Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə8/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   4   5   6   7   8   9   10   11   ...   135

 

23 


şaşırır,  elə  həməncə  acizləşir,  mütiləşir,  niqabın 

sehrinə,  psixoloji  təsirinə  ram  olur,  dönür  balaca 

uşağa. Burada maska ilə niqab bir-birilə qütbləşir. 

Həqiqətən, 

maskada 

bir 


oyunbazlıq, 

şeytanlıq 

nişanəsi 

var. 


Maska-totem 

tanrı 


və 

əcinə 


başlanğıclarını 

özündə 


qapsayır. 

Niqab 


isə 

“ciddi”dir,  “alicənab”dır,  əgər  belə  demək  caizsə, 

nurludur,  sakraldır.  Elə  onun  üçün  də  şahlar, 

sultanlar 

üzlərində 

niqab 


gəzdirməyi 

fəxr 


bilərdilər,  yaraşıq  sayardılar  və  bununla  da 

müqəddəslər cərgəsində 

dayandıqlarını vurğulayardılar.  

     MASKA  NƏDİR?  Maska  üz  əvəzinə  ölü  üzdür, 

“qansız"  üzdür,  “soyuq”  üzdür,  daş  üzdür.  Maska 

ruhun 

sərdabəsidir. 

Niqabsa 

qeyri-adi, 

misli 

görünməmiş,  tayı-bərabəri  olmayan  bir  üzə  işarədir. 

Maska 

yeraltı 

dünya, 

ölülər 

səltənətilə 

ilişiklidir.  Bunun  qənşərində  isə  niqab  yalnız 

yuxarı,  ilahi,  sakral  dünyaya  eyhamdır.  Maska 

aldadır,  yayındırır,  üzün  həqiqətini  ört-basdır 

edir.  Niqabsa  üzün  əsl  mahiyyətini  açıqlayır, 

bildirir  ki,  örtük  (pərdə)  arxasında  fenomenal 

insanın  şəxsiyyəti  məskunlaşıb.  Maska  və  niqabın 

hər  ikisinin  funksiyasında  (yasaq  etmək,  qorumaq, 

gizlətmək  və  şəxsiyyətə  çevirmək)  qohumluq  əlaqəsi 

aşkarlansa  da,  məna  bildirmək,  məna  aydınlatmaq 

baxımından  onlar  bir-birilərinə  həmişə  qarşıdurum 

təşkil  edirlər.  Maska  qaranlıq,  niqab  işıqlı  dünya 

ilə bağlıdır. 

     TEATR 

VƏ 

MASKA. 

Maska-totem 

real 

həyat 


vəziyyətlərinə  birbaşa  təsir  göstərmək  imkanından 

məhrum  olanda,  ayin,  mərasim  gerçəkliyində  yaşamaq 

hüququnu,  deməli,  sehrini,  tilsimini  itirəndə, 

panteonlaşmaq şansını  əldən verəndə ya muzeyə pənah 

aparır,  ya  teatra.  Situativ  maska  isə  teatrda  ya 

vizuallaşır,  ya  da  yırtılır.  Teatr  maskalarla 

oynayıb  maskalı  dünyaya  qarşı  üsyan  edir.  Ona  görə 



 

24 


də 

teatr 


sənəti 

permanent 

olaraq 

yozumdur, 



təfsirdir, 

permanent 

olaraq 

dekonstruksiyadır, 



nəsildən-nəsilə, 

dəbdən-dəbə 

dəyişən 

dünya 


qavrayışının 

permanent 

olaraq 

reviziyasıdır, 



toplumun  sosial-siyasi  modelinin  və  bu  modeldən 

görükən insan münasibətlərinin sınağa çəkildiyi  

yerdir. 

    Avropa 

mədəniyyətində 

teatr 


maskalarının 

meydana gəlib səhnəyə “çıxması” faktı şərabçılıq və 

üzümçülük  tanrısı,  başı  kefdən  ayılmayan  tanrı, 

ölüb-dirilən  tanrı,  bir  növ  qədim  yunanların  Xızr 

peyğəmbəri  Dionisin  (Vakx,  Liber)  şəninə  keçirilən 

rituallarla 

əlaqələndirilir. 

Dionis 


iki 

dünya 


arasındakı  sərhəddə  dayanıb  və  hər  iki  dünyanın 

qapıları  onun  üzünə  açıqdır.  Ölüb-dirilmək,  yəni 

əbədi qalmaq məhz onun tanrı peşəsidir. Dionis ölüb 

dirilməlidir  ki,  dünyada  həyat  ritmi  pozulmasın. 

Lakin 

bəşər 


mədəniyyətinin 

tarixini 

diqqətlə 

izləyəndə  aydın  olur  ki,  ayrı-ayrı  xalqların  mifik 

təfəkkürü  ölüb-dirilmək  xassəsini  təkcə  tanrılara 

deyil,  ən  adi  heyvanlara  belə  şamil  edir.  Ölüb 

yenidən 

dirilmək 

dəyişmək, 

başqalaşmaq, 

təzə 

qiyafədə  zühur  etmək  kimi  mənalandırılır.  Bir  çox 



xalqlar  ilan  ölümsüzlüyünün  səbəbini  onda  görürlər 

ki,  bu  sürünən  “qabıq  qoyur”,  qabığından  çıxır, 

köhnə 

cildini 


yenisilə 

əvəzləyir, 

başqalaşır, 

təzələnir, bir sözlə, ölüb dirilir. Qərbi Afrikanın 

Toqo  vilayətinin  sakinləri  elə  güman  edirlər  ki, 

qurbağalar  əbədiyaşar  canlılardır:  quraqlıq  zamanı 

ölürlər,  yağış  mövsümündə  dirilirlər.  Guya  bir 

zamanlar 

tanrı 

bu 


keyfiyyəti 

insanlara 

bəxş 

edəcəkmiş;  ancaq  müxtəlif  əngəllər  ucbatından  bu 



xüsusiyyət  tanrının  insanlara  xoş  xəbər  aparmaq 

üçün  qasid  kimi  seçdiyi  canlıda  qalıb.  Digər 

xalqların  folklor  nümunələrində  də  bu  motiv  başqa 

personajlarla  və  başqa  variantlarda  təkrar  olunur. 

Əksərən  ölüb  dirilən,  yəni  mifik  təfəkkürə  görə 



 

25 


əbədiyaşar  canlılar  xtonik  heyvanlardır.  Ölüb-

dirilmək, 

əslində, 

torpağın 

öz 

funksiyasıdır: 



torpaq  vaxtaşırı  dəyişir,  yeniləşir,  bir  libasını 

çıxarıb  başqa  libas  geyinir.  Dionis  də  qədim 

yunanların xtonik tanrısı sayılır, baxmayaraq ki o, 

Zevslə  Semelanın  oğludur.  Çünki  bir  tanrı  kimi 

Dionisin  bütün  funksiyaları  torpaqla  bağlıdır.  Məhz 

ol  səbəbdən  Dionis  ölüb-dirilən  tanrıdır.  Ölümündən 

sonra  dirilmək  isə  yeni  üz  tapmaq  deməkdir,  yeni 

“üz  bağlamaq”,  yeni  “üz  gətirmək”  deməkdir.  Aydın 

məsələdir  ki,  hər  ölüb-diriləndə  Dionisin  yeni  üzü 

olmalıdır.  Elə  ona  görə  də  qədim    yunanların  teatr 

maskaları  həmişə  Dionisin  üzlərini  nişan  verir, 

onun  ovqat  görkəmlərini  bildirir.  Təsadüfi  deyil 

ki,  Fridrix  Nitşe  yunan  səhnəsinin  bütün  məşhur 

fiqurlarını (Proteyi, Edipi, Oresti və b.) Dionisin 

maskaları  hesab  edir.  Məsələ  burasındadır  ki,  Orta 

və 


Uzaq 

Şərq 


ölkələrinin 

teatr 


mədəniyyəti 

dünyasında  da  maska  bir  qayda  olaraq  tanrı  üzüdür. 

Məsələn,  hind  Kathakali,  yapon  No(h)  teatrlarının 

tamaşalarında  iştirak  edən  aktyor  özünə  ya  qrimdən 

tanrı  üzü  düzəldir,  ya  da  tanrını  tanıtdıran  maska 

taxır.  Hətta  hinduizmdə  avatara  (nüzul  etmə) 

konsepsiyası 

sübut 


edir 

ki, 


ilk 

maskaların 

müəllifləri tanrılardır. Təbii ki, tanrının hər bir 

zühuru  onun  yeni  maskasıdır.  Qədim  Misir  fironları 

özlərinə  həmişə  tanrı  üzü  maska  seçərdilər.  Özünü 

Exnaton  (Günəş  tanrısı  Atona  gərəkli,  istəkli  olan 

deməkdir) 

adlandırmış 

IV 

Amenxotep 



arvadı 

Nefertitilə 

üzlərini 

Günəş 


timsalında 

qrimlədərdilər.  IV  Amonxotepdən  əvvəlki  fironlar  da 

üzlərinə zər çəkərdilər ki, Günəş kimi bərq vursun, 

işıq  saçsın.  Əslində  isə  tanrı  həyatda  heç  kimə 

üzünü  göstərməyib,  hətta  peyğəmbərlərə  belə.  Lakin 

onun  (müsəlmanlardan  savayı)  şəklini  çəkiblər, 

heykəlini 

yapıblar, 

bir 

sözlə, 


maskasını 

düzəldiblər. 

Beləliklə, 

dairə 


qapanır: 

maska 



Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə