Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə13/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   9   10   11   12   13   14   15   16   ...   135

 

38 


daha  mühümdür.  Bu  çoxluq  aktivlik  göstərməyə  də, 

hətta  öz  münasibətini  bildirməyə  də  tənbəllik 

eləyir.  Elə  bu  baxım  bucağından  açılan  panoramdan 

əlüstü  görünür  ki,  kütlə  sosial  mahiyyət  daşımır: 

ancaq  hər  an  toplumun  təhlükəli  oyuncağı  olaraq 

qalır. 


     Çoxluğun  əksəriyyəti  kütləyə  qoşulmaya  da 

bilər, evində oturub, sadəcə, televiziya ekranı ilə 

yayımlanan  kliplərə,  roliklərə,  şou-proqramlara 

tamaşa  eləyər,  siyasi  icmallara  qulaq  asar.  Ona 

görə  yox  ki,  musiqi  və  ya  siyasətlə  maraqlanır. 

Əsla;  ona  görə  ki,  bekarçılıqdır,  başı  qatmaq 

lazımdır  və  boş  vaxt  ölməlidir,  əyləncələrə  qurban 

verilməlidir.  Din  burada  əyləncənin  bir  növü  kimi 

götürülə  bilərmi?  Elə  isə  əyləncə  nədir?  İş 

haqqında  düşünməmək  üçün  vasitə.  Kütlə  çoxluq 



dalğasının  zirvəsində  gələn  ağ  köpük  kimi  bir 

şeydir: ora-bura çırpılıb qayıdacaq; çoxluq isə qa-

lacaq. 

Jan 


Bodriyar 

demişkən, 



çoxluq 

susqun 

çoxluqdur,  inert  çoxluqdur  və  bu  çoxluqda  bir 

qoyunkimilik 

xisləti 

var. 


Çoxluğun 

ağlının, 

şüurunun,  psixolojisinin  tanrısı  informasiyadır. 

Hətta 


belə 

də 


demək 

mümkündür 

ki, 

çoxluq 


informasiyanı  qulaqları  və  gözlərilə  “yeyir”  və 

bununla  da  maya  ilə  xəmir  acıdılan  kimi  acıdılır, 

idarə  olunmaq  üçün  yararlı  vəziyyətə  gətirilir. 

Müasir  cəmiyyətin  xarakterini,  yaşam  tərzini  və 

yaşam  ritmini,  çağdaş  düşüncə  parametrlərini  iki 

divxislətli 

nəsnə 

müəyyənləşdirir: 



çoxluq 

və 


informasiya. 

     Hərçənd  toplum  içrə  hər  şey  bu  çoxluğa 

görədir,  bu  coxluq  naminədir:  dövlət  də,  siyasət 

də, telekanallar da, radiodalğalar da, qəzetlər də, 

əyləncələr  də,  teatr  da,  kino  da...  və  reklam  da. 

Hamı  bu  çoxluqdan  olub  bu  çoxluğun  özünü,  rəyini, 

pulunu,  səsini,  zövqünü  almaq  üçün  mübarizədədir. 

Siyasətçidən, 

iqtisadçıdan 

tutmuş 


estrada 


 

39 


müğənnisinə,  şou-proqram  aparıcısına  qədər  hamı 

fikirləşir  ki,  bu  inert,  passiv  çoxluğu  necə  razı 

salaq,  ondan  necə  SMS  qoparaq.  Saqqız,  koka-kola, 

pop-korn,  siqaret,  pivə,  teleoyunlar  və  digər 

milyonlarca  cəfəng  zir-zibil  çoxluğu  ev  heyvanına 

çevirməkdən  ötrü  aparılan  təlimin  bir  hissəsidir. 

Təki  çoxluğun  qarnı  tox  olsun,  kefi  kök  olsun, 

əyləncəsi bol olsun. Deməli, çoxluq faktiki surətdə 

sürü  həyatı  yaşayır.  Sürünü  isə  idarə  etmək  su 

içmək  kimi  bir  şeydir.  Bir  çoban  bir  neçə  köpəklə 

iri  bir  sürünü  hayana  istəsə,  o  yana  da  aparır. 

Çoxluq  da  belədir.  O,  rahat  olanda  başını  aşağı 

salıb  hər  gün  öz  işinə  gedir,  işindən  qayıdır  və 

nəbzini  itirənəcən  əylənməyə  üstünlük  verir.  Elə 

əylənir ki, sanki sabah dünyanın sonudur. Çoxluq bu 

ritmdə  yaşamağı  xoşbəxtlik  bilir.  Ritm  pozuldumu, 

yəni  çoxluğun  çörəyini  və  ya  əyləncəsini  əlindən 

aldılarmı,  çoxluğa  həməncə  çaxnaşma  düşür  və 

şəhərdə  kütlələr  meydana  çıxır.  Niyə  çoxluğun  nazı 

ilə  oynamaq  vacibdir?  Bu  ona  görə  lazımdır  ki, 

çoxluq  lümpenləşəndə,  proletariat  olanda  toplumda 

fəlakətlər 

yaşanır. 

Çoxluq 


kütlələr 

şəklində 

birləşir  və  bu  kütlələr  qarşı-qarşıya  dayanıb  bir-

birini  qırır.  Kütlə  həmişə  hər  şeydən  və  hamıdan 

yuxarıda 

durduğunu, 

azman, 

mifik 


güc 

sahibi 


olduğunu,  məqamın  divi  olduğunu  anlayır  və  uçurub-

dağıtdıqlarından  ötrü,  törətdiyi  qırğından  ötrü 

peşmançılıq  və  təəssüf  hissi  keçirmir.  Çünki 

dünyaya yuxarıdan aşağı baxır. 

     Bu  qırğının,  dağıntının  özü  də  kütlə  üçün  bir 

əyləncədir,  bir  oyundur,  bir  tamaşadır.  Kütlə 

olaya,  hadisənin  teatral  tutum  və  qayəsinə  aşırı 

vurğundur.  Kütlə  görüntü  ilə  çığırtı  birgəliyindən 

həzz  duyub  eyforiya,  vəcd  halına  düşür.  Bodriyar 

onu  yaxşı  yazır  ki,  kütlələr  hər  nə  desən,  qəbul 

eləməyə  hazırdırlar,  təki  burada  baxılası  bir  şey, 

yəni tamaşa olsun. Kütlə tamaşalar dəlisidir. Bəzən 




 

40 


küçədə təsadüfi bir hadisə (yol qəzası, iki nəfərin 

dalaşması,  tele  və  ya  kino  kameranın  işləməsi  və 

s.)  kütlənin  spontan  şəkildə  toplaşmasına  siqnal 

olur.  Nə  üçün?  Çünki  burada  tamaşa  var,  oyun  var, 

əyləncə  var.  Tamaşa  kütlələrdən  ötrü  anaşa,  qəşiş 

kimi  bir  şeydir.  Başqa  sözlə,  tamaşa  kütlənin 

narkotikidir.  Elə  bilirsiniz,  mən  şişirdirəm?  Xeyr: 

tarixə  boylanmaq  kifayətdir  ki,  buna  şahidlik 

eləyəsən. 

    Qədim Yunanıstanda teatr kütlə üçün olub, yunan 

polisinin,  yəni  şəhərinin  simvolu  olub.  Sovet 

dönəminin 

sayılıb-seçilən 

kulturoloqu 

Sergey 

Averintsev əbəs yazmırdı ki, attik teatrda faciənin 



nümayişi  ümumxalq  tamaşası  idi  və  Yunanıstan 

vətəndaşlarının 

rusal-mənəvi 

birgəliyini 

gözlə 

görüləsi  bir  tərzdə  sərgiləyirdi.  “Elə  məhz  buna 



görə  antik  dövrün  sonuna  doğru  teatr  öz  mənasını 

itirir.  Ədəbiyyatın  dramatik  janrları  artıq  bir 

neçə  əsr  olardı  ki,  letargiya  vəziyyətində  mürgü 

döyürdü.  Roma  imperiyası  dövrü  üçün  yalnız  Seneka 

faciələrini  sadalamaqla  kifayətlənirsən:  hərçənd 

onlar  da  tamaşaya  qoyulmaqdan  ötrü  yox,  mütaliə 

üçün  yazılıb.  Teatr  həmin  çağlarda  sanki  ətalət 

qanunu  üzrə  yaşayırdı,  ixtiyarsız  olaraq  yaşayırdı, 

qeysərlər 

rejiminin 

dekorativ 

elementi 

kimi 

yaşayırdı:  yaşayırdı  ona  görə  ki,  buna  adət  etmiş-



di. Xristian düşüncəsi bu yavaş öləzimənin nəfəsini 

birdəfəlik kəsdi, onun ömrünü axıra yetirdi: Tamaşa 

ruhu,  insanlar  qarşısında  özünü  göstərmə,  illyuzor 

“təlxəklik” 

nəsraniliyə 

çirkin 


və 

eyibli 


görsənirdi.  Çoxtanrılı  ellin  mədəniyyətinin  daha 

bir  əlamətdar  simvolu,  -  heykəl,  abidə,  -  öncəki 

mənaları  və  öz  “bütpərəstlik”  ənənəsilə  birgə 

unudulmalıydı.  Bu  zaman  büt  və  teatrın  yerini  yeni 

simvollar  tuturdu:  bunlardan  biri  liturgiya  idi,  o 

biri də ikona: onların köməyilə icma öz ideallarını 

ifadə edirdi”.

 7 



Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə