Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə12/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   8   9   10   11   12   13   14   15   ...   135

 

35 


     Minlərlə  adam  bir  yerə  toplaşanda  kütləvilik 

təəssüratı 

yaranır. 

Kütlə 


heçnədir, 

COXLUQ 

EFFEKTİDİR,  haradasa  çoxluğun  təmsilçisidir,  onun 

avanqardıdır, 

aktivlik 

göstərən 

hissəsidir 

və 


nəhayət, atmosferin qara dəliyi kimi bir şeydir: nə 

gəlsə,  kim  gəlsə  içinə  hopdurur,  yəni  Jan  Bod-

riyarın  söylədiyi  kimi,  implozivdir.  Burada  saya 

məhdudiyyət yoxdur. Kütlə içrə hesab aparılmır: say 

təqribi  götürülür,  daha  doğrusu,  minlərlə  və  ya 

“milyonlarca müxtəsər”. Kütlə nə sənsən, nə mən, nə 

də  biz.  Kütlə  onlar  da  deyil,  spontan  şəkildə 

yığılmış 

xaotik 

çoxluqdur. 



Kütlə 

çoxluqdursa, 

çoxluq 

təmsilçisidirsə, 



deməli, 

simasızdır. 

Simasızdır  deyə,  onu  idarə  etmək  su  içmək  kimi  bir 

şeydir.  Əgər  heyvan  sürülərini  kənardan  izləmi-

sinizsə,  mütləq  görmüsünüz,  sürü  həmişə  passivdir: 

hamı  başını  aşağı  salıb  otlayır.  Lakin  hər  hansı 

bir  təhlükə  siqnalı  bu  sürünü  idarəolunmaz  qorxunc 

bir  qüvvəyə  çevirə  bilir.  Sürü  sanki  təhlükə 

siqnalı  ilə  içəridən  “partladılır”.  Bu  sürü  hamını 

və  hər  şeyi  tapdalayıb  irəli  şığımağa  hazırdır: 

onun  sakitliyi,  passivliyi  toxunulmazdır.  Və  bu 

məqamda  o  günahsızdır:  çünki  özünü  qorumaqla 

məşğuldur.  Çoxluq  da  eynilə  bu  cürdür.  Çoxluq 

şəhərə (çölə, bayıra) çıxmayınca kütlə ola bilmir.  

     “Kütlə”  anlamının  məzmununu  dəqiqləşdirməyə 

çalışsaq,  necə  ki  bunu  Bodriyar  yazır,  cəfəngiyyat 

alınır;  nədən  ki,  bu,  mənası  olmayana  məna  vermək 

cəhdidir.  Kütlə  qeyri-müəyyən  amorf  çoxluqdur.  Onun 

nə  irqi  var,  nə  milliyyəti,  nə  də  vətəndaşlığı. 

“Sözdən  məhrum  kütlə  həmişə  tarixdən  məhrum  söz 

sahiblərinin  önündə  müntəzirdir.  Bu,  deməyə  sözü 

olmayan  kimsələrlə  danışa  bilməyən  kütlələrin  əla 

ittifaqıdır”

4

.  Kütlə  öz-özünə  yığılır,  öz-özünə 



dağılışır 

da. 


Ancaq 

əksərən 


kütlənin 

periferiyasının  mərkəzdə  baş  verənlərdən,  danışı-

lanlardan  xəbəri  olmur  və  bəzən  də  olur  ki, 



 

36 


periferiya  heç  bu  qədər  insanın  niyə  bir  yerə 

toplaşdığını 

bilmir 

və 


məlumat 

fraqmentlərilə 

qidalanıb 

öz 


uydurduğu 

fantastik 

versiyalarla 

paylaşır,  söylənilən  şübhələrdən  qorxulu  həqiqət 

kabusları  düzəldir.  Nədən  ki,  kütlə  “sadəlövhdür, 

çox  asancana  təsirə  uyur,  tənqid  duyğusundan 

məhrumdur  və  kütlədən  ötrü  inanılmaz  heç  nə 

yoxdur”.


5

 Bununla da kütlə məqsədsizləşir, yəni niyə 

kutlaşdığının  fərqində  olmur.  Əslində,  kütlə  heç 

vədə heç bir məqsəd güdmür. O, “məqsəd”li olanların 

“məqsəd”lərini  gerçəkləşdirməkdən  ötrü  vasitədir. 

Kütlə  axındır.  Bu  axından  kimlərsə  öz  mənafeləri 

üçün  faydalanır.  Kütlə  fərdlərin  müvəqqəti  qeyri-

rəsmi  birləşməsidir,  onların  sazişlə  təsdiqlənməmiş 

müvəqqəti  və  kövrək  həmrəyliyidir.  “Məqsədsiz” 

kütlə  artıq  bayram  kütləsidir  və  əylənməyə  şərait, 

imkan  axtarır.  Hətta  kimsə  döyüləndə  və  ya  öləndə 

belə kütlə əylənir. Kütlənin  üzərinə iri hərflərlə 

“karnaval 

üstəgəl 

faşizm” 


ifadəsini 

yazmaq 


mümkündür:  onları  “bayram”  və  “edam”  sözlərilə  də 

əvəzləmək  olar.  Karnaval  faşizmlə  qapıbir  qonşudur. 

Faşizm 

qanlı 


karnavaldır, 

fəci 


karnavaldır. 

Karnaval  sürünün  keyfiyyətidir:  onun  gerçəkləşdiyi 

fiziki  zaman  intervalında  insanlar  sanki  sürünü 

imitasiya  eləyir.  Karnaval  fərqlərin  silindiyi 

məqamda  mümkündür.  Kütlə  ölümü  də  karnavallaşdırır. 

Meydan 


kütləyə 

məxsusdur. 

Deməli, 

karnavalın 

müəllifi  də  kütlədir.  Kütlə  içi  qan,  dava,  gülüş, 

gop,  şişirtmə,  söyüş,  hoqqa  dolu  bir  axındır.  O, 

heç kimi və heç kəsi vecinə almır; təkcə söz sahibi 

kimi  qavradığı  liderinə  qulaq  asır.  Hərçənd  ki, 

kütlədə  hər  hansı  bir  ekspressiv  antireplika 

liderin  özü  üçün  də  təhlükə  törədə  bilər.  Odur  ki, 

müasir  kütlələr  heç  vədə  özbaşına  buraxılmır.  Bu 

kütlələrdə  güc  orqanlarının  təcrübəli  agenturası 

“məxfi  tənzimləyici”  funksiyası  ilə  işləyir  və 

çoxluğu  arzuolunan  səmtə  istiqamətləndirir.    Amma 



 

37 


kütlə  coşanda  agenturanın  özü  üçün  də  real  təhlükə 

yaranır.  Kütlə  potensial  vəhşidir.  Onun  növbəti 

addımını  yüzfaizli  dəqiqliklə  planlaşdırmaq  həmişə 

imkan  xaricindədir.  Kütlə  heç  vaxt  azad  deyil. 

Kütlə anarxistdir: o, istədiyini edir və mövcudluğu 

müddətində  daha  çox  söküb-dağıtmağa,  aşırmağa, 

uçurmağa,  uçuruma,  qiyama,  üsyana,  inqilaba  meyl-

lənir. 


Sürü 

mənəviyyatsızdır: 

çünki 

yalnız 


instinktlərlə  yaşayır.  Kütlə  üçün  də  mənəviyyatın 

işığı  söndürülür.  Kütlə,  Z.Fğoydun  sözü  olmasın, 

gücə  tapınır,  gücə  hörmət  edir,  xeyirxahlığı  isə 

zəifliyin əlamətlərindən biri sayır.

     Deyim  niyə?  Kütlə  mənadan  qaçır,  mövcud  bütün 



mənaları  mənasızlaşdırır.  Ondan  ötrü  ki,  hər  hansı 

bir məna konkret fəaliyyətə sövq edir, iş, davranış 

sxemləri 

ortaya 


qoyur, 

Tarixi, 


Mədəniyyəti, 

Siyasəti  eyhamlaşdırır.  Kütlə  isə  fəaliyyət  üçün 

yararsızdır. 

Onun 


fəaliyyəti 

antifəaliyyətdir, 

anarxist  avaralıqdır  və  hər  zaman  Mənanın  əleyhinə 

yönəlib.  Odur  ki,  məna  etibarı  ilə  “zəhmətkeş 

kütlələr”  söz  birləşməsi  nonsensdir.  Kütlə  çoxluğun 

tənbəlliyinin 

ifadəçisidir. 

Zəhmətkeşlər 

kütlə 

şəklində  toplaşanda  tənbəl  olmaq  qabiliyyətləri  ilə 



öyünürlər. 

Çoxluq 


işləməyi 

sevmir. 


O, 

əbədi 


bayramlarda  yeyib-içmək,  kefinə  düşən  vaxtda  da 

yatmaq 


istəyir. 

Əgər 


müşahidə 

etmisinizsə, 

kütlələri  kütlə  olmaq,  haradasa  lap  avara  olmaq 

məşğuliyyətindən 

ayırmaq 

son 


dərəcə 

çətindir. 

Kütlədə  olanlar  evlərinə  adətən  narazı  dağılışır. 

Səbəb  budur  ki,  kütlə  kütləliyini  saxlayan  məqama 

qədər  təqvimdə  yalnız  qırmızı  bazar  günləri  qalır. 

Çünki  çoxluq  işləməkdən  daha  çox  yaşadığı  gündən 

maksimal  həzz,  rahatlıq,  kef  götürməyi  özü  üçün 

planlaşdırıb  və  bunu  yeganə  müqəddəs  məqsədinə 

çevirib.  Cəmiyyətdə  böyük  əksəriyyət  həmişə  passiv 

mövqedədir. Onun üçün hər hansı bir futbol oyununun 

taleyi  müəyyən  bir  sosial  hadisədən  daha  əfzəl  və 



Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə