Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə120/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   116   117   118   119   120   121   122   123   ...   135

 

363 


var.  Olsun  ki,  bu  prosesdə  kimsə  aktiv  iştirakçı, 

kimsə  aktiv  müşahidəçi  mövqeyini  öz  psixofizioloji 

portretinə  daha  uyğun  bilsin.    Lakin  burada  bir 

psixoloji  məqam  maraqlıdır.  Sualı  olub  öz  sualını 

verənlərin  də,  sualı  olub  öz  sualını  verməyənlərin 

də hamısı bilir ki, faktiki surətdə bu sualların heç 

bir konkret əhəmiyyəti yoxdur. Amma bir qayda olaraq 

bu  dialoqda  iştirak  etmiş  hər  bir  şəxs  özündən  razı 

qalır  və  əksərən  o,  cavab  barəsində  heç  fikirləşmir 

də.  Əslində,  cavab  ona  heç  lazım  da  deyil.  Çünki  bu 

cavab real zaman hüdudlarında nəyisə dəyişməyə qabil 

olmayacaq.  Bəs  onda  sualların  hər  hansı  bir  natiq 

qarşısında  belə  püskürməsinin  səbəbi  nədir?  Hamı 

danışanı  tam  şəkildə  başa  düşübmü?  Əminəm  ki,  yox. 

Qəribəsi  budur  ki,  natiqə  sualla  müraciət  edən  şəxs 

heç  də  nəsə  öyrənməyə  can  atmır.  Sual  (görüşlər, 

xatirə  gecələri  və  s.  bu  kimi  yığıncaqlarda  verilən 

teatral-dekorativ xarakterli suallar nəzərə alınmır) 

əsas  etibarı  ilə  söz  sahibini  çaşdırmaqdan,  onu 

yoxlamaqdan, sınağa çəkməkdən, özünü camaat arasında 

fərqləndirməkdən,  xüsusiləşdirməkdən  ötrüdür  (yəni 

baxın, mən də danışdım ha). 

     Sual öz təbiətinə görə tapmacadır, başqası üçün 

hazırlanmış 

tələdir, 

operativ 

instinktiv 

reaksiyadır, yəni, görək, danışandan başçı (rəəhbər, 

öcül) olar, yoxsa yox. 

     Sual 

özgəsinə 

doğru 


yönəlmiş 

təcavüzün 

maskalanmış formasıdır.                                                                                                                                        

     Elə  isə  suala  hər  şeydən  öncə  özünütəsdiq 

vasitəsi  kimi  yanaşılmalıdır.  Məhz  ona  görə  də  sual 

həmişə  bilincsizlik  səltənətində  azğın  bir  istək 

kimi  tüğyan  edir  və  qəfildən  peyda  olur.  Burada 

artıq  anlamaq  cəhdi  ikinci  plandadır:  əsas  məsələ 

özünütəsdiqdir.  İndividualizm  öz  kimliyini  ayırd 

etməkdən 

ötrü 

verilən 


sualdan 

başlanır. 

Sual 

(tapmaca) həmişə özgəsinin təkzibidir, özüm haqqında 



informasiyadır,  elə  bir  informasiya  ki  burada 


 

364 


“mən”in  özü  barədə  haray  salmaq  təbiəti  hər  şeyi 

üstələyir. 

Sual 

inkarın 


yumşaq 

(kompromis) 

variantıdır.  İnkarsa  hökmdür,  başqası  haqqında 

hökmdür.  Ancaq  bu  hökm,  eyni  zamanda,  “özüm” 

barəsində  hökmdür:  “mən”in  mütləqləşməsi  (hifz 

edilməsi)  amacıdır.  Əslində,  inkarı  meydana  gətirən 

faktor  “özüm”  üçün  qorxudur.  O  nəsnəni  ki,  biz  başa 

düşmürük,  qavraya  bilmirik,  onu  inkar  edirik. 

Məntiqi  nəticə  isə  budur:    o  nəsnə  ki  bizə  məlum 

deyil, 


bizdən 

ötrü 


qorxu 

obyektidir. 

Bu 

psixologiyanın  faktıdır  və  mən  təzə  heç  nə  kəşf 



eləmirəm. 

     İnkarsa  stress  məqamının  tənqididir,  özgəsinə 

qarşı aşkar, barbaşa təcavüzdür. 

     Güman  edirəm  ki,  sual  və  inkarın  psixoloji 

motivlərilə  bağlı  bəzi  məsələlər  aydınlaşdı.  İndi 

təzədən dönürəm tənqidin üstünə. 

     Mədəniyyət  müstəvisində  tənqid  sual  və  inkarın 

ali  təzahürüdür.  Tənqid  özünü  yozum,  metod  kimi 

təsdiq  etməmişdən  öncə  qarşıdurumdur.  Belə  ki,  hər 

bir 


yozum, 

əgər 


o, 

həqiqətən 

yozumdursa, 

oppozisiyadır.  Çünki  hər  hansı  bir  faktın  təbiətini 

yenidən  strukturlaşdırmağa  və  onu  da  öz  növbəsində 

yeni fakt kimi təqdim etməyə meyllidir.  

       Tənqidin arxaik strukturu tarixi bilincsizlik 

çağında 


“ATA-OĞUL” 

münasibətlərinin 

(konfrantasiyasının)  nümunəsində  mədəniyyət  olayı 

kimi  formalaşır.  Bəşər  tarixinin  ilk  tənqidi  atanın 



tənqididir. Gərçi ata varsa, onun tənqidi də var. Bu 

tənqid  həsəd  və  qorxudan  yoğrulur,  özünütəsdiq 

hissindən peyda olur. 

     Bəşər  tarixinin  ilk  tənqidi  oğulun  tənqididir. 

Gərçi  oğul  varsa,  onun  tənqidi  də  var.  Bu  tənqid 

instinktiv 

şəkildə 

gerçəkləşən 

özünümüdafiənin 

təzahürüdür. 

     Ata  köhnəsidir,  oğul  -  yenisi.  Yəni  tənqid 

əbədi  təkrarlanan  situasiya  olub  inkarı  inkar 




 

365 


üzərində  qərarlaşır.  Məhz  bu  müstəvidə  tənqid 

eposdan,  lirikadan,  dramdan  önə  keçir,  avanqard 

pozisyonda 

yer 


tutur. 

Deməli, 


ədəbiyyat 

yaranmamışdan əvvəl də tənqid mövcud idi. 

    Tənqid  mifin  başlanğıc  situasiyasıdır.  Əgər 

başqa cür desək, mif tənqiddən başlayır. 

     İstərdim  ki,  bu  məsələni  bir  az  da  gəlişdirim. 

Bunun  üçün  öncə  Avstriya  psixiatrı  Ziqmund  Froydun 

“Totem  və  tabu”  əsərinin  əsas  situasiyasını  qısa 

şəkildə 


danışacağam. 

Filoloji 

düşüncə 

tərzinə 


köklənmiş  bu  psixiatra  görə  qədim  insanlar  sürü 

halında  yaşayarkən  dişilər  bir  Ataya,  -  Öcülə,  - 

məxsus 

olublar. 



Dişilərə 

yaxın 


düşmək 

digər 


erkəklərə,  yəni  oğullara,  yasaq  edilmişdi.  Əslində, 

bu  hələ  yasaq  deyildi,  dişilərlə  bölüşmək  istəməyən 

Öcülün  azman  gücü  qarşısında  qorxu  idi.  Belə 

yaşamağın mümkün olmadığını görən oğullar (potensial 

qardaşlar)  bir  gün  yığışıb  Öcül  atanı  öldürdülər  və 

onun  ətini  parçalayıb  yedilər.  Yedilər  ki,  Öcülün 

gücünün  bir  hissəsi  onlara  keçsin.  Məqam  onunla 

nəticələndi  ki,  hər  oğul  özünü  bir  ATA  bildi.  Sürü 

ailələrə  bölünüb  bir  toplum  halına  gəldi.  Froyd 

deyir  ki,  bu,  bəşər  tarixində  misli  görünməmiş  bir 

bayramdır. Əlbəttə ki, qorxu və həsəddən törəmiş bir 

bayram.                                                                                                                                         

     Amma  və  lakin…  sonradan  oğullar  anladılar  ki, 

doğma atalarını öldürüblər; və bir gün ayıldılar ki, 

özləri  də  Ata  olublar:  deməli,  onları  da  qarşıda 

“motivləşdirilmiş”  qətl  gözləyir.  Odur  ki,  oğullar 

Ata,  -  Öcülü,  -  totemə  çevirdilər.  Dedilər  ki,  yox, 

bizim Atamız ölmədi, onun ruhu köçüb, - barmaqlarını 

tuşladılar  hər  hansı  bir  heyvanın  üstünə,  -  bax,  bu 

heyvanda yaşayır. Beləliklə, həmin heyvan oldu totem 

və  onun  ətinin  yeyilməsi  yasaq  buyruldu.  Totem 

müqəddəsləşdi,  ona  tapındılar.  Bununla  da  Atanı 

öldürməyə 

əbədi 


qadağa 

qoyuldu. 

Nevrozların 



Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə