Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə19/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   15   16   17   18   19   20   21   22   ...   135

 

56 


obyektivə  salmır.  Belə  olduqda  oxucunun  personajı 

görməyə, 

əsər 

boyu 


onun 

ontoloji 

mövcudluq 

partiturasını  izləməyə  hövsələsi  çatmır.  Çünki 

oxuyub  təsəvvürdə  görmək  oxuyub  dərk  etməyin 

növbəti  mərhələsidir,  yaradıcı  işdir  və  aşırı  vaxt 

aparır.  Digər  tərəfdən  ədəbi  personajın  görkəmi 

daim improvizələrə açıqdır. Niyəsi də bu ki, “kök”, 

“arıq”,  “ucaboy”,  “enlikürək”,  “qozbel”,  “sarışın”, 

“qıvrımsaç”,  “topasaqqal”  kimi  təyinlərin  həyatda 

yüzlərcə 

variantı, 

modifikasiyası 

var: 


hansı 

bəyənilsə,  məqbuldur,  mübahisəsi  yoxdur.  Bunun 

müqabilində  isə  ədəbi  əsərdə  personajın  əməli, 

davranışı  çox  konkretdir.  Odur  ki,  oxucu,  demək 

olar  bütün  vəziyyətlərdə,  personajın  görkəmini  onun 

əməlinə  görə  öz  təsəvvüründə  “rəsm”  edir.  O  da 

mümkündür 

ki, 


hər 

hansı 


bir 

bədii 


əsərin 

konstruksiyasında, 

bədən, 

necə 


deyərlər, 

“kölgələnsin”,  özünə  müəllif  təsvirində  tamamlanmış 

qiyafə  tapmasın,  müəyyən  bir  detalla,  işarə  ilə, 

nişanla  bildirilsin.  Bu  zaman  bədii  əsər  üçün 

bədənin 

daşıdığı 

ontoloji 

məna 


dəyişməyəcək, 

azalmayacaq.  Səbəbi  də  bu  ki,  ədəbi  əsərin  olay  və 

situasiyalarının  mahiyyətini,  hüsnünü,  qayəsini  və 

janr  əlamətlərini  yalnız  və  yalnız  personajın 

bədəni,  bu  bədənin  potensial  imkanları,  potensial 

enerjisi konkretləşdirir. 

     Bu 

baxımdan 

məhz 

ontoloji 



poetika 

Ü.Hacıbəylinin  ədəbi-bədii  dünyasını  gözlənilməz 

rakursdan və tamam yeni bir tərzdə işıqlandırır. 

 

          ƏLA BURLESK, YƏNİ Kİ MƏSXƏRƏ 



 

     Mən  çoxdandır  ki  fikirləşirəm,  ayə,  görəsən, 

Üzeyir bəy bəlayi-eşqə mübtəla olub bu bəladan cüda 

düşmək  istəməyən,  min  bir  əğyar  cəfasına  dözə-dözə 

mazoxist  həzz  aparan  Leyli  və  Məcnunun  şərəfinə 

Füzuli  versiyasında  nouhə,  mərsiyə,  ağı  üstündə 




 

57 


köklənmiş yüz faizlik, təmiz, çılxa qəm, hüzn, nalə 

və on batman Allah sevgisindən, ilahi eşqdən ibarət 

muğam-opera 

yaratdıqdan, 

bu 

operanın 



“dadı”nı 

çıxardıqdan,  yəni  onun  fəxri,  uğuru  içində  bulunub 

tərifini  eşitdikdən  sonra  “Ər  və  arvad”,  “O 

olmasın,  bu  olsun”  kimi  birbaşa  milli  gülüş 

mədəniyyətinin 

qaynaqlarına 

söykənən 

məişət 


komediyalarını  nə  səbəbə  yazmış  ola?  Elə-belə 

dilxoşluq  naminə?  Daxili  tələbatdan?  Özünü  yeni 

janrda 

sınamaqdan 



ötrü? 

Müsəlman 

operasından 

müsəlman  operettasına  lağım  atmaq  ehtiyacından? 

Bəlkə  XX  yüzilin  ilkin  mərhələsində  azərbaycanlı 

mentaliteti  üçün  komediya  janrının  hüdudlarında  öz 

təcəssümünü  tapan  mövzuları  daha  aktual  saydığına 

görə?  Nə  isə...  fal  açmağına  dəyməz.  Çünki  bu 

sualların  hər  birinə  konkret  cavab  məhz  Üzeyir 

bəyin əsərlərinin içindən zühura gəlir. Bu “İÇ” isə 

həmişə  permanent  şəkildə  “Leyli  və  Məcnun”dur. 

Dedim  və  məsələni  bir  az  sadələşdirməyi  lazım 

bildim.  

     Həqiqətən,  kişi  və  qadın  münasibətlərinin 

məğzini,  cövhərini,  əlifbasını  təşkil  edən  EŞQİN, 

SEVGİNİN,  NİGAHIN  təzahür  və  cərəyan  məntiqi, 

tarixi,  ictimai-sosial,  etnik-siyasi,  kulturoloji 

aspekti, 

psixofizioloji 

təbiəti, 

patologiyası 

Üzeyir  bəy  Hacıbəyli  yaradıcılığının  bir  nömrəli 

problemidir.  Bu  yöndən  baxanda  aydın  görünür  ki, 

Üzeyir bəyin hər bir əsəri bir EŞQ variantıdır, bir 



SEVGİ  macərasıdır,  sonucda  isə  “Leyli  və  Məcnun” 

motivləri  üzərində  sərbəst  gəzişmədir.  Amma  hər 

dəfə  bu  hadisənin  adı  başqa-başqadır.  Bu  xüsusda, 

mən  bilirəm  ki,  soruşacaqlar:  “Bəs  “Koroğlu”  necə 

olsun?”  Ona  görə  bəri  başdan  sualı  özüm  verirəm. 

Məgər  Üzeyir  bəyin  “Koroğlu”su  nazlı  yar  Nigarla 

aşıq  Rövşənin  sevgi  əhvalatını,  macərasını,  ayrı 

cür  desəm,  “Leyli  və  Məcnun”un  növbəti  yozumunu 

bəyan  etmirmi?  Və  hətta...  mənim  gümanım  var  ki, 



 

58 


“Ər  və  arvad”,  “O  olmasın,  bu  olsun”,  “Arşın  mal 

alan”  kimi  komediyalar  “Leyli  və  Məcnun”un  astar 

üzüdür, tərs variantıdır. 

     Sözümün  canı  bu  ki,  Üzeyir  bəy  öz  əsərlərində 

ilk  operasının  mövzu  çərçivəsindən,  onun  tilsimli 

çənbərindən  heç  vaxt  kənara  çıxa  bilməyib.  Nə 

yazıbsa,  axırda  yenə  qayıdıb  “Leyli  və  Məcnun” 

üstündə  improvizələr  eləyib.  1908-ci  ildən  sonra 

Ü.Hacıbəyli  sanki  “Leyli  və  Məcnun”un  sehrinə, 

cazibəsinə  düşür:  hiss  edir  ki,  opera  onun  bütün 

varlığına  hakimdir.  Yəqin  elə  bunu  duyduğuna  görə 

də  Üzeyir  bəy  çalışır  ki,  “Leyli  və  Məcnun”  kimi 

qəşəng  bir  “kabus”dan  tez  bir  zamanda  yaxasını 

qurtarsın.  Bu  məqsədlə  dahi  Hacıbəyli  EŞQ,  QƏZƏL, 



MUĞAM  iksirindən  zühura  gəlmiş  fenomenal  bir  ŞƏRQ 

OPERASININ 

məstedici 

romantikasından 

tam 


azad 

olmaq,  sevgini  göylərdən  yerə  endirmək  üçün  qısa 

bir  müddət  ərzində  “Ər  və  arvad”  (1909),  “O 

olmasın,  bu  olsun”  (1910),  “Arşın  mal  alan”  (1913) 

komediyalarını  yazır  və  bu  əsərlərin  kontekstində 

“Leyli  və  Məcnun”un  əsas  motivini,  personajlarının 

iddia,  əda  və  istəklərini  lağa  qoyub,  MƏSXƏRƏYƏ 

qoyub  onlara  sataşmağa,  gülməyə  başlayır,  aşiq  və 

məşuqə  münasibətlərini  gündəlik  həyatın  ən  adi 

ilişgiləri 

səviyyəsinə 

endirir, 

eşqi 

BAZARA 

çıxarır,  məişətin  ALVER  obyektinə  çevirir.  Müəllif 

bəhanəni 

bəhanə 


dalıyca 

gətirib 


bir-birinə 

qovuşmayan 

və 

qovuşmadıqca 



pırpızlaşan 

eşq 


divanələrinin 

əlindən, 

onların 

sadomazoxist 

oyunlarından  bezib,  cana  doyub  öz  komediyalarında 

camaatı  cüt-cüt  EVLƏNDİRİR,  bir  nəfər  molla,  bir 

kəllə  qənd  və  üç  manat  pulun  köməyilə  EVLƏNDİRİR, 

fırıldağın,  kələyin  hesabına  EVLƏNDİRİR.  Əlbəttə 

ki,  bunu  heç  də  Füzulinin  “Leyli  və  Məcnun”una 

qarşı  gizli  bir  qiyam  kimi  anlamaq  lazım  deyil. 

Mənim  fikrimcə,  Üzeyir  bəy  burada  istəmişdi  ki,  öz 

operasının 

“eşqə 

giriftar” 



qəhrəmanlarının 


Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə