Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə130/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   127   128   129   130   131   132   133   134   135

 

394 


kimi, 

bir 


“qa” 

statusunda 

qatığın 

kolorisi, 

enerjisi çox azdır.   

“Qan”  sözü  axan  enerjini,  yəni  “qa”nın 

mütəmadi  dövr  elədiyini  eyhamlaşdırır.  “Qan”  qapalı 

“qa”  sistemidir,  “qa”  dövriyyəsidir.  Qan  qarındakı 

“qa”nın cövhəridir.  



“Qam”

2

  (şaman)  əski  oğuzlarda  “qa”  müqəddəs 



enerjisinin sahibi mənasını gündəmə gətirir.  Bayaq 

ərz  etdiyim  kimi  “qa”  enerjisi  Yer  mənşəlidir: 

şamanlar  isə  həmişə  yeraltı  dünya  ilə  kontakt 

yaradan adamlar sayılıblar.

3

   


“Qağan  –  Xaqan  –  Xan”

4

  sözü  “qa”  enerjisinə 

sahib başçını, rəhbəri tanıdır.        

Qa-nad  “qa”  enerjisinin  göylərə  qaldırmaq, 

pərvazlandırmaq 

gücünün 

konkretliyi 

qismində 

qavranıla bilər. 



Qa-nun tamamlanmış, bütöv “qa” sistemidir. 

Qarın  “qa”  üçün  qazandır:  “qa”nı  (yeməli  nə 

mövcudsa,  hamısını)  material  kimi  üyüdüb  onu 

eyniadlı enerjiyə çevirir.        



“Qaz”,  “qa-zan”,  “qa-zanc”  sözləri  də  “qa” 

enerjisini  müxtəlif  mövcudluq  modifikasiyalarında 

sərgiləyir. 

Qar 

göydən 


tökülən 

nemətdir, 

ruzidir, 

bərəkətdir:  insanların  sabahını  “qa”  ilə  təmin 

edir. 

Qa-ra  böyük  enerji  zonasıdır:  azman  enerji 

məkanını fikir selində kodlaşdırır. 



Qa-la  “qa”nı  qoruyub  saxlayan  yer  mənasında 

anlaşılır. 



Qa-dın  törəyən  materiyadır,  “qa”  enerjisinin 

dövriyyə  mərkəzidir.  Bu  sözü  həmçinin  “qa”  tanrısı 

kimi  də  çözmək  icazəli.  Əjdər  Fərzəlinin  “Dədə 

Qorqud  yurdu”  kitabına  müraciət  edək:  “Qatun”, 

“Xatın”  və  “Qadın”  sözlərindəki  “tun”,  “tın”  və 

“dın”  komponentləri  “Tanrı”  sözünün  baş  komponenti 

“Tan”ı əks etdirir, ananın – qadının tanrı olduğunu 

göstərir”.



Qa-rı enerjisi tükənmiş qadındır. 

“Qat”  kəlməsi  “qa”nın  miqdar  çoxluğuna  bir 

işarə kimi çözülür.  



Qa-pı  hər  şeydən  əvvəl  ləzzətlər  dünyasının 

qapısıdır:  qapı  evə  açılır,  rahatlığa,  toxluğa, 




 

395 


əyləncəyə,  cənnətə  açılır.  Qapı  olan  yerdə  yaşayış 

var, enerji var“qa” var. 

Uçurumlar,  ənginliklər  qapısızdır  və  orada 

“qa” da yoxdur, qapı da. 

Modern  Azərbaycan  folklorunun    leksikonumuza 

yenicə “atdığı”, əlavə etdiyi “qaqaş” (qaqa+ş) sözü 

“qaqa”  və  “qardaş”  sözlərinin  semantikasında  bir 

şəbəkəvarilik əmələ gətirir. 

Qa-rındaş  (qardaş)    ananın  “qa”  enerjisinə, 

yəni  yeməyə  ortaq  olan,  şərik  olan  insandır, 

potensial rəqibdir.  

Qa-rış  ölçü  vahididir,  olsun  ki,  bir  vaxtlar 

həmin bu kəlmə “qa”nın miqdarını bildirib. Qarışmaq 

isə  bir-birində  əriyib  itmək  deməkdir  ki,  bu  da 

enerjinin  xassəsidir.  Yəni  yalnız  enerji  elə 

qarışır,  bir  haldan  o  biri  hala  elə  keçir  ki, 

mövcud ola-ola görünməz olur. 



Qav-rayış  (qavramaq)  “qa”nı  almaq,  “qa”nı 

mənimsəmək  kimi  düşünülür.  “Qav”  fars  dilində  inək 

kimi anlaşılır. 

Qa-marlamaq  “qa”nı  ələ  keçirməkdə  xüsusi  səy, 

cəhd, güc, cəldlik göstərmək kimi mənalanır. 



Qa-rışqa 

mütəmadi 

şəkildə 

“qa” 


daşıyan 

həşəratdır. 



Qa-sırğa  “qa”nı  yox  edən,  tükədən  küləkdir. 

Diqqəti yönəldirəm “qısır” sözünə...  



Qa-bırğa “qa”nın yerləşdiyi, “qa”nın qorunduğu 

səbət qismində yozulmaq ehtimalını özündə saxlayır.  



Qarpız  yer  enerjisinin  təzahür  gerçəkliyidir, 

“qa”  enerjisinin  yumrulaşmış,  pırpızlaşmış  təzahür 

formasıdır. 

Qarğa”  sözünün  “ruzisiz,  nemətsiz  quş”, 

“qa”dan  məhrum  quş”,  permanent  “ac  quş”,  “acgöz 

quş”  mənalarının  fonetik  təcəssümü,  fonetik  şifrəsi 

kimi qavramaq mümkündür.   

Qa-zımaq “qa” enerjisini axtarmaq, onu tapmaq, 

ona  çatmaq  əməlini  dil  qatında  konkretləşdirən  bir 

sözdür (məsdərdir).   

Qa-zı  “qa”  enerjisini  cəmiyyətdə  tarazlığa 

gətirən,  bu  enerjinin  paylanmasını  nizamlayan  hakim 

kimi anlaşıla bilməzmi, yahu?                

“Qa”  Azərbaycan  xalqının  etnik  mədəniyyəti 

müstəvisində,  onun  folklorunda,  mifologiyasında 




 

396 


varlığın 

enerji 


cövhəri, 

həyat 


cövhəri 

kimi 


çözülüb, yozulub götürülə bilər.  

İndi  də  “qu”  kəlməsini  çək-çevir  eləyək 

dilimizdə bulunan bir sıra sözlər arasında. 

Haradan 


ki 

“qu” 

(su 


enerjisi) 

çəkib 


çıxardırlar,  ora  quyu  deyirlər,  harada  ki  “qu” 

qurtarır, ora quru sayılır. 

Türk  mifologiyasında  “qut”

6

  (qu+t)  bərakədir, 



ilahi,  ruhsal,  saf,  pak  enerjidir,  yuxarı,  sakral 

dünya  enerjisidir.  Əgər  qat  horizontalı  bildirirsə, 



qut  –  vertikalı  işarələyir.  Qat  üfqi  istiqamətdə 

üst-üstə 

çinlənmiş 

təbəqələrdir, 



qut 

isə 


bu 

təbəqələrin  hamısını  dəlib  keçə  bilir,  onların 

hamısı  ilə  təmasda  bulunur,  statik,  ölü  formaları 

yaşayış  formalarına  transformasiya  eləyir.  Bir 

sözlə, qut qata can verir, həyat verir.  

“Qu”  sözü  Azərbaycan  dilində  yumşaqlığı, 

çəkisizliyi, hava kimiliyi rəmzləşdirir. 



Quş (qu+ş) uçan “qu”dur. 

Quşların  ən  gözəlinə  azərbaycanlılar  “Qu” 

deyirlər. 

Qum  hərəkətdə  olan,  “uçan”,  yerini  dəyişə 

bilən,  qu  kimi  yüngül,  hətta  barmaqlar  arasından 

axıb  süzülən,  rahatca  küləyə  qovuşub  küləyə  dönə 

bilən dənəciklərdir. 



“Qu-zu” 

kəlməsi 


“əzizlənən, 

sevilən 


qu” 

mənasında  qavranıla  bilər.  Əslində,  “quzu”  sözü 

yeyiləcək  əti  dil  müstəvisində  fonetik  işarəyə 

çevirir.  Bu  isə  o  deməkdir  ki,  quzunun  “qa” 

enerjisinə,  yəni  yer  enerjisinə  yaxınlığı  daha 

çoxdur.  Amma  həqiqət  bu  ki,  heç  kim  quzuya  qıymaq 

istəmir: 

hətta 


insanların 

böyük 


əksəriyyəti 

gördükləri,  oxşatdıqları  quzunun  ətini  yeməkdən 

imtina edirlər.  Çünki quzu qu kimi yumşaq, qu kimi 

zərifdir: haradasa Qu kimi olanı bildirir.       

Yeməklərin  ən  zərifinə,  tül  pərdə  kimi  bir 

üzündən  o  biri  üzü  görünəninə  azərbaycanlılar 



“qutab”  deyirlər.  “Qutab”  həyat  verən,  can  verən 

cövhər  kimi  anlaşılmaq  şansına  malikdir.  “Quşt”  və 

ya  “guşt”  sözü  isə  fars  dilində  “ət”  mənasında 

işlənilir  və  güman  etmək  mümkün  ki,  türkün  “qut” 

sözündən törəmədir. 



Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə