Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə35/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   31   32   33   34   35   36   37   38   ...   135

 

104 


MƏDƏNİYYƏT  ÖZÜNÜ    GÜCLÜ  BƏDƏNLƏRİN  TƏCAVÜZÜNDƏN 

QORUMAQ,  MƏKANI,  YAŞAM  RESURSLARINI  BƏRABƏR  BÖLMƏK, 

PAYLAŞMAQ  ÜSLUBUDUR,  TƏRZİDİR.  MƏDƏNİYYƏT  ZƏİFİN  ÖZ 

TƏBİƏTİNİ  GİZLƏTMƏK  VASİTƏSİDİR,  AŞKAR  TƏHQİRLƏR  VƏ 

HƏDƏLƏRİN 

(ÖLDÜRÜLMƏK, 

DÖYÜLMƏK, 

QOVULMAQ) 

QARŞISINI  ALMAQ  CƏHDİDİR.    Elə  məqamındaca  maraqlı 

bir  fakta  diqqət  eləyək.  Öz  dövrünün  ideoloji-

siyasi  kontekstində  müsəlman  ruhanilərinin  min  cür 

hədyanından  bezmiş  M.Ə.Sabir,  görün,  sonucda  din 

xadimlərinə  necə  bir  ismarıc  yollayır:  “Zahida, 

gəl,  soyunaq,  bir  kərə  paltarımızı,  pişgahi-nəzəri-

xalqa  dutaq  varımızı,  görüb  onlar  dəxi  təhqiq 

eləsin karımızı, hər kimin ağı qara isə, utansın, a 

balam”.

17

 



Burada 

Sabirin 


məramı 

zahidin 


zəif 

bədəninə,  kişi  qüvvəsinə  sataşmaqdır,  zahidliyin 

(zöhdün),  “məxfiləşməyin”  ilkin  səbəbini    açıb 

göstərməkdir  ki,  “bəlkə  illərcə  yatanlar  bir 



oyansın,  a  balam.”  Bu  çağırış,  əslində,  qatı 

düşməni,  rəqibi  ən  xətasız  döyüşə  səsləməkdir. 

Həmin  xətasız  döyüşün  adı  soyunmaqdır.  Nədən  ki, 

gücü,  təbii  enerji  imkanlarını  paltarsız  asanlıqla 

müəyyənləşdirmək  mümkün  olur.  Yəni  daha  dava-dalaş 

nəyə  lazım?  İnsan  paltarlarını  soyunanda  sanki 

problemlərini  də  “əynindən  çıxarır”.  Mədəniyyət 

zəiflərin  ağıl  hesabına  düşünüb  “kəşf”  etdikləri 

fantom-himayəçidir;  zəiflərin  yaşamaq  hüququnun 

təminatçısıdır, 

güclülər 

əleyhinə 

manifestdir. 

MƏDƏNİYYƏT  HƏR  ŞEYDƏN  ÖNCƏ  YASAQDIR,  QANUNDUR, 

QADAĞALAR,  QAYDALAR,  ŞƏRTLƏR  VƏ  ÜSULLAR  ŞƏBƏKƏSİDİR 

VƏ  AÇIQ  DƏYİŞKƏN  SİSTEMDİR.  MƏDƏNİYYƏT  TOTEMLƏ 

BİRGƏ  YARANIR.  Totemlə  bəyan  edilir  ki,  insanlığın 

vəhşilik  dönəmi,  sürülük  halı  qurtardı.  Kişisəl 

(maskuilin) 

toplumlarda 

mədəniyyət 

kişilərin 

nəzarətindədir,  kişilərə  xidmət  edir.  Siz  bir 

baxın, 


təsviri 

sənətin 


tarixinə... 

qadın 


çılpaqlığına  tablolarda,  rəsmlərdə,  heykəltəraşlıq 

nümunələrində  daha  tez-tez  təsadüf  olunur  nəinki 




 

105 


kişi  çılpaqlığına.  Bu,  təkcə  onunla  izah  edilmir 

ki,  qadın  bədənləri  gözəldir  və  kişi  gözlərinə 

xüsusi  zövq  verir,  maskuilin  cəmiyyətə  ünvanlanıb. 

Bu  onunla  izah  edilir  ki,  kişilər  qadınlara 

nisbətən  öz  bədənlərindən,  öz  çılpaqlıqlarından 

daha  çox  utanırlar;  istəmirlər  ki,  onların  mümkün 

qüsurunu  və  ya  kişi  zəifliyini  kimsə  görsün.  Elə 

buna  görə  də  qadınlar  həmişə  kişilərə  nisbətən 

xeyli  rahat,  kompleks  yaşamadan  soyunurlar.  Bəzi 

istisnalardan 

savayı... 

İnsan 


soyunanda 

mədəniyyətdən 

tam 

ayrılır; 



mədəniyyət 

virtual 


şəkildə 

qalır 


onun 

şüurunda. 

Təbiətdə 

nəsil 


artırmaq  məqamı  yetişəndə  bədənlərin  mübarizəsi  və 

oyunu  başlayır:  bu  prosesdə  zəif  bədənlərə  yer 

yoxdur.  Bəs  toplum  içrə  biz  nə  görürük?  Cəmiyyətdə 

nigah  (toy),  yəni  nəsil  artırmaq  üçün  birinci  əsas 

meyar  sosial  statusdur,  ikinci  maddi  durumdur  (və 

ya  alverdir),  nəhayət,  sonuncu  bədəndir.  Təbiət 

zəifi 

həməncə 


siyahıdan 

silir, 


onun 

yaşamaq 


hüququnu  əlindən  alır,  mədəniyyət  isə,  əksinə, 

hamını,  o  sıradan  da  zəif  bədənlini  şanslı  edir. 

Lakin...  və  bir  də  lakin...  təbii  gücü,  nəsil 

artırmaq  potensialı  kifayət  qədər  yüksək  kişilər 

mədəniyyətsiz 

də 


xoşbəxt 

ola 


bilir. 

Onlara 


mədəniyyət  cəfəng  qanunlar  sistemi  kimi  görünür. 

Təsadüfi  deyil  ki,  güclü  kişilər  ya  cinayətkar 

olurlar,  ya  da  idmançı:  ya  da  hüquq-mühafizə 

orqanlarında  işləyirlər.  Razılaşaq  ki,  bunların  hər 

üçünün  arasında  sərhəd  şəffafdır.  Mədəniyyət  ağacı 

yonub  istehsal  taxtasına  çevirdiyi  kimi  insanı  da 

“yonub”  ictimai  fərdə  (toplum  mexanzminə)  çevirir. 

Mədəniyyət  çoxsaylı  zəiflərin  azsaylı  güclülərə 

birgəyaşayış 

haqqında 

yolladığı 

ismarıcdır, 

təklifdir. 

Zəif 


bədənli 

kişi 


potensial 

xacə 


variantıdır.  MƏDƏNİYYƏT  PERMANENT  ŞƏKİLDƏ  XACƏ 

KİŞİLƏRİN  MƏDƏNİYYƏTİDİR.    Xacə  isə  potensial 

meyitdir,  kukladır.  Bəyəm  mədəniyyəti  “süni  təbiət” 




 

106 


adlandırmırlar?  Əgər  bir  şey  cansızdırsa,  deməli, 

ölüdür.  Semiotik  bilgilər  müstəvisində  bədənin 

qarşıdurumu  meyitdir.  Bədən  burada  aktivdədir, 

meyit  passivdə.  Qəribədir,  sən  demə,  mədəniyyət 

bədən  yox,  meyit  üstündə,  daha  doğrusu,  ölümdən 

sonrakı  həyat  üstündə  köklənib.  Çünki  mədəniyyət 

əbədiyyətə  iddialıdır.  MƏDƏNİYYƏT  ÖZÜNÜ  ƏBƏDİYYƏT 

ÜÇÜN  PROQRAMLAŞDIRMAQ  VASİTƏSİDİR.  Busa  yalnız 

müəyyən  bildiricilərin  köməyilə  gerçəkləşir.  Bədən 

ölüb  gedir:  onun  keyfiyyəti  var.  İşarə  isə  fikrin 

kodunu  özündə  daşıyır:  o,  bədənə  yox,  ideyalar, 

fikirlər  dünyasına  aiddir  və  ölümsüzdür.  Çünki 

həyatdan 

dışarıda 

mövcuddur. 

İnsan 

özünü 


əbədiləşdirəndə  fikirdə  əbədiləşdirir.  Mədəniyyət 

eyhamlar,  işarələr  sistemidir  və  bu  bildiricilər 

ruhsuz, 

cansız 


nəsnələrdir. 

İnsanlarla 

birgə 

işarələr  də  yox  olur.  Mənasını  itirən  işarə 



mövcudluğunu  itirir  və  hər  hansı  bir  tədqiqatçı 

üçün  araşdırma  obyektinə  çevrilir.  Mədəniyyət  əgər 

işarələri  öz  içində  tutub  saxlayırsa,  onlara 

əbədiyyət  verirsə,  deməli,  bildiricilər  və  mənalar 



qəbiristanlığıdır.  Ona  görə  də  mədəniyyət  ölü 

təbiətdir, 

xacələrin, 

rahiblərin, 

məcnunların, 

müxtəlif  tipli  divanə  danəndələrin  yapdığı  fikir 

oyunbazlığıdır,  zəif  bədənli  insanların  paltarıdır, 

çanağıdır, 

zirehidir, 

dəbilqəsidir. 

Zəifi 

mədəniyyətə  təbii  güc  qarşısındakı  qorxu  gətirir. 



Mədəniyyət  zəifə  mövcudluq  statusu  verir  və  onun 

yaşamını  mənalandırır.  Əbəs  yerə  Füzulinin  Məcnunu 

özünü  zəif  adlandırıb  demir  ki,  “Gəl,  təcrübə  eylə 

mən  zəifi”...  Qeysin  apriori  öz  “zəif”liyini  bəyan 

etməsi  patologiya  əlamətidir,  yoxsa  fiziki  qüvvənin 

real 


qiymətləndirilməsidir? 

Axı 


niyə 

Məcnun 


pəhləvan cüssəli ola bilməz? Fiziologiya ilə ruhsal 

dünya arasında  nə kimi tərs mütənasiblik mövcuddur? 

Bu 

suallar 


bizi 

qəribə 


bir 

nəticəyə 

doğru 

istiqamətləndirir:  MƏDƏNİYYƏT  AĞRI  VƏ  İZTİRABA 




Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə