Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə124/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   120   121   122   123   124   125   126   127   ...   135

 

376 


ornamentləşdirir.  Maarifçilik  bir  nöqtə  ətrafında 

çətirvari  və  ya  spektral  təsir  dairəsi,  enerji 

sahəsi 

yaratmış 

sosial-kulturoloji 

hadisədir. 

Maarifçilik  Avropa  mədəniyyətinin  toplumların  başı 

üstündə  açdığı  ağıl  və  borc  çətiridir.  Bu  çətirin 

cızdığı  sfera  dışında  emosiyanın,  ehtirasın,  nəfsin 

və  azadlığın  xaos  formasının  toruna  düşmək  qorxusu 

mövcuddur. 

Onun 

(xəyali 


çətirin) 

mərkəzindəki 

(xəyali)  yumru  isə  “borc”  ideyasını  işarələyir. 

Borc  duyğudur,  ağıl  isə  borca  nəzarətdir.  Ağıl 

borcdan  yüksəkdə  dayanıb  və  deyir  ki,  insanın  öz 

bədəninə,  əcdadlarına,  xalqına,  vətəninə,  topluma 

borcu  var:  bu  borcdan  qaçmaq  və  ya  bu  borca  qarşı 

etinasızlıq  bütün  variantlarda  mənəviyyatsızlıq 

ayağına  yozulur.  Hərçənd  ağılsızlığın  borcu  olmur: 

ağıl  itəndə  borc  da  itir.  Dəlilər  heç  nəyə  borclu 

deyillər. Dəlilərin dini və borcu yoxdur. Əgər belə 

isə, onda dinin tənqidi kimi tarix meydanına atılan 

maarifçilik 

dindir, 

dinsizlik 

barəsində 

dinən 

dindir.  Daha  doğrusu,  borc  maarifçiliyə  dinin 

paltarını 

geyindirir, 

ağıl 


isə 

onu 


elmin 

mantiyasına bürüyür.  

       Borc  maarifçi  çətirin  çənbəri  hüdudlarında 

elmi aktivləşdirir və ağıldan xahiş edir ki, onunla 

eyni  müstəvini  bölüşsün  və  elmi  (birbaşa  maarifin 

özünü) 


idarə 

eləsin. 


Maarifçilik 

öyrətmədir, 

dərsdir,  savadlandırmadır,  başqasının  başına  ağıl 

qoymaqdır.  Sən  bilgi  qazanmağa  və  öz  bilgilərinlə 

bölüşməyə  borclusan,  çünki  toplumun  vətəndaşısan. 

Əlbəttə  ki,  bu  yöndən  baxanda  maarifçilik  elmdir. 

Hətta  demək  də  olar  ki,  maarifçilik  fəlsəfədir 

(dünyanı  izah  etməyə  çalışır),  tarixdir  (hadisələr 

determinizmini  təhlilə  çəkir),  estetikadır  (öz 

bədii qanunlar sistemini ortaya qoyur), dindir (bir 

mənəviyyat  şəbəkəsi  kimi  insanları  əxlaqa  çağırır), 

əl-kimyadır  (dünyanı  və  insanları  xilas  etmək 

missiyasını boynuna götürür). 



 

377 


       Və 

bütün 


bunlarla 

yanaşı 


maarifçilik 

(inlaytment)  nə  odur,  nə  budur,  nə  də  üçüncüsü. 

Maarifçilik  sistemdir  və  bu  sistemdə  (bu  çətirin 

altında)  hər  nə  desən  bulunur.  O,  XVII  əsrin 

intellekt  pandemiyası  olub  və  davamlı  şəkildə 

yayılaraq  gəlib  yalnız  XX  yüzilin  sonuncu  rübündə 

qismən “sönüb”. Belə ki, dindən (kilsədən, xavradan 

və  ya  məsciddən)  ayrılanlar  maarifçiliyi  özlərinə 



din 

biliblər. 

Maarifçiliyi 

mən 


sosial 

selə 


bənzədərdim  və  bu  sel  öz  içində  həm  dini,  həm 

ateizmi,  həm  elmi  yaxşıca  bir-birinə  qarışdırıb 

şəhərlərdən, 

kəndlərdən 

“axıdırdı”. 

Bu 


gündən 

tarixə  boylananda  məndə  belə  bir  təəssürat  oyanır 

ki,  maarifçilik  geniş  sosial  proqram  kimi  ortaya 

atılıb,  səlib  yürüşlərinin  yeni  versiyası  və 



modifikasiyası  kimi  ortaya  atılıb.  Qərb  Şərqi 

maarifçiliklə  tələsdirib  və  onu  özünə  oxşatmaq, 

oxşadıb 

yararlanmaq 

məqsədində 

bulunub. 

Səlib 

yürüşlərinin  edə  bilmədiyini  maarifçilik  bacardı. 



Maarifçilik  Avropanın  ən  alicənab  agenti  idi, 

Avropanın 

darısqallıqdan 

genişliyə 

çıxardığı 

“interaktiv”  desant  idi.  Rus  mütəfəkkiri  Nikolay 

Berdyayevin  bir  fikrini  indi  oxuculara  heç  də 

əbəsdən  xatırlatmıram:  “Batıda  darısqallıqdır,  hər 

nə  varsa,  cızığa  salınıb,  kateqoriyalaşdırılıb, 

düzümdədir  (maarifçiliyin  çabaları  nəticəsində  - 

kursiv  A.T.)  və  ona  görə  də  uyqarlığın  gəlişməsi 

üçün  əlverişli  təhsilə  özül  yaradıb.  Rusiya  isə 

azman  məkandır  və  rus  qutunda  bu  azmanlığın 

sınırsızlıq  etgisi  var.  Rus  qutunun  görüntüsü  rus 

torpaqlarının  görüntüsünə  uyğundur,  orada  da  eyni 

sınırsızlıq  var.  Demək  olar  ki,  rus  ulusu  rus 

torpaqlarının  sınırsızlığının,  təbii  stixiyasının 

qurbanı olub. Düzümə salmaq, biçimləmək ruslara çox 

baha başa gəlir”.

3

 Batı darısqallığı, yaşamın cızığa 



salınması,  təhsilin  (təhsil  ən  böyük  borcdur, 

maarifçiliyin  təməlidir)  özül  kimi  götürülməsi  elə 




 

378 


maarifçiliyin  Avropa  üçün  açdığı  çətiri  işarələyir. 

Məhz 


çətirin 

altında 


məkan 

çevrələnir, 

darısqallaşır,  dünya  çızığa  düşür.  Demokratiya 

həmişə  maarifçiliyin  çətiraltı  demokratiyası  olub. 

Düzdür,  Nikolay  Berdyayev  burada  rus  qutunun 

təhlilini  verir:  amma  bu  təhlildən  maarifçilik  və 

Rusiya  görünür.  Maarifçilik  qədəm-qədəm  Avropanı 

gəzib Rusiyanı və arxasınca bütün Şərqi yavaş-yavaş 

öz  çətirinin  altına  gətirdi.  Rusiya  lokomotiv  olub  

Şərqi  Avropaya,  maarifçiliyə  sarı  “sürüklədi”. 

Beləliklə, 

Batı 

maarifçiliyi 



dünyanı 

“darısqallaşdırdı”,  başqalarının  özgür  və  özəl 

olmaq  imkanını  əlindən  aldı.  Maarifçilik  hamının 

əvvəlcə  düşüncəsini,  sonra  yemək  və  geyimini,  daha 

sonra  isə  görkəmini  (I  Pyotr  rus  boyarlarının 

ətəklərini  və  saqqallarını  tutub  kəsdi)  bir-birinə 

bənzətdi. Maarifçilik “sönsə” də, bu proses hələ də 

davamlıdır. 

       Totalitar  olmaq  maarifçiliyin  mayasındadır.

5

 

Deməli, 



burada 

bir 


məcburiyyət 

gizlənib. 

Maarifçilik  total  təhsilin  müəllifidir.  O,  bütün 

mümkün  rezervlərini  işə  salaraq,  bütün  imkanlarını 

aktivləşdirərək 

təhsili 


kütləviləşdirir, 

savadlandırılmış  kütlə  sindromu  yaradır:  təhsil 

şərəf  və  ləyaqət  olmaq,  imtiyaz  olmaq  statusunu 

itirib  vətəndaşlıq  borcuna  çevrilir.  Hamı  təhsil 

ala  bilər.  Kütlələrə  -  savad,  maarif!  Kütlə  azman 

energetik 

gücdür, 

instinktiv 

gücdür. 

O, 


savadlananda  daha  qorxulu  və  daha  eybəcər  olur. 

Kütləvi  savadlanma  kürəsəlləşməyə  doğru  maarifçi 

canatımıdır.  Maarifçilik  təhsili  konveyer  üsulu  ilə 

“istehsal  edir”  və  sonucda,  təhsilin  qiyafəsindən 

bir  faşistlik  yağmağa  başlayır:  çünki  kütləviləşmiş 

təhsil  dünyaya  bədheybətlər  doğur.  Heç  də  şoka 

düşməyin!  Bunu  məndən  öncə  də  söyləyiblər  və  ən 

müxtəlif  variantlarda  söyləyiblər.  Hətta  mənim 

fikrimin  gerçəkliyini  vizual  şəkildə  görmək  üçün 



Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə