Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə22/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   18   19   20   21   22   23   24   25   ...   135

 

65 


varmadan  Sərvərin  məlumatını  təsdiqləyəcək,  qızına 

Məşədidən qorxmamağı məsləhət görəcək və bununla da 

gələcək  kürəkəninin  evlənmək  iddiasına  növbəti 

zərbə 


endirəcək. 

Bu 


vaxt 

Sənəm 


də 

fürsəti 


qaçırmayacaq, 

barıt 


çəlləyi 

kimi 


partlayıb 

mikroşivən 

qoparacaq 

və 

Məşədinin 



qarasına 

ürəyindən  keçəni  söyləyəcək,  onu  biabır  edəcək. 

Soruşula  bilər:  Məşədi  İbadın  özü  hələ  araya 

çıxmamışdan  öncə  bu  nə  haray-həşirdi  (qara  piardı) 

belə?  Məsələnin  çox  sadə  izahı  var:  hamı  qeyri-

rəsmi şəkildə Məşədiyə, - “yox”, - deyir və istəmir 

ki,  gözəl  Gülnaz  “qoca”  və  “kifir”  İbad  kişinin 

arvadı  olsun,  halbuki  artıq  iş-işdən  keçib,  Rüstəm 

bəylə  Məşədi  danışıb,  sövdələşib,  behləşiblər.  Qız 

onundur,  vəssalam.  Belə  bir  çətin  psixoloji  duruma 

düşmüş  Rüstəm  bəydən  ötrü  ən  vacib  problem  rədd 

cavabını  RƏSMİLƏŞDİRMƏKDƏN  ibarətdir.  Lakin  necə? 

Heç  elə  şey  olurmu  ki,  Qafqazda  kişi  vədə  xilaf 

çıxsın, verdiyi sözə əməl eləməsin? Əsla. Elə bütün 



OYUN,  MƏRƏKƏ  də  məhz  bu  məqam  üzərində  qurulub.  Bu 

oyunun  baş  tutmasını  gerçəkləşdirən  fakt  isə  “hə” 

və  “yox”  cavablarının  yerinin  səhv  düşməsidir, 

onlar  arasındakı  məsafənin  aradan  götürülməsidir. 

“O  olmasın,  bu  olsun”  şəbədəsində  “hə”  “yox”a 

bağlıdır,  “yox”    da  “hə”yə.  Öncə  Rüstəm  bəy  Məşədi 

İbada  birmənalı  şəkildə  “hə”  deyib.  Mənim  şərti 

şəkildə  “elçilik-həngamə”  adlandırdığım  səhnədə  bu 

“hə”  rəsmiləşdirilməlidir.  Amma  ziyafətdə  tamam 

ayrı  bir  oyun  oynanılır:  faktiki  olaraq  Məşədiyə 

qeyri-rəsmi  şəkildə  anladılır  ki,  iddiasından  əl 

çəksin.  Soruşan  lazım  ki,  bahalı  bir  qonaqlıq  gün-

gündən  kasıblaşan  Rüstəm  bəyin  nəyinə  gərək? 

Əslində müflisləşmiş bəy hay-küy salmadan qızını  ər 

evinə  köçürməlidir  ki,  eşidib-bilən  ona  tənə 

vurmasın, şəbədə bağlamasın. Lakin Rüstəm bəy bunun 

tərsinə iş görür: camaatı toplayır evinə ki, bəs nə 

var,  nə  var...  öz  gözəl  qızı  “madmazel”  Gülnazı  50 




 

66 


yaşlı  dul  kişiyə  ərə  verir...  Ziyafət  məhz  “hə”nin 

“yox”a çevrilməsi üçün bir şansdır. 

     “Elçilik”  adına  düzənlənən  hər  bir  məclis 

toyun  afişasıdır,  bir  növ  qohum-qonşu  qarşısında 

açıq  hesabatdır.  Hərçənd  Rüstəm  bəy  vəziyyəti 

nəzərə  alıb  ziyafətdən  vaz  keçə  bilərdi.  Amma  o 

bunu  eləmir.  Nə  səbəbə?  Məncə,  Rüstəm  bəyin  özü, 

hələ 


Sərvərdən 

xəbəri 


olmaya-olmaya, 

Məşədini 

tələyə 

salmaq 


istəyir: 

ziyafət 


bəhanəsiylə 

“kürəkəni”  camaata  göstərir,  əgər  belə  demək 

caizsə,  “üzə  çıxarır”  və  bununla  da  çalışır  ki, 

qızı  Gülnazın  dul  kişi  Məşədinin  tayı  olmadığını 

məclis  əhlinə  (potensial  ictimaiyyətə)  aydınlatsın. 

Çünki o, Gülnazın İbad kişiyə ərə getməsi faktı ilə 

heç  cür  barışa  bilmir.  Qızına  “sən  heç  qorxub 

eləmə”  dediyi  məqamdan  etibarən  Rüstəm  bəy  nigahın 

baş  tutmamasından  ötrü  bütün  imkanlardan  istifadə 

etməyə  daxilən  hazırdır.  Ziyafət  isə  hər  ehtimala 

qarşı  görülmüş  tədbirdir  və  müəyyən  mənada  Rüstəm 

bəyin  özünü  və  sözünü  sığortalamaq  cəhdidir.  Bu 

fikir  necə  yozula,  necə  başa  düşülə  bilər?  Rüstəm 

bəy  istəyir  ki,  işdi,  əgər  birdən  vəziyyət  dəyişsə 

və  o,  verdiyi  sözü  dəbbələsə,  “hə”ni  “yox”  eləsə, 

bu  zaman  bir  qız  atası  kimi  camaat  qarşısında  “Siz 

özünüz  gördünüz  də,  daha  məni  qınamayın”  söyləməyə 

haqqı  olsun.  Fikirləşməyinə  dəyər  ki,  nə  üçün 

Rüstəm  bəyin  malikanəsində  təşkil  olunmuş  ziyafətdə 

onun  və  Məşədinin  qohum-əqrabasından  heç  kim 

iştirak  eləmir?  Hər  halda  Üzeyir  bəy  bu  məqamla 

bağlı  bir  dənə  də  olsun  replika-filan  yazmayıb.  Öz 

sualıma  mənim  cavabım  belədir  ki,  Rüstəm  bəyin 

evindəki 



ZİYAFƏT 

qohumların 

sevinclərini 

bölüşdürdüyü  şadyanalıq  məclisi  deyil,  Məşədini 

arxaik  bir  EKSPONAT,  köhnəliyin  qiyafəsi  kimi 

nümayiş  etdirən  MƏCLİS-SƏRGİDİR.  Elə  bir  sərgi  ki, 

orada 

İbad 


kişi 

ən 


yarıtmaz 

rakurslardan 

görükdürülür.  ANTİELÇİLİK  məramı  ilə  keçirilən  bu 



 

67 


ziyafət  “Leyli  və  Məcnun”  poemasından  məşhur 

elçilik səhnəsinin şəbədə variantı kimi də çözülür. 

Mən  yadınıza  salıram  Leyli  atasının  öz  qızını  ərə 

verməməkdən, 

“hə” 

deməməkdən 



ötrü 

gətirdiyi 

bəhanəni:  “Qürbün  bilirəm  mənə  şərəfdir,  amma 

xələfin  əcəb  xələfdir,  “Məcnun”  -  deyə  tən  edir 

xəlayiq,  Məcnuna  mənim  qızım  nə  layiq?”  Bu  bəhanə-

bəyanat  bir  güclü  məntiq  üzərində  qurulur:  Qeys 

dəlidir,  məcnuna  isə  evlənmək  yasaq  buyrulur.  “O 

olmasın, bu olsun” məsxərəsində isə Məşədinin üzünə 

deyilir  ki,  o,  xalis  oranqutan  meymunudur.  Hərçənd 

ki, 


onun 

arvad 


almaq 

hüququ 


bu 

“ittiham”a 

baxmayaraq  qalır.  Çünki  əsl  müsəlmandır.  Əslində, 

Həsən bəyin Məşədi İbadın xeyrinə gətirdiyi sonuncu 

dəlil 

çox 


zəifdir 

və 


ziyafətə 

yığılanların 

“kürəkən”lə 

ilişkili 

formalaşmış 

neqativ 


təsəvvürlərinə  bir  qırıq  da  təsir  göstərmir.  Nədən 

ki,  ZİYAFƏT    lap  əvvəldən  Məşədi  üçün  sosial, 

mənəvi-əxlaqi 

bir 


İMTAHAN, 

bir 


SINAQ 

kimi 


düşünülüb.  Məclis  İbad  kişiylə  zarafatlaşır,  ona 

öcəşir, bu baqqalın evlənmək şansına təcavüz eləyir 

ki,  Məşədinin  gözləri  açılıb  özünü  görə  bilsin. 

Türkpərəst  “qəzetəçi”  Rza  bəy  də  elə  qapıdan  içəri 

gircəyin camaatın “isti aşına soyuq su qatır”, bir-

iki replika ilə Rüstəm bəyi qızı Gülnaz xanımı “pul 

dağarcığına” 

ərə 


verməkdə 

günahlandırır. 

Bu, 

ziyafətin  başlanğıcında  Məşədi  İbada  sataşmaqdan, 



öcəşməkdən  ötrü  elə  bil  ki  bir  siqnaldır.  Çünki 

sonradan  məclis  əhlindən  kim  ayağa  durub  söz 

danışırsa,  bu  və  ya  digər  tərzdə  öz  səviyyəsinə 

uyğun  Məşədiyə  şəbədə  “bağlayır”.  Beləliklə,  bəy 



TƏRİFLƏNMƏK  əvəzinə  üst-üstdən  TƏHQİR  olunur  və 

getdikcə  şən  bir  lətifənin  (qaravəllinin,  kölgə 

oyununun?) 

maymaq 


qəhrəmanı 

hüsnündə 

görükür. 

Məşədinin  nüfuzuna  endirilən  axırıncı  zərbənin 

müəllifi  Həsən  bəydir.  Bu,  gecikmiş,  əks  işarəli 

elçilik  oyununun  zirvəsidir.  Nədən  ki,  Məşədi 




Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə