Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə123/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   119   120   121   122   123   124   125   126   ...   135

 

373 


maarifçilərin  “qazdığı”  dünya  tunelində  adamları 

“yedi”. 


       İslam  VII  yüzildən  başlayan  maarifçilikdir, 

Şərq  maarifçiliyinin  özünəxas  təzahür  formasıdır: 

amma  heç  kim  İslama  maarifçilik  kimi  baxmır.  İslam 

Avropa  maarifçiliyini,  yuvarlaq  götürsək,  on  əsr 

qabaqlamış  maarifçilikdir.  Fransua-Mari  de  Aruenin, 

yəni  Volterin  Muhamməd  peyğəmbəri  öyrənmək,  onun 

missiyasını  təhlilə  çəkmək,  tənqid  etmək  azartı 

əbəs  deyildi.  Üstəgəl  məxfiləşdirilmiş  aqressiya  və 

ateist  pafos.  Şübhəsiz  ki,  Volter  İslamda  maarifçi 

tendensiyasını, 

maarifçiliyin 

elementlərini 

və 

hətta  yayılma  tendensiyasını  görürdü,  amma  onu 



maarifçilik  adına  yazmaqdan  çəkinirdi.  Hərçənd  bunu 

elə-belə  maraqlı  bir  fikir  seqmenti  kimi  ortalığa 

atıram,  məqsədimsə tamam ayrıdır. 

       Əslində  fakt  bu  ki,  indən  beləsinə  mənim 

məqaləmdə 

maarifçilik 

fəlsəfəsinin 

(ideologiyasının, 

qavrayış 

tərzinin, 

düşüncə 

modusunun!?)  reviziyası  start  götürür.  Amma  bu 

məsələdə  mən  birinci  deyiləm.  Teodor  Adorno,  Maks 

Horkhaymer,  Karl  Yaspers,  Karl  Popper,  Yurgen 

Habermas

1

  kimi  bir  sıra  Avropa  filosofları  məndən 



əvvəl 

maarifçiliyi 

əməllicə 

suçlayıblar, 

onu 

“repressiv  ağıl”  kimi  qınaq  obyektinə  çeviriblər. 



Lakin 

maarifçiliyin 

tənqidi 

adətən 


Qərbdən, 

Avropadan  olub,  Şərqdə  isə  nədənsə  bu  tənqid  heç 

vədə  aktuallaşmayıb.  Çünki  şərqlilərə  maarifçilik 

həmişə  Şərqin,  Şərq  adamının  yeganə  çıxış  yolu, 

xilas  yolu  kimi  təqdim  və  təlqin  edilib,  nişan 

verilib, 

tanıtdırılıb. 

Yəni 


maarifşilik 

nədi, 


bəyənmədiyin  nədi?  İslamı  at,  Şərqi  tulla  bir 

kənara və marifçiliyə gəl. Professor Rəhman Bədəlov 

da  “Azərbaycanın  Avropa  seçimi”  deyəndə  elə  bunu 

deyir  və  filosof  Niyazi  Mehdilə  az  qala  repressiv 

tonallıqda  danışaraq  başqa  invariant  mövcudluğu 

barədə,  maarifçiliyi  semantik  bolluğa  salmaq  barədə 




 

374 


diskussiya  aparmağı  beləH  lüzumsuz  sayır.

2

  Bu  dəfə 



də  dalğa  həmin  dalğadır;  koordinat  da  əvvəlki  kimi 

dəyişməzdir.  Avropa,  maarifçilik  yenə  podiumda 

bizlərə  dəb  göstərir.  Məhz  bu  modern  dəb,  model, 

nümunə,  etalon  axtarışı  o  yerə  gətirib  çıxarıb  ki, 

şərqli  qavrayışında  maarifçilik  (artıq  maarifçilik 

bərabərdir  Avropaya,  və  əksinə)  gəlib  dialektika 

ilə 

yan-yanaşı 



dayanıb, 

bir-birinə 

müsavi 

götürülüb,  hətta  maarifçilik  dialektikanın  (sosial 



inkişaf  mənasında)  səbəbi  kimi  anlaşılıb.  Əgər  biz 

Avropanın 

ətəklərindən 

yapışırıqsa, 

maarifçi 

oluruq, 


xoşbəxtliyə 

qovuşuruq; 

yox, 

uçuruma 


yuvarlanıb 

gedirik, 

“müsəlman” 

adlandırılıb 

döyülürük.  Məsələyə  bir  qədər  fərqli  yanaşaq  və 

professor  Niyazi  Mehdi  demişkən,  semantik  bolluğa 

çıxaq.  Doğrusu,  maarifçiliyin  tənqid  və  çözümünü 

permanent  şəkildə  avropalılar  səsləndirdiyi  üçün 

Şərqdə  onun  məğzinə,  mahiyyətinə  vara  bilməyiblər, 

maarifçiliyə  ideologiya  kimi,  sosial  proqram  kimi, 



silahsız aqressiv basqın metodu, qarət, zəbt planı, 

səlib yürüşlərinin variantı kimi yanaşmayıblar.  

       “Maarifçilik  nədir?”  sualına  mən  konkret 

cavab  bula  bilmədim.  Mənbələrin

3

  hərəsi  bir  şey 



söylədi. 

Maarifçilik 

nə 

fəlsəfədir, 



nə 

ideologiyadır,  nə  siyasətdir,  nə  yaşam  üslubudur, 

nə  bədii  cərəyandır,  nə  də  təhlil  metodologiyası. 

Hərçənd  bunların  hamısı  bir  yerdə  olanda  olur 

maarifçilik.  Amorfdur,  anlamsızdır.  Bəlkə  bir  az 

xırdalayaq və təkrarən bir də soruşaq axı “nədir bu 

maarifçilik”? 

Ona 


ingilislər 

(təbii 


ki, 

fransızların  definisiyasından  sonra)  “enlightment” 

(inlaytment),  yəni  “işıqlandırma”,  “aydınlatma” 

deyirlər. 

Ruslar 

da, 


maarifçiliyi 

almanlardan 

öyrənə-öyrənə,  götürüb  bu  ifadəni  öz  dillərinə 

doğru-dürüst  tərcümə  eləyiblər;  elə  tərcümə  eləyib, 

elə  mənimsəyiblər  ki,  hadisənin  özü  praktiki 

surətdə  bir  rusluq  qazanıb,  ruslaşıb  və  rus 




 

375 


versiyasında 

Rusiya 


imperiyasının 

tərkibində 

yaşayan  xalqlara  eksport  edilib.  O  xalqlar  da 

aydınlatmanın, 

maarifçi 

işığının 

məhz 

qonşu 


Rusiyadan  gəldiyinə  inanıblar;  “inanıblar”  nədir, 

bu  hadisəyə  valeh  olublar,  aşiq  olublar,  onu 

özlərinə 

əlac 


bulublar. 

Ruslar 


ingilisin 

“işıqlandırma”sına  tam  adekvat  bir  söz  tapıblar: 

“просветительство”  (prosvetitelstvo).  İfadə  “svet-

it-sya”  məsdərindən  alınmadır,    kökündə  “svet” 

(işıq)  anlayışı  dayanır.  Ruslar  orijinala,  yəni 

qərbli 


məfkurəsinə, 

maksimal 

dərəcədə 

yaxınlaşıblar.  Deməli,  maarifçilik  həm  Qərb,  həm 

rus 

versiyasında 



nəyisə 

işıqlandırıb 

aşkara 

çıxarmaq, 



qaranlığı, 

dərinliyi 

aydınlatmaq, 

görükdürmək  mənasını  özündə  qapsayır.  Sən  əgər 

korsansa,  sənə  işıq  lazım  deyil.  Yox,  əgər 

görürsənsə, işığı özün tapacaqsan. 

       Şərq  (Azərbaycan,  İran,  Asiya  ölkələri) 

variantında isə maarifçilik anlamının içi bir qədər 

daha  konkretdir.  Maarifçi  elmli  və  bilikli  adamı, 

elmə, biliyə, mədəniyyətə xidmət edən adamı, savad, 

elm,  təhsil  təbliğçisini  bildirir.  Burada  “arif” 

sözü  “maarifçilik”  ifadəsinin  məna  planetidir, 

“ürfan”, 

“maarif” 

sözlərisə 

onun 


peykləridir. 

Çağımızda  maarifçi  xalqı  ağ  günə  çıxarmaq  istəyən 

və  bu  yolda  çabalar  yapan  bir  ziyalı  tipi  kimi, 

demokrat  ziyalı  tipi  kimi  definisiya  olunur  və  bu 

bizi bir daha “inlaytment” sözünün mahiyyətinə sarı 

çəkib  aparır.  Qısa  bir  haşiyə  çıxıb  onu  da 

xatırlatmağı 

əhəmiyyətli 

sayıram 

ki, 


“ziyalı” 

sözünün də işıqla, aydınlatma ilə müstəqim ilişkisi 

var:  farsca  da  “ziya”  işıq  deməkdir.  Anadolu 

türkləri  də  ziyalıya  “aydın”  deyəndə  “maarifçilik” 

adlı nişangahın mərkəzini yüzdə yüz vururlar. 

       Lakin  bu  izahlar  “maarifçilik  (inlaytment, 

prosvetitelstvo) 

nədir” 


sualını 

birbaşa 


cavablandırmır,  amma  məsələnin  həndəvərini  qəşəngcə 


Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə