Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə2/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   2   3   4   5   6   7   8   9   ...   135

 

üzləri  həmişə  örtülü  olub?  Niqab  (hicab,  cilbab, 



çarşab,  pərəncə)  maskadan  nə  ilə  fərqlənir?  Sosial 

maska  nə  deməkdir?  Doğrudanmı  maska  davranış  və 

münasibət  süniliyinin,  gerçək  həyat  teatrallığının 

ifadəçisidir?  Maska  nə  dərəcədə  “məni  məndən” 

ayırmağa qabildir? 

     MAHİYYƏTİN  NƏZƏRİ  LOKUSU.  Maska  ingilisin 

“mask”  sözündən  törəmədir,  nəyisə  gizlətmək,  ört-

basdır  etmək  kimi  başa  düşülür.  Sözün  mənşəyi 

latınca  ilə  bağlıdır:  bu  dildə  “maskus”,  “masqa” 

kəlməsinin  mənası  kabus  sözünün  sedmantikası  ilə 

eynidir.  Güman  da  var  ki,  bu  söz  ərəbcədən  Avropa 

dillərinə  keçib:  ərəblər  təlxəyə,  karnaval  adamına 

“maskqara”  (məsxərə:  siqar,  siqaret  sözləri  də 

burdandır) deyiblər.    

     Maskalar tipologiya etibarı ilə 3 böyük qrupda 

cəmlənir:  1)  oyun  (teatr,  karnaval)  maskaları;  2) 

ritual  (mərasim,  ayin,  toy,  yas)  maskaları;  3) 

istehsalat 

(funksional, 

professional, 

müdafiə)  

maskaları.    Bu  maskalarla  bağlı  elmdə  nisbi  bir 

aydınlıq  mövcuddur.  Bir  də  var  gözə  görünməyən 

maskalar:  üzümüzün  maskaları,  uyqarlığın,  əxlaqın, 

tərbiyənin, 

dinin, 

sosial 


institutların 

bizə 


“sırıdığı”  maskalar.  Bax,  mən  bunları  adlandırıram 

situativ  maskalar.  Onlar  ictimai,  məişət,  intim 

xarakterli  də  ola  bilir.  Situativ  maskalar  sosial 

maskalardır, 

adi 


adamların 

maskalarıdır 

və 

mahiyyətcə  istehsalat  (həyat  istehsal  konveyeri 



kimi) maskaları ilə qonşudurlar. 

    Gündəlik 

həyatda 

hər 


bir 

adamın 


müəyyən 

situasiyalarda    işlətdiyi  üz  ifadələri,  mimikalar, 

ədalar, 

rəftarlar 

situativ 

maskaları 

meydana 

gətirir. 

Oyun 

maskaları 



statikdir, 

situativ 

maskalar 

dəyişkən. 



Birincilər 

predmetivdir, 

ikincilər  -  imaginativ.  Yəni  bu  tip  maskalar 

psixika  ilə  sosial  dünyanın  təmas  nöqtəsində 

təsəvvürdən  qopub  insanın  davranış  manerasının 



 

şəklini  müəyyənləşdirir.  Maska  libidonun  topluma 



inteqrasiya  obrazıdır.  Maska  “mən”,  şüuraltı  və 

bilincsizliyin  ictimai  sazişinin  əlamətidir,  üçünün 

ortamıdır. 

Amma 


tələsməyə 

və 


məsələni 

qəlizləşdirməyə  heç  bir  hacət  yox...  Bircə-bircə 

ayaq qoyarlar nərdivanə... 

     PORTRET  VƏ  MASKA.  Görəsən  niyə,  bir  kimsə, 

yəni  hər  hansı  bir  Allah  bəndəsi,  öldümü,  qısa  bir 

vaxt  içində  onun  fotoşəklini  tapıb  fotoqrafa 

böyütdürürlər  və  sonra  da  gətirib  portret  kimi 

asırlar 

divardan? 

Bir 

qədər 


varlı 

ailələr 


(kübarlar)  isə  əzizləri  vəfat  edən  kimi  rəssama 

yaxud  heykəltəraşa  portret  (büst  və  ya  heykəl) 

sifariş 

verirlər. 

Aydın 

məsələdir 



və 

burada 


müəmmalı  heç  nə  yoxdur.  Dünyasını  dəyişmiş  adama 

qarşı 


belə 

münasibət 

hörmətdir, 

xatirədir, 

sevginin,  vəfanın  təzahürürüdür  və  i.a.  və  s.  Bəs 

bu  adətin  kökü  haradan  gəlir?  Əvvəlcə  Orta 

çağlarda,  sonradan  isə  zadəgan  nəcabətli  Avropa 

nəsillərində,  xüsusilə  də  ingilis  ailələrində  ölmüş 

əcdadların, ata və ana tərəfdən qohum olan uluların 

portretlərini  çəkdirib  saxlamaq  dəb  olmuşdur.  Belə 

portretləri  adətən  nəslin  miraslıq  malikanəsində 

yerləşdirərdilər.  Çox  vaxt  bu  malikanələr  iri 

portret 

qalereyalarını 

xatırladırdı. 

Zaman  


keçdikcə  bu  portretlərdən  biri  və  ya  bir  neçəsi, 

əksərən naməlum tərzdə yoxa çıxmış (yəni ölüm faktı 

dəqiqləşdirilməmiş)  əcdadın  portreti,  qeyri-adi  bir 

qüvvənin, 

enerjinin, 

ruhun 


daşıyıcısı 

kimi 


tanıtdırılırdı.  Bununla  bildirilirdi  ki,  həmin 

əcdadın  (təkcə  ölümünün  müəmması  ilə  deyil,  həm  də 

şəxsiyyətinin 

tipinə 


görə 

fərqlənən) 

ruhu 

malikanənin 



müasir 

varislərilə 

birgə 

yaşayır, 



onların 

düşdükləri 

bütün 

həyati 


vəziyyətlərdə 

iştirak  edir,  liberallıq  gözləməyən  kabus-seyrçi 

olur.  Şübhəsiz,  burada  müəyyən  mənada  mistika  var. 

Lakin  hansı  bir  adət,  hansı  bir  ənənə,  hətta  hər 




 

hansı 



bir 

dəb 


və 

ya 


vərdiş 

mistik 


təlqin 

dışındadır?  Unutmayaq  ki,  mistika  həmişə  psixoloji 

təlqindir.  Mistikanın  müəllifi  təsəvvürdür.  Bizim 

təsəvvürdə  yaratdığımız  “mən”  isə  həmişə  potensial 

əcdaddır.  Çünki  əcdad  daim  ideal  kimi  qavranılır. 

Və  nəhayət,  qısası  budur  ki,  çağdaş  dövrümüzdə 

ölmüş  şəxsin  xatirəsinə  hörmət  kimi  onun  şəklini 

əzizləmək  Avropa  mədəniyyətində  nəslin  əcdadlarının 

kultu ilə ilişiklidir. Məhz bu kult nəticəsində adi 

şəkil,  tablo  mistik  portretə  çevrilib.  Çağdaş 

dövrdə 

portretlərə 



(fotolara, 

şəkillərə) 

olan 

sevginin kökü,  ənənəsi buradan gəlir. Hərçənd tarix 



bu  ənənəni  qədim-qədim  zəmanələrə  aparıb  çıxarır. 

Əgər  boylanıb  maarifçilik  Avropasından  və  Orta 

əsrlərdən  bir  qədər  də  o  yana  baxsaq  görəcəyik  ki, 

antik 


Romada 

əcdadların 

portretinə 

“iməcines” 

(latınca)  deyərmişlər.  İngilis  dilində  “imic”  sözü 

“təsvir, 

obraz” 

mənalarında 



işlənir, 

“iməcin” 

kəlməsisə  “təsəvvür  etmək”  kimi  anlaşılır.  Qəribə 

də olsa bu üç anlam, - “əcdadın portreti”, “təsvir” 

və  “təsəvvür  etmək”,  -  arasındakı  məna  uyarlığı, 

məna  bağlantıları  bu  məqalənin  ilk  nisbi,  tam 

improvizə 

şəklində 

öz-özünə 

meydana 


gəlmiş 

nəticəsidir:  yəni  əcdadın  obrazı  təsvir  (portret)  

kimi  təsəvvür  edilir.  “Mən”  isə  həmişə  təsəvvürdə 

təsvirdir,  imaginativdir.  Bu  baxımdan  bir  “mən”in 

min  maskasını  törədən  təsəvvürdür.  Belə  ki,  insan 

özünü  daim  fikirləşir  və  imaginasiyada  özünün 

optimal  (bəlkə  də  ideal)  variantını  yaratmağa 

çalışır. Ancaq bir şey dəyişməzdir: hər necə olursa 

olsun  təsəvvürdə  “mən”  əcdad  portretinin  təsvir-

modifikasiyasıdır.  Bu  məsələni  də  bir  az  səngidək 

və  düşünək  görək  insanlarda  portretləri,  şəkilləri 

əzizləmək,  urvata  mindirmək  meylinin  səbəbi  nədir? 

Təkcə  “bu,  babamdır,  o  da  nənəmdir”  məntiqinə 

görəmi?  Əlbəttə  ki,  yox.  Oncə  ondan  başlayaq  ki, 

qədim  Misir  camaatında  ölülərin  maskalarını  çıxarıb 



Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə