Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə135/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   127   128   129   130   131   132   133   134   135

 

409 


üzərinə 

köçürülməsin? 

Bir 

dəfə 


Günəş 

və 


məhsuldarlıq  tanrıçası  Amaterasu  öz  Susanoo  adlı 

qardaşından  küsüb  Səma  kahasında  (Səma  quyusu?) 

gizlənir  və  dünyanı,  insanları,  torpağı,  ağacları, 

bitkiləri,  heyvanları  günəş  işığından  məhrum  edir. 

Digər  tanrılar  qərara  alırlar  ki,  onu  çalışıb 

kahadan  bayıra  çıxarsınlar.  Bu  vaxt  ilahə  Udzume 

aşırılmış  çən  üzərində  rəqsə  başlayır  və  rəqs 

müddətində  yavaş-yavaş  soyunub  tanrılara  öz  yekə, 

hamar,  yumru  qarnını  göstərir.  Nə  vaxt  ki,  ilahə 

əynindəki  tumanı  bir  az  da  aşağı  sürürşdürür,  

tanrılar  elə  gülürlər  ki,  sanki  Göylərdə  ildırım 

şaqqıldayır. 

Amaterasu 

dözəmmir, 

maraq 

onun 


küsəyənliyinə  üstün  gəlir  və  tanrı  Səma  kahasından 

dışarı  addımlayır:  dünya  işıqlanır,  həyat  öz 

axarına  düşür.

19

  Təbii  ki,  bu,  ritual  rəqsidir, 



mahiyyətcə  şamançılığa  söykənən  rəqsdir  və  ayinin 

özündə  qapsadığı  dəyərlərlə  bağlıdır.  Yəni  günəş 

olmasa,  məhsul  olmaz,  məhsul  olmasa,  yeyib-içmək 

olmaz  və  qarın  boş  qalar:  qarın  boş  qalanda  isə 

“qa” 

enerjisinin 



dövriyyəsi 

kəsilər, 

sistem 

dağılar. 



Dediklərimizin  paralelini  Azərbaycan  mifik 

təfəkküründə  axtaraq.  Novruz  bayramında  və  müqəddəs 

çərşənbələrdə 

ifa 


edilən 

“Kosa-kosa” 

meydan 

tamaşasının 



iç 

mahiyyətindən 

faydalanaq. 

Bu 


tamaşanın  birbaşa  Günəş  kultu  ilə  bağlılığı  heç 

kimdə şübhə doğurmur. Tədqiqatçı Elçin Muxtar Elxan 

(Aslanov)  “Kosa-kosa”  oyununu  qışgüntəni  (21-22 

dekabr)  ilə  əlaqədar  keçirilən  Çıraqan  bayramının 

motivlərinə  kökləndiyini  söyləyir  və  öz  fikrini 

tutarlı  faktlarla  isbata  yetirir.

20

  “Kosa-kosa” 



tamaşasının  mütləq  atributlarından  biri  kəndirbaz 

oyunudur  ki,  tamaşanın  ideyasını  vizual  şəkildə 

konkretləşdirir. 

Nədən 


ki, 

kəndirbazın 

kəndir 

üstündə  hərəkəti  astroloji  xarakter  daşıyır.  Burada 



kəndir  Kous  //  Qövs  (ərəbcə  “kaman”  deməkdir) 

bürcünü, 

kəndirbaz 

isə 


Oğlaq 

bürcünü 


simvollaşdırır.  Kəndirbaz  yeridikcə  kəndir  qövs 

formasını  alır.  Onun  məqsədi  Günəşi  kainatın  ən 

qaranlıq, 

ən 


dərin 

nöqtəsindən 

(Günəş 

yaygüntənindən  sonra  6  ay  müddətində  aramla  kainat 



quyusunun  dibinə,  –    zülmətinə,  –  yuvarlanır: 


 

410 


müqayisə 

elə 


Səma 

kahasında 

günəş 

tanrısı 


Amaterasunun  gizlənməsi  ilə)  xilas  etmək,  başqa 

sözlə,  dünya  işığını  dünyaya  qaytarmaqdır.  Bunun 

üçün  kədirbaz  Təkə  //  Keçi  kimi  guya  ki  buynuzları 

ilə qövsü yırtmalı və Günəşi azadlığa buraxmalıdır. 

Kəndirbazın  ağırlığı  altında  kəndirin  qövsvari 

şəkildə  sallanması  məhz  Səma  quyusunu,  “zülmət 

quyusu”nu işarələyir. 

Qövs həmişə potensial qarındır. Günəş kainatın 

qarnından  çıxır.  Belə  ki,  Çıraqan  bayramında 

qışgüntəni  kainatın  hamiləliyinin  sonuncu  günüdür, 

Günəşin  zülmət  quyusunda  qaldığı  axırıncı  gündür. 

Çünki  səhərisi  Günəş  yenidən  doğur.  Bayaq  misal 

gətirdiyimiz  hamilə  qarılar  məhz  qışı  rəmzləşdirib 

Günəşi  bətnlərində  gəzdirən  qarılardır.  Təbii  ki, 

qış yazı doğur, ölüm – həyatı. 

“Məlikməmmədin nağılı” da mifik təfəkkürün bir 

parçasıdır, çünki birbaşa Günəş kultu ilə bağlıdır: 

təkrarlanan  arxetiplər  buna  bir  dəlil.  Quyu, 

kəsilmiş  kəndir,  ağ  və  qara  qoç,  div  (əjdəha 

variantı),  gözəl  qız,  Simurq  quşu  və  möcüzəli 

xilasolma  günəş  kultunun  rudimentləri  kimi  özünü 

tanıtdırır. 

Di  gəl  ki,  meydan  mədəniyyəti  müstəvisinə 

çıxarılmış  yekə  qarın  qrotesk  bədənin  atributudur. 

Bu  kontekstdə  ona  münasibət  birmənalı  şəkildə 

neqativdir.  Nədən  ki,  xalq  gülüş  mədəniyyətinin 

ictimai-sosial 

parametrlərində 

yekə 

qarın 


tənbəlliyi, 

müftəxorluğu, 

bikarlığı, 

dünya 


nemətlərinə 

uyub 


yalnız 

gödənini 

fikirləşən, 

tamahını,  nəfsini  üstələyə  bilməyən  acgöz  birisini 

bildirir.  Xan,  bəy,  padşah,  paşa,  sultan,  racə, 

burjua  dedikdə  gözönünə  hər  şeydən  öncə  yekə  qarın 

gəlir. 

Bu, 


mədəniyyətdə 

formalaşmış 

bir 

tendensiyadır,  bir  düşüncə  streotipidir.  Hərçənd 



əsası var, izahı var. 

Məsələ  ondan  ibarət  ki,  yekə  qarın  xalqın 

gülüş 

mədəniyyəti 



tərəfindən 

ya 


istibdadın, 

zülmkarlığın,  istismarın,  zülmün  və  aşkar  hədənin 

rəmzi kimi qavranılır, ya da tənbəlliyin, kütlüyün, 

əfəlliyin,  maymaqlığın.  Səbəbi  aydındır:  yekə  qarın 

birmənalı  şəkildə  qorxunc  təzahürdür.  Qarnın  başa 

bəla 

olduğu 

məşhuri-cahandır

Çünki 


onun 


 

411 


tələbatları  çoxdur:  hələm-hələm  doymur;  permanent 

yeyir,  yenə  doymur.  Doymayanda  vadar  eləyir  ki, 

qarın  sahibi  başqasının  payını  mənimsəsin.  Bu  isə 

aşkar 


şəkildə 

konflikt 

vəziyyətinə 

gətirib 


çıxaracaq bir faktdır. 

Hər  şey  də  elə  buradan  başlayır:  çəkişmələr, 

mənafelərin  toqquşması,  ziddiyyətlər,  təcavüzlər, 

üsyanlar, inqilablar, davalar...  

Qarnın  həcmi  böyüdükcə  düşüncə  intensivliyi 

azalır,  passivlik  artır,  adam  elə  bil  ki  yerə 

mıxlanıb qalır. 

Məgər  inkişaf  günbəgün  çoxalan  insanları  bir 

təhər  doyuzdurmaq,  yəni  məhsuldarlığı  artırmaq 

məqsədini güdmür? 

İnkişaf  aclığa  bir  reaksiyadır:  qida  azlığını 

aradan götürməyi hədəfləyir.  

Bütün  üsyanların,  inqilabların,  davaların, 

müharibələrin  primitiv  və  bəsit  mündəricatı  yemək 

və  çoxalmaq,  daha  artıq  yemək  və  daha  artıq 

çoxalmaq  ideyasını özündə qapsayır. 

Odur  ki,  qarın  və  onun  tələbləri  ilə  bağlı 

aktuallığı  insanın  beynindən  kənarlaşdırmaq  üçün, 

yaxud  onun  düşüncələrini  qarından  xilas  etmək  üçün 

mədəniyyət 

gülüşdən 

faydalanır, 

qarnı 

birbaşa 


xalqın  meydan  həyatının  müstəvisinə  çıxarıb  lağa 

qoyur, ona şəbədə qoşur, ona gülür. Gülür ki, insan 

qarnın  diqtəsindən,  əsarətindən  qurtulsun,  oturub-

durub  yalnız  yeməkdən  danışmasın.  Və  mədəniyyət 

permanent  olaraq  buna  çalışır.  Ancaq  nə  etməli  ki, 

qarın  təbiətdir,  torpaqdır,  Dionis  başlanğıcının 

rəmzidir,  beyin  (ağıl,  bilinc)  isə  qanundur, 

sistemdir,    mədəniyyətdir:  Apollon  başlanğıcını 

eyhamlaşdırır.  

Beyin  (ağıl,  bilinc)  qarnı  mədəniyyətə  dəvət 

etməyi  bacarmayanda  cəmiyyət  faciələr  yaşayır. 

Çünki  doymaq  və  çoxalmaq  instinkti  ağlın  əmrlərinə 

tabe 

olmur 


və 

şuluqluq 

salır. 

Ol 


səbəbdən 

ədəbiyyatda 

və 

mədəniyyətdə 



qarın 

həmişə 


eybəcərdir,  karikaturadır,  gülüş  obyektidir.  Fikir 

vermisinizmi,  gombul,  şişman  adamlardan  heç  vədə 

faciə  aktyorları  olmur.  Şekspirin  Hamleti  müəllif 

təqdimində  kökdür.  Amma  heç  bir  kök  (!)  aktyor 

Hamlet  rolunda  uğur  qazanmayıb  və  bir  kimsə 



 

412 


tərəfindən  də  kök  təsəvvür  edilmir.  Ona  görə  ki, 

fakturada  permanent  yekə  qarın  faktoru  var.  Yekə 

qarnın içində isə həmişə çoxlu gülüş gizlənir. 

Başqa bir aspektdən isə cəmiyyətdə müəyyən bir 

düşüncə  streotipi  mövcuddur;  bu,  toplum  içrə 

formalaşmış  qavrayış  streotipidir:  insan  fikirləşir 

ki,  ideya  adamı,  yəni  maddiyyatdan  uzaq  birisi, 

arıq,  sısqa,  çəlimsiz  görkəmdə  olmalıdır  və  yekə 

qarın  onun  imicini  mütləq  korlayır.  Əslində,  bu, 

xristianlığın  yaratdığı  ideya  adamının  obrazıdır  və 

demək  mümkündür  ki,  Avropanın  əksər  filosofları 

(maarifçiləri,  yazıçıları,  alimləri)  bu  standarta 

cavab veriblər. 

Hərçənd...  Platon,  Sokrat,  Ezop  və  Şərq 

filosoflarının  böyük  bir  qismi  qədərincə  dolu 

bədənə  malik  idilər  və  qarınları  onlara  müdrik 

fikirlər söyləməyə əngəl törətmirdi. 

Şərq  filosofu  qarınla  barışıb  yaşayır:  Qərb 

filosofu  (ideya  adamı)  isə  qarına  qarşı  qiyamçı 

mövqeyini üstün tutur. 

Lakin...  bütün  hallarda...  qarın  azğının 

birisi olaraq qalır: “mən ölüm, sən öləsən” bilmir, 

vaxt  bilmir,  saat  bilmir,  etika  bilmir,  həya 

bilmir,  qanun  bilmir,  vicdan  bilmir,  namus  bilmir: 

təbiətin  buyurduğu  kimi  yaşayır,  Dionis  kimi  öz 

kefinə  yaşayır.  Təbiətdə  qarın  üçün  qadağa  yoxdur. 

Toplum 

isə 


onu 

müəyyən 


ölçülər 

çərçivəsində 

məhdudlaşdırmağa 

can 


atır, 

qarnın 


hoqqalarını 

ədəbsizlik  sayır,  yasaqlayır.  Digər  tərəfdən  isə 

cəmiyyət  qarnın  nazı  ilə  oynayır  da:  üzünə  hər 

yerdə  mətbəx  verilişləri  açır,  dərgilərdə  ləziz 

yeməklərin,  pişintilərin  parıltılı  şəkillərini  onun 

önünə vızıldadır... 

Beləliklə,  toplum  qarnı  təbiətdən  ayırıb  onu 

öz qanunlarına tabe etdirməyə çalışır.  Necə? Hansı 

yolla. 

Əlbəttə 


ki, 

psixoterapiyanın 

köməyilə. 

Konkret  desək,  gülüşün  vasitəsilə.  Gülüş  tənqiddir, 

qınaqdır.  İnsan  başqasına  gülməyi  sevir,  ancaq 

özünə  ünvanlanan  gülüşdən  ehtiyatlanır,  utanır, 

xəcalət  çəkir,  qaçıb  hamıdan  gizlənmək  istəyir. 

Gülmək  cəsarətdir,  azadlıqdır,  kompleksizlikdir. 

Qorxaq  gülə  bilmir.  Toplum  da  bu  və  ya  digər 

formada qarına güləndə onun sahibinə sataşır, həmin 




 

413 


şəxsi  (və  eyni  zamanda  yemək  kultunu)  aşağılayır. 

Meydan  tamaşalarını,  kölgə  və  kukla  oyunlarını, 

karikaturaları,  çoxsaylı  komediya  personajlarını 

xatırlayın.  Kök  adamlarda  arıqlamaq  istəyi  fiziki 

əziyyətdən  daha  çox  gülünc  görünmək  qorxusundan 

irəli gəlir.  Qarnın qulu, yəni qarınqulu  olmaqdan 

qurtulmağın  bircə  yolu  mövcuddur    ki,  o  da 

gülüşdür.  Qarnın  iddiaları  gülüşlə  tənzimlənir. 

“Bizə  gülərlər”  deyib  insanlar  öz  düşüncələrindən 

qarnı  sanki  silirlər,  onun  haqqında  fikirləşməyi 

özlərinə  yasaq  eləyirlər.  Özlərini  elə  aparırlar 

ki, guya qarın üçün işləmirlər. 

Amma  sonucda  bütün  günü  onların  əllərindən 

qaşıq  və  fincanları  yenə  də  yerə  düşmür.  “Qarnın 

səsi  həqiqətin  səsidir”.  Bunu  mən  söyləməmişəm, 

bunu Şərq müdrikləri belə buyurublar. 

“Polkovniki  heç  kim  xəbər  almır”

21

  romanının 



sonu.  

Unutmayaq  ki,  Hamletin  əlində  tutduğu  qafa 

tası  və  ya  kəllə  məhz  qarın  üzərində  qurulmuş 

dünyanın faniliyinə, ötəriliyinə gülür. 

Hətta 

ölümün 


də 

gülüşü 


qarnın 

mənasız 


çabalarına  tuşlanıb:  yəni  qarın  heç  vaxt  ölümə 

qalib  gələ  bilmir.  Çünki  bir  gün  mütləq  enerji 

istehsalından dayanır. 

Toplumda  qarına  qarşı  münasibət  ikilidir, 

ambivalentdir:  bir  yandan  yemək  kultu,  o  biri 

yandan  qarnın  karikaturası.  Bir  tərəfdə  qarnın  özü 

gülür,  digər  tərəfdə  isə  qarına  gülürlər;  yəni 

əbədi  olaraq,  yəni  həmişəlik  mənfi  ilə  müsbət 

arasında… 

            

 

 

 



Ədəbiyyat 

1

  Pyat  filosofskix  traktatov  na  temu  “Afak  va 



anfus”. M.: 1970.  –  s.22.    

2

  Ətraflı  bax:  Seyidov  M.M.  Azərbaycan  mifik 



təfəkkürünün qaynaqları. Bakı: 1983. –  s. 99-101. 

Basilov  V.N.  İzbranniki  duxov.  M.:  1984.  –  c.  30-



96. 


 

414 


4

  Ətraflı  bax:  Seyidov  M.M.  Göstərilən  əsəri,  s.98-

99 

5

  Fərzəli  Ə.Ə.  Dədə  Qorqud  yurdu.  Bakı,  1989.  –  s. 



152.

 

6



 Bax: Seyidov M.M. Göstərilən əsəri, s.143

 

7



    Quar  qədim  hunlarda  göy  gurultusu,  ildırım, 

şimşək tanrısının adı imiş. 

8  

Bax: Seyidov M.M. Göstərilən əsəri, s.212-214



 

9

 Yenə orada, s.214-215



 

10

 



Azərbaycanın 

dəyərli 


kinorejissoru 

Əjdər 


İbrahimovun 

çəkdiyi 


“26-lar” 

filmində 

oxunan 

mahnının nəqarəti.



 

11

  Qolosovker  Y.E.  Mifin  məntiqi.  Bakı,  2006.  –    s. 



84-85. 

12

  Talıbzadə  A.A.  Şərq  teatrı  tarixi.  –  Bakı,  2006. 



–  s. 274. 

13 


  Bax:    Mehdiyev  N.M.  Orta  əsrlər  Azərbaycan 

estetik mədəniyyəti. Bakı, 1986. –  s. 90-91 

14 

Safronova  Y.S.  Dzenskiy  smex  kak  otrajeniye 



arxaiçeskoqo  zemledelçeskoqo  prazdnika  //  Simvolika 

kultov  i  ritualov  narodov  zarubejnoy  Azii.  –  M., 

1980. – s.70-71.  

15 


“Dünya qan üstündə bir xanimandır”. Səməd Vurğunun 

“Vaqif”  pyesində  söylədiyi  fikrin  modifikasiya 

edilmiş variantı. 

16

  Bax:  Qolosovker  Y.E.  Mifin  məntiqi  (tərcümə 



A.Talıbzadənindir)      Bakı,  Kitab  aləmi,  2006.  – 

s.59-61.   

17

  Bax:  Baxtin  M.M.  Literaturnıye-kritiçeskiye 



statyi. M.: 1986. –  s.318. 

18

 Yenə orada. 



19

Bax:  Safronova  Y.S.  Dzenskiy  smex  kak  otrajeniye 

arxaiçeskoqo  zemledelçeskoqo  prazdnika  //  Simvolika 

kultov  i  ritualov  narodov  zarubejnoy  Azii.  –  M., 

1980. – s.71. 

20

 Daha ətrafı bax:  Elçin M.E. Gün çıx, çıx, çıx.  – 



Bakı, 2009, s.5-12. 

21 


Qabriel Qarsia Markesin əsərinin adı. 


 

415 


                MƏQALƏLƏRİN DÜZÜMÜ 

 

1. Min  maska və bir mən.......................    



2. Kütlə: teatr və kino........................   

3. Ər və arvad üçün intim teatr, yaxud Məşədi 

   İbad necə varsa.............................   

4. Bədən və ruh kulturoloji problem kimi.......  

5. Kəpənək və ya təfsiri-şərhi-hali Nəsimi.....  

6. Üsyan və cəza: fikir “kəndirbazı”nın  

   aqibəti....................................  

7. Mədəniyyətlərin qohumluq paradiqması........  

   Kündə: varlığın simvolik obrazı.............  

   Süd: “idrak içkisi”nin metafizikası.........  

   Gil qab: tanrıya bənzəyən dulusçu...........  

8. İslam mədəniyyətində səs: teatr və musiqi...  

9. Müsəlmanların məscid və bazarı..............  

10. Müsəlman və məhəllə........................  

11. Müsəlman və məclis.........................  

12. Virtual merac teatrı....................... 

12. Yuxulu şəhərin sakinləri və mirzəsi........  

13. Bağ teatral məkan kimi.....................  

14. Psixoloji məkan fenomeni: yuxarı və aşağı..  

15. Sağ və sol üçün fəlsəfi marş...............  

16. Meyxana: meyin kulturoloji mədhiyyəsi......  

17. Erotika və həya............................  

18. Güzgü və kölgə.........................  

19. Tənqidin fenomenologiyası.............. 

20. Şərq və Qərb dixotomiyası maarifçilik 

    kontekstində........................... 

21. Yer və Göy enerjiisinin bildiriciləri: 

“in” və 


    “yan” başlanğıclarının türk variantı...... 

      


 

 

 



 

 

 




 

416 


 

 

Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə