Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə122/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   118   119   120   121   122   123   124   125   ...   135

 

369 


təsirin  nəticəsidir,  təbii  ki,  elə  ona  görə  də 

qəfildir, gözlənilməzdir və idarəolunmazdır. 

     Tənqid 

instinktiv 

reaksiyadır, 

nağd 


reaksiyadır. 

     Ən nağd tənqid isə Atanın tənqididir. 

     Qərinələr 

ötsə 


də 

tənqid 


öz 

arxaikasını 

unutmur. 

     Görəsən,  bədii  yaradıcılıqla  bağlı  tənqidin 

fəaliyyəti üçün bu arxaika realdırmı, işləkdirmi? 

      Hər  bir  sənətçi  bilincsizlik  qatında,  yəni 

instinktiv  şəkildə  Ata  funksiyasını  yerinə  yetirmək 

iddiasındadır.  Onun  şöhrətə,  birinciliyə,  tanınmış, 

sevimli  olmağa  meyli  (dişilər  uğrunda  sürüdə  gedən 

fiziki  mübarizə  başqa  formada  mədəniyyət  şəbəkəsinə 

proyeksiya olunur) bu iddianın gerçəkliyindən doğur. 

Tənqid  isə  məhz  bu  iddianı  sənətçiyə  bağışlamır. 

Çünki potensial Ata rolunda tənqid özünü görür. Yəni 

Ata-Oğul  situasiyası  başqa  bir  tarixi  dönəmdə, 

uyqarlığın  dəstəklədiyi  bir  formada  və  tərzdə 

təkrarlanır.  Belə  ki,  tənqid  də  Ata  mövqeyinə 

iddialıdır.  Və  praktika  göstərir  ki,  tənqid  həmişə 

özünü  Ata  kimi  aparmağa  həvəslidir.  Hər  halda 

tənqidin  mütəmadi  olaraq  Ata  pozasında  dayanması 

şəksizdir.  Tənqid  elə  hesab  edir  ki,  sənətçiyə 

(şairə,  yazıçıya)  yol  göstərmək,  öyüd  vermək  onun 

missiyasıdır. Bu, isə xalis Ata roludur. Ata-Öcül də 

öz oğullarını sürüdən qovanda inanırdı ki, haqlıdır. 

Tənqidçi  də  elə  həmən  sayaq:  sanır  ki,  estetik 

qanunlara, 

təsdiqlənmiş 

mənəvi-əxlaqi 

dəyərlərə 

söykəndiyi  üçün  həqiqət  onunladır.  Di  gəl  ki,  bu 

platforma  sənətçini  razı  salmır.  Odur  ki,  sənətçi 

tənqidlə  heç  vədə  barışmır,  onu  orqanik  şəkildə 

qəbul  eləmir.  Nədən  ki,  tənqid  onun  Ata  olmaq, 

birinci  olmaq  istəyinə  qarşı  aşkar  bəyan  edilməmiş 

təcavüzdür.  Elə  bu  səbəbdən  də  həm  sənətçilər 

(yazıçılar, 

şairlər, 

rejissorlar, 

aktyorlar, 

rəssamlar və s.), həm də rəhbər işçilər, yəni vəzifə 



 

370 


sahibləri  (axı,  onların  hər  biri  kiçik  bir  atadır), 

xüsusilə  də  diktatorlar  tənqidçiləri  sevmirlər. 

Bunun  digər  bir  səbəbi  də  mövcuddur:  tənqid  öz 

zəifliyini,  gücsüzlüyünü  gördükdə  çuğulluğa,  sivil 

satqınlığa,  haradasa  lap  təxribata  əl  atır,  yəni 

mübarizənin bütün üsullarından yararlanır. 

     Tənqidçi  və  sənətçi  münasibətləri  Ata-Oğul 

münasibətlərinin  yeni  zəminə  köçürülməsi,  hətta 

haradasa  mübarizənin  sivil  yolu  və  bir  qədər  də 

transformasiya 

patologiyasıdır. 

Onlar 


bu 

münasibətlər 

kontekstində 

heç 


cür 

özlərinə 

aydınlaşdıra  bilmirlər  ki,  kim  kimdir.  Ancaq  bu, 

təbiidir, 

instinktin 

mədəniyyət 

parametrlərində 

gerçəkləşməsi faktıdır. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



 

371 


ŞƏRQ VƏ QƏRB DİXOTOMİYASI 

MAARİFÇİLİK KONTEKSTİNDƏ 

(tək və cüt üçün çətir) 

 

 

       Tək  birdir,  bir  ol-dur,  bir  olandır,  bir  

ol-andır. 

       Cüt  iki  deyil:  tək  üstəgəl  təkdir,  bir  və 

bir cütlüyüdür, iki dənə birdir.                

       Kim 

ki 


barmağını 

ayrı-ayrı 

detallara 

tuşlayıb,  maarifçiliyin  Dekart,  Volter,  Rasin, 

Kornel,  Kant,  Hegel  kimi  müəlliflərini  və  fikir 

işçilərini  sitatlaşdırıb,  “bu,  belə  deyil,  elədir”, 

söyləyəcəksə,  onda,  qoy,  heç  bu  məqaləni  oxumasın. 

Çünki mən zənn edirəm ki, maarifçiliyin “maskası”nı 

üzündən 

çıxarıb 


onun 

mahiyyətini, 

ideoloji 

tendensiyasının  cövhərini  aşkarlamışam:  yəni  o 

nəsnəni  ki,  onun  haqqında  nə  Volter,  nə  Kant,  nə 

Hegel,  nə  də  bizim  Rəhman  Bədəlov  düşünüb  və 

danışıb. 

       Öncə  mənim  üst-üstə  çinlədiyim  bilgilər 

hücrəsində  problemin  gündəm  platforması:  müasir 

dünya  ki,  necə  var  və  biz  onu  necə  görürük,  necə 

qavrayırıq,  necə  başa  düşürük,  necə  çözürük,  necə 

təhlilə 


çəkirik, 

maarifçiliyin 

yaratdığı, 

planlaşdırdığı  və  virtual  bir  şey  kimi  bizə  miras 

saxladığı  dünyadır,  maarifçiliyin  bizim  qafamız 

içinə 


sığışdırdığı 

mobil 


dünyadır 

(“dünya” 

kəlməsini  işlətdiyimiz  zaman  biz  yumruca  Yer 

kürəsini  yox,  adətən  toplumların  cəmini  və  insan 

yığnaqlarının  taleyini  göz  önünə  alırıq,  dünyanı 

super  böyük  cəmiyyət  kimi  təsəvvür  edirik:  hər  bir 

cəmiyyətsə  bərabərdir  insan  münasibətləri  üstəgəl 

qanunlar),  maarifçiliyin  xalqlara,  millətlərə  izah 

etdiyi, anlatdığı dünyadır və bu dünyanın toplumsal 

ziddiyyətləri 

maarifçiliyin 

ideyalarından, 

məramnaməsindən,  hadisələrə  və  nəsnələrə  verdiyi 



 

372 


təyin  şablonlarından  törənən  ziddiyyətlərdir;  yəni 

ictimai-sosial  dünyanın  (super  böyük  cəmiyyətin) 

pozitivləri 

və 


neqativləri 

eyni 


dərəcədə 

maarifçilikdən  qaynaqlanır.  Sözün  qısası,  biz  bugün 

maarifçiliyin  qurduğu  (“qazıdığı”)  dünya  tunelində, 

maarifçiliyin 

düzənlədiyi 

gerçəklik 

parametrlərində,  maarifçilik  dünyasında  yaşayırıq. 

Burada mən professor Rəhman Bədəlovla bir müstəvini 

bölüşürəm.  Lakin  məsələ  gəlib  o  yerə  çatanda  ki, 

maarifçi 

dünyanın 

və 


dünya 

maarifçiliyinin 

alternativi  yoxdur  və  heç  olmayıb  da,  mən  bununla 

barışmıram:  öz  düşüncə  özgürlüyümü  itirməmək  üçün 

barışmıram. 

Barışmıram 

ona 

görə 


ki, 

Rəhman 


Bədəlovun  bəyan  etdiyi  həqiqətlərdə  bir  çarəsizlik, 

bir  fiasko,  bir  təslim  sindromu  görürəm.  150  il 

bundan  əvvəl  də  Seyid  Əzim  elə  oxşar  bir  şey 

demişdi...  Və  məsələ  bu  şəkildə,    yəni  mismar 

taxtaya 

yeridilən 

kimi 

beyinlərə 



yeridiləndə 

əlacsızlar  yazıq  olur.  Nədən  ki,  əlacsız  boyun 

əymək  məcburiyyətində  qalır.  Hər  bir  məcburiyyət 

isə  azadlığa  təcavüzdür  və  zülm  (“məcburiyyət” 

sözünün kökü cəbrdir) formasıdır. 

       Bundan 

yana 


fikirlərim, 

olsun 


ki, 

kimlərisə  şaşırtsın,  kimlərisə  şoka  salsın:  hərçənd 

əksi də ola bilir. 

       Artıq  neçə  əsrdir  ki,  maarifçilik  dünyaya 

seytnot  vəziyyətini  yaşadır:  ləngimə,  tez  ol, 

inkişaf  elə;  yubanmaq  fəlakətdir,  vaxt  itkisidir, 

uduzmaqdır,  ölümə  bərabərdir.  Və  ya  bu  tezisin 

başqa  variantı:  ara  vermədən  işdə  ol,  işlə  ol, 

işlək  ol  ki,  dişləyəsən.  İnsan  dünyaya  işləmək  və 

dişləmək 

üçün 

gəlib. 


Burada 

“iş” 


“ov”un 

əvəzləyicisi  kimi  götürülə  bilər.  Bir  zamanlar  bir 

türk  mahnısında  oxuyurdular:  “insanıq  biz,  insanıq 

biz,  ən  ağıllı  heyvanıq  biz”.  Qəribəsi  ondadır  ki, 

iş  maarifçilik  üçün  də  məqsəddir.  Belə  ki,  iş 



Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə