Aydın Talıbzadə


neytrallaşdırmaq  vasitəsidir



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə5/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   2   3   4   5   6   7   8   9   ...   135

 

14 


neytrallaşdırmaq  vasitəsidir.  Bu  yaşantıların  hər 

ikisi  mağara  (bətn)  dışında  peyda  olur.  Sosial-

siyasi  toplum  içrə  insan  mağaraya  dönməməkdən  ötrü 

üzünə 


maska 

taxır, 


daha 

doğrusu, 

üzünü 

maskalaşdırıb  onun  arxasında  gizlənir.  Maskanın 



yaranma  tarixində  bu  iki  yaşantı  təhrikçi  kimi 

çıxış  edir.  Ov  həmişə  həm  qidadır,  həm  qorxu. 

Qidalanmanın  özündə  belə  bir  qorxu  gizlənir.  Belə 

ki,  yeyib  zəhərlənmək  olar,  yeyib  yoluxmaq  olar, 

aşırı  yeyib  ölmək  olar.  Ov  eləmək  üçün  maskalanmaq 

gərək.  Maskalananda  sən  qorxunu  özündən  qovursan. 

(Qadınlar  ona  görə  dasha  çox  maskalanır  ki,  daim 

kifir  görünməkdən  qorxurlar).  Maska  səni  bir  addım 

qorxudan  uzaqlaşdırır,  bir  addım  ov  predmetinə 

yaxınlaşdırır. 



     MASKA  NƏDİR?  Maska  “mən”in  mühafizəçisidir. 

Sosial-situativ  maska  individuallığın  zühurudur, 

fərdin 

yaradıcılığıdır, 

improvizəsidir, 

şəxsiyyətinin 

sərhədləridir. 

Bu 

elə 

bir 

yaradıcılıqdır  ki,  məqsədi  “mən”i  məxfiləşdirməyə 

yönəlib.  Maska  mağara  təbiətinin  ifadəçisidir. 

Maska  tilsimdir.  Əgər  totem  əcdad-Atadırsa,  mağara 

əcdad-Anadır.  Bu  mənada  maska  hər  iki  başlanğıcı 

(anima  və  animus)  özündə  ehtiva  edir.  Deməli, 

maskanın  özü  marginaldır:  maska  arxasında  cins 

əlaməti  bilinmir.  Yalnız  teatr  sənəti  maskaları 

müəyyən  kateqoriyalara  ayırır.  Əcdad-Ata  və  əcdad-

Ana  maskada  birləşib  yenidən  marginal  bir  tanrıya 

dönürlər. 

Aborigen 

xalqların 

mədəniyyətinə 

istinadən  söyləmək  mümkündür  ki,  maska  insanlar 

arasında  tanrının  obrazıdır.  Maska  tanrıdır,  tanrı 

simvoludur. 

     ÜZ VƏ MASKA. Təkcə insan insanı üzdən tanıyır. 

Başqa  heç  bir  canlı  buna  qabil  deyil.  Bu  mənada  üz 

elə  insan  deməkdir,  yəni  “mən”in  simvoludur.  Üz 

“mən” 


barəsində 

potensial 

informasiya 

daşıyıcısıdır.  İnsanın  həqiqi  mənəvi  cövhəri  mütləq 




 

15 


şəkildə onun üz cizgilərində öz ifadəsini tapır. Üz 

insanın  bədəni  və  ruhu  ilə  bağlı  bütün  fizioloji 

proseslərin,  onun  yaşantılarının,  iç  dünyasında 

cücərən  hər  hansı  bir  istəyin,  hətta  mənəvi-əxlaqi 

imperativin  belə,  güzgüsüdür.  Üz  “məni  məndə” 

göstərən  güzgüdür.  Lakin  kim  istər  ki,  bu  güzgüdə 

zühur  edəni  bir  özgəsi  görsün?  Heç  kim.  Deməli,  üz 

örtülməlidir,  qapanmalıdır,  ayrı  cür  mənalandırsaq, 

yalana 

öyrəşməlidir, 



aldatmalıdır. 

Azərbaycan 

dilində  “üz”  sözünün  “sifət”  və  “sima”  kimi 

qarşılıq  variantları  da  mövcuddur.  “Üz”  sözü 

nəyinsə 

üst 


qatını, 

görünəni 

bildirmək 

üçün 


işlədilir.  “Üzmək”  felinin  kökü  “üz”  də  sözün 

birinci 


mənası 

ilə 


ilişiklidir. 

Yəni 


yalnız 

görünəni,  üzdə  olanı  üzmək  mümkündür.  Və  bundan  

əlavə:  ancaq  üzdə  qalıb  üzə  biləndə  insanın  suda 

batmamaq  şansı  var.  Mövzuya  bu  rakursdan  yanaşanda 

aydınlaşır  ki,  əllər  də,  barmaqlar  da  potensial 

üzdür.  Lakin  üz  müəyyən  qədər  neytraldır,  çünki 

fiziki  dünyaya  mənsubdur.  Azəri  türkcəsində  “üz” 

mənasını  verən  digər  söz  “sifət”dir.  Amma  bir 

məsələ  də  var  ki,  biz  “cümlədə  əşyanın  necəliyini 

bildirən  nitq  hissəsi”nə  də  “sifət”  deyirik..  “Üz” 

və “sifət” sözlərinin məna tutumu heç də bir-birinə 

müsavi  gəlmir.  Sifət  mimika  oynaqlığına  alışmış 



plastik  üz  deməkdir.  İfadə  necəliyi  müəyyənləşmiş, 

konkretləşmiş  üz  artıq  sifətdir.  Sifət  ifadə 

elastikliyinə  öyrəşmiş  üzdür.  Sifət  üzün  necəliyini 

bildirir. 

Bu 


necəlik 

insanın 


xarakterinə  

pərçimlənib  portret  cizgiləri  aldıqca  sifətdən  sima 

yaranır.  Sima  canlı  üzün  portretləşməsi  anlamına 

uyğundur.  Sima  üzün  ifadə  yetkinliyinin  ən  yüksək 



dərəcəsidir,  maskalaşma  astanasıdır.  Simadan  o  yana 

maska,  portret  dayanır.  Bu  mənada  üz  bədənindir, 



sifət  -  cəmiyyətin,  sosial  dünyanın,  sima  - 

əbədiyyətin.  Simada  panteon  xisləti  var.  Bu  söz  nə 

qədər “alicənab” səslənsə belə, yenə də canlılıqdan 



 

16 


məhrumdur  və  dirilərdən  daha  çox  ölmüş,  dünyasını 

dəyişmiş  şəxslərin,  deməli,  potensial  əcdadların 

üzünü 

bildirməkdən 



ötrüdür. 

Niyə 


azərbaycanlı 

mentaliteti  dildə  təqribən  eyni  hüquqi  statusa 

malik  olub  əksərən  sinonim  kimi  istifadə  edilən  bu 

sözlərin  məna  tutumu  arasında  xüsusi  bir  məntiqi 

vurğu  ilə  fərq  aşkarlayır?  Ərəblər  üzə  “sima” 

deyirlər,  farslar  isə  -  “sifət”.  Fars  dilində 

“sifət”  sözü  keyfiyyət,  zahiri  görkəm  mənalarında 

işlənir.  Azərbaycanlı  mentallığı  üçün  “üz”  adi 

fiziki  üzdür,  “sifət”  buqələmun,  dəyişkən,  aldadıcı 

üzdür, “sima” ideal, nümunəvi, lakin daş üzdür. Heç 

şübhəsiz ki, azəri türkünün mentaliteti bu sözlərin 

məna  nisbiliyini,  onların  məna  çalarları  arasındakı 

fərqi  həmin  sözlərin  mənsub  olduğu  dildə  danışan 

xalqların  xarakterilə  əlaqələndirmişdir.  “Üz”  əsl 

türk 

sözü 


kimi 

azərbaycanlı 

qavrayışında 

pozitivdədir  və  öz  semantik  çənbərində  sadəlik, 

təmizlik,  müəyyənlik,  mərdlik,  fizikilik,  sərtlik, 

qabalıq  (“kişinin  bir  üzü  olar”,  “boz  üz”  və  s.) 

kimi  mənaları  qapsayır.  “Sifət”  farsın  sözüdür, 

neqativdədir  və  azərbaycanlı  ona  etibar  eləmir. 

Turanın  yaxın  qonşusunun  və  qatı  düşməninin  bu 

sözündə  azəri  türkü  bir  oynaqlıq,  uyuşqanlıq, 

zənginlik,  doymuşluq,  hiyləgərlik  (“sifəti  fətir 

kimi”,  “sifətindən  əclaflıq  yağır”  və  s.)  görür. 

Müsəlman  peyğəmbərinin  dilindən  götürülmüş  “sima” 

sözü  isə  azərbaycanlıdan  ötrü  artıq  pozitivlik  və 

neqativlik  dışındadır.  “Sima”  sözündən  azərbaycanlı 

üçün  qutsal  bir  əbədiyyət,  monumental  bir  təntənə, 

stabil  cənnət  boylanır.  Üz  sima  kimi  formalaşanda 

maska 


olur, 

barelyef 

olur. 

Nədən 


ki, 

sima 


arxasından da üz görünmür. Maska həm üz hörgüsüdür, 

həm  də  üzün  mütləqliyinin  faktıdır,  yəni  üz 

işarəsidir.  Bayaq  deyildiyi  kimi  üz  fərdidir, 

individuallığın 

təkcə 


zahiri 

görkəminin 

yox, 

individual  ruhun  və  yaşantıların  ifadəçisidir. 




Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə