Məni nə vədə Şuşaya yetirərsən?
117
kimi satirik səhayətnamələrdə qabarıq şəkildə meyda-
na çıxır.
«Publisistika, səyahətnamə, bir janr kimi, Azər-
baycan sosial-ədəbi fikrində M.F. Axundovun «Kə-
malüddövlə məktubları» ilə gəlmiş, əsrin sonlarında
Zeynalabdin Marağayinin «İbrahim bəyin səyahət-
naməsi» əsəri ilə publisistik roman janrın yeni və par-
laq nümunəsi kimi yaranmışdır. «Molla Nəsrəddin»in
redaktoru C. Məmmədquluzadənin jurnalın ilk nömrə-
lərindən etibarən satirik səyahətnamə janrına xüsusi
diqqət və əhəmiyyət verməsi, dönə-dönə «İbrahim bə-
yin səyahətnaməsi»nə müraciət edib, əsərdən iqtibas-
lar gətirməsi də təsadüfi deyildir.
«Cəhənnəm məktubları» ilk baxışda ənənəvi
«məktub» janrını xatırladır.
Əslində isə sərlövhəyə çə-
kilən «məktub» sözü şərti səciyyə daşıyır; əsərin «sə-
yahətnamə» formasında yazıldığını rədd etmədiyi ki-
mi, onun janrını da müəyyənləşdirmir. Məzmunun sə-
yahətnamə formasında verilməsi də sərlövhədəki
«məktub» sözünün şərtiliyinə dəlalət edir» (55,
s. 80-82). Haqverdiyev yaratdığı surətlərin adlarını
çox vaxt yuxarıdakı təbəqədən verəndə ictimai möv-
qelərini bildirir: Hacı Kamyab, Məşədi Sünbə, Xuda-
yar xan, Məşədi Seyfulla, Hacı Mirzə Əhməd ağa və