Aydın Talıbzadə


ƏR VƏ ARVAD ÜÇÜN İNTİM TEATR



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə18/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   14   15   16   17   18   19   20   21   ...   135

 

53 


        ƏR VƏ ARVAD ÜÇÜN İNTİM TEATR 

                   yaxud 

           MƏŞƏDİ İBAD NECƏ VARSA 

 

     Bəri başdan məlumunuz olsun ki, mən Üzeyir bəy 



Hacıbəylinin 

sənət 


dünyası 

barədə 


deyilib-

yazılanları  təkrar  eləməyəcəyəm;  yəni  məlumunuz 

olsun  ki,  mənim  bu  məqaləmi  oxumaq,  orijinal 

rakurslar, 

qəfil 

mülahizələr 



içindən 

görünən 


təhlil, şərh və yozumlarla tanış olmaq istəyən şəxs 

milli 


mentalitetdə 

ədəbi-bədii 

hadisələrin 

qavranılması,  onların  mədəniyyət  tarixində  konkret 

estetik 

məna 


bildiricisinə 

çevrilməsilə 

bağlı 

formalaşmış  düşüncə  qəliblərini  “qatlayıb”    qırağa 



qoymalıdır, 

ya 


da 

“sındırıb” 

birdəfəlik 

tullamalıdır.  Yoxsa  bu  araşdırmadan  zövq  almaq, 

Üzeyir  bəyin  Azərbaycan  mədəniyyətinə  münasibətində 

aşkarlanan  və  hələ  indiyəcən  rəsmi  tədqiqatlarda 

vurğulanmayan  bir  neçə  cəhətə,  məqama  heyrətlənmək 

mümkün  olmayacaq.  İş  bu  ki,  mən  məqaləmdə  Üzeyir 

bəyin  komediyalarında  dəfələrlə  zühura  gələn,  lakin 

çoxsaylı  eyhamlar,  işarələr  arxasında  itib-batan  və 

nəticədə  “tanınmayan”,  anlaşılmayan  bəzi  gizli, 

məxfi  mənaları  faş  etməkdən,  bəyana  gətirməkdən, 

çözməkdən  ötrü  ontoloji  poetikanı,  və  onun  təhlil 

metodologiyasını üstün tutmuşam,  

məqbul bilmişəm, yararlı saymışam. Elə isə... 

 

              



ONTOLOJİ POETİKADAN

1

  

               BOYLANAN MƏTLƏBLƏR   

 

    Ontoloji  poetikanın  məqsədi  ədəbi  personajın 

(öncə  əsər  qəhrəmanının)  bədən  özünəməxsusluğunun, 

bədən  quruluşunun,  bədən  səciyyəsinin,  fizioloji 

potensialının 

onun 


davranışına, 

danışığına, 

rəftarına, 

psixologiyasına, 

başqaları 

ilə 


münasibətlərinə, 

toplumsal 

siyasi 

əlaqələrinə, 




 

54 


düşüncə  tərzinə  və  birbaşa  fikirlərinə  təsirini 

öyrənməkdir.  Məsələ  budur  ki,  personajın  bədəninin 

mövcudluq  məntiqi,  varolma  məntiqi  bədii    mətnin 

özü  ilə  ilişkili  formalaşmış  analitik  şərhlərin, 

tarixi-sosial 

yozumların, 

fəlsəfi-estetik 

süsləmələrin,  təhlil  hücrələrində  çinlənmiş  tənqidi 

yazıların, 

izahatların 

hamısından 

daha 


çox 

informativdir. 

     Ədəbi-bədii  əsərlərə  ontoloji  yanaşma  yönü 

bədii 


mətnlərin 

içindən 


tamam 

yeni 


mənalar 

çıxarmağa  qabildir.  Bədən  insanın  ontoloji  məğzini 

konkretləşdirir, 

onun 


vücudlar 

və 


təzahürlər 

aləmində  olum  hüdudlarını  müəyyənləşdirir.  “Mən” 

bədəndən  ayrı  yaşamır.  Bədənsiz  “mən”  yoxdur:  amma 

əksinə  ola  bilir.  “Mən”in  ömrü  “mən”in  yaşadığı 

bədənin  ömrü  qədərdir.  Ömür  hər  bir  vaxt  bədənin 

ömrüdür.  Tale  “mən”ə  verilir,  ömür  bədənə.  Bədən 

yaşayır, 

“mən” 


isə 

taleyini 

gerçəkləşdirir. 

Personajın  bədəni  də  haradasa  ədəbi-bədii  əsərin 

ontoloji  pasportu,  ontoloji  vəsiqəsi  kimi  bir 

şeydir.         

     Ancaq  bununla  belə...  personajın  bədəni,  demək 

olar ki, həmişə potensial müəmmadır. Çox vaxt bədii 

əsərlərdə 

bədən 


obrazın 

fəaliyyət 

cədvəli, 

ehtirasları, 

ideyaları 

və 


ovqatı 

arxasında 

gizlədilir.  Bəlkə  də  elə  buna  görədir  ki,  ədəbi 

qəhrəmanı  görkəmcə  hərə  öz  təsəvvürndə  bir  cür 

“rəsm  edir”.  Lakin  bədii  əsərdə  bədən  özünü 

tanıtmaq, 

özünü 

göstərmək, 



başqa 

cür 


desək, 

güzgülənmək  imkanını,  fürsətini,  bir  an  da  olsun 

belə, əldən qaçırmır.  

     Nə  səbəbə?  Çünki  personaj  “bədənləşəndə”, 

konkret  bədənə  sığanda  onun  kosmosla  birbaşa 

ilişkisi  fiksə  edilir.  Burada  mediator,  təbii  ki, 

müəllif  olur.  “Mən”i  kainatla,  ərşlə,  fələk  və 

mələklərlə  bağlayan  bədəndir.  Deməli,  bu  xüsusda 

“mən”in  iradə  payı  minimaldır.  Nədən  ki,  iradə  hər 



 

55 


an  bədənin  hökmünə  və  diktəsinə  tabedir.  Bu  hökm 

(diktə)  Allahdan,  tanrı    planetlərindən,  tanrı 

bürclərindən,  tanrı  ulduzlarından  gəlir.  İnsanın, 

eləcə  də  ədəbi  qəhrəmanın,  fəaliyyət  yönü  də, 

əməlinin  hüsnü  də,  bütövlükdə  yaşamaq  üslubu  da, 

həyat  tərzi  də  onun  bədən  imkanları  ilə  şərtlənir. 



Bədən  hər  bir  əsər  üçün  həlledici  ontoloji 

faktordur. 

      Amma  nədənsə  personajın  bədəni  müəllifdən 

ötəri  heç  vaxt  problemə  çevrilmir,  onu  aktiv 

şəkildə 


məşğul 

eləmir. 


Müəllif 

yaradıcılıq 

prosesində  personajı  həmişə  canlı-canlı,  konkret 

bir qiyafədə “görür”, təsəvvür edir. Bu, birincisi. 

İkincisi:  müəllif  bilincaltı  qatında  personajın 

bədəni  ilə  daim  sensual  rabitədədir.  Əkizlər  bir-

birlərini  necə  duyurlarsa,  müəllif  də  qəhrəmanın 

bədənini  eləcə  duyur.  Bu  da  sonucda  ona  gətirib 

çıxarır  ki,  müəllif  öz  personajının  bədəninə,  onun 

bədəninin 

gündəlik 

həyat 


ritminə 

qarşı 


etinasızlaşır  (axı,  o  mənəm).  Yaradıcılıq  zamanı 

müəllif  öz  bədənini  “unutduğu”  kimi  personajın 

bədənini də “unudur”. Nəticə də bu olur ki, heç kəs 

öz  təsəvvüründə  personajı,  əsərdə  necə  varsa,  elə 

düz  o  cür  də  “rəsm”  edə  bilmir.  Yəni  oxucu 

imaginasiyasında  ədəbi  personaj  bədən  etibarı  ilə 

heç 

vədə 


müəllifin 

yaratdığı 

obrazın 

aydın 


fotoşəkli olmur və bir qayda kimi yalnız fotoşəklin 

qarışıq  siluetli  neqativi  qismində  təcəssüm  tapır. 

Güzgü  variantı  burada  işləmir.  Ədəbi  qəhrəmanın 

kino 


versiyası, 

yəni 


ekran 

vizuallığı 

bütün 

hallarda  təqribi  yaxınlaşmadır,  rejissor,  rəssam, 



aktyor  və  qrim  ustasının  “personaj”  ətrafında 

improvizəsidir. Bu da ondan irəli gəlir ki, müəllif 

həmişə  ideya,  hadisə,  ovqat  “həşirindədir”  və  o, 

resipiyentin 

diqqətini 

planlı 


şəkildə 

mənaya, 


mənanın 

kontekstinə 

və 

səbəblərinə 



doğru 

istiqamətləndirir, 

qəhrəmanın 

bədənini 

isə 



Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə