Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə127/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   123   124   125   126   127   128   129   130   ...   135

 

385 


tutur, əbədiyyətə iddialı olur və bütün varlığı ilə 

çalışır 


ölümü 

özündən 


uzaqlaşdırsın, 

ölümü 


gecikdirsin,  ölümü  aldatsın.  Qəribədir  ki,  Avropa 

fobiyalar  istehsalçısıdır.  Ona  görə  də  Hegel 

yazanda  ki,  “Şərqdə  faciə  yoxdur”,  tamamilə  haqlı 

idi. 


Qərbli 

ölümdən 


qaça-qaça 

hər 


şeyi 

modernləşdirir. 

Modernləşmək 

üçün 


isə 

fikir 


intensivliyi,  fikir  çabaları  və  ixtiralar  lazımdır. 

Şərqli  isə  ölümdən  qaçmır,  ölümü  samuray  qılıncı 

kimi  qoltuğuna  vurub  özüylə  gəzdirir,  kəfənini 

çalma  eləyib  başına  qoyur.  Sən  zərrəsən  və 

kainatsan: 

rahatlıq 

tap; 

çalış 


ki, 

səni 


qıcıqlandıran  fikirləri  (şeytanı)  özündən  qovasan. 

İnsan  kainat  kimi  boş,  sərbəst  və  sakit  (fikirsiz, 

düşüncəsiz)  olanda  xoşbəxtdir.  Avropada  isə  bunun 

tam  əksidir.  Beləliklə,  təzədən  gəlib  çıxdıq 

Dekarta,  yəni  maarifçilərin  fundamental  fəlsəfi 

tezisinə:  “Mən  düşünürəmsə  (və  ya  fikirləşirəmsə), 

deməli, 

yaşayıram”. 

Ona 

görə 


modern 

həmişə 


Qərbdədir;  Şərq  isə  həmişə  klassikadır;  Qərb 

şeytandır,  vampirlərlə  doludur;  Şərq  isə  tanrıdır, 

mələklərlə doludur.  

        Maarifçilik 

Qərb 

yaşam 


tərzinin 

təzahürüdür, 

Qərb 

düşüncəsinin 



inkişaf 

metodologiyasıdır 

və 

razılaşaq 



ki, 

bugünki 


texnosivilizasiyanın,  Böyük  Hadron  Kollaydəsinin 

müəllifi maarifçilikdir.   

        Maarifçilik 

səlib 


yürüşlərinin 

fikir 


müstəvisində gerçəkləşən invariantıdır.   

        Faktiki  olaraq  maarifçilik  Aristoteldən 

başlayır.  

        Düzü,  gürcü  M.Mamardaşvili  iddia  edirdi  ki, 

məhz 

Platon 


Avropa 

mədəniyyətinin 

təməl 

prinsiplərini



6

 

müəyyənləşdirib. 



Ancaq 

gürcü 


Mamardaşvili  ya  səhv  eləyirdi,  ya  da,  olsun  ki, 

Platon  öyrətisini  yanlışa  yozurdu.  Platon  öyrədirdi 

ki,  “hər  hansı  bir  dəyişiklik  şərdir,  dinclik  isə 



 

386 


şahanədir”.

7

 



Maarifçiliksə 

deyir 


ki, 

dəyişmək 

proqres  əlamətidir,  inkişafın  stimuludur,  xeyirdir. 

Platon  mifləri  də  bir  o  qədər  sevmirdi.  Miflər  isə 

maarifçiliyin  rudimentlərilə  dolu  idi.  Ona  görə  də 

Avropa  mədəniyyətinin  və  maarifçiliyinin  atası 

Aristoteldir  ki,  var.    Mən  elə  hesab  edirəm  ki, 

“Avropa  mədəniyyəti”  anlayışının  müasir  eksport 

versiyası  ilə  “maarifçilik”  analmının  içi  bir-

birinə  müsavidir.  Bu  baxımdan  fransız  Bernar  Anri 

Levi  yazanda  ki,  “Avropa  məkan  deyil,  ideyadır”, 

yüzdə  yüz  məsələnin  mahiyyətini  lakonik  bir  tərzdə 

bəlirtirdi.  Ona  görə  mən  də  deyəndə  ki,  Avropa 

mədəniyyətini  mədəniyyət  eləyən  elə  maarifçilikdir, 

tam  haqlıyam.  Aristotel  isə  maarifçilikdən  öncə 

maarifçi  idi  və  bilgi  dünyasında  bir  nizam,  bir 

sahman,  bir  bilgi  bazası  yaratmağa  çalışırdı. 

Bilgilər  toplamağın  sonu  yoxdur.  Amma  ruslar  

deyir,  yüzil  yaşa,  yüzil  öyrən,  fərqi  nədi,  axırda 

axmaq  kimi  öləcəksən.  O  zaman  ki,  Aristotel 

bilgiləri  bir-birinin  üstünə  çinləyirdi,  qədim 

çinlilər  söyləyirdilər  ki,  “dərk  etmək  iddiasından 

əl  çək  və  sən  xoşbəxt  olarsan”.    Bu  fikir  necə  də 

Platonun söyləntisilə baxışır. 

       Mən 

insanlar 

görürəm 

ki, 


onlar 

bilgi 


toplamaqdan  şişib-şişib  rezin  şara  dönüblər.  Bu, 

maarifçiliyin 

formalaşdırdığı 

insanlardır, 

maarifçiliyin 

törətdiyi 

toplumdur. 

Məhz 


maarifçilik,  və  onun  ən  bariz  təzahürü  elm  və 

təhsil, 


insanları 

dəhşətli 

ölüm 

vasitələrilə 



silahlandırıb.  Bugün  məhz  maarifçiliyin  komfortla 

bağlı 


idealları 

ətraf 


mühiti 

dərəcədə 



zibilləndirib  ki,  təbiət  bizləri  yaşada  bilmir. 

Yediyimiz 

zəhərdir, 

udduğumuz 

hava 



zəhər, 



içdiyimiz  su  -  zəhər.  İnsan  da  səhərdən  axşama 

qədər  işdə:  ona  görə  ki,  yaşayış  komfortunu  ideala 

çatdırmaq  istəyir.  Hər  uçan  təyyarənin,  hər  gedən 

maşının, mən hələ bomba və raketləri, süni peykləri 




 

387 


demirəm,  təbiətə  və  bizə  vurduğu  ziyan  ölçüyə 

gəlməzdir.  Təbiətin  enerji  resursları  isə  bir  əsrə 

çata,  ya  çatmaya.  İnsanlar  isə,  və  ələlxüsus  da 

biz, bunu heç cür dərk edə bilmirik.  

       İnsanlığı bu  ərəfəyə nə gətirdi? Əlbəttə ki, 

maarifçilik.  Heç  mən  özüm  də  yazdığıma  inanmaq 

istəməzdim.  Amma  nə  etməli  ki,  məntiq  də,  deduktiv 

metodla  analiz  də  bunları  diktə  eləyir.  Niyə  mən 

maarifçiliyi  suçlayıram?  Gəlin,  müəyyənləşdirək  ki, 

nədir  bu  maarifçilik?  Bir  az  əvvəl  söyləmişdim  ki, 

ingilislər 

buna 


“inlaytment” 

deyir, 


yəni 

aydınlatma.  Nəyi  aydınlatma?  Prosesləri,  dünyanı. 

Aydınlatmanın  əsasını  isə  bilgi,  bilgi  sistemləri 

təşkil  edir.  Bilgi  toplamasan,  heç  nəyə  çata 

bilməyəcəksən,  rahatlıq  əldə  etməyəcəksən,  enerji 

itkisini  minimal  səviyyəyə  endirməyəcəksən.  Bilgi 

eyni zamanda insanın, təbiətin əleyhinə işləyən bir 

sistemdir.  Maarifçilik  insanı  gətirib  o  yerə 

çıxarır  ki,  insan  təbiəti  ram  etmək  ideyası  ilə 

yaşayır  və  bununla  da  özü  öz  əlilə  öz  məhvinə  imza 

atır.  Bax,  absurd  elə  bu  məqamda  bir  hörümçək  kimi 

hər  şeyin  üstünə  tor  çəkir.  Axilles  heç  vədə 

tısbağanı  ötüb  keçə  bilməyəcək.  Yaydan  buraxılmış 

ox  hər  zaman  statikadadır  (Zenon).    İnsan  nə  qədər 

çox  komforta,  bolluğa  can  atsa,  bir  o  qədər  öz 

işini  çətinə  salacaq,  bir  o  qədər  öz  sağlamlığına 

zərbə vuracaq. 

     Ona 

görə 

Şərqdə 


bütün 

idrak 


modelləri 

konsentrikdir,  Qərbdə  isə  -  spiralvari.  Bütün 

spiralların içindən isə mütləq şəkildə bir ox keçir 

və 


bu 

ox 


irəliyə 

doğru, 


inkişafa 

doğru 


istiqamətlənib. 

Bu 


ox 

maatifçiliyin 

oxudur, 

aydınlatmanın 

oxudur. 

Şərq 


isə 

aydınlatmaya, 

anlamağa, 

dərk 


etməyə 

yox, 


qəfil 

nurlanmaya 

meyllənir. 

Nurlanmaq 

üçünsə 


sən 

gərək 


bütün 

kitablardan,  bilgilərdən,  dərk  etməkdən  imtina  edib 

dünyanı 

qəlbinlə, 

duyğularınla 

görəsən, 

dünya 



Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə