Aynurə Paşayeva
102
«Odabaşının hekayəsi»də Hacı Kamyab Fərmana
pul təklif edir ki, onun qızından əl çəksin. Məlum mə-
sələdir ki, Hacı Kamyab qızını öz doğma qardaşoğ-
luna yox, var-dövlətini artırmaq üçün Xudayar xana
vermişdi. Onun bu hərəkəti mübariz olmayan Fərma-
nın dilində kinayə ilə acıqlı bir şəkildə ifşa olunur:
«Al pulları, apar ver Hacı Kamyaba,
deginən dövlətini
azaltmasın, yaxşı olmaz!» (31, s. 98).
Haqverdiyev kinayəsi hər hansı bir obrazın əla-
mətinə görə də ola bilər. Fərman dərviş olduqdan son-
ra ruhaniləri ifşa edir. Əslində onun dili ilə etdiyi ifşa
müəllifin özünün ifşasıdır. Çünki o, çox yaxşı başa
düşürdü ki, insanları geriliyə aparan, din pərdəsi ilə
onların gözlərini bağlayan fırıldaqçı ruhanilərdir:
«Yerlə göyün arası adlarını müctəhid ruhani qoyan
əmmaməli, əbalı, qəbalı həşəratlarla, yırtıcı qurdlarla
doludur. Sənin müctəhidin ağa Mirzə Əhməd də cana-
varların, qan içənlərin böyüyüdür. Lənət onun üzünə,
onun o nurani saqqalına!» (31, s. 111).
Ədib kinayələri bəzən təzad şəklində də vermiş-
dir: «Əgər mənə desəydilər ki, Hacı Molla Baba saq-
qalını qırxdırıbdır, inanardım; cəmi Yaponiya əhalisi
dönüb müsəlman olubdur, inanardım; yer üzündə bir
rüşvətxor çinovnik yoxdur, inanardım; Purişkeviç bol-