Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə20/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   16   17   18   19   20   21   22   23   ...   135

 

59 


həyatiliyini  sadə  məişət  komediyalarının  zarafat, 

şəbədə və  

rişxəndləri vasitəsilə bir daha sınağa çəksin. 

     İndisə keçək təhlilə. Bu “Leyli və Məcnun”, bu 

da  “O  olmasın,  bu  olsun”:  Üzeyir  bəyin  yaradıcılıq 

salnaməsində  yanaşıdır  bu  adlar.  Biri  ağıdır, 

nalədir,  faciədir,  digəri  zarafatdır,  şəbədədir, 

komediyadır.  Elə  buradaca  bir  anlıq  taym-aut 

götürürəm.  “Məşədi  İbad”ı  komediya  adlandırmaq 

olar,  ya  yox?  Məncə,  olmaz.  Niyə?  Hüzurunuza  ərz 

eləyim  ki,  dram  nəzəriyyəsinin  komediya  janrı  üçün 

vacib  saydığı  iki  əlamət  bu  əsərin  təhlili  zamanı 

aşkarlanmır.  Birincisi:  pyesin  qəhrəmanı  Məşədi 

İbad  öz  dövrünün  və  mühitinin,  məişətinin  heç  bir 

qanununu, 

mənəvi-əxlaqi 

normasını, 

psixoloji 

standartını,  davranış  etiketini  pozmur.  İkincisi: 

onun  iddiası  ilə  imkanları  arasında  bir  elə  də 

böyük  ziddiyyət,  təzad  aşkarlanmır.  Təbii  ki,  yaş 

fərqindən başqa. Ancaq bir dəqiqə.  

     Əgər  gözəl  Gülnaz  kifir  kişi  Məşədiyə  ərə 

getsəydi,  heç  şübhəsiz,  iyirmi  ya  da  iyirmi  beş 

ilə, 

necə 


deyərlər, 

oturuşmuş 

qadın 

kimi 


görünməliydi.  XX  əsrin  ön  sənələrində  Azərbaycan 

mühiti  üçün  30-35  yaşlı  qadın  artıq  potensial  NƏNƏ 

demək idi. Yəni gözəl Gülnazla kifir kişi Məşədinin 

yaş  fərqi  onlar  evlənəndən  sonra  tədricən  aradan 

götürüləcəkdi.  Təsadüfi  deyil  ki,  pyesin  finalında 

naəlac  qalıb  30  yaşlı  qulluqçu  Sənəmlə  kəbin 

kəsdirməyə  razılıq  verən  Məşədi  özünü  uduzmuş, 

aldadılmış  bilir.  Halbuki  o,  Sənəmdən  düz  iyirmi 

yaş 

böyükdür. 



Hərçənd 

pyesin 


iştirakçılarının 

hamısı 


Sənəmi 

Məşədiyə 

tay 

görür, 


onların 

evlənməsini  məqbul,  normal  sayır.  Hətta  15  yaşlı 

Gülnaz  da  Sənəmə  öz  dayəsi  (və  ya  süd  anası)  kimi 

yanaşır.  Deməli,  Gülnazla  Məşədinin  aralarındakı 

yaş  fərqinin  də  qısa  bir  vaxt  intervalında  itəcəyi 



 

60 


ilə  bağlı  mənim  gəldiyim  qənaət  həmin  dövrün 

sosial-psixoloji portretinə tam uyğundur. 

     Və...  bundan  əlavə...  bir  komediya  qəhərmanı 

kimi  Məşədi  İbadın  heç  bir  mühüm  qüsuru,  defekti 

yoxdur: nə şürbidir, nə kələkbaz, nə qoçudur, nə də 

ədəbaz; halal çörək yeyib, halal dolanıb. Evlənməyə 

də  ixtiyarı  çatır.  Bu,  onun  hüququdur.  Məşədi 

hörmətli  tacirdir  (pyesin  teksti  onu  tacir  kimi, 

məna  qatları  isə  baqqal  kimi  tanıtdırır),  pullu 

adamdır,  yaşayışı  firavandır.  Cəsarəti,  fiziki 

enerjisi  də  fontan  vurur  ki,  toy  eləyib  təzə  arvad 

almaq  istəyir.  Amma  di  gəl  ki,  bu  əməli-saleh 

müsəlman kişi KEÇƏL VƏ HƏPƏNDDİR. Məşədi bir də ona 

görə  gülüş  obyektidir  ki,  köhnəsidir,  toplum  içrə 

“naftalinli”  münasibətlərin,  köhnə  yaşam  tərzinin 

təmsilçisidir. 

Köhnəyə, 

həpəndə 


gülmək 

isə 


maarifçiliyin şüarıdır, maarifçilərin şakəridir. 

     Lakin  Məşədi  İbad  bir  obraz  kimi  “Leyli  və 

Məcnun”  operasını  bəstələmiş  bir  insanın  dühası 

qənşərində  olduqca  cılız  fiqur  kimi  görükmürmü? 

Eləcə  də  digər  personajlar:  zirək  “student  baba” 

Sərvərdən,  cüvəllağı  ziyalılardan,  mal-dövlətilə 

birgə  qeyrətini  də  itirmiş  Rüstəm  bəydən,  “dil 

pəhləvanı”  qoçu  Əskərdən  tutmuş  ta  abır-həyasının 

qayğısına  qalmayıb  cavan  bir  oğlanla  öz  atası 

evində  xəlvəti  görüşən  gül  üzlü  Gülnaza,  qulluqçu 

Sənəmə,  zəvzək  hambala  qədər  kim  varsa,  hamısı 

haqqında  bu  ifadəni  işlətmək  mümkün.  Məhz  burada 

əsər  müəllifinin  maarifçi  mənsubiyyətini  nəzərə 

alıb  demək  olar  ki,  “Məşədi  İbad”  operettasında  

Ü.Hacıbəylinin 

məqsədi 


azəri 

türklərinin 

“zamansızlaşmış” 

adət-ənənələrinə, 

onların 

qarabasmaya 

çevrilmiş 

vərdişlərinə, 

əda 

və 


davranışlarına,  divanə  məntiqli  iddialarına  gülmək, 

xalqa 


həpəndlər 

səltənətinin 

üz 

və 


astarını 

göstərməkdir.  Olsun,  lap  yaxşı.  Ancaq  bunun  üçün 

Hacıbəyli  cənablarına  onun  yazdığı  felyeton  və 



 

61 


məqalələr azlıq edirdimi? Bu sual isə artıq heç bir 

məntiqə  tablamır.  İstedadlı  adama,  o  da  ola 

ədəbiyyat 

dünyasında, 

nə 

çərçivə, 



nə 

yasaq? 


İstədiyini  yazacaq.  Onda  mən  sualı  bir  qədər 

dəyişdirirəm.  Əgər  Üzeyir  bəy  həpəndlər  mühitinin 

yaratdığı Məşədi İbadı sosial bir tip kimi rüsvayi-

cahan  etmək  fikrindəydisə,  o  zaman  nəyə  görə  öz 

əsərində 

mütəmadi 

surətdə 

“Leyli 


və 

Məcnun” 


sərgüzəştinə eyham vurmalıydı? 

     İş  bu  ki,  “O  olmasın,  bu  olsun”  Üzeyir  bəy 

tərəfindən  “Leyli  və  Məcnun”  operasına  MƏSXƏRƏ, 

ŞƏBƏDƏ  kimi  düşünülmüşdü.  “Məsxərə”  maska,  zarafat, 

lağ  eləmək  mənalarında  işlənən  və  ərəb  dilindən 

alınma bir söz olub Azərbaycan milli mədəniyyətində 

həm  də  məzhəkə  oyun  növünü  bildirir.  Mənşəcə  saray 

tamaşaları  ilə  bağlanan,  sonralar  isə  meydanlarda, 

karvansara  və  çayxanalarda  göstərilən  məsxərələrdə 

ayrı-ayrı  peşə  sahiblərinin,  müxtəlif  etnoslardan 

olan  insanların  davranışına,  nitqinə,  görkəminə 

şəbədə  edilirdi.  Avropa  teatr  mədəniyyətində  isə 

məsxərəyə  tuş  gələn  janr  BURLESK  adlanır.  Burlesk 

şişirtmə  forması  olub  alicənab  və  ülvi  mövzulara 

çox  adi  yozumlar  verir  və  beləliklə,  ciddi  janra 

qrotesk,  ya  da  loru  dillə  yazılmış  parodiya  donu 

geyindirir. 

Burlesk 

janrında 

yazılmış 

pyesə 


PARODİYA  deyilir.  Onda  belə  çıxır  ki,  məsxərə 

burleskdir, 

parodiya 

şəbədə. 


Avropa 

teatr 


mədəniyyətinin 

tarixində 

məşhur 

ədəbi-bədii 



nümunələrə  məsxərə  yazmaq,  onlara  lağ  eləmək 

vaxtilə  bir  ənənə  olub,  bir  dəb  olub.  Məhz  bu 

baxımdan  “O  olmasın,  bu  olsun”    milli  mədəni 

kontekstin  bənzərsiz  hadisəsidir  və  Azərbaycan 

teatrının ilk  ədəbi məsxərəsidir. “Leyli və Məcnun” 

müsəlman  Şərq  poeziyasının  gələnəksəl  alicənab, 

ülvi 

mövzusudur, 



“Məşədi 

İbad” 


isə 

onun 


parodiyasıdır,  şəbədəsidir.  Əgər  elədirsə,  onda 

faktları ortaya qoymaq bir zərurət. 




Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə