Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə128/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   124   125   126   127   128   129   130   131   ...   135

 

388 


boşluğunu  görəsən  və  biləsən  ik,  Hüseyn  Cavid 

demişkən, “heç təlaş etməyinə dəyməz. Əgər dünyanın 

zərrə  qədər  dəyəri  olsaydı”...  Nurlanma  ruhsal 

kamillikdir.  Nurlanma  yoxdursa,  təhsilin  də  qara 

qəpikcə  qiyməti  yoxdur.  Nurlanma  için  ovqatıdır. 

Onsuz  savad,  təhsil  insana  gərəkməz.  Kamil  insansa 

bilir ki, dünya ilə tam harmoniyada yaşamaq, Allahı 

bulub  onunla  bir  olmaq,  boş  olmaq,  istəklərdən, 

tanrı  olmaq,  əbədi  olmaq  arzularından  əl  çəkmək 

maksimal  komfort  və  xoşbəxtlikdir.  Nurlanmış  insana 

dərk 

etmək 


önəmli 

görünmür; 

bilgi 

toplamış, 



savadlanmış  insan  isə  elə  hey  nəyisə  anlamağın, 

dərk  etməyin  həşirindədir.  Bilgi  ona  hər  zaman 

azlıq edir. Nurlanma ilə hər şeyə çatmaq və dünyada 

“ərimək”, 

dünya 

olmaq 


mümkündür. 

Əgər 


sən 

nurlanmısansa,  sənin  heç  nəyə  ehtiyacın  yoxdur  və 

sənin  nurun  digər  fərdlərə  də  işıq  salacaq. 

Əslində,  insanlığın  şüarı  belə  olmalı  idi:  yaşa  və 



heç  nəyi  dəyişmə,  başqalarına  da  yaşamağa  imkan 

ver!  Çünki  nəyisə  dəyişmək  sonucda  insanın  xeyrinə 

olmur. Təbiətə müdaxilə edilməyəndə, təbiət özü hər 

şeyi  tənzimləyir.  Belə  ki,  insanın  ağlı  nə 

“doğursa”,  yəni  nə  kəşf  eləyirsə,  sonucda  onun  öz 

əleyhinə yönəlir. 

       Hərçənd  mənim  bu  söylədiklərimin  bir  zərrə 

qədərincə  dəyəri  və  əhəmiyyəti  yoxdur.  Nədən  ki, 

bəşər Şərqin nurlanma yolunu yox, Qərbin aydınlatma 

yolunu 

seçib, 


dərk 

etməni 


seçib, 

Avropanı, 

maarifçiliyi  seçib.  Elə  isə  yaşamaqda  davam  edin, 

cənablar! Onsuz da geriyə qayıtmaq mümkünsüz! Mənim 

fikrimcə,  insanlığın  keçdiyi  yol  səhv  olub... 

İnsanı  geriyə,  “təbiətə  tərcümə  etməyin”

vaxtı  da 



ötüb.  Biz  artıq  çox  gecikmişik!  Dünya,  yəni  mən, 

sən, o və biz hamımız boynumuza almaq istəmədiyimiz 

bir  əlacsızlıq  sindromu  içində.  Böyük  Hadron 

Kollaydəsi də heç Allah deyil! 

 



 

389 


 

 

Ədəbiyyat: 



 

1

 Yaspers K. Smısl i naznaçenie istorii. – M.: Politizdat



1991  (rusca);  Horkxaymer  M.,  Adorno  T.  Ponyatiye 

prosveşeniya  /  Dialektika  prosveşeniya.  Filosofskiye 

fraqmentı.  –  Medium.  Yuventa,  M.,  S-P  6,  1997.  –  s.16-60 

(rusca);  Xabermas  Yu.  Demokratiya.  Razum.  Nravstvennost. 

–  M.:  Nauka,  1992  (rusca).  –  ISBN  5-901574-43-5;  Popper 

R.K.Otkrıtoye  obşestvo  i  yeqo  vraqi  v  2-x  tt.  /  T.2: 

Uçeniye ljeprorokov: Gegel, Marks i druqiye orakulı; per. 

s anql. V.N.Sadovskoqo. – M.: Feniks, 1992. – 528 s.     

 Bu haqda daha ətraflı bax: Kultura.az portalında Rəhman 



Bədəlovla Niyazi Mehdinin    məqalələrinə. 

3

  Kant  İ.  Soçineniya  v  6-i  tt.  –  M.:  Hauka,  1963-1966 



(Filosofskoye  naslediye);  Subbotin  A.L.  Frensis  Bekon.  – 

M.:  Mısl,  1974.  –  175  s.;  Melejik  İ.N.  Ponyatiye, 

proisxojdeniye  i  priroda  qosudarstva  v  politiçeskom 

uçenii 


T.Qobbsa 

// 


Aktualnıye 

problemı 

istorii 

politiçeskix  i  pravovıx  uçeniy.  –  M.:  1990.  –  S.104-122; 

Rikuperati  Dj.  Çelovek  prosveşeniya  //  Mir  prosveşeniya. 

İst. slovar. – M.: 2003. - S.15-29.    

Berdyayev N.A. İstoki i smısl russkoqo kommunizma. - M.: 



Nauka,  1990.  -  s.8.  -  sitatın  tərcüməsi  Niyazi 

Mehdinindir.

 

 

5



  Bax:  Horkxaymer  M.,  Adorno  T.  Ponyatiye  prosveşeniya  / 

Dialektika 

prosveşeniya. 

Filosofskiye 

fraqmentı. 

– 

Medium. Yuventa, M., S-P 6, 1997. – s.19 (rusca);       



6

  Mamardaşvili  M.,  Pyatiqorski  A.  Soznaniye  i  simvol.  – 

Estetiçeskiye  issledovaniya:  metodı  i        kriterii.M.: 

Nauka, 1996. – s.348     

7

  Popper  R.K.  Otkrıtoye  obşestvo  i  yeqo  vraqi  v  2  tt.  / 



T.1: Çarı Platona. – M.: Feniks, 1992. – s.69. 

8

 Nitşe F. Po tu storonu dobra i zla // Soçineniya. T:2.  – 



M., Mısl, 1990. – s.352. 

 

 



 

 



 

390 


YER VƏ GÖY ENERJİSİNİN BİLDİRİCİLƏRİ: 

“in” və “yan” başlanğıclarının türk variantı 

(olumla ölüm arasında permanent gülüş torbası) 

 

 



Öncə məqalənin adı ilə bağlı müəyyən mesajlar.  

Yəni  ki...    biz  də  haradasa  bir  Həllac  olub 

sözləri  didək,  diddikcə  onların  cövhərinə,  ilkin 

mənasına yaxınlaşaq.  

Ayrı  cür  söyləyim  fikrimi:  gəlin,  sözlərin 

qaranlığını  işığa  tutaq,  onları  yumurta  kimi 

sındırıb görək ki, batində gizlənmiş o məna-arxetip 

bizə nələrdən danışır.  

Sözün  əslinə,  həqiqətinə  qayıdaq,  semantik 

çənbərinə  varaq.  Çünki  bir  də  baxırsan  ki,  sözdə 

məna itib-batıb və söz olub teyxa işarə, bildirici, 

eyham. 


Mənim  bu  dəfəki  yazımın  predmeti,  nə  qədər 

gözlənilməz  səslənsə  belə,  qarındır.  Təbii  ki, 

fizioloji  aspekt  hədəfdə  deyil.  Məni  maraqlandırır: 

sözün 


arxaikası, 

semantikası 

və 

mədəniyyət 



şəbəkəsində  “qarın”  anlayışı  ilə  ilişikli  qurulan 

paradiqmalar;  məsələn,  əməl  və  qarın,  qavrayış  və 

qarın, təcəssüm və qarın... 

Zöhdü, sufiliyi, fəlsəfəni, ideoloji mesajları 

qoyuram bir kənara. 

Qarın  hər  şeydən  birincidir,  hər  şeydən 

əfzəldir  və  növbədə  dayanmır,  növbə  tanımır,  növbə 

gözləmir,  vaxtı,  saatı  və  hətta  ən  ali  qanunları, 

yasaqları istədiyi kimi poza bilir. Onun “hökmləri” 

növbəsiz icra edilir.  

“Yox” qarın üçün yoxdur. Qarın yoxla üzləşəndə 

insan tələf olur. 

“Qarın”  deyəndə  hamı  bədənin  əzalarından 

birini  düşünür.  Düşünür  ki,  qarın  olmasa,  heç-zad 

olmaz.  Və  sonra  da  heyfsilənib  bir  də  təzədən 

düşünür  ki,  qarın  olmasaydı,  hər  şey  yaxşı  olardı, 

dava-dalaş,  vəhşilik,  müharibə-filan  olmazdı.  Bu 

sayaq  düşünüşün  nəticəsi  də  gün  kimi  aydın: 

günahların  hamısı  qarındadır.  Beləliklə,  həyat 

bərabərdir  qarın.  Başqa  sözlə,  qarın  elə  həyatın 

özüdür  və  ya  həyat  qarın  üstündə  qurulub.  Dünyada 



Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə