Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə10/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   6   7   8   9   10   11   12   13   ...   135

 

29 


maskanı 

nişan 

verir. 

Düzdür, 


üzün 

neytrallaşdırılması,  daha  doğrusu,  konkret  bir 

ifadəni  mütləqləşdirib  sabit  durum  vəziyyətinə 

gətirilməsi kifayətdir ki, maska yaransın. Ona görə 

də  səhnədə  heç  vaxt  üzün  fərdiliyi  görünmür: 

görünən  yalnız  maskadır  (aktyor  sənəti  maskasız 

maskalanmaq  bacarığı  kimi).  Bu  mənada  səhnədə 

yalnız maska hökmranlıq edir. Təsadüfi deyil ki, ən 

dahi  aktyorlar  bir  qayda  olaraq  “üzsüz”  və  ya  “min 

maskalı”  adamlardır.  Çünki  aktyor  teatrda  yalnız 

bir  işlə  məşğuldur:  bu  işin  adı  üzləri  tez-tez 

dəyişmək, 

tez-tez 

maskalanmaqdır. 

Lakin 

eyni 


zamanda  aktyor  “mən”inin  üzü  nişansız  üzdür,  heç 

nəyi  ifadə  etməyən  üzdür,  yəni  ağ  vərəqdir, 

yazılmamış  vərəqdir,  sirli  lövhədir.  Məhz  bu 

məqamda  bəlli  olur  ki,  elə  həmin  nişansız  üzün 

köməyilə  hər  şeyi  ifadə  etmək  mümkündür:  ağ  vərəqə 

istədiyini 

yazmaq 

azadlığı 



var. 

Bu 


baxımdan 

nişansız üz ən ifadəli maskadır. Bica deyil ki, Noh 

teatrosunun 

maskalarının 

üzündə 

həmişə 


yalnız 

qeyri-müəyyən  yarımifadə  mövcuddur.  Bu  yarımifadə 

ancaq 

tamaşa 


vaxtı 

səhnə 


oyununun 

müxtəlif 

komponentləri 

kontekstində 

konkretləşib 

mənaya 


çevrilir. Ona görə ideal aktyorun da maskalı cəllad 

kimi kimliyini bilmək müşkül məsələdir. Çünki ideal 

aktyorun  təkcə  bədəni  yox,  bütün  varlığı  muma 

bənzəyir.  Nə  zaman  ki,  aktyorun  üzü,  əsl  üzü, 

maskasız  üzü  göründü,  seyrçi,  daha  böyük  miqyasda 

götürsək, kütlə ona qarşı öz marağını itirir. Teatr 

ideaL, 

nümunəvi 



maskalar 

dünyasıdır. 

Lakin 

maskaların  hamısı  (karnavaL,  kosmetik,  tibb  və  s. 



və  i.a.  maskalar)  iki  əsas  maska,  -  ƏCDAD  və 

TƏLXƏK,  -  maskaları  ətrafında  qruplaşdırılır:  yəni 

nə  ki  maska  varsa,  “əcdad  və  təlxək”  cütlüyünün 

variantı  kimi  yozulur.  Maska  geymiş  aktyor  əcdadı 

təmsil  etsə  də,  o  şaman  funksiyasını  yerinə 

yetirir,  ruhlar  aləmilə  əlaqə  yaradır  və  dönüb 



 

30 


tamaşaçılarla  əcdad  arasında  ötürücü,  medium  olur. 

Teatrda  təlxək  maskası  əcdadın  hiperbolizə  edilmiş 

şeytanlığını,  qoçaqlığını  bildirir.  Nüfuzdan  düşmüş 

əcdad 

gülüş, 

ironiya 

obyektidir, 

potensial 

təlxəkdir.  Toplum  içrə  bütün  maska  tipləri  faktiki 

olaraq  bir-birilə  qütbləşib  sonra  təzədən  birləşən 

bu 

iki 


maskanın 

arasındakı 

məsafədə 

öz 


gerçəkliklərini tapırlar.  

     YEKUN  SÖZÜN  MASKASI.  Mən  dedim,  danışdım, 

neçə-neçə  mətləbləri  aydınlatdım.  Amma  indi  baxıb 

görürəm  ki,  yenə  heç  nə  deməmişəm.  Məsələni  tam 

işıqlandırmaq  üçün  gərək  mənim  məqaləm  olsun,  iki 

mənim məqaləm qədər olsun, bu üç məqaləmin üç misli 

qədər  olsun,  bir  də  tədqiqat  olsun,  bəlkə  onda 

mövzu fraqmentarlıqdan yaxa qurtara. 

 

 



 

 Qısa izahat 

Əksərən surətin (modelin) surətinə və ya kölgəsinə  



“simulyakr”  deyilir. Simulyakrın surətlə heç bir  

  obraz oxşarlığı yoxdur, amma bir işarə statusunda 

 surəti əvəzləyə bilir.     

Bax: Mehdi N.M. Çətin və dolaşıq durumların  



 kulturolojisi. - B.:Qanun, 2001. - S.234-298.     

Levi-Stross K. Strukturnaya antropoloqiya. - L.: Nauka,  



  1985. - c.238. 

Bax: Patris Pavi. Slovar teatra. - M.: 1991. - s. 171.  



                                                

                        1991-2008-ci illər 

 

 

 



 

 

 



 

                                                                                                                                     


 

31 


           KÜTLƏ: TEATR VƏ KİNO 

          (lal quzular üçün eşafot marşı) 

                     

                                “Bir deyil, beş deyil, 

                                 milyonlarca müxtəsər

                                 qoyun kimisən qardaşım!” 

                                        Nazim Hikmət 

 

                   



     Dənizin 

dərinliklərində 

milyonlarla 

xırda 


balıq  bir  yerə  toplaşıb  iri-iri  şarlar  (və  ya  hava 

zondları)  formasında  sürülər  əmələ  gətirir  və  sa-

kitcənə  bir-birinin  böyrünə  qısılıb  üzür,  yaşayır; 

yaşayır,  üzür:  təhlükə  qarşısında  isə  başılovlu 

ətrafa  səpələnib  yenidən  birləşir,  şarın  çevrəminə 

qayıdır. Bu  “şarlar” onların evləri olur, dünyaları 

olur, indiləri və əbədiyyətləri olur. Dəniz dünyası 

bu  xırda  balıqlar  üçün  elə  bu  “şarlar”  qədərdir, 

elə bu “şarlar” boydadır.  

     Şəhərin  küçələrilə  hər  gün  minlərlə  adam  ora-

bura gedir; sağa gedir, sola gedir, düz gedir, əyri 

gedir,  tinləri  burula-burula  gedir;  yavaş  gedir, 

bərk  gedir,  bəzən  qaça-qaça  gedir;  amma  gedib  də 

hökmən  həmən  yolla  təzədən  öz  evinə  dönür.  Bizim 

yolumuz  təkcə  şəhərin  küçələrindən  keçmir,  eyni 

zamanda 


minlərlə 

tanımadığımız 

adamların 

energetikası,  aurası,  danışığı,  baxışları  içindən 

keçib  gedir.  Yəni  sürü  latent  şəkildə  həmişə 

bizimlədir.  Bu  o  deməkdir  ki,  şəhərdə  sürü 

permanent görünməsə də, onun təzahürləri hər dəqiqə 

gerçəkdir. SÜRÜ DAİM ŞƏHƏRDƏDİR.  Odur ki, evimizdən 

çıxan  kimi  biz  sürünün  qlobal  təmas  məkanına,  əgər 

belə  ifadə  eləmək  caizsə,  onun  qlobal  təmas  dəni-

zinə  düşürük.  Biz  evimizdə  olanda  şəhər  bizim 

deyil. Biz küçəyə çıxanda şəhər bizim olur. Fərdlər 

və  bu  fərdlərin  qurduğu  ailələr  ayrı-ayrı  evlərdə 

ayrıca  ömür  sürür.  Şəhər  isə  sürüyə  məxsusdur. 

Şəhər  sürünün  mümkün  mövcudluq  zonasıdır,  onun 




Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə