Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə134/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   127   128   129   130   131   132   133   134   135

 

406 


Çünki  bu  zaman  bədən  yağış  torpağı  yumşaldan  kimi 

yumşaldır. 

Təbriz,  Herat,  Ərəb-Mesopayamiya  miniatür 

məktəblərində 

təsvir 

edilən 


əksər 

kişi 


personajları,  yəqin  ki  bircə  Məcnundan  başqa,  öz 

yumruca qarınları ilə fərqlənirlər.      

 

Yemək olan yerdə şadlıq var. 



“Çörək  (yemək  –  kursiv  müəllifindir)  bol 

olarsa,  basılmaz  vətən”  (Səməd  Vurğun).  Yemək  bol 

olanda insanlar sürətlə çoxalır. 

Dünya yemək üstündə qurulmuş bir xanimandır.

15 


Yemək  (doymaq)  məqsədilə  qan  tökülür.  Qan 

tökülməyincə, yemək hasil olmur. 

Körpə  qarnı  ilə  qidalanır,  qarnından  böyüyüb 

qarından  cahana  gəlir.  Biz  ana  bətnində  qarnımızla 

yeyirik,  kənarda  isə  qarnımıza  yeyirik.  Yeyib 

işləyirik,  işləyib  yeyirik  və  deyirik  “işləməyən 



dişləməz”

Bu,  hökmdür,  ancaq  qorxulu  bir  hökmdür.  Çünki 

əgər  dişləmirsənsə,  ayaqlarını  uzadıb  ölürsən.  Ol 

səbəbdən  ac  qalmaq  xofu  heç  vaxt  beynimizdən 

çıxmır.  Nəticə  isə  budur  ki,  Yer  üzünün  bütün 

canlıları,  –  infuzorlardan  tutmuş  məməlilərə  qədər, 

–  səhərdən  axşamacan  əlləşib,  gövşəyib,  çeynəyib, 

didib-dağıdıb,  işləyib,  dişləyib,  daim  mübarizədə 

bulunub  yeməyə  məhkum  edilmiş  (!)  varlıqlardır... 

Yeməyi  tələb  eləyən,  gözləyən  isə  qarındır,  başqa 

sözlə,  qarın  yemək  tuluğudur,  yemək  çəlləyidir  və 

aclıq siqnalını beyinə göndərən sistemdir. 

Qarın  öz  gündəlik  normasını  almayanda  “mən”ə 

qarşı qiyama qalxır. 

Çətin  və  darıxdırıcı  bir  həyatdır  qarnı 

düşünüb  yaşamaq,  qarın  üçün  gecə-gündüz  əlləşib 

yaşamaq...  Bunu  bilmək  və  ömür  boyu  da  bu  bilgilə 

yaşamaq  birincidən  daha  betər,  daha  məşum,  daha 

fəciəvi, daha gülməli, daha absurd bir aqibət.  

Kimdir  azadlıqdan  danışan?  Qarnı  olan  adam  da 

azad  olurmu,  yahu?  Azadlığın  dadını  yalnız  ruhlar 

bilə  bilər...    O  şey  ki,  yoxdur,  onun  azadlığı 

mütləqdir.  “Var”  həmişə  əsarətdədir,  “yox”  isə 

əbədi azadlığa qovuşub... 

Getdikcə məsələ bir az daha qəlizləşir. 



 

407 


“Qarın qardaşdan irəlidir”.  Əsrlərdən bəri bu 

həqiqət  dəyişmir:  onu  dəyişməyə,  həqiqəti  yalan 

eləməyə çalışsalar belə... 

Mədəniyyət mənəvi dəyərlər sistemində qardaşı, 

qan  qohumluğunu,  ananı,  vətəni  qarından  önə  çəkir 

və  təbliğat  maşınını  işə  salır.  Amma  bu,  təkcə 

təbliğat  deyil,  həm  də  qutsal  bir  dəyərdir. 

Sufiliyin  çatmaq  istədiyi  kamillik  məqamı  da  Allah 

sevgisini, 

ilahi 


gözəlliyi, 

qəlb 


genişliyini, 

batini  zənginliyi,  ürfan  işığını  qarından  qat-qat 

üstün  tutur.  Amma  bəlli  bir  həqiqətdir  ki,  “ac 

adamla tanrıdan danışmazlar”; və ya “ac adamın dini 

olmur”;  və  yaxud  “su  meymunun  boğazına  çıxanda 

balasını  ayağının  altına  atır”  kimi  deyimlər 

insanlığın düşüncə müstəvisində permanent dolaşır.  

Yeyib-içmək  və  aclıq  eyni  bir  sınağın  iki 

qütbüdür.  Hərçənd  mifoloji  və  dini  tekstlərdə 

yeyib-içmək  və  aclıq  bir  cəza  üslubu  kimi  də 

gündəmə gəlir. 

Qədim  yunan  mifologiyasında  kimlərisə  bolluca 

yeyib-içməklə, 

kimlərisə 

aclıqla 

cəzalandırır 

tanrılar... Biri mütəmadi yeyir, doyammır və axırda 

qayıdıb  özünü  yeyir,  o  birisə  yaxınlığındakı 

yeməklərə əl uzadıb onları ağzına apara bilmir. Hər 

iki cəzanın dəhşəti ondadır ki, əbədi davam edir.

16 

XX  yüzildə  rəsmi  sovet  ideolojisi  hər  gün 



qəzetdən,  efirdən  bəyan  eləyirdi:  insan  yeyir  ki, 

yaşasın:  amma  yemək  üçün  yaşamır.  Cəfəngiyyatdır. 

İnsan 

yeyir 


ki, 

özünü 


çoxaltsın, 

artırsın, 

bacardıqca çox enerji toplayıb çox yaşasın. Yaşayır 

ki,  yesin  və  yemək  fürsətini  əldən  qaçırmasın. 

İnsan 

təbiətdən 



buna 

proqramlaşdırılıb. 

Ancaq 

məsələ bu ki, yeyib-içmək məqsədə dönəndə aktın özü 



neqativləşir. 

Rəsmi  mədəniyyət  özünü  həmişə  elə  aparır  ki, 

guya  qarnı  görmür:  onu  pərpiləməyə,  aşağılamağa 

çalışır,  sakrallığa  ünvanlanmış  vizual  və  verbal 

mətnlərdən  qarınla  bağlı  məqamları  çıxdaş  eləyir. 

Azərbaycanlılar  da  çox  yeyən,  fikri-zikri  yemək 

yanında 

qalan 


adamı 

“qarınqulu” 

çağırıb 


utandırırlar  və  hətta  kinayə  ilə,  məzəmmətlə  ondan 

soruşurlar  ki,  “qarın  səndən  aşağıdır,  yoxsa 



yuxarı?” Fundamental fəlsəfə sualıdır.           


 

408 


Qarın top kimi partlaya bilir: çoxlu yeməkdən, 

çoxlu  içməkdən,  kökəlib  şişməkdən...  Bu  partlayışın 

gülüşlə  də  müşayət  olunmaq  ehtimalı  qədərincədir, 

göz yaşları ilə də. 

Qarın  olumla  ölüm  arasında  gülüş  torbasıdır: 

o,  gülümsünür,  ona  isə  gülürlər.  Əsl  gülüş 

obyektidir  qarın;  bədənin  mərkəzidir:  yuxarının 

aşağısıdır,  aşağının  –  yuxarısı;  onu  bununla 

əlaqələndirir,  bunu  –  onunla.  Bədənin  enerji 

təminatçısı, 

bədənin 

enerji 


qazanı, 

enerji 


dəyirmanı odur. Bu elə bir anbardır ki, bütün digər 

orqanlara  material  paylayır,  sakral  (müqəddəs, 

yuxarı)  və  profan  (urvatsız,  aşağı)  dünyalar 

arasında ötürücü olur. 

Lakin qarnın aşağı meylliliyi artdıqca, bir az 

da  bəsit  ifadə  eləsək,  qarın  aşağı  sallandıqca  o, 

daha  çox  gülüş  doğurur.  Çünki  yekə  qarın  bədənin 

əziyyətidir,  bədənə  əlavə  yükdür  ki,  insan  ömrü 

boyu onu hıqqana-hıqqana daşımalıdır. 

Hərçənd 


aşağı 

sallanmış 

hamilə 

qarnı 


mübarəkdir,  qayğı  obyektidir.  Ona  görə  ki,  bu 

qarnın içində yeni həyat gizlənib. 

Bununla 

birgə 


mədəniyyət 

eybəcər 


hamilə 

qarıların  qırmızı  gildən  düzəldilmiş  fiqurlarını  da 

tanıyır və bu halətdə hətta qarılar gülümsəyir

17

 də. 



Dünya  fəlsəfi  fikrində  çevriliş  etmiş  yəhudi 

mənşəli  rus  Mixail  Baxtin  bu  xüsusda  yazır  ki,  

gülən  hamilə  qarı  təsviri  Ortaçağ  və  İntibah 

mədəniyyəti 

üçün 

“çox 


xarakterik 

və 


ifadəli 

qroteskdir.  O,  ambivalentdir:  burada  ölüm  özü 

hamilədir,  ölümün  özü  doğur”

18

.  Bu  fiqurların 



fəlsəfəsi 

ona 


söykənir 

ki, 


həyat 

zəncirinin 

qırılmazlığı  ölümlə  şərtlənir.  Başqa  sözlə,  ölüm 

həyatı  doğur.  Burada  yekə  qarın  pozitivdədir,  daha 

doğrusu, onun yükü pozitiv mənalarla doludur. 

Əslində, qarnın pozitivini şərtləndirən faktor 

mərasim  gülüşüdür.  Mərasim  (ritual)  gülüşü  qarnı 

aşağılanmaqdan 

qurtarır, 

onu 


əkinçilik 

və 


məhsuldarlıq 

ayinləri 

ilə 

əlaqələndirir. 



Bu, 

yaponların  ana  təriqəti,  qədim  inancı  sayılan  sin-

do  (“sin”  yaponca  tanrı,  “do”  isə  yol  deməkdir) 

mifologiyasında  xüsusilə  qabardılır.  Əgər  qarın 

Yerdirsə,  niyə  də  əkinçiliyin  reprezentasiyası  onun 



Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə