Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə4/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   2   3   4   5   6   7   8   9   ...   135

 

11 


özünü  hüdudsuz  azadlıq  içində  sanıb  həməncə  aşiq 

olmuşdu  üzü  göyçək  dünyaya  və  gözü  işlədikcə 

getmişdi  uzaqlara  cənnət  sorağında.  Sən  demə, 

cənnət  arxada  qalıbmış,  mağaranın  özü  cənnət 

imiş... 

İnsan 


yaşadığı 

mağaradan 

uzaqlaşdıqca 

bilmişdi  ki,  üzü  göyçək  özgə  dünya  təhlükə  ilə 

doludur,  qorxu  ilə  doludur  və  lazım  gələndə  qaçıb 

mağarada  gizlənmək,  daldalanmaq  imkanı  olmayacaq. 

Bu  an  insan  bilmişdi  ki,  qəribdi  özgə  dünyada, 

bilmişdi  ki,  ana  kimi  isinişdiyi  mağarasından,  öz 

sığınacağından 

həmişəlik 

məhrum 

olub. 


İnsan 

mağaranı  itirmişdi,  daha  doğrusu,  özünün  toposfera 

“ana”sını  itirmişdi.  Real  məkanın  ən  sirli,  ən 

vahiməli, ən tilsimli, ən mistik bölgəsi mağaradır

Mağara  xəzinədir,  elə  bir  xəzinə  ki,  burada  ağla 

sığmayan  var-dövlətlə  birgə  bilik  cövhəri  də 

saxlanılır.  Mağaranın  var-dövlətini  daşımağa  mifik 

düşüncə  icazə  vermir.  Ancaq  olar  ki,  bu  xəzinəyə 

baxıb  ibrət  götürəsən,  bilik  cövhərinə  yiyələnəsən, 

müdrikləşib  gedəsən.  Əksərən  bu  xəzinə  bilik 

cövhərinin  hər  cür  qiymətdən  yüksək  olduğunun 

bildiricisidir.  Mağaraya  oğru  kimi  girmək  mümkün 

deyil.  Çünki  mağara  elə  həmin  an  cəza  verəcək, 

aparılan  var-dövlətə  görə  qisas  alacaq.  Nağıllarda 

buna misal boydan. Niyəsi də bu ki, mağara ruhların 

yuvasıdır,  müqəddəs  bir  yerdir,  sakral  enerji 

zonasıdır. 

Mağara 


ölümlə 

həyat, 


gerçəkliklə 

virtuallıq  arasında,  iki  dünya  arasında  ötürücüdür, 

yoldur, 

məkandan 

məkana 

keçidin 


işarəsidir, 

bildiricisidir.  Mif,  əfsanə,  rəvayət  və  hədislərə 

görə  bir  çox  qəhrəmanları,  peyğəmbər  və  müdrikləri 

(İbrahim,  Musa,  Muhamməd)  məhz  mağara  təqiblərdən 

qoruyub,  onlara  qut,  vergi,  buta  verib,  ali 

müqəddəs  mərtəbəyə  yetirib.  Deməli,  mağaranın  əsas 

funksiyası  saxlamaqdır,  qorumaqdır,  hifz  eləməkdir. 

O  öz  içini  kiminləsə  bölüşə  bilər,  qadın  kimi  doğa 

bilər: 

kimisə 


yaşadar, 

kimisə 


öldürər: 

sağ 



 

12 


qalmağın,  bilgiyə  sahib  olmağın  şərti  isə  yalnız 

niyyət  paklığıdır,  mənəvi-əxlaqi  qüsursuzluqdur. 

Niyyət pak olanda bütün xilas yolları məqbuldur. 

     Ana  bətni  də  eynilə  mağara  kimi  bir  şeydir: 

mağaranın  mikromodelidir.  Nə  qədər  qəribə  və 

təəccüblü  görünsə  də,  maska  ana  bətninin  və 

mağaranın  bir  sıra  funksiyalarını  özündə  ehtiva 

edir:  məsələn,  saxlamaq,  qorumaq,  hifz  eləmək  və 

yaşatmaq  funksiyalarını.  Maska  o  nəsnədir  ki,  üzü 

örtür,  məxfiləşdirir,  qapayır;  deməli,  səni  ələ 

vermir, 

düşmənlərin 

gözündən 

yayındırır. 

Elə 

situativ  maskaların  şəcərəsi  də  mağara  adamının 



(ana bətnindəki uşağın) özgə dünyaya reaksiyası ilə 

ilişiklidir. 

     Hərçənd  burada  da  bir  ayrı  paradoks  ortaya 

çıxır:  maskalanmaq  bacarıqla  gizlənmək,  şəraitə, 



mühitə  öyrəşib  özünü  tanıtdırmamaq  deməkdir.  Üzü 

göyçək  özgə  dünya  isə  bunu  heç  kimə  bağışlamır. 

Çünki Allah hər yerdə var və ondan gizlənmək olmaz. 

Maska  isə  öz  gerçək  məğzini  məxfi  saxlamaqdan 

ötrüdür.  Maska  şərti  mağaradır,  mağarada  gizlənmiş 

insan deməkdir. Lakin mağaradan fərqli olaraq maska 

kollektivə  yox,  yalnız  fərdə  məxsusdur.  Maska 

insanın 

fərdi 

mağarasıdır, 

mağara 

əvəzidir, 

mağaranı simvollaşdırır. Bu fərdi “mağara” nə qədər 

fenomenal  olsa  belə,  yenə  psixoloji  sipərdən  başqa 

bir  şey  deyil.  Burada  söhbət  artıq,  təbii  ki, 

sosial  maskadan  gedir.  Sosial  maska  normadır, 

davranış  etiketidir,  yazılmamış  qanundur.  Bu  qanunu 

pozub,  öz  sosial  maskasını  yırtıb  həqiqəti  bulmaq 

istəyən 

adamı 


“dəli” 

adlandırıb 

gülüşürlər. 

İncəsənət,  ədəbiyyat  isə  sosial  maskanın  qatı 

düşmənidir.  Çünki  qəhrəmanlar  həmişə  potensial 

“dəli”lərdir. 

     Lakin  və  bir  də  lakin...  situativ  maska 

insanın ictimai dünyada xilasıdır. Yoxsa insan məhv 

olur.  Şəxsiyyət  situativ  maskadır.  Bizim  üzümüz 



 

13 


gündə,  kölgədə  və  işıqda  min  bir  dəfə  dəyişir. 

Situativ  maska  imaginativ  mənşəlidir.  Bu  maska 

təsəvvürlə 

sosial 


dünyanın 

qaynağında 

fərdin 

cəmiyyətlə 



kompromis 

variantı 

kimi 

(öncə 


imaginasiyada), 

müdafiə 


variantı 

kimi 


meydana 

gəlir.  Toplum  içrə  məhz  situativ  maska  fərdi 

şəxsiyyətə 

çevirir, 

təbiəti 

sosial 


dünyaya 

transformasiya  edir.  Fərdin  psixoloji  oyunlarının 

nəticəsində  situativ  maskalar  çeşid-çeşid  ola  bilər 

və  vəziyyətlə  bağlı  başqalaşar.  Dəyişkənliyə  meyli 

bizə  təbiət  bəxş  edir.  Belə  ki,  təbiətin  özü 

maskalardan  ibarət.  Flora  və  faunada  nə  varsa, 

hamısı  maskalı,  fitrətən  maskalı,  genetik  olaraq 

maskalı.  Təbiətin  içi  situativ  maskalarla  dolu. 

Özünüqoruma  instinktinin  gerçəkliyidir  bu.  Fərd  də 

özünü  qorumaq,  əlverişli  həyat  mövqeyində  yaşamaq 

məqsədilə  maskalanır  və  maskalananda  şəxsiyyət 

olmağa  imza  atır.  Bütün  vəziyyətlərdə  bu  maskalar 

fərdin 

sosial 


sipəri 

(psixoloji-imaginativ 

mağarası,  evi)  funksiyasında  qalır.  Bu  sipər  hər 

bir  fərd  üçün  son  dərəcə  individualdır.  Hər  bir 

insanı 

fərdiləşdirənsə 



onun 

qorxu 


və 

həya 


müstəvisində 

gerçəkləşmiş 

yaşantıları, 

həyəcanlarıdır.  İnsanın  psixikası  da  elə  formalaşıb 

ki, o heç vədə nədən qorxduğunu və nədən utandığını 

bildirmək  istəmir.  Bunu  apriori  zəiflik  nişanəsi 

bilir. 

Hələ 


XX 

əsrin 


başlanğıcında 

rus 


ədəbiyyatçısı  Maksimilian  Voloşin  yazırdı  ki,  maska 

(heç  şübhəsiz  ki,  o,  situativ  maskanı  nəzərdə 

tutur)  ruh  fərdiliyinin  əldə  etdiyi  ən  müqəddəs 

nəsnədir... 

bu, 

intim 


hissin 

toxunulmazlıq 

hüququdur. 

Qorxu 


və 

həya 


isə 

ən 


intim 

yaşantılardır.  Bütün  imaginativ  sosial  (situativ 

maska  həm  də  sosial  maska  kimi  definisiya  oluna 

bilər) 


maskalar 

bu 


yaşantıların 

modifikasiya 

formasıdır.  Beləliklə,  insanı  fərdiləşdirən  ilkin 

qüvvələr  qorxu  və  həyadır.  Maska  qorxu  və  həyanı 




Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə