Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə11/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   7   8   9   10   11   12   13   14   ...   135

 

32 


“evi”dir,  varlığının  əlamətidir.  Belə  ki,  şəhərdə 

o, 


yox 

ola-ola 


var 

ola 


bilir 

və 


özündə 

qulyabanılıq,  kabusluq  xisləti  aşkarlayır.  Şəhərdə 

yaşayan  insan  sürüləri  ilğım  kimi  qəfil  görünüb 

ilğım kimi qəfil də gözdən itirlər. Düzdür, çoxdan, 

lap 

çoxdandır 



ki, 

insanlar 

sürünü 

ailəyə 


dəyişiblər:  ailəni  dünyanın  mikromodeli  sanıb  orada 

ideal  komfort  yaratmağa  çalışıblar.  Hərçənd  müəyyən 

məqamlarda  onlar,  balaca  himə  bənd  imiş  kimi, 

asancana  bir  yerə  yığışırlar,  xırda  balıqlar 

qismində 

bir-birinin 

böyrünə 

qısılıb 


yenidən 

sürüləşirlər, 

kütlə 

olurlar 


və 

küçələrlə 

sürünürlər.  

     Toplum  içrə  insan  sürüsünə  “kütlə”  deyilir. 

Oncə  bu  sözün  mümkün    etimoloji  xəritəsinin 

konturlarını  cızaq.  İlk  ağla  gələn  bu  olur  ki, 

“kütlə”  kəlməsinin  energetik  nüvəsini,  onun  məna 

mərkəzini  “küt”  sözü  təşkil  edir.  KÜTLƏ  HƏMİŞƏ 



KÜTDÜR.  Hələ  fransız  yazarı  Emil  Zolya  belə  bir 

fikir  söyləyirdi  ki,  kütlə  qoyun  sürüsündən  heç  nə 

ilə  fərqlənmir.  Ziqmund  Fğoyd  da  ardınca  deyirdi 

ki, “kütlə sahibsiz yaşamağa gücü çatmayan itaətkar 

sürüdür”

1

. Sürü instinkti bizlərin içində  oturuşmuş 



qos-qoca  instinklərdən  biri.  İnsanlar  hər  bir  vaxt 

sürüləşməyə  hazır  vəziyyətdə.  Hətta  sürünün  bircə 

çağırış  nidası  bəs  edir  ki,  insan  ailə  komfortunu 

atıb kütləyə qoşulsun, kütləyə qarışsın, kütlə içrə 

it-bat  olsun.  Çünki  insan  kütləyə  düşdümü,  özünü 

həməncə  əjdəha  bilir,  div  bilir,  hökmran  bilir  və 

onun üçün  “mümkünsüzdür” anlayışı yox olub gedir”.

2

 



Əksəriyyət  bunu  ictimai  psixoz  ayağına  yozur. 

Gerçəklikdə  isə  bilincaltının  səltənətində  mürgü 

döyən  sürü  instinkti  sürünün  çağırışlarını  eşidən 

kimi  oyanır  və  dəmir  maqnitə  yapışan  kimi  sürüyə 

“yapışmaq”  istəyir.  Psixoz  situasiyası  bizi  sürətlə 

sürüyə doğru itələyir və biz buna heç bir müqavimət 

göstərmirik.  Niyə?  Birincisi  budur  ki,  hər  bir 



 

33 


tarixin  lokusu,  başlanğıcı  sürüdür.  Bizim  də 

hamımızın  şəcərəsi  ordan  gəlir.  İkincisi  budur  ki, 

sürü  birgəlik,  həmrəylik,  “mənsizlik”  və  ideal 

bərabərlik duyğusu vəd edir. Kişilər orduya ona gö-

rə  hədsiz  meyllidirlər  ki,  orada  sürü  instinkti 

güclüdür.  Orduda  fərq  nişanları  da  minimal.  Hamı 

hərbi  forma  geyinir,  eyni  tərzdə  yaşayır,  eyni  cür 

saç  düzəltdirir,  hamının  yediyindən  hamı  yeyəndə 

yeyir  və  ideal  diktaturanın  prinsiplərini  qəbul 

edir. Orduda yaşamaq son dərəcə rahatdır. Nədən ki, 

orada insan öz indisindən və sabahından arxayındır: 

orduda  sən  bir  qayda  olaraq  təmiz  və  toxsan,  sənin 

əvəzinə  düşünürlər  və  qərara  gəlirlər.  Sən  sürüdə-

sən,  sən  sürüsən  və  heç  bir  qərar  üçün  məsuliyyət 

daşımırsan.  Sürü  (kütlə,  ordu)  düşünmək  üçün 

yararsızdır:  insan  düşünəndə  öz  içində  ya  “mən” 

axtarır,  ya  da  tanrı.  Bu  axtarış  isə  mənəvi 

imperativləri  möhkəmləndirir  və  fərdin  sürüdən 

ayrılmasının  əsasını  qoyur.    Deyəndə  ki,  “palaza 

bürün,  elnən  sürün”  biz  kiməsə  təskinlik  veririk, 

onu  yaşamağa  ruhlandırırıq,  bu  adamın  hamı  kimi 

olduğunu  ona  bir  daha  xatırladırıq.  Xatırladırıq 

ki, özünü özgələrdən üstün tutmasın; güman eləməsin 

ki, 


təkcədir, 

birdənədir, 

xüsusidir. 

“Palaza  

bürün,  elnən  sürün”  atalar  misalını  biz  kiməsə  ün-

vanlayanda  həmin  insanı,  əslində,  tamam  başqa  bir 

tekstin  mənasına  doğru  yönəldirik,  onu  sürüyə 

qatılmağa,  sürü  psixologiyasını  qəbul  eləməyə  çağı-

rırıq.  Bu  teksti  də  təqribən  bu  cür  tərtibləmək 

olar:  “Fikir  eləmə,  vecinə  alma,  el  də  elə  sənin 

günündədir”.  Elnən  sürünmək  sürüdə  olmaq,  hər  şeyi 

sürüdə  və  ya    kommunada  (kommuna  sürü  variantıdır) 

olduğu  kimi  bölmək,  paylaşmaq  mənasını  gündəmə 

gətirmirmi?  Kommunanın  modeli  sürüdən  götürülməyib 

məgər?  “Millət”,  “xalq”  anlamlarının  da  sürüylə 

ilişkiləri  var.  Azəri  türkləri  yeri  düşəndə  onu  da 

deyirlər  ki,  “elnən  gələn  dərd  toy-bayramdır”.  Bə-



 

34 


yəm 

bu 


onu 

bildirmir 

ki, 

sürüylə 


ölmək 

xoşbəxtlikdir?  Şübhəsiz.  Beləliklə,  “sürü”  sözü 

məna 

etibarı 


ilə 

“el”, 


“kommuna”, 

“kütlə” 


sözləriylə  eyni  bir  sintaqmaya  sığışır.  Bu  düşüncə 

modusunda  “sürü”,  “kütlə”  və  “çoxluq”  anlayışları 

arasında  da  bərabərlik  işarəsi  qoymaq  olar.  Lakin 

və  bir  də  lakin...  onların  qapsadığı  mənalar  müəy-

yən qədər fərqli. 

     Kütlə  sürünün  ali  ictimai  formasıdır.  Sürü 



şəhərə  gələndə  kütlə  olur,  yığnağa  çevrilir.  Fikrin 

digər  bir  variantı  da  mümkündür:  toplumun  insan 

sürüləri  kütlə  adlanır.  Bu,  yalnız  əlifba  xislətli 

sentensiyalar.  Kütləni  düşüncə  yox,  emosional  nida-

lar,  şüarlar,  imperativlər  idarə  edir.  Niyə?  Çünki, 

eynən 


Fğoydun 

söylədiyi 

kimi, 

 

“yığnaqda 



suggestivlik,  yoluxduruculuq  güclüdür,  bütün  bunlar 

hipnotik  hallardır.  Burada  hər  deyilən  söz,  hər 

hərəkət  elə  yoluxucudur  ki,  fərd  asanlıqla  ona 

tutulur,  ona  görə  də  öz  gərəklərini  tapdalayıb 

asanlıqla  yığnaq  gərəklərinə  özünü  qurban  verir”

3



Məgər  qoyun  sürüsü  çobanın  göstəriş  xarakterli 

çığırtıları  ilə  məkan  içrə  öz  yerini  müəyyənləşdir-

mir?  Elə  ol  səbəbdən  deyilir  ki,  kütlə  kütdür. 

Hərçənd  “küt”  sözünün  “kütlə”  anlayışı  ilə  birbaşa 

bağlantısı  semantik  mənalar  cərgəsində  aşkarlanmır. 

“Küt”  burada  predikatdır,  məcazdır,  kütlənin  keyfiy-

yətinin  təyinidir.  Həqiqətə  qalsa,  “kütlə”  anlamı 

“kut”  sözündəndir,  bir  yerə  toplaşmağı,  kutlaşmağı 

bildirir.  Tək  itidir,  kut  -  küt.  Bıçağın  kütlüyündən 

beynin  kütlüyünə  bir  məna  lağımı  atmaq  olur.  Çoxluq 

düşünməyə, qərara gəlməyə hər bir vaxt əziyyət çəkir. 

Təsadüfi  deyil  ki,  düşüncə  müstəvisi  üçün  çoxluq 

həmişə  pislənilir.  Azəri  türklərinin  ataları  çoxluğa 

hər  vaxt  neqativ  münasibət  bəsləyiblər.  Kütlənin 

mahiyyətinə  varmaqdan  ötrü  bunlar  son  dərəcə  önəmli 

məsələlər. 



Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə