98
birisinin əlavəsidir. Birlikdə isə onlar Bütövün
hissələridir”.
13
Lakin qoca Ərəstunsa (Aristotel)
belə
buyururdu
ki,
bədəni
ruh
idarə
edir.
İnanmıram, boş söhbətdir: Aristotel yanılırdı. RUHU
İDARƏ EDƏN BƏDƏNDİR. Enerji bədəndən ayrılır. Bədən
ruhun səciyyəsini, keyfiyyətini müəyyənləşdirir.
Ruh fiziki enerji olmaqla yanaşı həm də fikrin
enerjisidir,
düşüncənin
enerjisidir,
ağıl
ünvanlıdır. Amma bizim gümanımız var ki, ağlımız
bədənimizə hakimdir. Əsla: bədən ruha, “mən”ə və
ağıla heç vədə tabe olmur. BƏDƏN HƏMİŞƏ “MƏN”DƏN
AĞILLIDIR. Adamların çoxusu müəyyən bir hadisədən
(olayın qarşısındakı işarəni, olayın miqyasını
nəzərə almadan) sonra öz doğmalarının, tanışlarının
yanında əksərən səmimicəsinə etiraf eləyir ki,
ürəyi ona əvvəlcədən nə olacağını xəbər vermişdi:
yəni bədəni öncədən duymuşdu, bilmişdi bunu. Bədən
hər bir vəziyyətdə ani də olsa ağlı, ağılla
çıxarılan
məntiqi
qərarı
qabaqlayır.
Belə
məqamlarda qədim çinlilər ərz edərdilər ki, DAO
BƏDƏNDİR. Əslində isə bədən bütün ömrünü, varlıq
enerjisini ruha sərf eləyir; bədən “mən”ə görə yox,
ruh üçün yaşayır və həyatda axıracan “yanıb”
maddiliyi olmayan mistik enerji fazasına keçir,
tam ruhlaşır; ölüm faktından sonra bədənin ömrü
qurtarır, bədənin ruh dönəmi başlayır. Məsələni bir
az daha aydınlatmaqdan ötrü mən istərdim filosof
İskəndər Tağıyevin əlyazma hüququnda mənə təqdim
etdiyi əsərindən bir sitat gətirəM.: “Bir çox
mədəniyyətlətdə və dinlərdə ölüyə 40 gün ərzində
yas saxlamaq adəti var. Din xadimləri (gəlin,
İbrahimim məzhəblərindən danışaq) sizə izah edə
bilməyəcəklər ki, nə üçün xristianlarda ölümdən
sonra birinci, üçüncü, yeddinci və ya doqquzuncu,
və qırxıncı günlər (müsəlmanlarda da həmin günlər
önəmlidir) qeyd olunur. Çünki onlar Ruhun bədəndən
ayrılaraq yeni təcəssümlər bulması ilə əlaqədar
99
prosesdən xəbərsizdirlər. Mən hələ ondan söz
açmıram ki, hətta ekzoterik qatda bu dinlər
reinkarnasyon (təzədən təcəlla - kursiv A.T.)
ideyasını qəbul etmirlər. Beləliklə, Ruhun yeni
təcəssümü
insanın
ölümündən
sonra
bir
neçə
mərhələdə baş verir. Birinci gün ölüm faktı
təsdiqlənəndə Ruhdan fiziki bədən ayrılır. Üçüncü
gün növbə insanın efir bədəninə çatır. Efir
bədəninin
fiziki
bədənlə
enerji
bağlantısı
olduğundan (efir bədəni fiziki bədənin matris
düzümüdür) bu məqamda (müəyyən işıqlanma zamanı)
həmin bədəni bir kabus kimi ölmüş adamın məzarı
üstündə görmək olar. Əgər meyit hər hansı bir səbəb
üzündən basdırılmayıbsa (məsələn, xristianlar ölünü
üçüncü gün dəfn edirlər), bu hadisəni otaqda da
müşahidə etmək mümkündür. Yeddinci gün Ruh bədənin
astral
qılafından
azad
olur.
Xristianlar
bu
münasibətlə doqquzuncu günü qeyd edirlər. Və
nəhayət,
qırxıncı
gün
Ruh
mental
bədənlə
“vidalaşır”. Mental bədən Ruhun ayrıldığı axırıncı
aşağı qılafdır. Bundan sonra Ölümsüz Ruh öz
təcəssümünü qurtarıb müəyyən müddət Göylə Yer
arasında (əraf, bərzəh) mövqelənir. Ölümsüz Ruh üç
bədəndən ibarətdir: Ali Eqo Bəbəni və ya Kauzal
bədən, Budda bədəni və Atman bədəni. Ruh ölüm
faktından ötüşən zaman boyunca bu prosesdən keçib
ilahi dünyaya, - Müqəddəs Üçbucağa, - adlayır və
orada öz yeni təcəssümünü gözləyir”.
14
Bununla da
mənim bayaqdan söylədiyim fikirlərdə tamam yeni bir
dönəm meydana gəldi: bədən ruhun fiziki dünyada
görünən
obrazıdır,
onun
məkanda
konkret
təcəssümüdür. Ölümdən o yana bədən ruh kimi
yaşayır. Bu zaman bədən həmişə ruhun yaddaşındadır,
onun enerji qılafının matris düzümündədir. Amma bir
məsələ də var: fiziki dünyada bədən görünə
bilməyəndə
mifə
dönür.
Varlığın
formaları
içərisində
görünər
olmaq
bədənin
əlamətidir.
100
Halbuki bədən bizə görünən ruhdur. Biz ruhumuzun
şəkli, qiyafəsi, görkəmiyik. Onda belə çıxır ki,
Ərəstun bunları bilməyə-bilməyə (bəlkə də bilirmiş)
haqlı olub və deyib ki, bədəni ruh idarə edir.
Ruhsuz
bədən
meyitdir,
kukladır,
çürüntü
materialıdır.
Lakin... və bir də lakin... problemin həlli
yolları çeşid-çeşid, hamısı da təzadlı. Amma iş bu
ki, mədəniyyət bədəndən utanır, çılpaq əzələlər
fakturasından utanır. Mədəniyyət ruhun sferasıdır,
onun mövcudluq parametrlərini ruh müəyyənləşdirir.
Əgər qəbul olunursa ki, bədən ruhun evidir, ruhun
məkan görkəmidir, onda bunu necə başa düşək: körpə
doğulur və əlüstü bələnir: insan ölür və meyit
həməncə
kəfənə
(xristianlar
ona
ən
yaxşı
paltarlarını
geydirirlər)
tutulur.
Qəribədir,
mədəniyyət permanent surətdə bədənin çılpaqlığını
gizlədir, çılpaqlığı yasaqlayır; elə bil ki,
mədəniyyət
çılpaq
insandan,
yalxı
bədəndən
çimçişir, onu murdar sayır.
BƏDƏN MURDARDIR, RUH MÜQƏDDƏS.
Çünki bədən mədəniyyətdə daim özgəsidir. Mədəniyyət
var qüvvəsilə, bütün mümkün vasitələrlə, müxtəlif
suggestiv
əqli
hücumlarla
bədəni
təbiətdən
uzaqlaşdırmağa,
onu
öz
imkanlarına
görə
öz
sferasında,
öz
koordinatlarında,
öz
laboratoriyasında təkrar istehsal etməyə (kuklalar,
robotlar, klonlar) çalışır.
Bədəni
məxfiləşdirib
onu
eyhama
çevirmək
müsəlman mədəniyyətinin ən cəlbedici oyunlarından
biridir.
Ortaçağ xristian mədəniyyətində bədən az qala
ruhun düşməni kimi qavranılır; sanki iri bir çuvala
(katoliklərin cübbəsi, rahib və rahibələrin geyimi)
salınır
və
dışarı
mühitlə
təması
minimuma
endirilir.
Burada
məqsəd
bədəni
iztirabla
Dostları ilə paylaş: |