Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə133/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   127   128   129   130   131   132   133   134   135

 

403 


göstərə 

bilmir, 


enerji 

itirməkdən 

qorxur, 

qarınqulu,  tənbəl  kimi  tanıtdırılır.    Bu  halda 

personajın  qidaya  aşırı  həvəsi  neqativdə  götürülür, 

onun  yeyib-içmək  həşirində  bulunması,  acgözlüyü 

lağa qoyulur. 

Amma  epos  qəhrəmanı  nə  qədər  basıb  yesə  də, 

yenə  acgöz  sayılmır.  Çünki  nəfsi,  tamahı  yoxdur, 

sərvət  torplamağa  iddiası  yoxdur;  əgər  olsa,  ondan 

qəhrəman olmaz. 

Odur ki, adam, yəni hər hansı bir kimsə və ya 

hər  hansı  bir  qəhrəman,  igid,  mərd,  kişi  öncə 

yeyib-içməyindən tanınır. 

Yeyib-içmək,  ilk  baxışda,  ən  rahat,  ən  asan 

sınaqdır,  yarışdır,  sadə  əzələ  nümayişinə  bərabər 

bir  şeydir.  Hərçənd  bu  “imtahan”  həm  də  mənəvi-

əxlaqi keyfiyyətlərin yoxlanılmasıdır.           

Ortaçağ  müsəlman  mədəniyyətində  təsəvvüf  adi 

qavrayışda 

həməncə 

zahidliklə 

bağlanır. 

Lakin 


sufilikdə  zöhdün  alternativi  də  olub.  Məsələn, 

mövləvi  qardaşlığının  dərvişləri  hər  dəfə  cümə 

axşamından  cüməyə  keçən  gecə  düzənlədikləri  səma 

törənindən  sonra  yaxşıca  yeyib-içmək  məclisi  də 

qurarlarmış.

12

  



Bektaşiliyin 

mürşidi 


Hacı 

Vələd 


islam 

kontekstində  orucu  qadın  və  kişi  orucu  kimi  bir-

birindən ayırır. Bunun ondan, onun da bundan nə ilə 

fərqləndiyini  bektaşi  dərvişindən  soruşanda  deyir 

ki,  qadın  orucu  40  gün  yeyib-içməyi  yasaqlayır; 

kişi orucunda isə gərək sən hər gün bir öküzü yeyib 

durasan.

13 


Hacı  Vələdin  yanına  məsləhətə  gəlmiş 

adamların hamısı səhər qadın orucu tutur. Professor 

Niyazi  Mehdi  bunu  qeyri-rəsmi  mədəniyyətdə  davranış 

tipologiyası  ilə  əlaqələndirir,  mənə  isə  bu  sufi 

hədisi  Ortaçağ  müsəlman  aləmində  bir  yeyib-içmək 

görkü kimi lazımdır. 

Müsəlmanlar  da  qədim  yunanların,  romalıların 

ardınca 


yeyib-içməyi 

estetik 


zövq 

hadisəsinə 

çevirmişdilər.  Kef  məclisləri  islam  mədəniyyəti 

şəbəkəsində  permanent  aktual  idi.  Burada  kef  əhli 

olmaq sanki əlavə bir peşədir, əlavə bir statusdur. 

Qafqazda 

yeyib-içmək 

həmişə 


igidin 

hünərlərindən  biri  sayılıb:  burada  yeyib-içmək 

hünər variantıdır. 



 

404 


Uyqarlıqlar  yeyib-içməyi  zövq  hadisəsi  kimi 

təqdim  edir,  etnik  mədəniyyətlər  çərçivəsində  isə 

bu,  adətən,  qəhrəmanlıq,  xeyirxahlıq  nişanəsi  kimi 

diqqətə çatdırılır. 

Avropa  mədəniyyətinin  müxtəlif  dönəmlərində 

biz 


yeyib-içmək 

kultunun 

təzahürləri 

və 


ya 

rudimentlərilə təkrar-təkrar rastlaşırıq. 

Harada  və  necə,  və  hətta  kiminlə  yeyib-içmək 

məsələsi  ətraf  mühitin,  ekologiyanın,  sonucda  isə 

dünyanın  xəritəsinin  sürətlə  dəyişməsinə  gətirib 

çıxaran  amillərdən  biridir.  Siz  hesab  eləyin  ki, 

bütün  canlı  varlıqlar  fasilə  vermədən  Yeri  və  Göyü 

yeyir.  Sözümün  kəsəri  üçün  hamıya  tanış  bir 

nümunəni  ortaya  atacağam:  fillər  aşırı  çoxalanda 

Afrikanın  savannaları  səhraya  dönür.  Çünki  fillər 

yemək üzrə mütləq rekordçudurlar. 

Hərçənd  fillərdən  dəfələrlə  balaca  insanlar 

yemək  aktivliyinə  görə  savanna  nəhəglərinə  heç  də 

uduzmurlar. 

Bu  da  axırı  ona  gətirib  çıxarır  ki,  insanın 

qarnı özündən qabaqda gedir. 

Nədən ki, yeyib-içən bir kimsə olmağın başlıca 

əlaməti, təbii ki, yekə qarındır.  

Yaponiyada müdrik obrazı həmişə öz yekə qulağı 

və  yekə  qarnı  ilə  seçilir.  Nədən  ki,  tabaq  kimi 

girdə, 

böyük 


qarın 

əmin-amanlıq, 

firavanlıq, 

asudəlik,  rahatlıq  rəmzi  kimi  çözülür.  Bu,  dzen 

fəlsəfəsinin  yapon  mədəniyyətində  dəstəklədiyi  bir 

görk,  bir  obrazdır.  Onlar  elə  hesab  edirdilər  ki, 

əsl  gülüş  qarınla  gülməkdir,  qarından  gülməkdir, 

qarına 


gülməkdir. 

Azərbaycanlılar 

da 

tez-tez 


deyirlər: “o qədər güldüm ki, qarnım ağradı”; və ya 

“o  qədər  güldüm  ki,  qarnım  cırıldı”;  “elə  gülürdü 

ki,  dişlərinin  32-si  də  görsənirdi”  və  sair. 

Yaponlarsa  deyirlər:  “elə  gülürdü  ki,  bağırsaqları 

görsənirdi”.  Digər  xalqların  leksikonunda  da  belə 

ifadələrlə  rastlaşmaq  ehtimalı  qədərincə.  Bu,  gülüş 

homerik  gülüşdür;  uğunub  özündən  getməyi,  hər  şeyi 

unudub gülməyi, bütün mənaların üstündən xətt çəkib 

gülməyi, 

mənaları 

mənasızlaşdırıb 

gülməyi 


eyhamlaşdırır.  Yəni  sən  gülürsən,  şaqqanaq  çəkib 

gülürsən,  bütün  varlığınla  gülüşün  içində  olursan, 

gülüş  olursan  və  bu  an  sənin  gülüşün  sanki  bütün 



 

405 


dünyanı  bürüyüb  dünya  ilə  təkbətək  qala  bilir.  Bu 

gülüşü elə bil ki dünya eşidir; elə bil ki bu gülüş 

dünyada eşidilir. 

Yenə... düşüncələrimin istiqamət düzlüyünü bir 

daha  vurğulamaq  niyyətilə...  başqa  bir  bağlılığa, 

bir 


əlaqəyə 

fikrinizi 

yönəltmək 

istəyində 

bulunuram.  Məqalənin  əvvəlində  söyləmişdim  ki, 

“qarın”  sözü  “qa”nın,  “qa”  enerjisinin  toplandığı 

məkanı 

bildirir. 



Qarın 

bədən 


enerjisinin 

cəmləşdiyi,  fokuslaşdığı,  bir  harmoniya,  vəhdətə 

gəldiyi 

bir 


nöqtədir, 

enerjinin 

yığışdığı 

mərkəzdir.  Mən  bunları  özüm  üçün  aydınlaşdırdığım 

zaman birdən rastıma çıxdı ki, yaponca qarın “xara” 

adlanır.  Təbii  ki,  sözün  xara  //  hara  //  kara  // 



qara 

kimi 


şəkildəyişmələri, 

transformasiyaları 

yolverilən  bir  haldır.  Dediyim  bu  ki,  “xara"  və 

“qarın” sözləri arasında aşkar fonetik bir oxşarlıq 

mövcud. Bu,  qa // ka // ha // xa // ğa enerjisinin 

universallığının  sübutumu?  Fakt  budur  ki,  “yapon 

ənənəsində,  xüsusilə  də,  dzen  təriqəti  ənənəsində 

xara  tarazlıq  mərkəzidir  ki,  burada  eyni  zamanda 

ruhsal  qüvvə  qərarlaşır.  Çin  və  Yaponiyanın  dzen 

müdriklərinin  çəkdiyi  rəsmlərdə  görükən  yekə  qarın 

heç  də  antiestetik  bir  şey  deyil,  əksinə,  enerji 

mərkəzi xaraya bir işarədir”.

14

 Sumo pəhləvanlarının 



hədsiz  yekə  qarınları  da  tatami  üzərində  enerji 

bolluğunun,  gücün  dəlaləti  kimi,  nümayişi  kimi 

qavranılır.  Xarakiri,  yəni  qarnı  yırtmaq,  qarnı 

cırmaq  məhz  bədənin  enerji  mərkəzinə  təcavüzdür, 

bədənin  harmonik  tarazlığının,  enerji  tarazlığının 

pozulmasıdır. 

Heç  kəs  heç  vədə  Buddanın  (Bodhidharma)  iri 

qarnını  müzakirə  obyekti  kimi  götürmür:  əgər  o, 

kamil 

insan 


kimi, 

sansaranı 

(dünyaya 

təkrar 


doğulmalar  zəncirini)  qurtarmış  insan  kimi  yoqa 

təlimindən  büsbütün  keçmişdisə,  niyə  hindlilər  onu 

belə  bir  qarınla  təsəvvür  edirlər?  Düzdür,  Budda 

qarnı  yapon  müdriklərinin  qarnı  kimi  sallanmış 

qarın  deyil,  amma  yetərincə  böyük  tutuma  malik  bir 

qarındır. 

Şərq  müdrikləri  və  əlbəyaxa  döyüş  ustadları 

deyirlər 

ki, 

özünü 


düzgün 

idarə 


eləmək 

istəyirsənsə,  düzgün  nəfəs  al,  qarınla  nəfəs  al! 




Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə