Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə3/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   2   3   4   5   6   7   8   9   ...   135

 

saxlamaq  adəti  vardı.  Əslində  bu  nəsnə  üzün 



güzgüvari əksindən başqa bir şey deyildi. Bu mənada 

qədim  misirlilərin  bütün  portretləri  həqiqidir, 

orijinalı  olduğu  kimi  görükdürür.  Orijinal  isə 

qədim  Misirdə  bir  qayda  olaraq  ölü  üzü  idi.  Digər 

tərəfdən  o  da  faktdır  ki,  insan  öləndə  onun  üzü 

üzlükdən 

çıxıb 

maskalaşır, 



yəni 

donuqlaşır, 

ifadəsizləşir,  statikləşir.  Sanki  onun  simasında 

əbədi  bir  qorxu  daşlaşıb  qalır.  Maska  haradasa 



donuq,  ölü  üz  deməkdir.  Misirlilər  də  eləməyib 

tənbəllik 

həmin 

bu 


maskalardan 

panteon 


düzəldirdilər  və  güman  edirdilər  ki,  nə  vaxtsa 

bədəndən  uçmuş  ruh  geri  dönərkən  çaş-baş  düşməyib 

öz  əvvəlki  üzünün,  təzahür  cismiliyinin  simvolu 

arxasında  rahatlanacaq.  Maska  simvoldur,  işarədir, 



bildiricidir. 

Məhz 


buradaca 

yeni 


maraqlı 

düşüncələrə  təkan  verəcək  başqa  bir  paralel  ortaya 

çıxır. 

Qədim 


Şərq 

məmləkətlərində, 

həmçinin 

Yunanıstan  və  Romada  ipli  kukla  bir  növ  maskanın 

ekvivalenti  kimi  qavranılırdı.  Bu  mədəniyyətlərin 

kontekstində  ipli  kuklalar  ölüləri  və  lalları 

eyhamlaşdırırdı. Maska (və eyni zamanda ipli kukla) 

ölümün  ən  fəci,  ən  müdhiş  görkəmli  ifadəçisidir. 

Heç  şübhəsiz  ki,  (əgər  müsəlman  dünyaduyumundan 

çıxış  eləsək)  maska  və  ipli  kuklada  nəsə  bir 

bayquşluq,  sonsuz  bir  hüzn  nişanəsi  var.  Maska 

totemin,  yəni  əcdadın  ölümündən  sonra  guya  ki  onun 

ruhunun  köçüb  məskunlaşdığı  heyvanın,  simvoludur, 

ayrı  cür  desək,  totemik  heyvanın  şərti  vizual 

obrazıdır.  Avstriya  psixoanalitiki  Z.Fğoyd  (ruslar 

bu  soyadı  “Freyd”  kimi  yazıb  oxuyurlar)  özünün 

“Totem  və  yasaq”  risaləsində  totemin  meydana 

gəlməsini  Öcül  (potensial  ata)  və  onun  oğulları 

konfliktinin 

sürü 

intizamını 



dağıtması 

ilə 


bağlayır.  Gərçi  biz  bu  versiyanı  qəbul  eləsək,  o 

zaman  ilk  maskanın  yaranma  tarixi  bəşər  miqyasında 

ilk  qətl  hadisəsilə  əlaqələnir.  Məhz  öcül-atanın 



 

ruhunu  yaşadan  totemik  heyvan  tezliklə  maskalaşır. 



Artıq  maska  qadağa,  yasaq  işarəsidir:  o  həm  totem 

olmuş  heyvanı  obrazlaşdırır,  həm  də  Atanın  ruhuna 

hörməti  hifz  edib  aktuallaşdırır.  Bu  kontekstdə 

maska  kollektiv  şüursuzluğun  sonucudur,  fərdiyyətin 

təntənəsinin  tarixi  faktıdır.    Deməli,  maska 

totemin 


üzüdür, 

ətini 


yemək 

yasaq 


buyrulmuş 

müqəddəs 

heyvanın 

kəllə 


görünüşünün 

üçölçülü 

formada  təzahürüdür.  Maska  şərti  Atadır,  Əcdaddır. 

Ölülərin 

üzündən 

qədim 


mədəniyyətlərdə 

maska 


çıxarmaq  və  onlardan  panteon  yaratnaq  ənənəsi  də 

elə burdan gəlir. Yapon No(h) teatrosunun maskaları 

da  panteon  xislətlidir.  Onlar  da  müqəddəs  sayılır. 

Aktyor  maskanı  üzünə  taxmamışdan  öncə  hökmən  sake, 

düyü  və  duzla  qüsl  eləməlidir  (sake  içilir,  düyü 

maskanın  üzünə  səpilir,  duz  çiyinlərin  üstündən 

arxaya  atılır).  No(h)  teatrosunda  maska  həmişə  nə 

vaxtsa  ölmüş  qəhrəmanın  ruhunun  maskasıdır.  Kukla 

da maska variantıdır, sanki ölülər dünyasından geri 

dönmüş  bir  kimsəni  nişan  verir.  Ona  görə  kukla 

(maska)  hərəkətsiz,  statik  vəziyyətdə  bu  qədər 

hüznlü,  məğmun,  çarəsiz  görünür.  Kukla  ölülər 



dünyasının 

sakitliyinin 

və 

mütiliyinin 

bədii 

obrazıdır.  Kukla  (yaxud  kölgə)  teatrının  tarixilə 

bağlı  əfsanələrə  müraciət  etsək  görərik  ki,  bu, 

həqiqətən  belədir.  Rəvayətə  görə  Çin  imperatoru 

sevimli arvadının  ö l ü m ü n d ə n  sonra çəkdiyi 

xiffət  ucbatından  xəstlənib  üzgün  bir  hala  düşür. 

Onun  dərdinə  heç  kim  əlac  tapa  bilmir.  Nəhayət, 

Budda təriqətinin Şau Vey adlı müdrik yolçularından 

biri  imperatoru  sağaldacağını  vəd  edir;  tapşırır 

ki, imperatorun otağına bir ağ pərdə çəksinlər. Şau 

Vey  bir  şam  (və  ya  çıraq)  götürüb  bu  pərdənin 

arxasına  keçir,  başmaqları  (və  ya  barmaqları)  ilə 

imperatorun 

ölmüş 

xanımının 



kölgə-obrazını 

yaratmağa  çalışır,  hətta  səsini  də  bu  qadın  kimi 

cingildətməyi 

unutmur. 

Belə 

xoş 


bir 

hədiyyə 



 

10 


imperatorun  tezliklə  sağalmasına  səbəb  olur.  Bəzi 

mənbələrdə 

bu, 

kukla, 


bəzilərində 

isə 


kölgə 

teatrosunun  yaranma  əfsanəsi  kimi  təqdim  edilir. 

Beləliklə,  həmin  bu  rəvayət  bir  daha  təsdiqləyir 

ki,  kukla  (kölgə)  da  maska  kimi  o  biri  dünya  ilə, 

ölülər səltənətilə ilişkilidir.  

     Portret  də  ölüm  barəsində  məxfi  informasiya 

daşıyır.  Bu  yöndən  yanaşdıqda  maska,  kukla  və 

portret vahid semantik cərgəyə sığışır. Gərçi maska 

qədim  mədəniyyətlərdə  ölünün  üzündən  çıxarılırdısa, 

portret  diri  üzündən  çıxarılan  maskadır,  üzün 

kətan-güzgüdə  inikasıdır.  Bu  kətan-güzgüdə  üz  əbədi 

qalmaq  şansı  qazanır.  Portret  dirinin  əcdadlığa 



olan 

iddiasıdır. 

Bu 


iddiadan 

isə 


əbədiyyət 

boylanır.  Nədən  ki,  maska  da,  portret  də  özünü 

əbədi 

saxlamaq, 



öz 

görkəmini 

konservləşdirmək 

formasıdır.  Ona  görə  də  maska  və  portret  ölümə 

qarşıdurum  kimi  qavranılır.  Lakin  paradoks  ondan 

ibarətdir  ki,  əbədiyyət  ölümlə  birgə  gəlir:  ölüm 

əbədiyyət  evinin  açarıdır.  Əbədiyyət  də  ölüm  qədər 

statikdir.  Maska  ölümün  dirilər  arasında  mövcudluq 



rəmzidir,  ölüm  haqqında  vizual  yaddaşdır.  Portret 

də  maska  kimi.  Qərinələr  ötüşdükcə  maska  da  öz 

ilkin  funksiyasını  itirib,  yerini  verib  portretə, 

özü  isə  tamam  yeni  keyfiyyətlərdə  təzədən  zühur 

edib. 

     MASKA  HƏDİR?  Maska  həmişə  ruhun  tarixidir... 

Bədənlə  maskanın,  əslində,  heç  bir  əlaqəsi  yoxdur. 

Maska  ruhu  gizlədir,  onu  qoruyur.  Maska  əcdadın 

simvoludur,  əcdad  barəsində  yaddaşdır.  Maska  həyat 

və 

ölüm, 

gerçəklik 

və 

virtuallıq 

arasında 

ötürücüdür.  Maska  transendent  dünyaya  eyhamdır. 

Maska ruhun yuvasıdır. 

     MAĞARA VƏ MASKA. Mağara sanki insana ana bətni 

əvəzinə  verilmiş  təbii  yuvadır.  Mağara  torpağın 

bətnidir. 

Makrodünyanın 

bətni 

kahalardır, 



mağaralardır. Bir vaxt insan mağara dışına çıxdıqda 


Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə