Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə132/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   127   128   129   130   131   132   133   134   135

 

400 


dünyaya  yetişməsini  mümkünləşdirdi.    Qaranlıqdan 

işığa,  xaosdan  kosmosa  “qa”  və  “qu”  enerjisilə: 

“Məlikməmmədin  nağılı”  Azərbaycan  xalqının  mifik 

təfəkkürünə güzgü tutur.            

Əslində, bu iki başlanğıc, yəni “qa”  “qu”, 

bir-birinin  içinə  elə  sirayət  eləyir  ki,  onları 

ayırmaq,  fərqləndirmək  çətinləşir.  Məsələn,  quyu 

torpaqda  olduğu  üçün,  dərin  olduğu  üçün,  sulu 

olduğu üçün qadın kimi qavranılır, yağış isə göydən 

gəldiyi  üçün  kişi  kimi  obrazlaşdırılır.  Halbuki  o 

da, bu da su görkünün reprezentasiyasıdır.   

Qarın  torpaq  və  su  başlanğıclarını,  yəni 

Azərbaycan  etnik  mədəniyyəti  müstəvisində  “qa”  və 

“qu”  kimi  bildirilən  xalis,  saf  enerjiləri  bir 

araya  gətirir,  materiyanı,  həyatı,  yaşam  enerjisini 

istehsal  edib  çoxaldır,  nəsil  artımının  ardıcıllıq 

silsiləsini sahmanlayır.  

Bununla belə... və hər halda...  

...burada  ilişib  yubanmayım,  mən  mesajlarımı 

göndərdim  –  linqvistlərə,  etnoqraflara  və  hətta 

türkoloqlara:  kimə  lazımdısa,  dəyərini  o,  bilər; 

mənsə indi yol alıram düz məqalənin fəlsəfi-estetik 

mətləbinə  və  bir  də  kütləvi  bilincdə  “qarın” 

anlayışının  törətdiyi  saysız  məna  cingiltilərinə 

doğru, 

əlbəttə 


ki, 

yazdıqlarımdan 

bəhrələnə-

bəhrələnə. 

Əgər  mən  başlasam,  izah  etməyə  ki,  “tvitter” 

və ya “tuittə” nədir, bütün İnternet istifadəçiləri 

mənə  çəpəki  baxarlar.  Yəni  hacət  varmı  bunu 

xırdalamağa? 

Bu 

sözün 


açıqlaması 

aydın: 


cikkildəmək,  çərənləmək,  laqqırtı  vurmaq  mənalarını 

özündə 


qapsayır. 

(“Quql”da 

axtarsanız, 

asanca 


tapacaqsınız. Elə bu “quql” sözünün strukturunda da 

“qu”  lokomotivi  çox  güclü,  çox  küylüdür.  Burada  da 

onu  Göy  enerjisinə  bir  işarə  kimi  götürmək  mümkün. 

Axı  “Quql”da  da  bilgilər,  xəbərlər  sanki  göydən 

yağış  yağan  kimi  yağır  bizim  iç  dünyamıza.  Hər 

halda 


bu 

fərziyyədir, 

fantaziyadır 

və 


elmi 

sübutlardan  məhrumdur.)  Amma  “tvitter”in  çoxlarına 

məlum  olmayan  bir  mənası  da  mövcud:  bu  termin  “işə 

salan  mexanizm”,  “dövriyyəyə  buraxan  mexanizm” 

anlamına  uyğun  gəlir.  Yəni  tvitter  hər  hansı  bir 

xəbəri  və  ya  bilgini  sitəyə  atır  və  o,  virus  kimi 




 

401 


zəncirvari  şəkildə,  öz-özünü  hər  dəfə  təzədən 

törədərək  şaxələnir,  aləmə  yayılır.  İndi  mənim 

məqaləm  üçün  də    “tvitter”  sözünün  məhz  bu  konkret 

mənası önəmlidir. 

Qarın  təbiətdəki  və  cəmiyyətdəki  zəncirvari 

proseslərin 

(kosmik, 

sosial-iqtisadi, 

siyasi, 

ideoloji)  tvitteridir:  “torpaq  –  torpaq”  sistemində 

çalışan 

mühüm 


mexanizmdir, 

sistemin 

həyatını 

nizamlayan,  tənzimləyən  mexanizmdir.  “Qa”  və  “qu” 

qarından  keçib  yaşadıcı  enerjiyə  dönür  və  sonradan 

bir daha gübrə şəklində (qarın çürüntü zavodu kimi) 

təbiətə  qayıdıb  yeni  həyat  zəncirinin  tvitteri, 

dövriyyəyə rəvac verən mexanizmi olur, növbəti “Qa” 

və “qu” silsiləsi üçün xammal hazırlayır.  

Mədəniyyət 

şəbəkəsində 

qarın 


düşüncə 

təhrikçisidir, 

vizual 

bədii 


obrazların 

təhrikçisidir, 

emosional 

rəngarəngliyin 

təhrikçisidir. 

Bu 


da 

asanca 


izahediləsi 

bir 


məqamdır.  İnsanın  fikirlərinin  bir  ucu  həmişə 

qarnına 


bağlıdır. 

Doymaq 


gündəmə 

düşməyən, 

rəsmiləşdirilməmiş  daimi  aktuallıqdır.  Hamı,  yəni 

canlı 


məxluqların 

hamısı, 


hər 

gün 


doymaq 

həşirindədir,  doymaq  əziyyətindədir.  Elə  ki  doyur 

insanlar,  həşir  unudulur  və  təqribən  bu  mətndə 

xorla  (mərasim  rudimenti)  oxu  başlanır:  “hamı 

yeyir, biz də yeyirik”.

10

 



“Hə,  nə  olsun:  bu  ki  adi  insan  tələbatıdır”, 

deyib problemi yavaşca qapatmaq mümkün. 

Amma  və  lakin...  sübuta  ehtiyacı  olmayan  bir 

həqiqətdir ki, 



...  yemək  gün  ərzində  dəfələrlə    təkrarlanan 

mini bayramdır. Yemək göz qabağında olanda insanlar 

daha  rahat  olurlar,  bolluğu  görüb  onun  minimal 

yaxınlığından  arxayınlaşırlar.  Arxayınlaşırlar  ki, 

ac  qalmaq  təhlükəsi  yoxdur.  Çünki  insan  bir  yeyir, 

bir də sabahın fikrini çəkir. 

Hər  bir  bayram  mütləq  şəkildə  çoxlu  yeyib-

içməklə müşayət olunur. 

Bazarlar... 

Marketlər... 

Qəlyanaltılar... 

Restoranlar...  Toylar...  Yaslar...    Orda  yemək, 

burda yemək... 




 

402 


“Gördün  yemək,  daha  nə  demək”.  Yemək  önündə 

danışıq  bitir,  dialoqlar,  monoloqlar  qurtarır, 

fikirlər ovxalanıb  sınır, süfrəyə düşüb uzaqlaşır.                                                                            

Yeyib-içmək  kultu  bütün  mədəniyyətlər  üçün 

xarakterik  bir  təzahürdür,  təqribən  eynitipli  bir 

təzahürdür.  Qədim  yunan  mədəniyyətində  ölüb-dirilən 

məhsuldarlıq  tanrısı  Dionisin  (Zevs  və  Semelanın 

oğlu)  şərəfinə  düzənlənən  bayramlarda  insanlar 

trans  vəziyyətinə,  dəliliyə  düşəcək  qədər  yeyib-

içib  əylənirdilər,  şərabçılıq  tanrısının  özünə 

oxşamağa çalışırdılar. Ona görə ki, miflərdə Dionis 

(divanə  Vakx)  və  onun  əshabələrinin  (satirlər, 

panlar)    özləri  də  huşlarını  itirənədək  kef 

məclislərində bulunurdular. 

Miflərdə  və  gerçəklikdə  kiməsə  qonaqlıq,  yəni 

bolluca  yeyib-içmək  vermək  son  dərəcə  pozitiv, 

təqdirediləsi  əməl  sayılır.  İslamda  Hatəm  peyğəmbər 

variantı.  Mif  məntiqi  yeyib-içməyi  və  ya  qonaqlıq 

düzəltməyi  bir  sınaq,  bir  imtahan  kimi  də  ortaya 

atır.


 11

 

İndinin  özündə  də  azərbaycanlılar  (xüsusilə, 



kişilər  xoşlayır  bu  sayaq  epitetləri)  el  içində 

birini  tərifləmək  istəyəndə  qürurla  bəyan  eləyirlər 

ki, 

bəs 


filankəs 

yaxşı 


yeyib-içən 

oğlandır. 

Dostluğun,  tanışlığın,  qohumluğun  təməli  qoyulanda 

yeyib-içmək hər zaman mərasim statusu qazanır. 

Dastan qəhrəmanı da hər şeydən öncə öz yeyib-

içmək 


vərdişi, 

yeyib-içmək 

mədəniyyətilə 

və 


qarnının  çoxlu  qida  tutmaq  imkanları  ilə  hamını 

heyrətləndirir 

və 

təəccübləndirir. 



Onun 

yediklərinin  miqdarı  qəhrəmanlığı  ilə  daim  düz 

mütənasibdir. 

Epos parametrlərində qəhrəman və onun dostları 

üçün  aşırı  yeyib-içmək  pozitivdə  qavranılır:  çünki 

qəhrəman  xeyirxah  işdən  ötrü  yediyi  qədərincə  də 

güc,  enerji  sərf  edib  qalibiyyət  qazanır.  Koroğlu 

buna  bir  görk:  bir  oturma  Təpəgöz  qədər  yueyib 

durur. Və ya Oğuz bəyləri: hamısı yeməkdə usta. 

Dünya xalqlarının əksər qəhrəmanlıq dastanları 

bu  belədir:  hesab  edirəm  ki,  aşırı  sadalanmasına 

bir gərək yox. 

Elə  ki  mif,  dastan,  nağıl,  hədis,  hekayət 

sistemində  personaj  yeyib-içdiyinə  layiq  fəaliyyət 




Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə