Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə17/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   13   14   15   16   17   18   19   20   ...   135

 

50 


Təsadüfi  deyil  ki,  əksərən  məhz  düşüncəsizlik 

(ehtiyatsızlıq)  igidin  həm  qəhrəmanlığının,  həm 

ölümünün  səbəbidir.  Kütlə  özünü  nağıllarda  təsəvvür 

etdiyindən  qəhrəman  soraqlamağa,  qəhrəman  axtarmağa 

meylli olur və asancana öz nisbi idealını qəhrəmana 

çevirir.  Odur  ki,  Hollivud  bir  an  belə  dayanmadan 

kütlə  üçün  kinonağıllar,  və  bəlkə  də  susqun 

çoxluqdan  ötrü  efemer  mikroxoşbəxtliklər  istehsal 

edir.  Hərçənd  kütlə  üçün  qəhrəman  fenomeni  gerçək 

refleksiyadır.  Susqun  çoxluq  isə  bu  qəhrəmanı  bir 

nağıl  kimi,  yalan  kimi  qavrayıb  onunla  əylənir, 

xoşhallanır  və  zaman  məsafəsini  mütləq  şəkildə 

gözləməyi  yadından  çıxarmır.  Bu  kinonağılların 

qəhrəmanlarını 

seyrçilər 

adətən 


öz 

sevimli 


kuklaları  kimi  qəbul  edirlər.  Beləliklə,  kino 

sənəti  bir  kinoindustriya  qismində  kütlədən  ötrü 

qəhrəman-kukla 

istehsalından 

faydalanır. 

Kino 


sənəti özünə həmişə fərd yox, kütlə axtarır, çoxluq 

axtarır, teatr sənətisə əksinə. 

     Ol  səbəbdən  də  mən  elə  düşünürəm  ki,  şou-

biznes  kino-biznesin  davamıdır,  haradasa  lap  onun 

yetirməsidir.  Şou  kino-biznesə  daim  lazım  olan  bir 

nəsnədir.  Hətta  belə  də  demək  mümkündür  ki,  şou-

biznesi  kino  dünyası  öz  məhsulunun  satışı  xatirinə 

törədib,  yaradıb.  Teatr  sənətisə  heç  vədə  biznesə 

çevrilmir.  Bilmirəm,  buna  sevinmək  gərəkir,  yoxsa 

təəssüflənmək?  Bu  da  öz  növbəsində  o  deməkdir  ki, 

teatr sənəti heç vədə kütlənin olmur. Kütlələrə isə 

həmişə  teatr  yox,  tamaşa  lazımdır.  Bu  tamaşanı  da 

artıq uzun müddətdir ki, çoxluğa, kütlələrə siyasət 

verir.  Son  20-25  il  hüdudlarında  siyasət  qədərincə 

teatrallaşıb.  Hər  debat,  hər  diskussiya,  siyasət-

çilərin 


seçkiqabağı 

dartışmaları 

kütlələri 

əyləndirə  biləcək  qədər  suggestiv  tamaşadır.  Seyrçi 

reaksiyasına  görə  Amerika  Birləşmiş  Ştatlarında 

aparılan  seçki  kompaniyaları  futbol  matçlarından 

bir 

elə 


də 

fərqlənmir. 

ABŞ 

prezidentlərinin 




 

51 


inoqurasiya 

günü 


onları 

mütləq 


şou-biznesin 

ulduzları  dəstəkləyir,  belə  deyək  də,  kütləni 

fərəhləndirir.  Xeyli  vaxtdır  ki,  çoxluğun  assosativ 

təfəkküründə  seçkiqabağı  dartışmalar  teleoyunlarla 

bir  hücrədə  yan-yanaşı  durur.  Şou  günün  siyasi, 

iqtisadi 

aktuallığına 

kütlənin 

reaksiyasını 

kütləşdirmək  vasitəsidir.  Şou  kütlənin  səsini  ALMAQ 

üçün effektiv siyasi priyomdur.  Susqun çoxluq sosial 

girdabda  şoularla  qol-boyun  olub  xumarlanır.  Odur 

ki,  getdikcə  kütlə  və  teatr  bir-birindən  daha  çox 

aralanır.  Orada  ki  teatr  var,  oraya  kütlə  axını 

yoxdur.  Ora  ki  kütlələr  toplaşır,  orada  teatra 

ehtiyac  qalmır.  Cəmiyyətdə  bu  gün  teatra,  teatr 

tamaşasına 

münasibətdə 

tələb 

minimaldır, 



yox 

dərəcəsindədir.  Təklifsə  var,  bəlkə  də  aşırı 

miqdarda  var.  Əgər  bu  vəziyyətdə  dövlət  teatrları 

bağlamırsa,  onda  bir  çıxış  yolu  qalır:  tələbin 

özünü  istehsal  etmək.  Əmtəə  bazarında  bu,  artıq 

mövcud  olan  bir  haldır.  Hər  hansı  bir  məhsul 

satılmayanda 

onun 


istehlakçısının 

istehsalına 

pullar  xərclənir.  Bu,  bazar  qanunudur.  Hərçənd 

Brodvey 


teatrlarının 

təcrübəsi 

göstərir 

ki, 


seyrçinin  “istehsalı”  olduqca  müşkül  bir  məsələdir. 

Sonuncu  fikirlərim  həm  teatr,  həm  də  kino  sənətinə 

şamil  edilir.  Çünki  çağdaş  dövrdə  kino  sənəti  şou-

biznesin yedəyindən boylanır. 

     Bu 

məqalə 


böyük 

bir 


sosial-kulturoloji 

araşdırmanın  fraqmenti  kimi  qavranılmağa  iddia-

lıdır. 

 

 



 

Ədəbiyyat:

 

Freyd Z. Psixoloqiya mass i analiz çeloveçeskoqo “Ya” // 



İskusstvo  kino. - 1990. - № 11. - S. 15.   

Yenə orada.  




 

52 


3

  Freyd  Z.  Psixoloqiya  mass  i  analiz  çeloveçeskoqo  “Ya”  

//  “Ya”  i  “ono”:  trudı  raznıx  let.  -  kn.1.  -  Tbilisi, 

1991. - S.76. 

Bax: Bodriyar J/ V teni molçalivoqo bolşinstva. -  



 Yekatrinburq, 2000. 

Freyd Z. Psixoloqiya mass i analiz çeloveçeskoqo “Ya” // 



İskusstvo kino. - 1990. - № 11. - S. 16. 

Yenə orada. 



Averintsev  S.S.  Sudbı  Yevropeyskoy  kulturnoy  tradisii  v 

epoxu  perexoda  ot  antiçnosti  k  srednevekovyu  //  Sb.  st. 

İz  istorii  kulturı  srednix  vekov  i  vozrojdeniya.  -  M.: 

1976. -  s.56.   

Losev  A.F.  Teatr  yest  iskusstvo  liçnosti  //  Sb.  st.  İz 



istorii  sovetskoy  nauki  o  teatre.-  M.:  1988.  -  S.  103-

107. 


   

 

                                  2007-ci il  



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

                                                                        




Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə