Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə7/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   2   3   4   5   6   7   8   9   10   ...   135

 

20 


rübənddir,  daha  doğrusu,  üz  bəndidir.  Müsəlman 

dünyasında maska deyilən, maska kimi qavranılan bir 

nəsnə 

yoxdur. 


Çünki 

islam 


aləmi 

maskanın 

funksiyasını  mənasızlaşdırır.  Müsəlman  dünyasında 

nəyisə  gizli  saxlamaq  qeyri-mümkündür.  Nə  varsa, 

Allaha  əyandır,  agahdır.  Ona  görə  də  dinin 

mahiyyəti fərdin maskalanmasını az qala küfr sayır. 

Alahdan  gizlənmək  və  ya  nəyisə  gizlətmək  cəhdi  elə 

Allahı  tanımamağa  bərabərdir.  Müsəlman  Şərqində 

“Allahdan  gizlin  deyil,  səndən  nə  gizlin”  ifadəsi 

hər  bir  söhbətin  aparıcı  leytmotividir.  İslam 

mədəniyyəti  dünyasında  maska  yad  bir  elementdir. 

Nədən  ki,  islam  dini  totem,  büt  tanımır.  Halbuki 

üzü  örtmək,  pərdələmək,  şəxsiyyəti  pərdə  arxasında 

əyləşdirib 

gözə 

görükdürməmək 



Şərqin 

müsəlman 

ölkələrində  qutlu  bir  ənənə  keyfiyyəti  qazanmışdır. 

Bu  baxımdan  niqab  haradasa  maskaya  tay  tutula 

bilər.  Nədən  ki,  maska  da,  niqab  da  üzü  gizlətmək 

vasitəsidir.  Lakin  maskanın  gizlətdiyi  üzün  sahibi 

tanınmır.  Çünki  maska  üz  əvəzinə  üzdür.  Niqab  isə 

əksinə,  üzün  yiyəsinin  ilahi  dünya  ilə  ilişikli 

olduğunu  bildirib  onu  tamam  yeni  bir  rakursdan 

tanıtdırır.  Niqab  üz  əvəzinə  boş  məkandır,  adi  (ağ 

və  ya  qara)  örtükdür.  Bu,  anti-situativ  maskadır, 

maskalar  (fiksə  edilmiş  ifadələr,  üzlər,  mimikalar) 

fövqündə 

dayanan 


maskadır. 

İslam 


dünyası 

ölkələrinin  mədəniyyətlərində  şahların,  sultanların 

üzünü 

rəiyyətə, 



qızların 

üzünü 


kişilərə, 

müqəddəslərin  üzünü  kütləyə  göstərməzdilər.  Bunun 

üçün  həmin  şəxslərin  üzünə  əl  içi  boyda  örtük 

salınardı, 

ya 

da 


onları 

pərdə 


arxasında 

əyləşdirərdilər.  Bir  məsələni  xüsusilə  qeyd  eləmək 

lazımdır:  niqab,  hər  hansı  bir  sosial  kontekstdən 

asılı  olmayaraq,    həmişə  müsbət  işarəlidir,  yəni 

pozitivdədir. 

Nədən 


ki, 

islam 


mədəniyyəti 

dünyasında  boş  məkan  tanrını  eyhamlaşdırır,  Allahı 

bildirir.  Nişanəsizlik  Allahın  nişanəsi.  Pərdə 



 

21 


arxasında gözəgörünməz olub hər şeyi görən və bilən 

Odur, Allahdır. Onun üz örtüyü səmadır, yeddi qatlı 

göydür.  Allah  heç  kimə,  hətta  merac  zamanı  həzrəti 

Muhammədə  belə,  görünmür.  Amma  o,  kiməsə  simvolik 

tərzdə,  bildirmələr  yolu  ilə  nazil  olur,  həmin 

şəxsi öz varlığından agah edir. Pərdə (səma, niqab) 

iki,  -  real  və  transendental,  -  dünya  arasında 

sərhəddir,  adi  öləri  insan  üçün  əbədi  müəmmadır. 

Dünya  insana  bu  pərdəyə  qədər  açılır,  ondan  o  yana 

yalnız  ruhun  yetişə  biləcəyi  sakral,  ilahi  bir 

aləmdir. 

Orta 


çağlarda 

Şərqin 


müsəlman 

məmləkətlərində 

müqəddəslərin, 

yüksək 


mənsəb 

sahiblərinin  üzünü  örtmüş  niqab  Tanrını  görünməz 

edən  pərdə-səmanı  işarələyir.  Niqab  yeri  laməkan 

olana  eyhamdır.  Mövlanə  Cəlaləddin  Ruminin  dediyi 

kimi,  nişansız  üz  Allah  adamını  nişan  verir,  kamil 

insanın 


əlaməti 

olur. 


Üzsüzlük 

özündən, 

öz 

“mən”indən 



yaxa 

qurtarıb 

tanrıya 

qovuşmağın 

bildiricisidir.  Nişansız  üz  (miniatürlərdə  üzlər 

heç 


bir 

fərdi 


əlamətlərilə 

seçilmir) 

islam 

mədəniyyəti  kontekstində  hər  hansı  bir  üzdən 



(Allaha  güzgü  olmaq  statusunda)  daha  zəngindir.  Bu 

mənada  niqab  Allahın  hələ  yazmadığı  lövhənin 

nişanıdır  və  elə  ona  görə  də  üzdən  üstündür.  İlk 

növbədə 


bu 

səbəbdən 

müqəddəslərin, 

şahların, 

sultanların 

üzü 


niqabla 

örtülüb 


nişansızlaşdırılırdı.  Niqab  islam  məmləkətlərinin 

sosial,  dini  və  mədəni  həyatında  həm  də  paklıq, 

təmizlik,  mənəvi  saflıq  və  bakirəlik  simvolu    kimi 

anlaşılır.  Orta  əsrlərdə  Yaxın  və  Orta  Şərq 

ölkələrində  bir  də  qız-gəlinlərin  üzünə  niqab 

(yaşmaq,  duvaq,  rübənd,  hicab,  cilbab,  çarşab) 

tutulardı, əlbəttə ki, ismət və həya nişanəsi kimi. 

Bu  adət  folklor  mənşəlidir  və  öncə  yalnız  qızlara 

aid  edilərmiş.  Qədim  zamanlarda  qız  uşaqlarını 

gözdən  uzaq  bir  yerdə  saxlayıb  üzlərinə  yaşmaq 

çəkərdilər  ki,  onların  ovsunçuluq,  sehrbazlıq, 



 

22 


cadugərlik  bacarığı  artsın,  sehr  duyumu  güclənsin. 

Bakirəlik  həmişə  sirrdir,  ovsundur,  tilsimdir, 

tapmacadır.  Bakirəlik  bir  kimsəyə  görünməz;  əgər 

görünsə,  həmin  an  öz  bakirəliyini  itirər.  Niqab 

bakirəliyi  yad  gözlərdən  hifz  etməkdən  ötrüdür. 

Belə  mühafizəyə  müsəlman  müqəddəslərinin  və  yüksək 

mənsəb  sahiblərinin  “bakirə”  üzlərinin  də  ehtiyacı 

vardı.  Niqab  onların  ilahi  nurundan  işıqlanmış  pak 

üzünü  yad  baxışların  fəxr  və  ya  həsəd,  sevgi  və  ya 

nifrət  püskürən  enerjisindən  qorumaq  məqsədini 

yerinə  yetirirdi.  Burada  o,  artıq  maska  kimi  çıxış 

edirdi.  Nə  üçün?  İş  bu  ki,  hər  hansı  bir  təsir, 

sezilməz  enerji  axını  əgər  birbaşa  bu  adamların 

üzərinə  tuşlansaydı,  onların  psixoloji  müvazinətini 

pozardı,  bu  şəxslərin  ruhi  aləminə  böyük  xətər 

gətirərdi.  Digər  tərəfdən  isə  müəyyən  bir  qəfil 

xəbər  onların  iç  yaşantılarını  faş  edə  bilərdi, 

sarsıntılarını  açıqlardı.  Busa  min  bir  xoşagəlməz 

dedi-qodu demək idi ki, aliqədr şəxslərin hörmətini 

camaat  arasında    sıfra  endirərdi.  Niqabsa  bütün 

bunların qarşısına bir sədd çəkirdi. Bununla yanaşı 

onu  da  qeyd  etmək  gərəkir  ki,  niqab  müsəlman 

aləmində  təkcə  niqab  sahibindən  ötrü  yox,  seyrçi 

üçün  də  psixoloji  məna  daşıyırdı.  Məsələ  bu  ki, 

niqab  müəyyən  aspektdə  seyrçiyə  qarşı  psixoloji 

həmlədir,  hücumdur,  təcavüzdür,  ünsiyyət  zamanı 

təşəbbüsə 

birdəfəlik 

və 

qəfil 


yiyələnmək 

vasitəsidir.  Çünki  niqabı  görən  kimi  müsəlman 

yüngül  eyforiya  keçirir.  Niyə?  Ona  görə  ki, 

müsəlman  qavrayışında  niqab  həməncə  Quran,  Kəbə  və 

həzrət  Muhammədin  özü  ilə  bir  semantik  cərgəyə 

düzülür,  onlarla  müstəqim  rəmzi  əlaqədə  bulunur. 

Səbəb  də  bu  ki,  Quran  niqab  arxasından  söylənilmiş 

bir 


möcüzə. 

Peyğəmbərin 

üzü 

də 


daim 

niqab 


arxasında.  Kəbə  də  qara  örtüyə  (hicaba,  çarşaba) 

bürünmüş  vəziyyətdə.  Odur  ki,  niqabla  qarşılaşan 

kimi,  daha  doğrusu,  üzdə  niqab  görən  kimi  müsəlman 



Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə