104
MƏDƏNİYYƏT ÖZÜNÜ GÜCLÜ BƏDƏNLƏRİN TƏCAVÜZÜNDƏN
QORUMAQ, MƏKANI, YAŞAM RESURSLARINI BƏRABƏR BÖLMƏK,
PAYLAŞMAQ ÜSLUBUDUR, TƏRZİDİR. MƏDƏNİYYƏT ZƏİFİN ÖZ
TƏBİƏTİNİ GİZLƏTMƏK VASİTƏSİDİR, AŞKAR TƏHQİRLƏR VƏ
HƏDƏLƏRİN
(ÖLDÜRÜLMƏK,
DÖYÜLMƏK,
QOVULMAQ)
QARŞISINI ALMAQ CƏHDİDİR. Elə məqamındaca maraqlı
bir fakta diqqət eləyək. Öz dövrünün ideoloji-
siyasi kontekstində müsəlman ruhanilərinin min cür
hədyanından bezmiş M.Ə.Sabir, görün, sonucda din
xadimlərinə necə bir ismarıc yollayır: “Zahida,
gəl, soyunaq, bir kərə paltarımızı, pişgahi-nəzəri-
xalqa dutaq varımızı, görüb onlar dəxi təhqiq
eləsin karımızı, hər kimin ağı qara isə, utansın, a
balam”.
17
Burada
Sabirin
məramı
zahidin
zəif
bədəninə, kişi qüvvəsinə sataşmaqdır, zahidliyin
(zöhdün), “məxfiləşməyin” ilkin səbəbini açıb
göstərməkdir ki, “bəlkə illərcə yatanlar bir
oyansın, a balam.” Bu çağırış, əslində, qatı
düşməni, rəqibi ən xətasız döyüşə səsləməkdir.
Həmin xətasız döyüşün adı soyunmaqdır. Nədən ki,
gücü, təbii enerji imkanlarını paltarsız asanlıqla
müəyyənləşdirmək mümkün olur. Yəni daha dava-dalaş
nəyə lazım? İnsan paltarlarını soyunanda sanki
problemlərini də “əynindən çıxarır”. Mədəniyyət
zəiflərin ağıl hesabına düşünüb “kəşf” etdikləri
fantom-himayəçidir; zəiflərin yaşamaq hüququnun
təminatçısıdır,
güclülər
əleyhinə
manifestdir.
MƏDƏNİYYƏT HƏR ŞEYDƏN ÖNCƏ YASAQDIR, QANUNDUR,
QADAĞALAR, QAYDALAR, ŞƏRTLƏR VƏ ÜSULLAR ŞƏBƏKƏSİDİR
VƏ AÇIQ DƏYİŞKƏN SİSTEMDİR. MƏDƏNİYYƏT TOTEMLƏ
BİRGƏ YARANIR. Totemlə bəyan edilir ki, insanlığın
vəhşilik dönəmi, sürülük halı qurtardı. Kişisəl
(maskuilin)
toplumlarda
mədəniyyət
kişilərin
nəzarətindədir, kişilərə xidmət edir. Siz bir
baxın,
təsviri
sənətin
tarixinə...
qadın
çılpaqlığına tablolarda, rəsmlərdə, heykəltəraşlıq
nümunələrində daha tez-tez təsadüf olunur nəinki
105
kişi çılpaqlığına. Bu, təkcə onunla izah edilmir
ki, qadın bədənləri gözəldir və kişi gözlərinə
xüsusi zövq verir, maskuilin cəmiyyətə ünvanlanıb.
Bu onunla izah edilir ki, kişilər qadınlara
nisbətən öz bədənlərindən, öz çılpaqlıqlarından
daha çox utanırlar; istəmirlər ki, onların mümkün
qüsurunu və ya kişi zəifliyini kimsə görsün. Elə
buna görə də qadınlar həmişə kişilərə nisbətən
xeyli rahat, kompleks yaşamadan soyunurlar. Bəzi
istisnalardan
savayı...
İnsan
soyunanda
mədəniyyətdən
tam
ayrılır;
mədəniyyət
virtual
şəkildə
qalır
onun
şüurunda.
Təbiətdə
nəsil
artırmaq məqamı yetişəndə bədənlərin mübarizəsi və
oyunu başlayır: bu prosesdə zəif bədənlərə yer
yoxdur. Bəs toplum içrə biz nə görürük? Cəmiyyətdə
nigah (toy), yəni nəsil artırmaq üçün birinci əsas
meyar sosial statusdur, ikinci maddi durumdur (və
ya alverdir), nəhayət, sonuncu bədəndir. Təbiət
zəifi
həməncə
siyahıdan
silir,
onun
yaşamaq
hüququnu əlindən alır, mədəniyyət isə, əksinə,
hamını, o sıradan da zəif bədənlini şanslı edir.
Lakin... və bir də lakin... təbii gücü, nəsil
artırmaq potensialı kifayət qədər yüksək kişilər
mədəniyyətsiz
də
xoşbəxt
ola
bilir.
Onlara
mədəniyyət cəfəng qanunlar sistemi kimi görünür.
Təsadüfi deyil ki, güclü kişilər ya cinayətkar
olurlar, ya da idmançı: ya da hüquq-mühafizə
orqanlarında işləyirlər. Razılaşaq ki, bunların hər
üçünün arasında sərhəd şəffafdır. Mədəniyyət ağacı
yonub istehsal taxtasına çevirdiyi kimi insanı da
“yonub” ictimai fərdə (toplum mexanzminə) çevirir.
Mədəniyyət çoxsaylı zəiflərin azsaylı güclülərə
birgəyaşayış
haqqında
yolladığı
ismarıcdır,
təklifdir.
Zəif
bədənli
kişi
potensial
xacə
variantıdır. MƏDƏNİYYƏT PERMANENT ŞƏKİLDƏ XACƏ
KİŞİLƏRİN MƏDƏNİYYƏTİDİR. Xacə isə potensial
meyitdir, kukladır. Bəyəm mədəniyyəti “süni təbiət”
106
adlandırmırlar? Əgər bir şey cansızdırsa, deməli,
ölüdür. Semiotik bilgilər müstəvisində bədənin
qarşıdurumu meyitdir. Bədən burada aktivdədir,
meyit passivdə. Qəribədir, sən demə, mədəniyyət
bədən yox, meyit üstündə, daha doğrusu, ölümdən
sonrakı həyat üstündə köklənib. Çünki mədəniyyət
əbədiyyətə iddialıdır. MƏDƏNİYYƏT ÖZÜNÜ ƏBƏDİYYƏT
ÜÇÜN PROQRAMLAŞDIRMAQ VASİTƏSİDİR. Busa yalnız
müəyyən bildiricilərin köməyilə gerçəkləşir. Bədən
ölüb gedir: onun keyfiyyəti var. İşarə isə fikrin
kodunu özündə daşıyır: o, bədənə yox, ideyalar,
fikirlər dünyasına aiddir və ölümsüzdür. Çünki
həyatdan
dışarıda
mövcuddur.
İnsan
özünü
əbədiləşdirəndə fikirdə əbədiləşdirir. Mədəniyyət
eyhamlar, işarələr sistemidir və bu bildiricilər
ruhsuz,
cansız
nəsnələrdir.
İnsanlarla
birgə
işarələr də yox olur. Mənasını itirən işarə
mövcudluğunu itirir və hər hansı bir tədqiqatçı
üçün araşdırma obyektinə çevrilir. Mədəniyyət əgər
işarələri öz içində tutub saxlayırsa, onlara
əbədiyyət verirsə, deməli, bildiricilər və mənalar
qəbiristanlığıdır. Ona görə də mədəniyyət ölü
təbiətdir,
xacələrin,
rahiblərin,
məcnunların,
müxtəlif tipli divanə danəndələrin yapdığı fikir
oyunbazlığıdır, zəif bədənli insanların paltarıdır,
çanağıdır,
zirehidir,
dəbilqəsidir.
Zəifi
mədəniyyətə təbii güc qarşısındakı qorxu gətirir.
Mədəniyyət zəifə mövcudluq statusu verir və onun
yaşamını mənalandırır. Əbəs yerə Füzulinin Məcnunu
özünü zəif adlandırıb demir ki, “Gəl, təcrübə eylə
mən zəifi”... Qeysin apriori öz “zəif”liyini bəyan
etməsi patologiya əlamətidir, yoxsa fiziki qüvvənin
real
qiymətləndirilməsidir?
Axı
niyə
Məcnun
pəhləvan cüssəli ola bilməz? Fiziologiya ilə ruhsal
dünya arasında nə kimi tərs mütənasiblik mövcuddur?
Bu
suallar
bizi
qəribə
bir
nəticəyə
doğru
istiqamətləndirir: MƏDƏNİYYƏT AĞRI VƏ İZTİRABA
Dostları ilə paylaş: |