Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə6/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   2   3   4   5   6   7   8   9   ...   135

 

17 


Sifət 

bu 


fərdiyyətin 

sərfəli 


kompozisiyada 

təqdimidir.  Niyə?  Çünki  hər  bir  fərdilik  müəyyən 



mənada  pırpızlıqdır.  Cəmiyyət  isə  pırpızlığı,  yəni 

normadan  kənar  olmağı  qəbul  etmir.  Ona  görə  ki, 

insanlar  heç  vaxt  özlərinə  bənzəməyənlərin  yaşamaq 

hüququ 


və 

yaşamaq 


ehtirasları 

ilə 


barışmaq, 

hesablaşmaq istəmirlər. Bu da səbəbsiz deyil. İş bu 

ki, 

ən 


“məsum” 

individuallığın 

özündə 

belə 


başqalarına  qarşı  bir  təcavüz  gizlənir.  Pırpızlıq 

(qatı 


fərdilik, 

qatı 


fərqlilik, 

başqalarına 

bənzərsizlik)  hər  bir  formada  toplum  içrə  insan 

eyibləri 

sırasındadır, 

bəlkə 


də 

onların 


birincisidir.  Nədən  ki,  individuallıq  başqasının 

azadlığını  məhdudlaşdırır,  bu  azadlığa  bir  növ 

təcavüz  edir.  Hər  bir  fərdiliyin  başlanğıcında 

müəyyən  mənada  ayıb  dayanır.  Və  bu  ayıbı  heç  kim 

cəmiyyətə 

çıxarıb 


camaata 

göstərmək 

istəmir; 

istəmir  ki,  toplumu  təşkil  edən  tanış  özgələrdən 

seçilsin; 

istəmir 


ki, 

ona 


fərdiliyini 

nişan 


verəcək,  başqa  sözlə,  gözə  soxacaq  ləqəb  qoşulsun. 

Ondansa  tanış  özgələrə  oxşamaq,  hamı  kimi  olmaq 

sərfəlidir.  “Tanış  özgələr”  mənim  şəhərimin  (və  ya 

kəndimin)  sakinləri  statusunda  mənə  tanışdırlar. 

Yəni 

doğma 

şəhərdə 

“mən” 

həmişə 

tanışların 

əsiridir, girovudur. Ən birinci tanış isə elə doğma 

şəhərin  özüdür.  Busa  davranış  streotipini,  deməli, 

maskanı  formalaşdıran  amildir.  Şəhər  (kənd)  “mən”in 

mağarasıdır,  maskasıdır.  Bu  baxımdan  ən  individual, 

ən  cilovsuz  və  ən  aqressiv  adamlar  turistlərdir. 

Çünki  onlarda  tanımaq  və  tanınmaq  qorxusu  sıfra 

bərabərdir.  Məhz  bu,  turistləri  maskasız  kimsələrə 

çevirir. Onlar üçün yalnız özgə bir şəhər və üzsüz, 

biganə,  yabançı  bir  kütlə  mövcuddur.  Odur  ki, 

turistlər  əksərən  yasaqlar  dışında  davranırlar, 

daha  doğrusu,  özgə  şəhərdə  situativ  maskasız 

keçinirlər, 

yəni 

olduqları 



kimi 

görünürlər. 

Həqiqətdə  isə  turistlərin  maskaya  heç  ehtiyacları 



 

18 


qalmır da: belə ki, onlar üzlərini də maskaları ilə 

birgə öz doğma  şəhərlərinin darvazasından asıb yola 

düşürlər. Üzü olmayana maska da gərək deyil. Məsələ 

burasındadır 

ki, 

üz 


də 

bir 


günün 

içində 


formalaşmır.  Çağanın  üzü  hələ  üz  deyil,  onun 

bədəninin  bir  nahiyyəsidir.  İnsan  həyat  prosesində 

“üz  bağlayır”.  Üz  yalan  danışmağa  başlayanda  sifət 

(situativ  maska  kimi)  peyda  olur.  Maska  isə 

M.Voloşinin  yazdığı  kimi  “şərti  yalan  yaradır”. 

Sifət və sima üzün maskalıq dərəcələridir. Sifət və 

sima arxasından əsl üzü görmək müşkül işdir. Yalana 

öyrəşmiş  üz  sosial-situativ  maskadır.  Situativ 

maska  iki,  -  intim,  fərdi,  subyektiv  və  gerçək, 

obyektiv, - dünya arasında yasaq funksiyası daşıyır 

və  bəyanat  verir  ki,  individlə  cəmiyyət  əl-ələ 

tutub  yanaşı  yaşasalar  da  heç  vədə  bir-birində 

“əriyib” 

harmoniya 

vəziyyətinə 

gəlməyəcəklər, 

sərhədi  aşmayacaqlar.  Fərd  özünü  olduğu  kimi 

cəmiyyətə  göstərməyəcək,  cəmiyyət  də  həqiqi  üzü 

görmək  cəhdində  bulunmayacaq.  Dəlilər  instinktiv 



şəkildə  maskadan  imtina  edirlər.  Əslində  isə  psixi 

pozuntular  məhz  sosial-situativ  maska  itirildikdə 

başlayır.  Sərsəmlər  qorxu  və  həya  bilmədiklərindən 

yalan  danışmırlar.  Çünki  onlar  üçün  “fərdi”  və 

“ictimai”  anlayışları  öz  mənasını  itirib.  Bu 

anlayışları 

differensə 

edən 


 

məhz 


situativ 

maskadır.  Dəlilərin  situativ  maskası  yoxdur.  Çünki 

onlar  öz  necəliklərini  heç  kimə  məxsusi  göstərmək 

istəmirlər.  Bilicsizlik  maskadanm  imtina  edir. 

Maska  olmasa  fərdin  iç  dünyası  ictimai  sərgiyə 

çevriləcək.  Öz  iç  dünyasından  sərgi  düzəltməyə  isə 

yalnız dahilər və ruhi xəstələr qabildirlər. Zəmanə 

“ulduz”ları 

da 

bu 


siyahıya 

düşürlər. 

Çağdaş 

dünyamızda  mətbuat  və  elektron  media  məhz  bununla 



məşğuldur. 

Müasir 


aləmdə 

kütləvi 


informasiya 

vasitələri  fasilə  bilmədən  özünə  lazım  maskaları 

yaradır;  o  maskaları  ki  onlar  satılır,  pul  və 



 

19 


məşhurluq  dividentləri  gətirir.  “Xammal”  üz  bir 

qayda 


olaraq 

müğənnilər 

və 

siytasətçilər 



cərgəsindən  seçilir  və  bu  “produktiv”  üzə  imic 

cizgiləri  vurulur,  yəni  maska  düzəldilir.  Növbəti 

məqamsa  nümayişdir,  sərgidir,  defiledir.  Dahilərdən 

və  dəlilərdən  fərqli  “ulduz”ların  bu  virtual 

sərgidə  özlərinə  məxsus  heçnələri  olmur.  Çünki 

onların  daxili  və  zahiri  düşünülüb  tapılmış  maska-

tamaşadır. 

“Ulduz”lar 

hətta 

soyuna-soyuna 

da 


maskalanırlar,  yəni  öz  imiclərini  formalaşdırırlar. 

Busa  ona  gətirib  çıxarır  ki,  “ulduzlar”ın  “üzü”  və 

“mən”i  olmur,  yalnız  maskası  olur  və  onlar  həmin 

maskanı  oynamağa  məhkumdurlar...  Daha  doğrusu, 

maska  elektron  medianın  təlqiniylə  dönüb  həqiqi  üz 

statusu  alır,  əsl  insan  üzü  (bioloji,  ruhsal  və 

vətəndaş  üz)  isə  bu  “virtual  örtük”

2

  arxasında 



gizlənir,  görünməz  olur.  Maska  toplumsal  oyunların 

rahatlığının şərtidir. 



     MASKA  NƏDİR?  Maska  üzün  sipəridir:  ancaq 

fiziki  üzü  yox,  ruhu  qoruyur.  Maskasız  üz  məhv 

olur,  çünki  ruh  xəstələnir.  Ruhi  xəstələrin  üzündə 

heç 

bir 

ifadə 

görünmür. 

Maska 

ifadə 

individuallığını  hifz  edəndir;  fərdlə  cəmiyyət 

arasında  bəyan  edilməmiş  sazişdir,  kompromisdir. 

Maska 

şərti 

yalandır, 

ictimai-sosial 

oyunları 

tənzimləyən,  sahmanlayan  yalandır.  Absolyut  şəkildə 

yalan  danışmayanlar  ruhi  xəstələrdir,  yəni  maskasız 

adamlardır.  İctimai  strukturlara  daxil  olmaqdan 

ötrü  maska  insanın  vəsiqəsidir.  Maska  münasibətlər 

tənzimləyicisidir. 

Maska 

cəmiyyətdə 

yazılmamış 

sosial  qanundur.  Maska  insanın  intim  yaşantıları 

üzərinə çərkilmiş pərdədir, örtükdür. 

     NİQAB  VƏ  MASKA.  Dilimizə  çoxdan  aktiv  şəkildə 

daxil olmuş “niqab” sözünün  ərəbcədən tərcüməsi “üz 

örtüyü,  duvaq,  yaşmaq,  rübənd”  kimi  eyni  praktiki 

funksiyanı  nişan  verən  anlamları  bildirir.  Niqab 

üzü  örtən  pərdədir,  üzə  çəkilmiş  pərdədir,  yəni 



Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə