Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə126/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   122   123   124   125   126   127   128   129   ...   135

 

382 


çoxaltmaq, 

artırmaq, 

insanların 

tükənməyən 

tələbatına adekvat olmaq, adekvat iş tutmaq  əvəzinə 

tənzimləmək prinsipini aktuallaşdırmalıydı. 

       Maarifçilik 

istəyi 


çoxaldır, 

ideyaların 

gerçəyə  çevrilməsi  üçün  bütün  maneələri  aşmaq 

yollarını  göstərir  və  bu  məqamda  mənəvi  arınmanı 

aktuallaşdırmır: yəni qalibləri mühakimə etmirlər. 

       Dünya  tarixində  ilk  dəfə  məhz  maarifçilik 

təbiətə  münasibətdə  zor  tətbiq  elədi,  təbiəti 

insana  xidmətçi  statusunda  gördü.  Ilk  dəfə  məhz 

maarifçilik  insanlara  təbiəti  tarmar  etmək  üçün 

fəlsəfi  şəkildə  əsaslandırılmış  anlam  verdi.  İlk 

dəfə  məhz  maarifçilik  “kəşf”  sindromunu  həyatın 

mənası  ilə  eyni  bir  rəfə  qoydu.  İlk  dəfə  məhz 

maarifçilik  kütlələrin  ağlını  hərəkətə  gətirmək 

üçün  savadlanmaq  ideyasını  ortaya  atdı  və  bu 

ağılları 

Allah 


əleyhinə 

istiqamətləndirdi. 

Maarifçilik  beyinlərin  inqilabı  oldu:  mərkəzdən 

dini  kənarlaşdırmağa  çalışdı,  toplumda  ateizmin 

gəlişməsi  üçün  baza  qurdu,  Şərq  və  Qərbin  bütün 

əsas  ayrıntılarını  üzləyib,  gündəmə  gətirib  onları 

qütbləşdirdi və Avropaya Şərqi nişan verib dedi ki, 

bax,  ora  gedin,  oranı  alın,  orada  həyat  və  nağıl 

var,  orada  böyümək  üçün,  genişlənmək,  artmaq  üçün 

imkanlar 

var!!! 

Fikirlərimin 



təsdiqini 

German 


Hessenin 

“Şərq 


ölkəsinə 

zəvvarlıq” 

romanının 

motivlərində görə bilərsiniz. 

        Fəlsəfi  araşdırmanın  əsas  sualları  da  elə 

bunlardır:  Qərb  Şərqə  niyə  gəlib  və  ya  Şərq  Qərbə 

niyə gedib? Şərq Qərbdən nə istəyir? Və bu prosesdə 

maarifçiliyin rolu nədən ibarətdir? 

       Heraklitin 

sözünü 


Hegelin 

ardınca 


təkrarlayıb  deyək  ki,  “Qərbə  yol,  Şərqə  yol  –  eyni 

bir  şeydir”.  Və  ya,  əgər  belə  demək  caizsə,  “hər 

bir  nəsnənin  qərbi  və  şərqi  var”.  Amma  bunların 

hamısı  gözəl  söyləntilərdən  başqa  bir  şey  deyil. 

“Qərblə  Şərqin  vəhdəti”  ideyası,  bu  ideyanı  tək  və 



 

383 


cüt, in və yan differensiallarında həll etmək cəhdi 

yalnız  fəlsəfi  və  sosial  blefdir.  Qərb  Şərqə  gedə-

gedə  eybəcərləşir,  Şərq  Qərbə  gedə-gedə  sısqalaşır, 

zəifləyir və günəşsizliyin içində kabusa çevrilir. 

       Qərb 

maarifçiliyi 

Şərq 

üçün 


ölümdür. 

Əslində,  bu  gün  artıq  ənənəvi  Şərq  pozulub  və 

Avropa  öz  pozduğunun  yerinə  yeni  bir  “Şərq”  sözü 

yazıb.  Maarifçilik  Şərqi  tarixdən  praktiki  surətdə 

sildi. 

İndi 

Şərq 

məhz 

Avropa 

maarifçliyinin 

istədiyi,  öyrəndiyi,  tanıdığı  və  qəbul  etdiyi 

hüdudlarda  mövcuddur,  Şərq  Qərbə  lazım  olduğu 

qədərincə  mövcuddur.  Gerçəklikdə  isə  Şərq  daha 

yoxdur.  Çünki  hər  yan,  hətta  Ərəbistan,  Çin, 

Yaponiya,  Hindistan  və  uzaq  Avstraliya  da  daxil 

olmaq  şərtilə,  Avropadır.  Şərq  isə  yalnız  coğrafi 

oriyentirdir, 

coğrafi 

cəhətdir. 



ŞƏRQ 

Şərqdə 


avropalılar üçün ekzotik muzey kimi saxlanılır.  

        Lap  əvvələ  qayıdaq.  Şərq  ərəb  dilində 

“işraq”, 

yəni 


“doğma, 

partlama, 

nurlandırma” 

sözlərinin  mənaları  müstəvisində  anlaşılır.  “Qərb” 

sözünün  semantik  çənbərinə  isə  “uzaqda,  qəriblikdə 

olan  adam”,  “qohum”,  “yaxında  olan  adam”,  “batma” 

kimi  mənalar  daxildir.  Türklər  bu  baxımdan  daha 

konkretdirlər.  Çünki  Şərqə  birbaşa  şəkildə  “Doğu”, 

Qərbə  isə  “Batı”  deyirlər.  “Doğu”  sözü  doğmaq, 

yaşamaq,  həyat,  Günəş,  bolluq,  və  məntiqi  olaraq, 

güc  bildirir,  “Batı”  anlayışı  isə  batmağı,  ölümü, 

zəifliyi, 

kasıblığı, 

tükənməyi 

eyhamlaşdırır. 

Qəribədir,  “Avropa”  sözünün  semantik  çənbərinə  də 

bu  mənalar  daxildir.  Şərq  Günəşin  doğduğu,  Qərb 

Günəşin  “öldüyü”  zonadır.  İstər  qədim  misirlilər, 

istərsə  də  qədim  yunanlar  ölüm  səltənətini  və  ya 

yeraltı  dünyanı  qərbdə  (günbatanda)  görürdülər. 

Qərbliyə  Günəş  həmişə  çatmır,  şərqli  isə  həmişə 

Günəşin  içində  “üzür”.  Bununla  da  insan  belə  bir 

məntiqi  nəticəyə  gəlir  ki,  qərbli  daim  Günəş 

defisiti, 

enerji 

defisiti 



şəraitində 

yaşayır. 




 

384 


Şərqliyə  isə  Günəş  və  enerji  hər  an  qədərincədir, 

hər  an  yetərlidir.  Bax,  bu  amil  insan  psixikasına 

çox 

mühüm 


təsir 

göstərən 

faktor 

qismində 



aşkarlanır.  Günəş  qıtlığı,  enerji  qıtlığı  ölüm 

əlamətidir.  Ona  görə  də  məntiqi  nəticə  belədir  ki, 

Qərb  ölüm  zonasıdır.  Bu  səbəbdən  də  avropalı  hər 

zaman  ölüm  zonasından  çıxmağa,  qaçmağa  çalışır. 

Qərbli 

üçün 


iş 

ölümdən 


qurtulmağın, 

yaşamı 


uzatmağın  ən  birinci  amacıdır.  Bu  çabanın,  bu 

əməlin 


mahiyyətisə 

qənaət 

etmək 

məqsədilə 

müəyyənləşir. Yəni mən necə edim ki, enerji sərfəsi 

az  olsun  və  necə  edim  ki,  maksimal  komfortla 

minimal  enerji  itirim  və  ömrümü  uzadım.  Komfort 

rahatlıq  üçün  yox,  minimal  enerji  itkisi  üçündür. 

Bu,  avropalı  həyatının  əsas  leytmotivi,  onun  ali 

məqsədidir.  Qərbli  öz  “batmaq”  zonasında  həmişə 

resurs axtarışındadır və bu axtarış onu Şərqə doğru 

getmək, 

irəliləmək 

məcburiyyətilə 

qabaq-qənşər 

qoyur.  Təbii  ki,  bu  addımın  təhrikçisi  ölüm 

qorxusudur: çünki enerji tükənən yerə ölüm gəlir. 

       Şərqli  Qərbə  komfort,  texnosivilizasiyanın 

vəd  etdiyi  ideal  rahatlıq  ardınca  gedir,  modern 

ardınca, 

yenilik 


ardınca 

gedir, 


məişətini 

sahmanlamaq  xatirinə  avropalıya  resurslarını  satır 

və  ya  satmağa  məcbur  edilir.  Şərqli  enerji  qıtlığı 

duymadığı  üçün  heç  vədə  ölümdən  qorxmur,  ölümlə 

yanaşı  yaşayır  və  ona  təbiətin  özü  kimi  yanaşır  və 

ölümü  bir  iç  rahatlığı  ilə  qəbul  edir;  ölümdən 

qaçmağı  absurd,  cəfəng  bir  iş  sayır.  Çünki  bilir 

ki,  insanın  ölümü  onun  doğumu  ilə  birgə  gəlir 

dünyaya:  əgər  doğulmusansa,  deməli,  öləcəksən. 

Hinduizmin,  Buddizmin  və  İslamın  ölümə  münasibət 

praktikasını  xatırlayın.  Ölüm  qarşısında  təlaş 

etməyinə  dəyməz:  bu  bir  alın  yazısı,  labüdlük. 

Avropalı  isə  bunu  böyük  bir  ədalətsizlik  kimi 

qavrayır: 

ölümdən 

qorxur, 


həyəcanlanır, 

təlaş 


keçirir. Nədən ki, özünü hər şeydən üstün və yuxarı 


Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə