Aynur Bəşirli Aynur K



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə63/71
tarix22.11.2017
ölçüsü5,01 Kb.
#11489
1   ...   59   60   61   62   63   64   65   66   ...   71

Bunları da yadda saxla... 

 
Məhkəmə  prosesində  iştirak  etmədən  ittiham  aktındakı  materiallar  əsasında  yazı 
hazırlama.  Əgər  belə  bir  halla  qarşılaşarsansa,  bil  ki,  ittiham  aktında 
təqsirləndirilənlərin  ifadələrinə  yer  verilir.  Prosesin  digər  iştirakçılarının 
mövqeyinə və fikirlərinə yer ayrılmır. Bu isə o deməkdir ki, ittiham aktı əsasında 
yazılmış yazıda balans pozulacaq.  

 
Yaxşı  olar  ki,  ailə-məişət,  boşanma  və  s.  bu  kimi  məhkəmə  işlərinin  qəzet 
səhifələrində yer almasına o qədər də meylli olmayasan. Əgər bunlardan yazmalı 
olsan  belə,  mövzuya  fərqli  bir  rakursdan  yanaş.  nsanların  şəxsiyyətini  deyil, 
boşanmanın  səbəblərini  araşdır.  Məsələ  sensasiya  xarakteri  deyil,  ictimai  maraq 
daşımalıdır.  
 
 
MƏDƏN YYƏ
 
 
Sevda  smayıllı  (1954)  1974-cü  ildən  peşəkar  jurnalist  fəaliyyəti  ilə 
məşğuldur.  “Televiziya  tələbə  tribunası”,  “Xoş  gördük,  tələbə!”, 
“Kitab  köşkü”,  “Palitra”  kimi  televerilişlərin  ssenari  müəllifi  və 
aparıcısı,  uzun  illər  çalışğı  “ şıq”  nəşriyyatında  mədəniyyətdə
bəhs  edən  bir  çox  kitabın  redaktoru  olub.  Hazırda  “Azadlıq” 
radiosunda  efirə  gedən  “ z”  mədəniyyət  proqramının  aparıcısıdır. 
Məhz  mədəniyyət  məsələlərinin  işıqlandırılmasında  uğurlarına  və 
peşəkar  səylərinə  görə,  2006-cı  ildə  Həsən  bəy  Zərdabi  mükafatına 
layiq görülüb.   
 
 
Çox istərdim ki, jurnalist olmaq istəyən adam bir şeyi qulağında sırğa 
eləsin:  ən  böyük  xəbər  insandır  və  bəlkə  də,  olayları  yaradan  yox, 
olaylardan  bəhs  edən  insandır!  Son  dönəmlər  daha  çox  mədəniyyət 


mövzularına  toxunduğumdan  fikrimi  elə  o  çərçivədə  açıqlamağa  çalışım: 
düzünü deyim  ki,  mədəniyyəti daha  anlaşıqlı qavramağım  xeyli  zaman  alıb 
və əslində, lap yaxınlarda – 2005-ci ildə baş tutub.  
 
…“Azadlıq”  radiosu  üçün 
çəri  şəhərin  memarlığından  veriliş 
hazırlayırdım.  “Qoruq  şəhərə”  baş  çəkəndə  dəhşətə  gəldim:  ağır  tikililər, 
beton konstruksiyalar  çəri şəhərin kövrək səthini “əzib-göynədirdi”. Bu bir 
yana,  çəri  şəhərdə  içərişəhərli  tapa  bilmirdim.  Deyəsən,  qazanc  ehtirasları 
və mədə şıltaqlıqları bu bənzərsiz orta cağ şəhərini ən böyük abidəsiz – yerli 
insansız qoymuşdu. Bəzən raket kimi şığıyan, bəzənsə ləngər vuran və sanki 
mey-məzə  dağıdan  yerli  ləhcə  qulağa  dəymirdi.  Nərd  oynayan  yaşlıların, 
dolanbaclarda  qaçdı-tutdu  oynayan  və  top  qovan  uşaqların  səsi  gəlmirdi. 
Ağbirçək  görəndə  qızaran,  səsini  alçaldıb  sayqıyla  salamlaşan  və  yolunu 
dəyişən  cavanlar  sanki  heç  olmamışdı.  çəri  şəhər  küsmüş,  soyumuş  və 
özünə  qapanmışdı.  Və  birdən…  ünsiyyət  dolu  tanış  ləhcə  hər  şeyi  dəyişdi. 
Qız  Qalası  çevrəsində  turistlər  arasında  rastlaşdığım  qocaman  həmkarım 
Tofiq  Axundov  əsl  Kopperfild  sehrbazlığı  ilə  çəri  şəhəri  dindirdi  və  həm 
məni  (yəni  verilişi),  həm  də  turistləri  xilas  etdi…  Turistlər  bu  insanla  Qız 
Qalasından  çox  maraqlandılar.  Mədəniyyətin  məhz  insanlar  olduğunu  onda 
tam anladım.  
 
Mədəniyyətdən  yazarkən  başqa  bir  güclü  impulsu  tanınmış  filosof 
Rəhman  Bədəlovdan  almışam.  O,  mədəni  insandan  danışarkən  həmişə 
“qlobal  düşün,  lokal  yaşa”  düsturunu  yada  salır.  Bu  “lokal”  anlayışı 
müxtəlif  kontekstlərdə  anlaşılmalıdır:  bəzi  hallarda  etnos,  digər  hallarda 
bölgə, şəhər, hər hansı “kiçik zona”, bir başqa halda, sadəcə, şəhər məhəlləsi 
və  s.  və  i.a.  Rəhman  Bədəlovun  fikrincə,  qlobal  aləmdə  lokal  kontekstin 
saxlanılması  indiki  cağın  başlıca  məsələlərindən  biridir  və  istər 
mədəniyyətlə,  istər  mədəni  siyasətlə  birbaşa  bağlıdır.  “Azərbaycanda  əks 


meyl  –  “lokal  düşünüb  qlobal  yaşamaq”  dəbdədir  və  dərinə  işləyən  əyalət 
ruhu  ilə  mədəni  iddiaların  belə  eybəcər  pərçimi  nəinki  eybəcər,  hətta 
dağıdıcı ola bilər”. Müsahibim Rəhman Bədəlov belə deyir.   
 
Cılız düşüncə ilə gen yaşamanın faciəsini başqa bir müsahibim, əslən 
Güney  Azərbaycandan  olan  və  indi  Almaniyada  yaşayan  ünlü  rəssam 
brahim  Əhrari  də  gözəl  anladıb:  “Mədəniyyəti  əlindən  alınmış  və  ya 
mədəni  yaddaşını  itirmiş  insan  qarışqa  kimi  onurğasızdır,  ayaq  altda 
ə
zilir. Mədəniyyət yaşamın onurğa sütunudur”. Şərhə ehtiyac varmı? 
 
Bir an da insanı unutma, əziz dost!  
 
 
 
 
 
Bələdçi: mədəniyyətdən yazırsansa... 
Sevda  smayıllı bələdçiliyə müxtəlifliklə başladı ... 
 
Müxtəlifliyə sayqı göstər və müxtəlifliyin insanlar üçün əvəzsiz sərvət 
olduğunu yaddan çıxarma. 
 
Mədəni olmaq müxtəlifliyə açıq olmaq deməkdir (“mədəniyyət” sözü 
öz kökünü ərəbcədəki “mədinətin”, yəni “şəhər” kəlməsindən 
götürübsə, demək bu anlayışın təməlində “kənd və şəhər”, yaxud 
“qapalı və açıq” qarşıdurması var). 
 
Məlumat bazanı zənginləşdir (kağız və elektron formatda kitabxana, 
ekspert və yaradıcı insanların, muzey işçilərinin, çeşid-çeşid “sonuncu 
mogikanların” ünvanları və s. və i.a.). 
 
Dil bilgilərini gəlişdir (ancaq unutma ki, heç bir ensiklopediya canlı 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə