Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə25/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   21   22   23   24   25   26   27   28   ...   135

 

74 


sosio-kulturoloji 

bədən) 


və 

onun 


tələbatları 

üzərində 

qurub-quraşdırsın. 

Xalqın 


meydan 

mədəniyyətinin mərkəzində İDEYA yox, RUH yox, BƏDƏN 

dayanır.  Bədən  burada  ontoloji,  sosio-kulturoloji 

dəyərdir,  meyardır,  ölçüdür,  etalondur.  Meydanda 

bütün mənalar bədənə görə fokuslaşdırılır. Odur ki, 

Üzeyir  bəy  “Leyli  və  Məcnun”  operasını  bəstələrkən 

alqışladığı  ideyaları,  yaşantı  və  dəyərləri  bir 

müddət keçincə tamamilə əks bir mövqedən yoxlamağa, 

saf-çürük  eləməyə,  sınağa  çəkməyə  başlamışdı:  bu 

dəfə 


xalqın 

meydan 


mədəniyyətinin, 

gülüş 


mədəniyyətinin  içindən  boylanıb  öz  köhnə,  kübar, 

sevimli  qəhrəmanlarına  baxmışdı  və  anlamışdı  ki, 

onların 

faciəsinin 

bir 

nömrəli 


şərti 

BƏDƏNSİZLİKDİR.  Elə  buna  görə  də  Üzeyir  bəy  “O 

olmasın, 

bu 

olsun” 


məsxərəsində 

“Leyli 


və 

Məcnun”un,  bir  qədər  kobud  səslənsə  də,  astarını 

üzünə  çevirmişdi  və  bir  daha  isbata  yetirmişdi  ki, 

“ŞAİR  SÖZÜ,  ƏLBƏTTƏ,  YALANDIR”,  yəni  hər  hansı  bir 

gözəl  bədii  uydurma  həyat  məntiqinin  sınağından 

keçə  bilməyəndə  MƏSXƏRƏ  üçün,  ŞƏBƏDƏ  üçün  sonsuz 

imkanlar açır. 

 

ŞƏRQLİ  DON  JUAN  MƏŞƏDİ  İBAD 

yaxud 

“QARAGÖZ”ÜN POTENSİAL QƏHRƏMANI 

 

     Hacıbəyli  cənabları  “O  olmasın,  bu  olsun” 



məsxərəsinin  neqativdə  görükdürülən  qəhrəmanını 

nədən  “İBAD”  adlandırıb?  Təkcə  ona  görəmi  ki,  bu 

adın  “məşədi”  sözü  ilə  olduqca  cingiltili  və 

musiqili bağlantısı var? Bəlkə də Üzeyir bəy Məşədi 

İbadı Kərbəlayi Qubada (“Ər və arvad” operettasının 

personajı)  tay,  qardaş  bildiyindən  onların  adlarını 

da  həmqafiyə  götürüb?  Hər  halda  bu  gümanlardan  heç 

biri  ciddi  etiraz  doğurmur:  çünki  mümkün  həqiqət 

kimi  yozulur.  Amma  məsələ  bununla  tamamlanmır.  Sən 



 

75 


demə,  ərəbcə  “ibad”  sözü  “qullar”,  “kölələr”, 

“bədənlər”, 

bəzən 

isə 


“insanlar” 

kimi 


mənalandırılır.  Mən  məsxərənin  kontekstini  nəzərə 

alıb  “ibad”  sözünün  bildirdiyi  sonuncu  mənanı 

ixtisar  edirəm.  Razılaşın  ki,  Məşədi  İbadın  Məşədi 

İnsan  kimi  təqdim  edilməsi  tədqiqatçıya  heç  nə 

vermir,  əsərin  bədii  qayəsi,  janrı,  hüsnü  ilə 

uyuşmur. 

“Kölə” 

mənasına 



gəldikdə 

isə 


söylənilməlidir  ki,  “İbad”  sözü  “İbadullah”  adının 

azərbaycanlılar  arasında  qısaldılmış  variantıdır. 

Ərəblər 

Allah 


quluna 

“Əbdallah” 

(Abdullah) 

deyirlər.  “Əbd”in  cəmiysə  “ibad”  olur.  Odur  ki, 

Məşədi İbad əvəzinə Məşədi Kölə də demək mümkündür. 

Amma  nə  olsun  ki?  Bu  bizə  trafaret  cavabdan  savayı 

yeni nə anladacaq ki? Məşədi, axı, nəyin köləsidir? 

İctimai-sosial 

vəziyyətin, 

dini 


görüşlərinin, 

pulunun,  yoxsa  ehtirasının,  iddiasının?  Məncə, 

hamısının...  və  burada  əbəs  yerə  baş  sındırmağına 

dəyməz.  Azərbaycanın  fikir  işçiləri  çoxdan  sübut 

ediblər ki, Məşədi İbad sosial bir tipdir, bilmərrə 

mənfi  bir  vücuddur.  Düzdür,  o,  vələdüzna  və 

kələkbaz  deyil;  nə  rəzildir,  nə  yalançı:  amma 

“dolmanı  və  nanı”  xəlvəti  nuş  eləyib  özgələrlə  işi 

olmayan, milləti, dünyanı vecinə almayan biar, yəni 

arsız  bir  adamdır.  Arsız  olmasaydı,  dördüncü  dəfə 

evlənmək  həvəsinə  düşməzdi  ki...  Hərçənd  ki,  bu, 

onun  şəxsi  işidir.  Cəmiyyətin  molla,  bəy,  tacir 

təbəqəsinin  yeyib  harınlamış  salim,  laqeyd  biganə 

nümayəndəsi  kimi  Məşədi  İbad  XX  əsr  Azərbaycan 

mədəniyyətində  tənqid  hədəfidir,  gülüş  obyektidir. 

Bunu danmaq nadanlıq olur. 



     MİRZƏ  ƏLƏKBƏR  SABİR  POEZİYASININ  BÜTÜN  HƏPƏND 

PERSONAJLARI  POTENSİAL  MƏŞƏDİ  İBADLARDIR.  ƏZİM 

ƏZİMZADƏ  CƏNABLARININ  ÇƏKDİKLƏRİ  RƏSMLƏRDƏ  MƏŞƏDİ 

İBADLARIN 

HANSI 

NÖVÜNDƏN 

İSTƏSƏNİZ 

TAPMAQ 

MÜMKÜNDÜR. 


 

76 


     Bu  mənada  Məşədi  İbad  obrazı  millətin  varlıq 

səciyyəsinin  məğzini  özündə  ifadə  edirdi.  Odur  ki, 

XX  yüzilin  əvvəllərində  Məşədi  İks  tipinə,  konkret 

olaraqsa, 

tacir 

İbada 


yalnız 

ictimai-sosial 

parametrlər  çərçivəsindən  yanaşmaq  Üzeyir  bəyi  bir 

sənətçi  kimi  qane  edə  bilməzdi.  Həqiqətən,  “O 

olmasın,  bu  olsun”  məsxərəsindən  milli  mentalitetin 

və  mədəniyyətin  müxtəlif  qatlarına,  düşüncə,  fikir 

hücrələrinə 

qapılar 


açılır. 

Azərbaycan 

mədəniyyətində  MƏŞƏDİ    İBAD  adlı  bir  personaj  bir 

və  ya  min  bir  günün  içində  yaranmayıb.  O,  uzun 

əsrlərin 

yetirməsidir, 

şərqli 

mentallığının 



məhsuludur,  azərbaycanlı  içinin  obrazıdır,  tarixi-

nadir  kitabını  yarıyacan  oxumuşların  simvoludur. 

Həpənd  isə  həmişə  və  hər  yerdə  kölədir.  Odur  ki, 

Məşədi Kölə haradasa Məşədi İbadın sosial məğzinin, 

ictimai 

statusunun 

rəmzi 

bildiricisidir, 



ifadəçisidir. 

     Lakin...  və  bir  daha  lakin...  bütün  bunlarla 

yanaşı  əsərin  ontoloji  təhlili  mənə  imkan  verir 

söyləyim ki, “O olmasın, bu olsun” məsxərəsinin baş 

qəhrəmanı 

Məşədi 


İbad, 

ilk 


növbədə, 

Məşədi 


BƏDƏNDİR, BƏDƏN cənablarıdır. Bəlkə də Üzeyir bəyin 

özü  heç  bu  barədə  fikirləşməyib.  Olsun,  bunun 

mətləbə 

nə 


dəxli? 

Ona 


görə 

ki, 


məsxərənin 

personajlarının  xarakteri,  davranış  məntiqi  və 

onlar  arasındakı  münasibətlər  bu  obrazların  bədən 

imkanları, 

fiziki 

enerjisilə 



ilişikli 

şəkildə 


dəyişir. 

Şəbədənin 

bədii-estetik 

parametrləri 

müstəvisində  BƏDƏN  motivi  son  dərəcə  ekspressiv 

səslənir.  Bu  pyesi  diqqətlə  təhlil  etdikdə  şübhə 

yeri  qalmır  ki,  müəllifin  altşüurundan  gələn 

impulslar  onun  maarifçi  ideyalarını  sıxışdırıb 

ikinci  plana  ötürmüşdür.  İdeya  həmişə  bədənin 

tələbatına ram olur, bədənə uduzur: əgər əksinə baş 

verirsə, 

bədən 


yaşamır, 

həməncə 


ölür. 

Digər 


tərəfdən  isə  Məşədi  İbad  bir  BƏDƏN  kimi  meydan 


Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə