 

panoram  yaratmaq  imkanı  cuzi,  əksərən  isə  sıfra 

bərabər.  Bir  də  axı  Nəsimi  təkcə  öz  məişət 

yaşantılarına  bağlanıb  qalan  bir  kimsə  deyil.  O, 

çox  asanlıqla  adi  məişət  gerçəkləri  içərisindən 

“sıçrayıb”  mənəvi,  ruhsal  aləmə  “atıla  bilir”  və 

qarşıdurumları  ortaq  məxrəcə  gətirib  onları  sanki 

sehrbaz  əfsunu,  sehrbaz  təlqini  ilə  bir-birinə 

calaşdırır. Buna timsal “KƏPƏNƏK”: 

 

         «Mərifət əhlinə gəldi kəpənək ətləsi-xas



   Nə rəvadır ki, geyə cahilü nadan kəpənək. 

          Ey Nəsimi, yeri gey, xirqə ərənlər donudur

        Geymədi münkir anı, sandı ki, zindan kəpənək».




Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə