Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə129/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   125   126   127   128   129   130   131   132   ...   135

 

391 


(həyatda)  mövcud  bütün  günahların  mayasında  o, 

durur. 


İnsanın cəmi iki həqiqi problemi mövcud: yemək 

və  çoxalmaq.  Hər  iki  aktın  məramı  fani  dünyada  öz 

ömrünü,  öz  hüceyrələrinin  ömrünü  uzatmaqdır.  Bunun 

yolu  isə  qarından  keçir.  Ağıl  bu  məqamda  yetərli 

korrektə aparmağa acizdir. 

Simvollar 

aləmində 

insan 


(aləm-i 

səğir) 


makrokosmun 

(aləm-i 


kəbir) 

xəritəsidir, 

kiçik 

modelidir,  kainatın,  kosmosun  güzgüsüdür.  Ezoterik 



bilgilərin  təhlil  cədvəllərində  qarın  Yer  kürəsinə 

tay tutulur. Orta çağların sufi risaləsi “Afaqnamə” 

də  birbaşa    bəyan  eləyir  ki,  qarın  mikrokosmda  şir 

bürcünün təmsilçisidir.

1

 

Şir də, təbii ki, sultan kimi qavranılır; şir-



adam  isə  Sfinksdir:  bədəni  və  quyruğu  torpağa 

yaxındır,  sarı,  pırtlaşıq  yalı  isə    –    Günəşə. 

Qarın  Yer  kürəsidir,  torpaqdır  və  “günəş  kələfi” 

qarın 


boşluğunun 

üstündə 


bədənin 

akkumulyativ 

əzələsi  kimi  çalışır.  Bundan  da  belə  nəticə  çıxır 

ki,  qarın  Günəş  və  Yer  birgəliyini  bir  sistem  kimi 

özündə 

təcəssüm 



etdirir 

və 


qarın 

bədənin 


sultanıdır. Sultandırsa, biz onun əmrinə tabeyik. 

“Mən” 


qarnı 

inkar 


eləyəndə, 

ideyanı 


müqəddəsləşdirib,  ilahiləşdirib  qarına  yuxarıdan 

aşağı  baxanda,  onun  tələbatları  ilə  hesablaşmayanda 

qəhrəman  olur  və...  ölür.  Çünki  qarın  ciddiliyi, 

qüruru,  qəhrəmanlığı,  üsyanı,  təhqiri,  təkəbbürü 

sevmir  və  ləngimədən  urvatlını  urvatsız  eləyib 

qəhrəmandan öc alır. 

Ondan  ötrü  ki,  qarın  materiyanın  permanent 

enerji  və  gübrə  istehsalçısıdır:  materiyanı  bir 

formadan  başqa  bir  formaya  salır,  transformator 

funksiyasını 

yerinə 


yetirir, 

onun 


hərəkətinin 

təminatçısı  olur.  Qarın  canlı  materiyanın  varlıq 

iksirini, varlıq cövhərini içinə topladığı yemək və 

mayelərdən hasil edir. 

Vallah ki, qarın əsl əl-kimyaçıdır. 

Hələlik  təzə  heç  nə  söyləməmişəm,  amma 

söyləyəcəyəm.  Bunun  üçün  Azərbaycan  türkcəsində 

“qarın”  sözünün  qapsadığı  ilkin  mənaya  doğru  yol 

alaq,  bu  sözün  semantik  çənbərinə  varaq:  görək, 

tutalım,  elə  Dədə  Qorqudun  özü,  onun  simasında  isə 




 

392 


bütün  türk  elatı,  niyə  qarına  torba,  kisə  və  ya 

çuval deməyib,  qarın deyib.           



Qarın  qapalıdır:  topa  bənzəyir,  yumrudur; 

yarılmayınca içi görünməz. 

Qarın qarpız kimidir. 

Qarın pırpız forma alanda qarpız olur. 

“Qarpız”  sözünün  mənasını  əksəriyyət  “qar”  və 

“buz”  anlamlarının  birgəliyi  müstəvisində  aramağa 

meyllidir.  Əgər  elə  isə  onda  “yarpız”  “yar”  və 

“buz”  kimi  çözülməlidir?  Yox,  məncə..  Hərçənd  mən 

elə  fikirləşirəm  ki,  qarpız  pırsımış,  pırpızlaşmış, 

dəbərmiş,  şişmiş  qarın  obrazının  semantikasında  öz 

adını tapıb. Qarpız giləmeyvələrin pırpızıdır. 

Bədəndə pırpızlaşan nəsnə həmişə qarındır.  

Kəndirdən  yapışan  kimi  dildən  yapışıb  söz 

quyusunun  dərinliklərinə  enək:  o  yerdə  ki  mifoloq 

Mirəli  Seyidov  dayanmışdı,  bax,  ondan  da  o  yana 

gedək, 

arxaik 


düşüncə 

müstəvisində 

mənaların 

səslərə 


hopmasını, 

səslərdə 

kodlaşmasını, 

söz 


olmasını, sözə çevrilməsini izləyək.       

Azərbaycan  türkcəsində  “qarın”  kəlməsinin 

semantik  çənbərində  “bədən  üzvü”  anlamından  savayı 

daha  nələr  gizlənir?  Bu  söz  necə  peyda  olub,  necə 

dilə gəlib, necə dilə ilişib dildə qalıb? 

“Qarın”  sözünün  küylü  lokomotivi  “qa”dır. 

Vurğu  da  həmin  bu  “qa”  hecasının  üstünə  düşür. 

Təsadüf?  Dilin  qanunu?  Yoxsa  mənanı  qabartmaq, 

aktuallaşdırmaq 

cəhdi? 


 

Məncə, 


üçüncü 

daha 


produktiv gümandır. 

Nədir  belə  bu  “qa”?!  Haradan  zühur  eləmiş  və 

nəyi  açıqlamış  ola,  yahu?  Bəlkə  Süleymanın  bildiyi 

quş dilidir bu?      

Kiçik 

bir 


xatırlatma, 

anons: 


gündəmdə 

Azərbaycan  folklorudur  –  “Məlikməmmədin  nağılı”. 

Həmin  nağılın  qısa  bir  fraqmentindən  bilinənlər: 

Simurq  quşu  Məlikməmmədi  xilas  eləyib  qaranlıq 

dünyadan  işıqlı  dünyaya  apararkən  ona  tapşırır  ki, 

havada  mən  sənə  “qa”  desəm,  ət  verərsən,  “qu” 

desəm, su. Ət qurtaranda, Məlikməmməd naəlac qalır, 

öz  budundan  bir  tikə  kəsib  quşa  atır,  əvəzində 

xilas olur, işıqlı dünyaya çatır. 

Nağıl  kontekstində  “qa”  (torpaq  başlanğıcı) 

əti,  “qu”  (su  başlanğıcı)    isə  suyu  bildirən  nida 



 

393 


sözləridir.    Amma  onlara  bir  enerji  kimi  də 

yanaşmaq mümkün. “Qa”  “qu” olmasa, Simurq uçmur

Məlikməmməd  qaranlıq  dünyadan  (xaosdan)  qurtulmur 

və nağıl alınmır. 

Azərbaycan mifologiyasında “qa”  “qu” enerji 

baçlanğıclarını  dil  qatında  simvollaşdırır.  “Qa” 

Yer  enerjisini,  “qu”  Göy  enerjisini  rəmzləşdirir: 

onların birgəliyi harmoniyanın  atributudur. 

Dadlı  nə  varsa  həyatda,  biz  onları  körpələrə 

“qaqa”  (və  ya  “qaqqa”)  kimi  tanıdıb  anladırıq. 

Körpələrlə 

ünsiyyətdə 

nağıl 


dili, 

mif 


dili 

aktivləşir:  biz  körpələrlə  təmas  quranda,  onları 

dindirəndə  sözlərin  ibtidasına  dönürük,  sözü  konfet 

kimi 


soyub 

onun 


energetik 

cövhərini 

balaca 

cocuqlara  təqdim  edirik.  Bu  fikir  bucağından 



məsələyə 

yanaşanda 



“qaqa” 

sanki 


xalis, 

saf 


enerjinin,  “qa”  enerjisinin  iki  misli  kimi  öz 

mahiyyətini bəyana gətirir. 



“Qab”  sözünün  də  əsasında  yenə  həmin  qa” 

dayanır:  yəni  “qa”nı  tutan,  “qa”nın  bir  yerdən 

başqa  bir  yerə  aparılmasını  təmin  edən  bir  nəsnəni 

bildirir bu söz.       



Qaşıq  (tələffüzdə:  “qaşığ”  və  ya  “qaşıx”) 

enerji 


ötürücüsüdür: 

“qa” 

bədəni 


yaşadandır, 

bədənin  işığı  ilə,  aurası  ilə  ilişiklidir:  “qa”nı 

içəri  ötürməyə  yardımçı  olur.  Qaşıq  bədənə  “qa”nın  

enerjisini daşıyır.       



Qayıq (tələffüzdə: “qayığ” və ya “qayıx”) “qa” 

və  “yığ”  kimi  oxunanda  məna  həməncə  aydınlaşır: 

yəni  qayıq  dənizdən,  çaydan,  göldən    “qa”  (balıq, 

dadlı,  yeməli  bir  şey)  toplamaq,  enerji  toplamaq 

üçün vasitəni nişan verir. 

Qatıq  (tələffüzdə  “qatığ”  və  ya  “qatıx”), 

əslində,  “qa”nı  tıx  deməkdir.  Nə  üçün  bu  xüsusda 

“qa”  aşağılanıb  “tıx”  felinin  əmr  formasına  ürcah 

olmalıdır?  Azərbaycan  folklorunda  biz  belə  bir 

fikir  oynatması  ilə  üzləşirik:  “Get  bazara,  can 

(ət)  al,  gətir,  can  (yəni  ət)  olmasa,  yarımcan 

(yumurta)  al,  gətir,  yarımcan  (yəni  yumurta) 

olmasa,  badımcan  al,  gətir,  badımcan  olmasa, 

zəhrimar  (qatıq)  al,  gətir”.  Bu  fraqmentdən  bəlli 

olur  ki,  xalq  arasında  qatıq  aşağılanmış  nemətdir. 

Mümkündür  ona  görə  ki,  yeməli,  doyduracaq  bir  “qa” 



Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə