Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə9/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   5   6   7   8   9   10   11   12   ...   135

 

26 


tarixən  totemlə  tanrının  vizual  gerçəkliyi  kimi 

mədəniyyət müstəvisində peyda olub. Nədən ki, tanrı 

haradasa  göyə  çəkilmiş  əcdaddır,  əcdadın  əlçatmaz 

(və  imaginativ)  bir  məkana  transformasiyasıdır. 



Tanrı  universallaşdırılmış  əcdaddır.  Bica  deyil  ki, 

Avropanın  ən  çox  tanınan  strukturalisti  Klod  Levi-

Sross  yazırdı  ki,  “maska  geymiş  aktyor  əcdadı 

təmsil  edir”.

3

  Elə  buna  görə  də  maskalar  seyrçiyə 



(fəci  və  ya  komik  ovqat  ifadəçisi  olmasına 

baxmayaraq)  hipnotik  təsir  göstərmək  qabiliyyətinə 

malikdir.  Maska  hamıda  gizli  bir  maraq  oyadan,  hər 

baxanı  ovsunlayan  və  yeni  ünsiyyət  modulunu  təklif 

edən  bir  nəsnədir.  Çünki  maska  ecazkar  əcdadı, 

unikal  əcdadı  bildirir.  Əcdad  hər  bir  şəraitdə 

nümunədir.  Maska,  eyni  zamanda,  tamaşaçıdan  ötrü 

xof,  qorxu  mənbəyidir.  Niyə?  Ona  görə  ki,  əcdad 

şüuraltı  qatında  potensial  təhlükə  deməkdir  və 

maska  xatırladır  ki,  əcdad  nə  vaxtsa  qayıda  bilər 

və  hər  nəsnəni,  həmçinin  hər  bir  fərdin  varolma 

hüququnu  öz  iradəsinə  tabe  etdirər.  Maskanın  da 

xofu elə buradan gəlir. 

     Bəs  cəlladla  bağlı  necə?  Hər  bir  uniforma 

maskadır, 

qadağanı 

və 

cəzanı 


eyhamlaşdırır. 

Uniforma haradasa totemə yaxın olan bir nəsnədir və 

əcdadı  təmsil  eləyir.  Çünki  uniforma  yasağın 

mövcudluğunu  bəlirtir.  Cəllad  da  hər  şeydən  öncə 

uniformadır.    Şübhəsiz  ki,  maska  cəllad  fiquru  ilə 

əlaqəli  insanlarda  yaranan  xofu,  qorxunu  daha  da 

artırır.  Bu,  bir.  Maska  cəlladı  adi  öləri  insanlar 

sırasından  fərqləndirir,  onu  bir  növ  bilərəkdən 

nişanlayır,  bədheybətləşdirir:  əgər  belə  demək 

mümkünsə,  şəri  simvollaşdırır.  Bu,  iki.  Gedək 

üçüncüyə  tərəf.  Dünyada  insanlar  yəqin  ki  ən  çox 

iki  subyektdən  qorxurlar:  Əzraildən  və  Cəlladdan. 

Əzrail  (ölüm  mələyi)  mifik  varlıq  olub  tanrının 

hökmü  ilə  can  alır,  cəllad  isə  qanuna  söykənən 

adamların. 

Cəzanı 


(axtalanmanı) 

gerçəkləşdirən 




 

27 


cəlladdır.  Təbii  ki,  dindar  üçün  cəlladın  işi  də 

ölüm  mələyinin  ayağına  yozulur.  Əzraili  heç  kəs 

qarğımır,  cəllad  isə  cəmiyyətin  mənhus  adamı 

sayılır.  Ol  səbəbdən  əksər  hallarda  cəllad  maskası 

arxasında  kimin  dayandığını  toplumda  heç  kim 

bilmir. Bu baxımdan maska cəlladdan ötrü də olduqca 

mühüm  sipərdir.  Çünki  normal  cəmiyyətdə  normal 

insan  üçün  adam  öldürən  işləmək,  peşəsi  adam 

öldürən 

olmaq 


böyük 

ruhi 


sarsıntıdır. 

Maska 


arxasında 

cəllad 


öz 

həqiqi 


yaşantılarını, 

duyğularını  gizlədir:  əks  təqdirdə,  o,  hökmün 

icrası  prosesinə  maneə  törədə  bilər.  Cəllad  toplum 

içrə,  əslində,  peşənin  yox,  maskanın  adıdır.  Kor 

Femida  nökərinin  üzündə  maska  olması  faktı  heç  də 

təəccüblü 

deyil. 

Maska 


cəlladı 

onun 


gerçəkləşdirdiyi 

əmələ 


qarşı 

yabançılaşdırır, 

özgələşdirir  və  nəticədə  cəllad  qətl  hadisəsini 

ciddi  qəbul  eləmir:  lap  teatrda  olduğu  kimi.  Teatr 

semiotikasını öyrənən fransız Patris Pavi deyir ki, 

teatrda  maska  özünü  tanıtdırmadan,  özlgələrdən 

xəlvəti 

ətrafı 


müşahidə 

etmək 


imkanını 

gerçəkləşdirir

4

. Mən elə düşünürəm ki, teatrda maska 



həm  də  yabançılaşma  funksiyasını  yerinə  yetirir. 

Çünki 


maska 

personajın 

dünya 

ilə 


normal 

münasibətlərini  pozur.  Əgər  üz  örtülüdürsə,  aktyor 

könüllü  surətdə  psixoloji  ifadədən  imtina  edir.  Bu 

isə  seyrçinin  oyunçu  ilə  identifikasiya  prosesində 

yad 

elementə 



çevrilir. 

Maska 


aktyorun 

səhnə 


davranışını da tamam yeni tərzdə modullaşdırır.  

     Rəsmi 

qətl 

(edam) 


haradasa 

elə 


meydan 

tamaşasıdır.  Gərçi  cəllad  özünə  müəyyən  mənada 

aktyor 

kimi 


yanaşmasa, 

işinə 


və 

gördüyünə 

yabançılaşmasa,  qısa  bir  zaman  kəsimində  ruhi 

xəstəyə  çevrilər.  İş  bu  ki,  aktyorun  da  tamaşanı 

gerçəklik bilməsi patologiya əlaməti sayılır. Bu da 

bir daha sübut eləyir ki, maska insan psixolojisini 

mühafizə  edən  vasitədir.  Maskasız  “mən”  özünü 



 

28 


itirir,  pırpız  və  ya  qəribə  adam  təəssüratı  oyadır 

başqalarında.  Beləliklə,  gün  kimi  aydındır  ki, 

toplum 

içrə 


maskasız 

keçinmək 

hər 

mənada 


problematikdir. 

Haradasa 



mədəniyyət 

özü 

bütöv 

şəkildə  maskalanmaq  mədəniyyətidir.  Ayrı  cür  də 

demək 


mümkündür: 

mədəniyyət 

insanlar 

arasında 

ünsiyyət  şəbəkəsini  yaradan  sistem  kimi  maskadan 

başlanır.  Mədəniyyət  tarixində  maska  ilk  qanunun, 

ilk  yasağın  və  davranış  etiketinin  simvoludur. 

Hətta  təbiətdə  belə  müxtəlif  canlıların  maskalanma 

üsulu  mövcuddur.  Canlılar  (buqələmun,  kəpənək, 

balıq  və  s.)  rəng  dəyişmələrinin  və  ya  plastik 

bədən  oynaşmalarının  köməyilə  şəraitə  uyğunlaşır  və 

ətraf mühit içində düşməndən ötrü görünməz olurlar. 

Bu 


hadisəyə 

mimikriya 

deyilir. 

Maska 

ruhun 

mimikriyasıdır.  Teatr  oyundur.  Maska  oyun  şərtidir. 

Hər  bir  oyun  maskalanmadır,  mimikriyadır.  Seyrçi 

teatra  ruhun  mimikriyasına,  yəni  ruhun  maskalarına 

tamaşa 


etməyə 

gəlir; 


gəlir 

ki, 


maskaların 

yırtılması, 

üzlərdən 

götürülməsi, 

bir 

sözlə, 


onların  “süqut”u  prosesində  iştirak  etsin.  Bu 

baxımdan 

teatr 

maskalar 



sərgisidir. 

Səhnə 


planşetinə  adlamış  hər  hansı  bir  maskada  ilahi 

başlanğıca  nisbətən  əcinə  (şeytan)  başlanğıcı  daha 

güclü  ifadə  olunur  və  bu,  tamamilə  məntiqidir. 

Çünki  səhnəyə  çıxan  tanrı  oyun  stixiyasına  düşüb 

həməncə  uşaq  kimi  şeytanlaşır.  Teatr  maskalar 

sərgisi  kimi  cəmiyyətə  davranış  və  dəb  tipləri 

təklif  edir.  Toplum  içrə  davranış  və  dəb  tipini 

müəyyənləşdirən  teatr  səhnəsindən  (tele  və  ya 

kinoekrandan)  görünən  maska-qəhrəmanlardır.  Teatr 

maskaları  dağıdır  və  onların  yerinə  yenilərini 

istehsal  edir.  Təbii  ki,  hərə  özünə  uyğun  maska 

tipini,  davranış  və  dəb  tipini  bəyənəcək  və 

cəmiyyətdə  ona  bənzəməyə  çalışacaq.  Bununla  da 

olacaq  persona,  yəni  maska  taxmaq  hüququna  malik 



adam.  Latınca  “persona”  sözü  aktyorun  taxdığı 


Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə