Aydın Talıbzadə


Qu-durmaq  (eynilə  də  “quduz”  kəlməsi)



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə131/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   127   128   129   130   131   132   133   134   135

 

397 


Qu-durmaq  (eynilə  də  “quduz”  kəlməsi)  “qu”nun 

ifrat  dərəcəsinin  təzahür  gerçəkliyini  dil  içində 

əyaniləşdirir. 

Qul iş (“qu”) enerjisinin yiyəsi kimi çözülmək 

şansına malikdir. 



Qu-maş  “qu”  zənginliyinə,  “qu”  bolluğuna  bir 

eyhamdır. 



Qu-mar  zəhərə  dönmüş,  havadan  düşmüş,  havayı 

düşmüş  “qu”  (yəqin  ki  “yüngül  gəlir”)  mənasında 

anlaşılır.  Fars  və  türk  dillərinin  qəribə  bir 

simbiozu  da  görünür  burada.  Tamamən  bilinqvistik 

situasiya:  nədən  ki,  “mar”  sözü  farsca  ilan 

deməkdir.  İlan  xtonik  canlıdır,  mistikdir,  sehri 

böyükdür, 

ilğımvaridir, 

aldanışlar 

dünyasının 

rəmzidir.  Bu  mənada  qumar  “qu”nun  ilanlaşması, 

zəhərə 


çevrilməsi 

prosesini 

eyhamlaşdıran 

bir 


sözdür. 

Qusmaq  (ya  da  qaytarmaq)  geriyə  göndərilmiş, 

mənimsənilməmiş  enerjidən  qurtulmağı,  yüngülləşməyi 

bildirir. 

Qu-laq  bədənin  mikromodelidir,  Göy  enerjisinə 

açıqdır.  Əbəsdən  Ortaçağ  risalələri  demirdilər  ki, 

“dərketmə  qulaqdadır”.  Farslarda  “səmavi”  adlanan 

fellər  var  ki,  onların  kökünü  tapmaq  üçün  heç  bir 

xüsusi  qayda  müəyyənləşdirilməyib.  Həmin  felləri, 

sadəcə,  əzbərləmək  gərəkir:  nədən  ki,  onların 

kökünü 

yalnız 


eşitməklə 

dəqiqləşdirmək 

olar. 

Məsələn,  “qoftən”  (demək)  məsdərinin  kökü  “qu”dur 



və  bu  kökü  tapmaq  üçün  bilgidən  heç  bir  kar  aşmır; 

yəni əzbərləməsən bilməyəcəksən ki, nə nədir: ondan 

ötrü  ki,  “qoftən”  səmavi  feldir,  qaydalar  dışında 

növbələşən feldir. O da maraqlıdır ki, fars dilində 

qulağa “quş” və ya “guş” deyirlər. Beləliklə, dairə 

əməllicə  qapanır:  “qu”nun  səma  ilə  əlaqəsinə,  Göy 

enerjisi olmasına heç bir şübhə qalmır. 

“Qu-ran” sözü müqəddəs kitabın birbaşa səmadan 

endiyinə  işarədir.  Düzdür,  ərəbcə  “Quran”  avazla 

oxumaq,  avazla  qiraət  etmək  mənalarında  başa 

düşülür. 

Lakin 

heç 


fərq 

eləməz: 


əvvəlcədən 

söylədiklərimiz  bunun  da  izahını  verir.  O  mənada 

ki,  qu  vasitəsilə,  qulaq  vasitəsilə,  eşidilmə  yolu 

ilə dərketməni özündə qapsayır. 




 

398 


Qur-bağa  mütəmadi  şəkildə  “qu”  enerjisilə 

dolanan  və  yağışla  müstəqim  ilişkidə  bulunan 

canlıdır:  ayaqları  torpaqda  və  ya  suda  olub  başı 

ilə həmişə Göylərə istiqamətlənmiş məxluqdur. 



“Qurd”  sözü  (diqqəti  onun  “quar”  //  “quər” 

kəlməsilə 

səsləşməsinə 

yönəldirəm) 

də 

türkün 


əcdadının Göylərdən endiyinə şahidlik edir. Qurd da 

yerlə  gəzir,  amma  ki,  ulayanda  mütləq  şəkildə 

başını  Göylərə  qovzayır,  Günəşə  sarı,  quta  sarı 

dönür. 


“Biz “quar”

7

 söz-adının birinci hissəsinin hər 



iki  variantını  da  “qu”  //  “ku”  //  “kü”  //  “küy” 

qəbul  edirik,  “qu”  //  “ku”  //    “kü”  //  “küy”ün  bir 

çox 

türk 


dillərində 

əsasən 


“yanmaq”, 

“səs”, 


“bağırtı”,  “gurultu”,  “mahnı”,  “mahnı  oxumaq”, 

“danışmaq”,  “şöhrət”  mənalarına  rast  gəlirik... 

H.Zərnizadə  “səs”,  “qışqırıq”,  “nərə”  mənasını 

verən  “qu”  sözünü  Səfəvi  dövlətindən  əvvəl  fars 

dilinə  keçmiş  Azərbaycan  sözü  sayır”

8

.  Burası, 



aydın.  Şübhə  yox  ki,  “qu”  səmadandır,  Göylərlə 

ilişiklidir.  Odur  ki,  bu  mənada  qu+laq  “qu”ya 



köklənmiş 

və 

ya 

“qu”nu 

tutan 

lokator 

kimi 

mənalanır.               

Yenidən  Azərbaycan  mifik  təfəkkürünün  “atası” 

kimi  şərəfləndirə  biləcəyim  Mirəli  Seyidovun  irsinə 

müraciət  edək:  “Quar”  //  “kuər”  //  “küər”  söz-

adının  ikinci  hissəsi  “ar”  //  “ər”dir...  “Ar”  // 

“ər”  həm  də  feldən  isim  düzəldən  şəkilçidir.  Onda 

quar  –  “yanan”,  “bağıran”  deməkdir.  “Ər”in  bir  çox 

türk  dillərində,  o  sıradan  Azərbaycan  dilində  də 

əskidən  tutmuş  bugünə  kimi  kişi  mənası  və  həmin 

sözlə  əlaqədar  “qoçaq”,  “igid”,  “qorxmaz”  məna 

çalarları  vardır...  Deməli,  quar  //  kuər  //  küər 

səsli,  hayqıran,  yanan  ər  –  kişi  deməkdir... 

Deməli,  Tanqrixan  (Tanqrıxan),  Quar  //  kuər  ad-

sözlərində 

dörd 


Azərbaycan 

sözü 


işlənmişdir. 

Tanqrixan  //  tanqrıxanda  “tanqrı”  (göy,  səma), 

“xan”,  “quar”  //  “kü”  +  “ər”lə  “ku”  //  “kü”  // 

“küy” 

(od, 


səs, 

ər, 


kişi, 

igid) 


sözləri 

işlənmişdir”.

9

 

Sitatdan  birinci  nəticə:  Quər  səma  kişisidir, 



tanrıdır,  kişi  başlanğıcının  obrazıdır,  yağışı 


 

399 


təhrik 

edən 

göy 

gurultusudur, 

odu, 

səsi 

şərtləndirən sakral, kosmik substansiyadır. 

Nəticə  iki:  “Tanqrı”  (tenqri)  sözü,  yəni 

türkün  ulu  tanrısının  adı  özündə  “qarın”  sözünün 

bütün samitlərini qapsayır. 

Nəticə  üç:    hunlar  //  qunlar  qədim  türk 

tayfaları 

oluban 

“qu” 


adamlarının, 

yəni 


Göy 

enerjisini,  “qu”  enerjisini  daşıyan  insanların 

tayfaları kimi yozulurlar. 

Nəticə  dörd:  ərəblərin  Allaha  müraciətən 

işlətdikləri  “Hu”  (yəni  “O”  əvəzliyi)  kəlməsi  elə 

həmən  “qu”dur  ki  var:  nədən  ki,    hu  //  qu  //  ku  

keçid-transformasiyaları 

dildən 


dilə 

olan 


sıçrayışları  asanlaşdırır.  “Hu”  “O”dur,  səmada, 

kainatda,  kosmosda,  Göydə  olandır,  “qu”  enerjisinin 

islamdakı  dini  konkretliyidir.  Hunlar  hu  //  qu 

adamlarıdır. 

“Müqəddəs 

“HU” 


səsi 

qırtlaqdan 

üfürülən külək kimidir və ŞÜA ilə oxşarlııq tapır”. 

Musiqişünas  Sevil  Fərhadovanın  bu  fikri  mənim  “qu” 

səsini  Göy  enerjisinin  türk  dilindəki  işarəsi  kimi 

götürməyimə bəraət  qazandırır.  

Bunu  adi  təsadüf  sayıb  üstündən  adlamaq 

olarmı?  Əsla,  yox  və  mən  bu  sayaq  düşünməkdən  çox 

uzağam. 

Bu  elmi  improvizə  və  gəzişmələr  dil,  folklor, 

mifik 

təfəkkür 



qatında 

belə 


bir 

qənaəti 


aktuallaşdırır  ki,  Azərbaycan  mifik  təfəkküründə, 

mifoloji  qatda  “qa”  qadın  başlanğıcıdır,  “qu”  –  

kişi 

başlanğıcı. 



Bu 

kontekstdə 

onları 

yapon 


mədəniyyətilə  müqayisə  eləmək  mümkün:  nədən  ki, 

bunlardan  biri  “in”dir,  o  birisi  –  “yan”;  biri 

torpaqdır, digəri – su; biri qara enerjidir, biri – 

ağ. Yadınıza salın, “Məlikməmmədin nağılı”nda ağ və 

qara  qoçu.  Onlar  bu  iki  enerjinin  vizuallaşmış, 

konkretləşmiş  təzahürləri  kimi  oxunur.  Ağ  qoç 

işıqlı  dünyaya,  ağ  enerjiyə,  Göyə  doğru  aparır, 

qara  qoç  –  qaranlıq  dünyaya,  yeraltı  səltənətə. 

Bütün 

bunlar 


onu 

isbatlayır 

ki, 

“Qa” 

Yer 

enerjisidir,  “qu”  –    Göy  enerjisi.  Onların 

birgəliyindən  isə  Azərbaycan  mifologiyasında  kosmos 

yaranır. 

Məhz “qa” və “qu” Məlikməmmədin quyuda tapdığı 

enerji  formaları  idi  ki,  sonucda  onun  işıqlı 



Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə